Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2759/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh “xxxxxxxx” X10 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4978/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yanlışlığı nəticəsindən ona vurulmuş 2850 manat məbləğində pulun və vəkilə ödədiyi 1000 manat məbləğində xidmət haqqının və 30 manat dövlət rüsumunu cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4978/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının cavabdehdə xarici valyutada olan xx.xx.2015-ci il tarixli 08/2784/DİK saylı (kredit İD: 68822) kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, kompensasiya şəklində İddiaçı ödənilməsi Cavabdeh ASC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, cavabdehin nümayəndəsi məhkəmədə izahatında iddia tələbini qəbul etməmişdir, o, elektron sistemdə baş vermiş texniki səhv nəticəsində sözügedən kredit barədə məlumatların Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzi Kredit Reyestri Xidmətinə daxil edilərkən bazada vətəndaş X4 (AZE 17553519, FİN kod: 20XT0H2, doğum tarixi xx.xx.1982) AKB-yə yükləndiyini, iddiaçının müraciətindən sonra isə həmin yanlışlığın aradan qaldırılması üçün aidiyyəti təşkilatlara rəsmi məktubların göndərildiyini, həmin yanlışlığın aradan qaldırılması ilə bağlı səlahiyyətlərin banka aid olmadığını, həmin yanlışlıqların aradan qaldırılmasının hələ də mümkün olduğunu və iddiaçının vaxtında Palataya şikayət etdiyindən məhkəmədən kənar kompensasiya almaq imkanından məhrum olmadığını bildirmişdir. İddiaçının ona aid kredit müqaviləsi üzrə məlumat bazasındakı yanlışlığın aradan qaldırılması ilə bağlı müraciəti banka daxil olduqdan dərhal sonra Azərbaycan Respublikasının Maliyyə X1 Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosuna yazılı şəkildə müraciətlər olunaraq (həmin məktublar nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuşdur) qeyd olunan yanlışlığın aradan qaldırılması xahiş olunmuşdur. Həmin təşkilatlar tərəfindən göndərdiyi müraciətlərə baxılmaması və yanlışlığın aradan qaldırılmaması səbəbindən iddiaçının kompensasiya alması hal-hazıradək mümkün olmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə X1 İdarə Heyəti tərəfindən xx.xx.2019-cu il tarixdə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 8.1-ci maddəsinə əsasən Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apelyasiya Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Həmin Qaydanın 8.2-ci maddəsinə əsasən Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı kredit təşkilatları və fiziki şəxslər tərəfindən edilmiş müraciətlərə işçi qrupda baxılır. Həmin Qaydanın 8.8-ci maddəsinə əsasən fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1-ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsin adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür. Göründüyü kimi iddiaçı ona kompensasiya hesablanmaması barədə Azərbaycan Respublikasının Maliyyə X3 vaxtında müraciət etmiş, onun müraciəti araşdırılmış, məlumat bazasında iddiaçıya aid məlumatlarda yanlışlıqların olduğu aşkarlanmış, bu barədə Cavabdeh ASC-yə məktub göndərilmiş, cavabdeh də qeyd olunan yanlışlıqların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər görmüşdür. Cavabdehin aidiyyəti qurumlara rəsmi müraciətləri əsasında sözügedən texniki yanlışlıqlar aradan qaldırılmadığından iddiaçıya kompensasiya hesablanması və ödənilməsi hələ də mümkün olmamışdır. Həmçinin, iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına uyğun olaraq ona kompensasiya ödənilməsi ilə bağlı şikayəti vaxtında Azərbaycan Respublikasının Maliyyə X3 göndərdiyindən və onun şikayəti əsasında kompensasiyanın ona ödənilməsini təmin etmək üçün tədbirlər onlar tərəfindən vaxtında görüldüyündən o, hazırki tələblə məhkəməyə müraciət etmədən kompensasiya almaq imkanından hələ də məhrum olmamışdır. Belə ki, onların vaxtında etdiyi müraciəti əsasında kredit məlumat bazasındakı iddiaçıya aid məlumatlara səlahiyyətli təşkilatlar tərəfindən düzəlişlər olunarsa iddiaçı vaxtında apelyasiya komissiyasına şikayət verdiyi üçün onun adı kompensasiya alacaq şəxslərin siyahısına daxil ediləcək və o, kompensasiyanı alacaqdır. Əgər bank tərəfindən iddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsə idi, iddiaçı kompensasiya almaq hüququndan onların ucbatından məhrum olsa idi, bu halda iddiaçıya dəymiş ziyana görə cavabdehliyi də biz daşımış olardılar. Göründüyü kimi, iddiaçı hələ də kompensasiya almaq hüququndan məhrum olmadığından onların iddiaçıya zərər vurması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir, Məhkmə iclasında cavabdehin nümayəndəsi X8 bildirdi ki, bankın bağladığı bütün müqavilələr bazada yerləşdirilir. Prezidentin fevral ayındakı fərmandan sonra vətəndaş bildirdi ki, o da fərmana düşür. Onlar elektron qaydada məlumatları Palataya göndərdilər. Hazırki iş üzrə iddiaçı barədə ötürülən materiallarda texniki səhvlik olub. Texniki səhvlik onlar tərəfindən olmuşdu. Lakin 40 gün gərzində aşkar olunan yanlışlığı düzəltməyə onların səlahiyyəti çatır, 40 gündən sonra isə onların səlahiyyətindən çıxır. Bank olaraq onların pulları ayırıb ödəmək hüquqları yoxdur. Qətnamə icraya yönəldiləndə onlar heç nə icra edə bilməyəcəklər. Praktikada bu cür işlər olub. Belə işlərdə Mərkəzi Banklar isə 3-cü şəxs qismində cəlb olunmalıdırlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında 3-cü şəxsə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelly1asiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh X10 Lənkəran filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 08/2784/DİK nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 27% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 4750 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli, 557№-li məktubdan görünür ki, xx.xx.2015-ci il tarixli, 08/2784/DİK saylı kredit müqaviləsi üzrə məlumatların texniki səhv nəticəsində X4 (AZE 17553519, FİN kod; 20XT0H2, doğum tarixi xx.xx.1982) İD-sinə yüklənməsi barədə yalnız vətəndaş İddiaçı müraciəti daxil olduqdan sonra məlumatlı olmuşlar. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh ASC-dən aldığı xx.xx.2015-ci il tarixli 08/2784/DİK saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdirş. Hal-hazırda banka heç bir kredit borcu yoxdur. İş materiallarında olan Cavabdeh ASC-nin ödəniş qrafikindən görünür ki, İddiaçı ayda 258,31 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı (AA*******, FİN kod: xxxxxxx, doğum tarixi xx.xx.1983) bankdan xx.xx.2015-ci il tarixində 4750 ABŞ dollan (kredit İD: 68822) məbləğində kredit götürmüşdür, sistemdə baş venniş texniki səhv nəticəsində həmin saylı kredit X4 (AZE 17553519, FİN kod; 20XT0H2, doğum tarixi xx.xx.1982) AKB-nə yüklənmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən götürdüyü və “Problemli kreditlərin həlli ilə bağlı” Prezidentin Fərmanının təsiri altına düşən krediti barədə məlumat Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzi kredit Reyestri Xidmətinə daxil edilərkən yanlışlıqla iddiaçının yox, digər şəxsin İD-sinə daxil edilmişdir. Bu səbəbdən iddiaçıya kompensasiyanın hesablanıb verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin yetirilməsi sübuta yetirldiyindən iddia tələbi qismən təmin edilməli, iddiaçının cavabdehdə xarici valyutada olan kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, kompensasiya çəklində Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pulun tutulması hissəsində məhkəmə hesab edir ki, ödənişin edilməsinə dair hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-2759/20 nömrəli qərardadının icrası ilə əlaqədar Mərkəzi Bankın xx xxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxxxxxx” ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 08/2784DİK saylı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə X3 (Palata) vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşa bu hissədə kompensasiya məbləği hesablanmamışdır. Müraciətin ikinci hissəsi ilə bağlı bildirilir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ilə “xxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanan zaman bu barədə hər hansı qeyd məlumat bazasına da bank tərəfindən bu barədə heç bir məlumat ötürülməmişdir. İddiaçı Palataya müraciət edərək onunla “xxxxxxxx" ASC arasında xx.xx.2015-ci il tarixli, 08/2784DİK saylı kredit müqaviləsinin olmasına dair iddiası isə xüsusi araşdırmanın aparılmasını tələb etdiyindən, bu faktın müəyyən edilməsi ilə bağlı vətəndaşa aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, sözügedən kredit müqaviləsinin həqiqiliyi müəyyən edildiyi təqdirdə ona münasibətdə kompensasiya məbləğinin hesablanması məqsədilə ilk növbədə İİ devalivasiya tarixinə, yəni xx xxxxxx 2015-ci il tarixinə həmin müqavilə üzrə qalıq əsas borc məbləğinin müəyyənləşdirilməsi zəruridir. Qeyd edilən əsas borc məbləği dəqiq bilindikdən sonra Fərmanın 1.2-ci bəndinin tələbi nəzərə alınmaqla vətəndaşa çatacaq kompensasiya məbləği hesablana bilər. Sorğunun “kompensasiyanın hansı qurum tərəfindən ödənilməsi” hissəsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 4-cü hissəsində kompensasiyanın ödənilməsi mexanizmi müəyyən olunmuşdur. Belə ki, Qaydanın 4.1 -ci bəndinə görə kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Qaydanın 4.6-cı bəndinə görə isə bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. Həmçinin sorğunun sonuncu hissəsi ilə bağlı göstərilir ki, artıq bu məsələ ilə bağlı vətəndaşın ünvanladığı müraciətinə Palata tərəfindən mahiyyəti üzrə baxılmış və müvafiq qərar qəbul edilərək ona hazırkı məktubun dördüncü abzasında qeyd olunanlar nəzərə alınmaqla işin araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbinin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın məlumat bazalarına əsasən məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxxxxxx” ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 08/2784DİK saylı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə X3 (Palata) vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşa bu hissədə kompensasiya məbləği hesablanmamış, başqa sözlə iddiaçı Fərmanın təsiri dairəsinə düşən fiziki şəxslər siyahısına qeyd olunan səbəblərdən daxil edilməmişdir. İkincisi, kredit müqaviləsinin həqiqiliyi müəyyən edildiyi təqdirdə ona münasibətdə kompensasiya məbləğinin hesablanması məqsədilə ilk növbədə İİ devalivasiya tarixinə, yəni xx xxxxxx 2015-ci il tarixinə həmin müqavilə üzrə qalıq əsas borc məbləğinin müəyyənləşdirilməsi zəruridir. Qeyd edilən əsas borc məbləği dəqiq bilindikdən sonra Fərmanın 1.2-ci bəndinin tələbi nəzərə alınmaqla iddiaçıya çatacaq kompensasiya məbləği hesablana bilər. Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 4-cü hissəsində kompensasiyanın ödənilməsi mexanizmi müəyyən olunmuşdur. Qaydanın 4.1-ci bəndinə görə kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Qaydanın 4.6-cı bəndinə görə isə bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərəkompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının kredit müqaviləsi üzrə qalıq əsas kredit borcu müəyyən edildikdən sonra ona çatacaq kompensasiyanın məbləği müəyyən edilə bilər. Kompensasiyanın ödənilməsi mexanizmi isə yuxarıda qeyd olunan Qayda ilə dəqiq müəyyən olunmuşdur. Ona görə də iddiaçının hazırki iş üzrə mülki məhkəmə icraatı qaydasında cavabdehlərdən bu qaydada kompensasiya tələb etməsi düzgün olmamışdır. Mərkəzi Bankın nümayəndəsinin izahatından da bəlli olur ki, iddiaçı bu məsələni inzibati məhkəmə icraatı qaydasında həll etməlidir. Yəni, hazırki iş üzrə cavabdehlərin təqsirli hərəkəti(hərəkətsizliyi) nəticəsində(bank tərəfindən kredit müqaviləsi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Ləğvedici tərəfindən Maliyyə X3 vaxtında məlumatlar verilmədiyinə görə) iddiaçıya kompensasiya ödənilməsi mümkün olmasa da, yaranmış vəziyyətdə onlar bu iddia üzrə iddiaya cavab verməli olan şəxslər ola bilməzlər. Bunun üçün iddiaçı X6 Palatası ləğv edildiyindən, Mərkəzi Bankı cavabdeh göstərməklə “Fərmanın təsiri dairəsinə düşən şəxslərin siyahısına daxil etmə öhdəliyinin qoyulması və kompensasiya ödənilməsi ” tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Buna görə də, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə bu hal da əsasdır. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2, 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəsmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4978/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxx” X10 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4978/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2759/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2759/2020
10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver