Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2768/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMMC-yə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: mülkiyyət hüququnun müdafiəsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı2 nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh MMMC-nin nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMMC-yə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) “binanın həyətində olan parklanma yerlərində quraşdırılmış lövhəciklərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-60/2025 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2012-ci il tarixli, 070 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2012-ci il tarixli, Ç12-026 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli, ******* saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər Dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin tikintisinin layihələndirilməsi üçün "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış 221,4 ha torpaq sahəsinin həmin şirkətin mülkiyyətində olan 0,7333 ha hissəsində "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmaqla "xxxx" MMC-yə xx.xx.2012-ci il tarixli, 070 nömrəli sərəncamla ayrılmış Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 36 saylı sahənin bir hissəsində yerləşən 0,7333 ha torpaq sahəsində (bundan sonra – torpaq sahəsi) 7 mərtəbəli yaşayış binasının inşasına dair eskiz layihəsi tərtib edilmiş, layihədə ayrılmış ümumi torpaq sahəsinin ölçüsü 0,7341 ha, inşaat sahəsi 4698 kv.m., binanın ümumi sahəsi (netto) 12 550,64 kv.m., zirzəminin ümumi sahəsi 4365,51 kv.m., binanın mənzillərinin ümumi sayı 92, yeraltı avtodayanacaqların sayı 71 olaraq göstərilmişdir. Eskiz layihədə həmçinin, binanın mərtəbələrinin sayı – zirzəmi + 7 mərtəbə, zirzəmidə 71 avtomobil üçün dayanacaq, 1-ci mərtəbədə qeyri-yaşayış sahələri nəzərdə tutulmuşdur. Binanın həyət hissəsində mövcud ərazilər isə şərti işarələrlə belə göstərilmişdir: 1 – Yol; 2 – avtomobil dayanacağı (hər dayanacaq bir avtomobil ölçüsü qədər xətlərlə 41 hissəyə ayrılmış, bəzi ayrılmış hissələrin qarşısında dəmir lövhəciklər quraşdırılmışdır); 3 – Səki; 4 – Pandus; 5 – Uşaq əyləncə zonası; 6 – Söhbətgah; 7 – Yaşıllıq; 8 – Yaşayış binaları. xx.xx.2014-cü il tarixdə isə "xxxx" MMC-nin torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda torpaq sahəsinin ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 36-cı sahənin bir hissəsi kimi qeyd edildimişdir. Sözügedən yaşayış binası tam istismara verilmiş və bina sakinləri mənzillərinə dair çıxarış aldıqlarından "xxxx" MTK tərəfindən Cavabdeh MMMC yaradılmış və həmin MMMC xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1365 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çox mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsus Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 36 saylı sahənin bir hissəsindən ibarət torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən çox mərtəbəli yaşayış binasının avtomobillərin parklanması üçün inşa edilmiş hissəsi təqdim olunmuş layihənin baş planında nəzərdə tutulmuşdur. Lakin həmin avtomobillərin parklanma hissəsi binanın ümumi istifadəsi üçün nəzərdə tutulmuş tərkib hissəsinə daxil olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. İddiaçılar isə mülkiyyətlərində olan mənzilləri 2013-cü il tarixdə müqavilə əsasında almışlar. Hazırda Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 4 saylı evin 48 saylı mənzili İddiaçı1 mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə (qeydiyyat nömrəsi: **********), eyni ünvanda yerləşən 62 saylı mənzil isə digər İddiaçı2 mülkiyyətindədir, onun da mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. İddiaçıların mülkiyyətində olan mənzillərində yerləşdiyi çoxmənzilli yaşayış binasının inşa edildiyi torpaq sahəsinə dair "xxxx" MTK ilə Cavabdeh MMMC arasında “Torpaq sahəsinin əvəzsiz istifadəsinə dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzil mülkiyyətçiləri torpaq sahəsindən sərbəst, lakin bu müqavilənin 2.3-cü bəndinin şərtləri nəzərə alınmaqla, yəni binanın həyətində yerləşən parklanma sahəsindən, yalnız MTK-nın razılığı ilə istifadə edə bilər. Avtomobil saxlanması üçün razılaşma tələb olunur. Avtomobillərin saxlanmasına dair hər hansı bir məhdudiyyət və şərt MTK tərəfindən müəyyən ediləcəkdir. Mübahisəli əraziyə yerində müayinə zamanı o da müəyyən edilmişdir ki, yaşayış binasının özünün tam alt hissəsində qeyri-yaşayış sahələri yerləşir. Həmin qeyri-yaşayış sahələri ilə eyni səviyyədə 71 ədəd avtomobil üçün dayanacaq mövcuddur. Bu hissədə olan avtomobil dayanacaqları eskiz layihədə zirzəmi kimi müəyyən edilmişdir. Binanın zirzəmi hissəsinin (71 avtomobil üçün dayanacaq olan hissə) tam üstündə isə binanın həyətində xətlərlə 41 hissəyə ayrılmış yer üstü avtomobil dayanacağı və yuxarıda şərti işarələrlə göstərilmiş digər sahələr yerləşir. İddiaçıların da yaşadığı yaşayış binasının həyətində avtodayanacaq kimi ayrılmış ayrı-ayrı sakinlərə satılması ilə bağlı "xxxx" MTK tərəfindən məhkəməyə bir neçə müqavilələr də təqdim edilmişdir. Həmin müqavilələrdə konkret ayrılmış və rəqəmlərlə işarələnmiş hissələrin mənzil mülkiyyətçilərinə satılması göstərilmiş və borclarının olmaması barədə maliyyə arayışları verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar Cavabdeh MMMC-nin çoxmənzilli binanın ümumi əmlakından bütün mənzil mülkiyyətçiləri kimi, ayrı-seçkilik etmədən, rahat və maneəsiz istifadə etmələri, binanın həyətində parklanma yerlərində quraşdırılmış dəmir lövhəciklərin sökülməsi, digər mülkiyyətçilər kimi onların da hər birinə öz avtomobillərini binanın həyətində müvafiq şərti işarələnmiş 7 və 8-ci parklanma yerlərində saxlamlarına, istifadə etmələrinə yaradılan maneələrin və cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi əmlakının (yəni, həyətdə ayrılmış avtodayanacaqların) stılmasının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov 4 ünvanında yerləşən çoxmənzilli binanın 48 saylı mənzilin mülkiyyətçisi İddiaçı1, 62 saylı mənzilin mülkiyyətçisi isə İddiaçı2 2013-cü ildə "xxxx" MMC-nin rəhbəri X3 tikdiyi binadan mənzillər almışlar. Bina tikilib təhvil verildikdən 1 il keçməsinə baxmayaraq Rüfət Qasımov bina sakinlərinin öz birliklərini - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmağa müxtəlif maneələr törətmiş, nəhayət xx.xx.2018-ci ildə binada 96 mənzil mülkiyyətçilərinin olmasına baxmayaraq yetərsay olmayan iclasda özünə yaxın olan 10-15 mənzil mülkiyyətçilərinin iştirakı ilə iclas keçirmiş, özünün direktoru olduğu "X10" Məhdud Məsuliyyətli Cəmiyyətini binanın idarə etmə orqanı seçmişdir. 2021ci ilin oktyabr ayında isə Cavabdeh MMMC-nin yaradılması və İdarə heyyətinin sədrinin isə yenə də Rüfət Qasımovun olması barədə məlumatı əldə etmişlər. Cavabdeh MMMCnin yaradılması və İdarə Heyətinin sədrinin seçilməsi barədə mənzil mülkiyyətçilərinin ümumi yığıncanın harada, nə zaman və hansı şəraitdə keçirilməsindən xəbərləri olmayıb, bu iclas olubsa da, elan olunmadan, bildirişlər göndərilmədən, bütün mənzil mülkiyyətçilərinə xəbər verilmədən və onların iştirakı olmadan keçirilmişdir. Qanunsuz fəaliyyəti ilə yanaşı cavabdehin İdarə Heyyətinin sədri Rüfət Qasımov çoxmənzilli binanın ümumi istifadədə olan əmlakını, yəni həyətdəki parklanma yerlərini də şərti olaraq 1-dən 41-dək nömrələmiş və qeyri-qanuni olaraq binanın bir neçə mənzil mülkiyyətçilərini aldadaraq onlara satmış, həmin sakinlər də öz avtomaşınlarını müvafiq şərti işarələnmiş yerlərdə saxlayır və çıxarış ala bilməmələrinə rəğmən həmin yerin özünün tam paylı mülkiyyəti hesab edir. Onlarla qonşuluq münasibətini korlamaq istəmirlər, həmin sakinlərə qarşı iddiaları və tələbləri yoxdur. Cavabdeh binanın həyətində olan və sata bilmədiyi 2, 3, 7, 8, 10, 11, 17, 28, 31, 32 şərti nömrəli parklanma yerlərinin hər birini 15.000 manata satmaq niyyətindədir. Binanın altında yeraltı dayanacaq (qaraj) yerləri də mövcuddur. xx.xx.2023-cü ildən isə Qasımov Rüfətin göstərişi ilə binanın komendantı binanın ümumi istifadəsində olan və sata bilmədikləri həyətdəki parklanma yerlərindəki asfalta dəmir lövhəciklər quraşdırıb və onları qıfıllamışdır. Bu vaxta qədər isə onlar avtomaşınlarını həmin “satılmayan yerlərdə” parklayırdılar. Eyni zamanda, cavabdeh yaşayış binasının ümumi əmlakı olan həyətindəki parklanma yerlərində “yer almayan” mənzil mülkiyyətçilərinə öz avtomobili ilə binanın həyətinə daxil olmağa və avtomaşınlarını parklamağa icazə vermir. Onlar mənzillərinə rahat gəlib-gedə bilmir. Yaşadıqları bina sıxlıq olan və market, kafe və ofislərin çox olduğu ərazidə yerləşdiyi üçün küçələrdə parklanma yeri tapa bilmir, bəzən mənzillərindən 400-500 metr aralıda küçədə avtomobillərini parklayıb, ağır yüklərlə evlərinə piyada getməli olurlar. Halbuki, çoxmənzilli binanın ümumi əmlakında mənzil mülkiyyətçilərinin istifadəsi üçün parklanma yerləri vardır. Rüfət Qasımovdan mülkiyyət hüququnu təstiqləyən sənəd kimi nə təqdim edəcəyini soruşduqda isə, “çıxarış verməyəcəm, yalnız bizim şirkətin müqaviləsi olacaq” - deyə cavab verir. Yəni, satılmış həmin yerlər hər hansı bir dövlət qeydiyyatına alınmır. Özünü çoxmənzilli binanın “ağası” hesab edən Rüfət Qasımov Azərbaycan Respublikasının qanunlarını taptalamış, qanunlara və mülkiyyətçilərin hüquqlarına saymazcasına münasibət bəsləyərək, artıq neçə illərdir öz ofisindəki printeri ilə heç bir hüquqi əsası olmayan müqavilələr çap edərək sərəncam vermək hüququ olmadığı yaşayış binasının ümumi əmlakını - binanın həyətindəki parklanma yerlərini hüquqi savadı və təhsili olmayan bina sakinlərinə onları aldadaraq satır. 2023-cü ilin oktyabr ayından onlara binanın həyətinə digər sakinlər kimi avtomobilləri ilə daxil olmalarını və parklanma yerlərindən istifadə etmələrini hərbə-zorba yolu ilə məhdudlaşdırmışdır. Yeraltı dayanacaq və mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənəd - dövlət reyestrindən çıxarış verilsə də, binanın həyətində olan parklanma yerlərinə dövlət reyestrindən çıxarış verilmir, çünki onlar çoxmənzilli binanın ümumi istifadədə olan əmlakıdır. İddiaçı2 nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri (vəkilləri) iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etdilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-60/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindən bütün mənzil mülkiyyətçiləri kimi ayrıseçkilik edilmədən, rahat və maneəsiz İddiaçı1 və İddiaçı2 istifadə etmələrinə, həmin yaşayış binasının həyətində avtomobillərin parklanması üçün ayrılmış yerlərdə quraşdırılmış dəmir lövhəciklər sökülməklə, digər mülkiyyətçilər kimi İddiaçı1 və İddiaçı2 məxsus avtomobillərini saxlamalarına və istifadə etmələrinə yaradılmış manelərin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 50 manat məbləğində ekspertiza xərcinin "xxxx" MMMC-dən, 50 manat məbləğində ekspertiza xərcinin İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçıların iddia tələblərinin əsas dəlili isə ondan ibarətdir ki, yaşayış binasının inşa edildiyi torpaq sahəsi binada yaşayan bütün mənzil mülkiyyətçilərinin paylı mülkiyyətindədir, bu səbəbdən də, cavabdehin onların avtomobillərini binanın həyətində ayrılmış avtodayanacaqda saxlamalarına maneə yaratması qanuna ziddir. Cavabdeh və üçüncü şəxs ("xxxx" MTK) iddianı qəbul etmir. Etirazlarını onunla əsaslandırırlar ki, yaşayış binasının inşa edildiyi torpaq sahəsi (0,7333 ha) "xxxx" MTK-nın hazırda xüsusi mülkiyyətindədir, binanın eskiz layihəsində də binanın həyətində “2” rəqəm şərti işarəsi ilə qeyd edilmiş hissə yer üstü avtodayanacaq kimi təsdiq edilmişdir. Torpaq sahəsi mülkiyyətində olduğundan "xxxx" MTK-nın hüququ vardır ki, binanın həyətində ayrılmış yer üstü avtodayanacaqlar barədə istənilən sərəncamı versin. Məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini nəzərə alaraq hesab etmişdir ki, yaşayış binasının yerləşdiyi torpaq sahəsinin və həyətində ayrılmış avtodayanacaq hissəsinin tərəflərə münasibətdə hüquqi statusunun müəyyən edilməsi mübahisənin düzgün həlli baxımından zərurudir. Mülkiyyət hüququnun subyekti bir, yaxud iki və ya daha çox şəxs ola bilər. İki və daha çox şəxsin mülkiyyətində olan əmlakın Mülki Məcəllədə birgə (paylar müəyyən edilmədən) və paylı (mülkiyyətçillərin sayına uyğun olaraq müəyyən nisbətdə payları müəyyən edilməklə) olmaqla, iki növü göstərilmişdir. Əmlakın iki və daha çox şəxsin mülkiyyətinə (paylı, birgə) keçməsinin isə müxtəlif hüququ əsasları ola bilər. Ümumiləşdirilərək qeyd edilə bilər ki, əmlakın paylı (birgə) mülkiyyətə keçməsi subyektiv və obyektiv əsaslarla bağlı ola bilər. Əmlakın paylı (birgə) mülkiyyətə keçməsinin subyektiv əsaslarına, məsələn əmlakın özgəninkiləşdirilməsi yolu ilə əldə edilməsi hallarını aid etmək olar. Obyektiv əsaslara isə, məsələn əmlakın miras şəklində vərəsələrin mülkiyyətinə keçməsini aid etmək olar. Subyektiv əsalarla əmlakın paylı (birgə) mülkiyyətə keçməsi şəxsin aktiv iradəsi ilə baş versə də, obyektiv əsaslarla əmlakın əldə edilməsində şəxsin iradəsi sanki passiv rol oynamış olur. Başqa sözlə, obyektiv əsaslarla əmlakın paylı (birgə) mülkiyyətə keçməsi bəzi hallarda digər şəxslərin hərəkətlərinin nəticəsində baş vermiş olur. Konkret mübahisəyə gəldikdə, işin faktiki hallarından da görndüyü kimi, iddiaçıların da yaşadığı yaşayış binası Bakı şəhərinin abadlaşdırılması ilə bağlı Dövlət proqramı çərçivəsində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı sərəncamına əsasən inşa edilmişdir. X7 rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər Dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin tikintisinin layihələndirilməsini nəzərdə tutmuşdur. Məhz, həmin Sərəncamın icrası çərçivəsində üçüncü şəxsin isitfadəsinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 070 nömrəli Sərəncam ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 36 saylı sahənin bir hissəsində yerləşən ərazidə 7 mərtəbəli yaşayış binasının inşası üçün 0,7333 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmaqla xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş Eskiz layihəsindən (memarlıq-planlaşdırma həlli) görünür ki, yaşayış binası 0,7341 ha torpaq sahəsində inşa edilmiş, inşaat sahəsi 4698 kv.m., binanın ümumi sahəsi (netto) 12 550,64 kv.m., və s., göstərilmişdir. Həmçinin, binanın həyət hissəsində mövcud ərazilər; 1 – yol; 2 - avtomobil dayanacağı; 3 – səki; 4 – pandus; 5 – uşaq əyləncə zonası; 6 – söhbətgah; 7 – yaşıllıq; 8 – yaşayış binaları kimi şərti işarələrlə qeyd edilmişdir. Eskiz layihəsində ayrılmış 0,7341 ha torpaq sahəsində inşa ediləcək tikinti ərazisi isə A, B, C, B, E, F, G, H, İ, J və K hərf- işarələrlə qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.23-cü maddəsində göstərilir ki, tikinti ərazisi tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsidir. Yenə də həmin Məcəllənin 3.0.25-ci maddəsinə əsasən tikinti sahəsi tikinti ərazisində tikinti obyektlərinin altındakı torpaq sahəsidir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçıların da yaşadığı Torpaq sahəsində inşa edilmiş yaşayış binasının tikinti ərazisi 0,7341 ha ərazini əhatə etmişdir və həmin ərazidə Eskiz layihədə olan digər tikinti obyektləri ilə bərabər mübahisəli avtomobil dayanacağı da nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsində də göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların yaşadığı yaşayış binasının yerləşdiyi torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsində avtomobil dayanacaqları üçün ayrılmış ərazi digər mənzil mülkiyyətçiləri ilə bərabər iddiaçıların da paylı mülkiyyətinə keçmişdir. Belə ki, "xxxx" MTK-ya şəxs ayrılmış Torpaq sahəsində yaşayış binası inşa edərək onu binadakı mənzil mülkiyyətçilərinə satması və iddiaçıların da həmin mənzilləri alması nəticəsində onlar yaşayış binasının yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilərinə çevrilmişlər. Mülkiyyətçinin qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla mülkiyyət hüquqnun ən üstün formada qorunması qanunla təsbit edilmişdir. Mülkiyyət hüququnun qanunla müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla realizəsi əmlakdan istifadə, ona sahiblik və barəsində sərəncam vermə yolu həyata keçirilir. Nə cavabdeh, nə də üçüncü şəxs iddiaçılara yaşayış binasının həyətində ayrılmış avtomobil dayanacağından istifadəyə maneə yaratmasının qanuni əsasları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi belə maneəni Torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olması və həmin topaq sahəsinin əvəzsiz istifadəyə verilməsi ilə bağlı üçüncü şəxlə bağladığı müqaviləyə uyğun olaraq həyata keçirildiyini iddia etsə də, məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, yuxarıda da qanuni əsaslara isitnadən şərh edilmişdir ki, iddiaçıların yaşadığı yaşayış binasının yerləşdiyi topraq sahəsi həmin bina mülkiyyətçilərinin paylı mülkiyyətinə keçmişdir. Torpaq sahəsi, habelə orada yerləşən bütün obyektlər, eləcə də həyətində ayrılmış mübahisəli avtomobil dayanacağı yaşayış binasının tərkibinə daxil olmaqla, binaya və orada yaşayan mənzil mülkiyyətçilərinə xidmət olunması üçün ayrılmışdır. İddiaçılar da, yaşayış binasından mənzil əldə etməklə öz mənzillərinin tam, binanın tərkibinə daxil olan və Mənzil Məcəlləsinin 35.1-ci maddəsində sadalanan obyektlərə və digər hissələrə isə, orada yaşayan mülkiyətçilər, hətta üçüncü şəxs kimi paylı mülkiyyət hüququ əldə etmişlər. Mülki Məcəllənin 135.10-cu maddəsində də qeyd edilir ki, özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsinin müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə verilməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əmlak barəsində sahiblik, isitfadə və sərəncam verilməsi Mülki Məcəllənin 215.4 və 215.5-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun tənzimlənir. Həmin müddəalardan da göründüyü kimi, paylı mülkiyyətdə olan əşya barəsində sahiblik, istifadə və sərəncam məslələri digər mülkiyyətçilərin mənafeyinə uyğun və onların razılığı ilə həyata keçirilir. Cavabdehlə üçüncü şəxs arasında Torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsi barədə müqavilə bağlansa da, həmin müqavilənin bağlanılmasına yaşayış binasının bütün mülkiyyətçilərinin razılıq verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, bununla bağlı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul etməsi ilə bağlı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, fərz edilsə ki, əvəzsiz istifadə müqaviləsinin bağlanmasında bütün mülkiyyətçilərin razılığı mövcud olmuşdur, bu halda müqavilənin icrası bütün mənzil mülkiyyətçilərinin mənafeyinə uyğun formada həyata keçirilməli, yaşayış binasının yerləşdiyi torpaq sahəsindən və digər obyektlərdən mülkiyyətçilərin hüquqlarının həyata keçirilməsinə bərabər (eyni) şərait yaradılmalıdır. Lakin müqavilənin 2.2-ci bəndində (“Torpaq sahəsinin istifadəsi” adlanır) qeyd edilir ki, mənzil mülkiyyətçiləri bu torpaq sahəsindən sərbəst istifadə edəcəklər. Binanın həyətində yerləşən sahə mənzil mülkiyyətçiləri tərəfindən bu müqavilənin 2.3-cü bəndinin şərtləri nəzərə alınmaqla istifadə oluna bilər. Müqavilənin 2.3-cü bəndi isə “Parklanma sahəsi” adlanır, həmin bənddə isə qeyd edilir ki, binanın həyətində yerləşən parklanma sahəsindən yalnız MTK-nın razılığı ilə istifadə oluna bilər. Avtomobil saxlanması üçün razılaşma tələb olunur. Avtomobillərin saxlanmasına dair hər hansı bir məhdudiyyət və şərt MTK tərəfindən müəyyən ediləcəkdir. Torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsi barədə müqavilənin istinad olunan 2.2-ci bəndindən görünür ki, mənzil mülkiyyətçilərinin torpaq sahəsindən sərbəst istifadə edəcəkləri qeyd edilsə də, 2.3-cü bənddə bu imkan təkzib edilərək binanın həyətində yerləşən parklanma sahəsindən yalnız MTK-nın razılığı ilə istifadə olunması, hər hansı bir məhdudiyyət və şərtin MTK tərəfindən müəyyən edilməsi göstərilir. Müqavilənin 2.3-cü bəndində avtomobil saxlanması üçün razılaşma tələb olunması bəyan edilsə də, həmin bəndin ümumi məzmunundan görünür ki, razılığın baş tutması yalnız MTK-nın iradəsindən asılı edilmişdir. Mənzil mülkiyyətçiləri üçün belə bir şəraitin yaradılması isə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə ziddir. Odur ki, məhkəmə şərh edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi iddiaçıların avtomobillərinin şərti işarələnmiş 7 və 8-ci parklanma yerlərində saxlamalarına və cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi əmlakının satılmasının qadağan edilməsi hissələrində təmin edilə bilməz. Belə ki, yuxarıda yaşayış binasının tikildiyi və onun tərkibinə daxil olan torpaq sahəsinin, habelə orada yerləşən digər obyektlərin, habelə avtomobil dayanacağı üçün ayrılmış sahənin bütün bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olması ətraflı şərh edilmişdir. Həmçinin, paylı mülkiyyətə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsinin əsasları da Mülki Məcəllənin 215.4 və 215.5-ci maddələrində nəzərdə tutulmuşdur. Bu halda, iddiaçıların yaşayış binasının həyətində konkret olaraq şərti işarələrlə ayrılmış 7 və 8-ci yerlərdə avtomobillərini park etməsi digər mənzil mülkiyyətçilərinin hüquqları ilə bir araya sığmır və digər paylı mülkiyyətçilərin hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bundan başqa, məhkəmə yaşayış binasının həyətində avtodayanacaq kimi ayrılmış yerlərin ayrı-ayrı sakinlərə satılması barədə olan müqavilələrlə bağlı hesab edir ki, həmin binanın idarə edilməsi üçün Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yarandığından və binanın yerləşdiyi torpaq sahəsi, habelə digər obyektlər mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olduğundan, onlarla bağlı qəbul ediləcək qərarlar yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq yerinə yetirilməlidir. İddia tələbinin cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi əmlakının satılmasının qadağan edilməsi hissəsinə gəldikdə isə məhkəmə bir daha qeyd edir ki, çoxmənzilli binanın ümumi əmlakı bütün bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan əşya barəsində sərəncam verilməsi qaydası isə Mülki Məcəllənin 215.5-ci maddəsində nəzərdə tutulmuşdur. Bundan başqa, hazırda iddiaçıların yaşadığı yaşayış binasının idarəçiliyi ilə bağlı cavabdeh Cəmiyyət ("xxxx" MMMC) yaradılmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin yaradılmasının qanunsuz olması iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh Cəmiyyətin əsas fəaliyyəti Mənzil Məcəlləsi və Cəmiyyətin nizmanaməsi ilə tənzimlənir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində də göstərilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mülkiyyətçilərin səs çoxluğu yaradılmış və binanın ümumi idarə edilməsi üçün səlahiyyətləndirilmiş bir qurumdur. Məhkəmə hesab edir ki, cavabdehə çoxmənzilli binanın ümumi əmlakının satılmasının qadağan edilməsinin təmin edilməsi həm qanunvericiliyə, həm Cəmiyyətin nizamnaməsinə, həm də mənzil mülkiyyətçilərinin mənafeyinə zidd olardı. Məhkəmə hesab etmişdir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 manat ekspertiza xərci 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi iddiaçılardan müştərək qaydada tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.10, 152.1, 152.2, 152.3, 152.5, 213.1, 213.2, 215.4, 215.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.3, 35.4, 44.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 19.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh MMMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-60/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMMC apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMMC-yə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMMC-nin çoxmənzilli binanın ümumi əmlakından bütün mənzil mülkiyyətçiləri kimi, ayrı-seçkilik etmədən, rahat və maneəsiz istifadə etmələri, binanın həyətində parklanma yerlərində quraşdırılmış dəmir lövhəciklərin sökülməsi, digər mülkiyyətçilər kimi onların da hər birinə öz avtomobillərini binanın həyətində müvafiq şərti işarələnmiş 7 və 8ci parklanma yerlərində saxlamlarına, istifadə etmələrinə yaradılan maneələrin və cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi əmlakının (yəni, həyətdə ayrılmış avtodayanacaqların) stılmasının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindən bütün mənzil mülkiyyətçiləri kimi ayrıseçkilik edilmədən, rahat və maneəsiz İddiaçı1 və İddiaçı2 istifadə etmələrinə, həmin yaşayış binasının həyətində avtomobillərin parklanması üçün ayrılmış yerlərdə quraşdırılmış dəmir lövhəciklər sökülməklə, digər mülkiyyətçilər kimi İddiaçı1 və İddiaçı2 məxsus avtomobillərini saxlamalarına və istifadə etmələrinə yaradılmış manelər aradan qaldırılması qət edilmişdir. Qeyd edilən qətnaməni qanunsuz və əsassız hesab edirlər. Bu qətnamə ilə məhkəmə, mülkiyyətçilərin ümumi paylı mülkiyyətinə daxil olduğunu iddia etdiyi torpaq sahəsində ("xxxx" MTK-nın mülkiyyətində olan torpaq sahəsində) avtodayanacaq yerlərindən iddiaçıların da eyni şərtlərlə istifadə hüququnun tanınması və lövhəciklərin sökülməsi nəticəsinə gəlmiş, bununla da, "xxxx" MTK-nın mülkiyyət və sərəncam hüquqlarının qanunsuz məhdudlaşdırmışdır. Halbuki, "xxxx" MTK-yə məxsus olan həmin torpaq sahəsi (0,7333 ha) dövlət orqanlarının sərəncamları (Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 070 nömrəli sərəncamı və s.) əsasında MTK-nın xüsusi mülkiyyətinə verilmiş, yaşayış binasının əsas inşaat sahəsi və digər obyektlərin (yeraltı qaraj, qeyri-yaşayış sahələri və s.) tikintisi həyata keçirilmişdir. Mübahisəli avtodayanacaq sahəsi də tikinti layihəsinə və eskiz planlaşdırmaya uyğun olaraq "xxxx" MTK-nın torpaq mülkiyyəti çərçivəsində salınmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun əsaslarını yetərincə qiymətləndirmədən, çoxmənzilli binanın yerləşdiyi bütün torpaq sahəsini avtomatik olaraq bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid etmiş, "xxxx" MTK-nın mülkiyyət hüququndan irəli gələn sərəncam vermə (icarə vermə, əvəzsiz istifadə hüququnun tanınması və s.) imkanlarını əsassız şəkildə məhdudlaşdıraraq "xxxx" MMMC-nin üzərinə qanuna zidd öhdəlik qoymuşdur. Məhkəmə mülkiyyət hüququnun tərkib hissələri və "xxxx" MTK-nın mülkiyyətinə dair sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – mülkiyyətçinin əşyaya sahiblik, ondan istifadə və sərəncam vermək səlahiyyətlərini özündə birləşdirir. Qətnamədə mülkiyyət hüququnun mövcudluğuna dair təqdim etdikləri çıxarış, eskiz layihəsinin "xxxx" MTK adına təsdiq edilməsi və digər sənədlər nəzərə alınsa da, bunların nəticələri məhkəmə tərəfindən düzgün tətbiq olunmamışdır. Həmçinin məhkəmə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərkən onun tətbiq sərhədlərini genişləndirmişdir. Belə ki, həmin maddəyə görə, “çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi və binanın istismarına xidmət edən obyektlər” ümumi paylı mülkiyyətə aid ola bilər. Lakin sözügedən norma avtomatik olaraq torpaq sahəsinin bütün hissələrinin bina mülkiyyətçilərinə keçməsini nəzərdə tutmur. “Çoxmənzilli binanın istismarına xidmət edən obyekt” anlayışı binanın ehtiyac duyduğu və onsuz binanın normal istifadə, təhlükəsizlik və s. meyarlarını qarşılaya bilməyəcəyi obyektləri əhatə edir. "xxxx" MTK-nın mülkiyyətində olan və avtodayanacaq sahəsi (xüsusi olaraq ayrılmış və zəruri infrastrukturla təchiz olunmuşdur) isə binanın tikinti altı sahəsi və binanın icbari istismarına bilavasitə xidmət edən konstruksiyalardan fərqlənir. Torpaq sahəsi "xxxx" MTK-nın xüsusi mülkiyyətində qaldığından, bina sakinlərinin istifadəsi ancaq mülkiyyətçi ilə bağlanmış müvafiq müqavilələr çərçivəsində mümkündür. Lakin məhkəmə binanın həyətindəki “parklanma sahəsi”ni ümumi paylı mülkiyyət obyekti kimi tanımaqla Mülki Məcəllənin 215.4 və 215.5-ci maddələrində nəzərdə tutulan paylı mülkiyyətin sərəncam qaydalarını birtərəfli olaraq bina sakinlərinə tətbiq etmiş, "xxxx" MTK-nın isə mülkiyyətçi kimi qanuni hüquqlarını məhdudlaşdırmışdır. Halbuki, mülkiyyətçi (MTK) razılıq vermədən, həmin sahədən digər şəxslərin məhdudiyyətsiz və daimi istifadəsi (pulsuz dayanacaq, daimi parklanma və s.) Mülki Məcəllənin 152.5-ci maddəsi ilə ziddiyyət təşkil edir. Məhkəmənin qətnaməsi faktiki olaraq paylı mülkiyyətlə bağlı “çoxmənzilli binanın ümumi əmlakı” terminini yanlış tətbiq etməklə "xxxx" MTK-nın torpaq sahəsi üzərindəki hüquqlarını ləğv edir. Belə ki, tərəfindən məhkəməyə təqdim olunmuşdur ki, "xxxx" MTK bu torpaq sahəsində müstəqil hüquqi rejimə malik müəyyən obyektlər (qeyd etdiyimiz avtodayanacaq və s.) yaratmağa, onları satmağa, icarəyə verməyə və s. qanuni hüquqa sahibdir. "xxxx" MTK həmin sahənin yeganə mülkiyyətçisidir. Binada mənzil alan şəxslər yalnız mənzilə dair mülkiyyət əldə edirlər, əgər əlavə torpaq sahəsinə və ya parklanma sahəsinə dair ayrıca müqavilə bağlanmayıbsa və ya bu barədə açıq müqavilə öhdəliyi yoxdursa, onların avtomatik hüquq əldə etməsi mümkün deyil. Həmçinin məhkəmə göstərmişdir ki, Cavabdeh MMMC ilə "xxxx" MTK arasında bağlanmış torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsinə dair müqavilənin qüvvəli olması üçün yaşayış binasının bütün mülkiyyətçilərinin razılığı tələb olunurdu və bu razılığa dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 129.2-ci maddəsini və Cavabdeh MMMC-nin nizamnaməsinin müddəalarını nəzərə almamışdır. Həmin maddədə açıq şəkildə göstərilir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (Cəmiyyət) öz nizamnaməsi ilə idarə heyətinin və ya cəmiyyət iştirakçılarının ümumi yığıncağının razılığını tələb etməyən əqdlər bağlaya bilər. Digər sözlə, Cəmiyyətin nizamnaməsində müəyyən hallarda məhz İdarə Heyəti və ya səlahiyyətli şəxs binaya dair əqdləri (o cümlədən, torpağın istifadəyə verilməsi haqqında müqavilələri) bağlamaq səlahiyyətinə malik ola bilər və bunun üçün bütün mənzil mülkiyyətçilərinin ayrıca razılığı tələb olunmur. Bu xüsusat Cavabdeh MMMC-nin nizamnaməsində öz əksini tapdığı halda (Cəmiyyətin idarəetmə orqanlarının müvafiq səlahiyyəti varsa), "xxxx" MTK ilə Cavabdeh MMMC arasında bağlanmış torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsi barədə müqavilə tamamilə qanuni hesab edilməlidir. Belə olan halda, məhkəmənin “bütün mənzil mülkiyyətçilərinin razılığının mövcudluğuna dair sübutun olmaması” barədə gəldiyi nəticə yanlışdır, çünki həm Mənzil Məcəlləsinin 129.2-ci maddəsi, həm də Cəmiyyətin nizamnaməsi əsasında İdarə Heyəti bu cür müqaviləni ümumi yığıncaq qərarı olmadan da bağlaya bilər. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutetmə yükü prinsipini düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf, “torpaq sahəsinin ümumi əmlakın tərkib hissəsi” olduğunu tam və inandırıcı sübut edə bilməmiş, yalnız ümumi normativ müddəalara əsaslanmışdır. Məhkəmə isə "xxxx" MTK-nın mülkiyyət hüququna dair çıxarış və digər sənədləri formal səbəblərlə yetərsiz hesab etmişdir. Beləliklə, hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Üçüncü şəxs "xxxx" MTK Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-60/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMMC-yə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMMC-nin çoxmənzilli binanın ümumi əmlakından bütün mənzil mülkiyyətçiləri kimi, ayrı-seçkilik etmədən, rahat və maneəsiz istifadə etmələri, binanın həyətində parklanma yerlərində quraşdırılmış dəmir lövhəciklərin sökülməsi, digər mülkiyyətçilər kimi onların da hər birinə öz avtomobillərini binanın həyətində müvafiq şərti işarələnmiş 7 və 8-ci parklanma yerlərində saxlamlarına, istifadə etmələrinə yaradılan maneələrin və cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi əmlakının (yəni, həyətdə ayrılmış avtodayanacaqların) stılmasının qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindən bütün mənzil mülkiyyətçiləri kimi ayrı-seçkilik edilmədən, rahat və maneəsiz İddiaçı1 və İddiaçı2 istifadə etmələrinə, həmin yaşayış binasının həyətində avtomobillərin parklanması üçün ayrılmış yerlərdə quraşdırılmış dəmir lövhəciklər sökülməklə, digər mülkiyyətçilər kimi İddiaçı1 və İddiaçı2 məxsus avtomobillərini saxlamalarına və istifadə etmələrinə yaradılmış manelər aradan qaldırılsın. Yuxarıda qeyd edilən qətnaməni qanunsuz və əsassız hesab edirlər. Bu qətnamə ilə məhkəmə, mülkiyyətçilərin ümumi paylı mülkiyyətinə daxil olduğunu iddia etdiyi torpaq sahəsində ("xxxx" MTK-nın mülkiyyətində olan torpaq sahəsində) avtodayanacaq yerlərindən iddiaçıların da eyni şərtlərlə istifadə hüququnun tanınması və lövhəciklərin sökülməsi nəticəsinə gəlmiş, bununla da, "xxxx" MTK-nın mülkiyyət və sərəncam hüquqlarının qanunsuz məhdudlaşdırmışdır. Halbuki, "xxxx" MTK-yə məxsus olan həmin torpaq sahəsi (0,7333 ha) dövlət orqanlarının sərəncamları (Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 070 nömrəli sərəncamı və s.) əsasında MTK-nın xüsusi mülkiyyətinə verilmiş, yaşayış binasının əsas inşaat sahəsi və digər obyektlərin (yeraltı qaraj, qeyri-yaşayış sahələri və s.) tikintisi həyata keçirilmişdir. Mübahisəli avtodayanacaq sahəsi də tikinti layihəsinə və eskiz planlaşdırmaya uyğun olaraq "xxxx" MTK-nın torpaq mülkiyyəti çərçivəsində salınmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun əsaslarını yetərincə qiymətləndirmədən, çoxmənzilli binanın yerləşdiyi bütün torpaq sahəsini avtomatik olaraq bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid etmiş, "xxxx" MTK-nın mülkiyyət hüququndan irəli gələn sərəncam vermə (icarə vermə, əvəzsiz istifadə hüququnun tanınması və s.) imkanlarını əsassız şəkildə məhdudlaşdırmışdır. Məhkəmə mülkiyyət hüququnun tərkib hissələri və "xxxx" MTK-nın mülkiyyətinə dair sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – mülkiyyətçinin əşyaya sahiblik, ondan istifadə və sərəncam vermək səlahiyyətlərini özündə birləşdirir. Qətnamədə mülkiyyət hüququnun mövcudluğuna dair təqdim etdikləri çıxarış, eskiz layihəsinin "xxxx" MTK adına təsdiq edilməsi və digər sənədlər nəzərə alınsa da, bunların nəticələri məhkəmə tərəfindən düzgün tətbiq olunmamışdır. Həmçinin məhkəmə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərkən onun tətbiq sərhədlərini genişləndirmişdir Belə ki, həmin maddəyə görə, “çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi və binanın istismarına xidmət edən obyektlər” ümumi paylı mülkiyyətə aid ola bilər. Lakin sözügedən norma avtomatik olaraq torpaq sahəsinin bütün hissələrinin bina mülkiyyətçilərinə keçməsini nəzərdə tutmur. “Çoxmənzilli binanın istismarına xidmət edən obyekt” anlayışı binanın ehtiyac duyduğu və onsuz binanın normal istifadə, təhlükəsizlik və s. meyarlarını qarşılaya bilməyəcəyi obyektləri əhatə edir. "xxxx" MTK-nın mülkiyyətində olan və avtodayanacaq sahəsi (xüsusi olaraq ayrılmış və zəruri infrastrukturla təchiz olunmuşdur) isə binanın tikinti altı sahəsi və binanın icbari istismarına bilavasitə xidmət edən konstruksiyalardan fərqlənir. Torpaq sahəsi "xxxx" MTK-nın xüsusi mülkiyyətində qaldığından, bina sakinlərinin istifadəsi ancaq mülkiyyətçi ilə bağlanmış müvafiq müqavilələr çərçivəsində mümkündür. Lakin məhkəmə binanın həyətindəki “parklanma sahəsi”ni ümumi paylı mülkiyyət obyekti kimi tanımaqla Mülki Məcəllənin 215.4 və 215.5-ci maddələrində nəzərdə tutulan paylı mülkiyyətin sərəncam qaydalarını birtərəfli olaraq bina sakinlərinə tətbiq etmiş, "xxxx" MTK-nın isə mülkiyyətçi kimi qanuni hüquqlarını məhdudlaşdırmışdır. Halbuki, mülkiyyətçi (MTK) razılıq vermədən, həmin sahədən digər şəxslərin məhdudiyyətsiz və daimi istifadəsi (pulsuz dayanacaq, daimi parklanma və s.) Mülki Məcəllənin 152.5-ci maddəsi ilə ziddiyyət təşkil edir. Məhkəmənin qətnaməsi faktiki olaraq paylı mülkiyyətlə bağlı “çoxmənzilli binanın ümumi əmlakı” terminini yanlış tətbiq etməklə "xxxx" MTK-nın torpaq sahəsi üzərindəki hüquqlarını ləğv edir. Belə ki, tərəflərindən məhkəməyə təqdim olunmuşdur ki, "xxxx" MTK bu torpaq sahəsində müstəqil hüquqi rejimə malik müəyyən obyektlər (qeyd etdiyimiz avtodayanacaq və s.) yaratmağa, onları satmağa, icarəyə verməyə və s. qanuni hüquqa sahibdir. "xxxx" MTK həmin sahənin yeganə mülkiyyətçisidir. Binada mənzil alan şəxslər yalnız mənzilə dair mülkiyyət əldə edirlər, əgər əlavə torpaq sahəsinə və ya parklanma sahəsinə dair ayrıca müqavilə bağlanmayıbsa və ya bu barədə açıq müqavilə öhdəliyi yoxdursa, onların avtomatik hüquq əldə etməsi mümkün deyil. Həmçinin məhkəmə göstərmişdir ki, Cavabdeh MMMC ilə "xxxx" MTK arasında bağlanmış torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsinə dair müqavilənin qüvvəli olması üçün yaşayış binasının bütün mülkiyyətçilərinin razılığı tələb olunurdu və bu razılığa dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 129.2-ci maddəsini və Cavabdeh MMMC-nin nizamnaməsinin müddəalarını nəzərə almamışdır. Həmin maddədə açıq şəkildə göstərilir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (Cəmiyyət) öz nizamnaməsi ilə idarə heyətinin və ya cəmiyyət iştirakçılarının ümumi yığıncağının razılığını tələb etməyən əqdlər bağlaya bilər. Digər sözlə, Cəmiyyətin nizamnaməsində müəyyən hallarda məhz İdarə Heyəti və ya səlahiyyətli şəxs binaya dair əqdləri (o cümlədən, torpağın istifadəyə verilməsi haqqında müqavilələri) bağlamaq səlahiyyətinə malik ola bilər və bunun üçün bütün mənzil mülkiyyətçilərinin ayrıca razılığı tələb olunmur. Bu xüsusat Cavabdeh MMMC-nin nizamnaməsində öz əksini tapdığı halda (Cəmiyyətin idarəetmə orqanlarının müvafiq səlahiyyəti varsa), "xxxx" MTK ilə Cavabdeh MMMC arasında bağlanmış torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsi barədə müqavilə tamamilə qanuni hesab edilməlidir. Belə olan halda, məhkəmənin “bütün mənzil mülkiyyətçilərinin razılığının mövcudluğuna dair sübutun olmaması” barədə gəldiyi nəticə yanlışdır, çünki həm Mənzil Məcəlləsinin 129.2-ci maddəsi, həm də Cəmiyyətin nizamnaməsi əsasında İdarə Heyəti bu cür müqaviləni ümumi yığıncaq qərarı olmadan da bağlaya bilər. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutetmə yükü prinsipini düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf, “torpaq sahəsinin ümumi əmlakın tərkib hissəsi” olduğunu tam və inandırıcı sübut edə bilməmiş, yalnız ümumi normativ müddəalara əsaslanmışdır. Məhkəmə isə "xxxx" MTK-nın mülkiyyət hüququna dair çıxarış və digər sənədləri formal səbəblərlə yetərsiz hesab etmişdir. Beləliklə hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. İşin apellyasiya icraatı zamanı Üçüncü şəxs "xxxx" MTK apellyasiya şikayətinə əlavə təqdim edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MTK tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda həmin şikayətə əlavələr edilməsi zərurəti yaranmışdır. Belə ki, "xxxx" MTK-nın mülkiyyət hüququnun pozulması ilə nəticələnmiş birinci instansiya məhkəməsinin qətnaməsi, təkcə daxili hüquq normalarına deyil, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi aktlara, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs öz mülkiyyətindən qanunsuz və ya qeyri-mütənasib şəkildə məhrum edilə bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsinin qətnaməsi AİHM presedentləri ilə uyğunluq təşkil etmir və ya ümumiyyətlə onlara ziddir. Bu baxımdan hazırkı mübahisəyə tətbiq edilməli olan AİHM-nin aşağıdakı qərarlarını müqayisəli şəkildə məhkəmənin diqqətinə çatdırılır: 1. “Beyeler İtaliyaya qarşı” işi, 05 yanvar 2000-ci il: Məhkəmə bu qərarında qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilə yalnız qanunla nəzərdə tutulmuş, aydın və qabaqcadan bilinə bilən əsaslarla və ictimai maraqlara uyğun şəkildə həyata keçirilə bilər. Cari işdə isə belə əsaslandırma verilmədən MTK-nın xüsusi mülkiyyəti ümumi istifadəyə verilmişdir. 2. “C.A. Pay (Oksford) və C.A. X2rşı” işi, 30 avqust 2007-ci il: Məhkəmə bildirmişdir ki, mülkiyyət hüququna hər hansı müdaxilə mütənasib və balanslaşdırılmış şəkildə həyata keçirilməlidir. Hazırkı işdə isə MTK-nın sərəncam hüququ hər hansı hüquqi əvəz və ya kompensasiya olmadan faktiki olaraq ləğv edilmişdir. 3. “Öneryıldız Türkiyəyə qarşı” işi, 30 noyabr 2004-cü il: Bu qərarda AİHM qeyd etmişdir ki, dövlət və ya məhkəmə orqanlarının passiv davranışı və mülkiyyət sahibinin hüquqlarını qorumaqda laqeydliyi Konvensiyanın pozulmasıdır. Hazırkı işdə məhkəmə MTK-nın təqdim etdiyi çıxarış və layihə sənədlərini yetərincə qiymətləndirmədən, yalnız iddiaçıların ümumi mülahizələrinə əsaslanaraq iddianı təmin etmişdir. 4. “Köktepe Türkiyəyə qarşı” işi, 22 iyul 2008-ci il: Bu qərarda AİHM mülkiyyətçinin sərəncam hüququnun Konvensiya ilə qorunduğunu bir daha vurğulamışdır. İndiki halda "xxxx" MTK-nın torpaq üzərindəki sərəncam səlahiyyəti açıq-aşkar və əsaslandırılmamış şəkildə məhdudlaşdırılmışdır. Yuxarıda qeyd edilən qərarları ümumiləşdirsək, Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən presedentlərində formalaşdırılmış hüquqi yanaşmalar açıq şəkildə göstərir ki: Mülkiyyət hüququ yalnız qanuni, ictimai maraqla əsaslandırılmış və mütənasib şəkildə məhdudlaşdırıla bilər; Dövlət orqanları, o cümlədən məhkəmələr, fərdin (və ya hüquqi şəxsin) mülkiyyət hüququnu qorumaq öhdəliyi daşıyır; Məhkəmələrin qərarları sübuta yetirilmiş faktlara, hüquqi sənədlərə və Konvensiyaya uyğun olaraq əsaslandırılmalıdır. "xxxx" MTK-nın təqdim etdiyi hüquqi sənədlər – torpağın çıxarışı, eskiz layihə və müqavilə əsaslı istifadəyə dair razılaşmalar – məhkəmə tərəfindən yetərincə araşdırılmadan, yalnız iddiaçı tərəfin ümumi mülahizələrinə istinad edilməklə torpaq sahəsinin ümumi əmlak kimi qiymətləndirilməsi birbaşa mülkiyyət hüququnun pozulması deməkdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı2 apellyasiya şikayətlərinə qarşı etirazını onunla əsaslandırmışdır ki, onun mülkiyyətçilərindən olduğu və yaşadığı Cavabdeh MMMC-nin çoxmənzilli binanın ümumi əmlakından bütün mənzil mülkiyyətçiləri kimi, ayrı-seçkilik edilmədən, rahat və maneəsiz istifadə etməsinə, binanın həyətində olan parklanma yerlərində quraşdırılmış dəmir lövhəciklərin sökülməsinə, digər mülkiyyətçilər kimi iddiaçıların da hər birinə öz avtomaşınlarını Cavabdeh MMMC-nin binasının həyətində müvafiq şərti rəqəmlənmiş 7-ci və 8-ci parklanma yerlərində saxlamalarına, ondan istifadə etmələrinə və cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi əmlakının satılmasının qadağan edilməsi barədə Xətai Rayon Məhkəməsinə müraciət ediblər. Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Lakin, cavabdehlər bu qərarın guya qanunsuz olduğunu iddia edərək, qanunvericiliyin və digər aktların tələblərinə zidd, uyğun olmayan mülahizə və fərziyələr irəli sürərək apellyasiya şikayəti vermişlər. Cavabdehlər bildirirlər ki, “Xətai Rayon Məhkəməsi bu qərarla, "xxxx" MTK-nın mülkiyyət və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmışdır. Halbuki, "xxxx" MTK-yə məxsus olan həmin torpaq sahəsi (0,7333 ha) dövlət orqanlarının sərəncamları (Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 070 nömrəli sərəncamı və s.) əsasında MTK-nın xüsusi mülkiyyətinə verilmiş, yaşayış binasının əsas inşaat sahəsi və digər obyektlərin (yeraltı qaraj, qeyri-yaşayış sahələri və s.) tikintisi həyata keçirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun əsaslarını yetərincə qiymətləndirmədən, çoxmənzilli binanın yerləşdiyi bütün torpaq sahəsini avtomatik olaraq bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid etmiş, "xxxx" MTK-nın mülkiyyət hüququndan irəli gələn sərəncam vermə (icarə vermə, əvəzsiz istifadə hüququnun tanınması və s.) imkanlarını əsassız şəkildə məhdudlaşdıraraq "xxxx" MMMC-nin üzərinə qanuna zidd öhdəlik qoymuşdur.” Məsələyə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 070 nömrəli sərəncamının 6-cı bəndində qeyd edildiyi kimi “Bu sərəncam inşaat passportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır”. Bu torpaq sahəsinin nə üçün "xxxx" MTK-nın mülkiyyətinə verilməsi, hansı şərtlərlə verilməsi və nə üçün verilməsi sərəncamda aydın göstərilmişdir (əlavə olunur). Qeyd edir ki, bu yaşayış binası və onun torpağı “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində onun tərkib hissəsidir. Bu torpaqlar "xxxx" İnkişaf Şirkətinə məxsus 221.4 ha-lıq torpaq sahəsinin bir hissəsi olmuşdur, ekoloji cəhətdən insan sağlamlığına və ətraf mühitə ziyanlı ərazilər olub. Lakin, ümumilli lider Heydər Əliyevin göstərişinə əsasən bu ekoloji problem aradan qaldırılmalı idi. Yəni, bu layihənin, prioritet məqsədi ekoloji problemin aradan qaldırılması olmuşdur, hansısa MTK-lara şəhərin mərkəzində əsassız torpaq hədiyyə etmək və ya satmaq olmayıb. Eyni zamanda qeyd edir ki, torpağa xüsusi mülkiyyətin əldə olunmasının bir neçə halları mövcuddur: satın alma, miras, bələdiyyədən hərrac yolu ilə əldə etmə, bağışlama və s. Lakin, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamında bu halların heç biri qeyd edilməyib, orada deyilmir ki, bu torpaq və ya yaxud onun hansısa bir hissəsi "xxxx" MTK-ya satılır, bağışlanır və s. Bu torpağın 0.7333 ha hissəsinin (sözügedən yaşayış kompleksinin yerləşdiyi torpaq) çıxarışının "xxxx" MTK-nın adına olmasına gəlincə isə, əlbəttə, bu da qanunvericiliyin tələblərinə riayət olunması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamında qeyd edildiyi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınması "xxxx" MTK-ya tapşırılmışdır. Əks təqdirdə bu tikinti şəhərin mərkəzində 7 bloklu, 7 mərtəbəli qanunsuz tikili (“gecəqondu”) olacaqdı. Digər tərəfdən belə bir sual ortaya çıxır - qanunvericiliyin tələblərinə görə xüsusi mülkiyyət sahibi öz mülkiyyəti barəsində öz mülahizəsinə uyğun istədiyi hərəkəti edə bilər, onun barəsində sərəncam verə bilər, sata, bağışlaya söküb yenidən başqa tikili tikə bilər. "xxxx" MTK Ağ Şəhər kompleks layihənin tərkib hissəsi olan, sözügedən yaşayış binasının həyətyanı sahəsində hər hansı bir tikili, məsələn şadlıq sarayı, mərasim zalı, və ya hər hansı digər ictimai iaişə və ya ticarət obyekti tikə bilərmi? Əlbəttə bu mümkün deyil. O zaman bu necə xüsusi mülkiyyətdir ki, o, bu torpaq barədə hər hansı bir sərəncam verə bilmir. Yaşayış binasında tikib satdığı bütün mənzil, ticarət obyektləri və həyətyanı sahədəki mübahisə predmeti olan parklanma yerlərinin altında yerləşən qarajlara mülkiyyətçilər çıxarış ala bilsələr də, həyətyanı sahələrdə mülkiyyətçiləri aldadaraq öz ümumi istifadələrində olan əmlaklarını (həyətyanı sahədəki parklanma yerlərini) yenidən mənzil mülkiyyətçilərinin bəzilərinə qanunsuz satdığı bu parklanma yerlərinə heç kəs çıxarış ala bilmir. Yaranmış problemin kökü ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MTK binanı tikib təhvil verdikdən 1 ay sonra binadan çıxmalı idi. Yaranmış Cavabdeh MMMC isə binanı və onun ümumi istifadədə olan bütün əmlakını "xxxx" MTK-dan təhvil almalı idi. Lakin, həm "xxxx" MTK-nın, həm də Cavabdeh MMMC-nin hərəkətsizliyi nəticəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Xətai Rayon Məhkəməsində "xxxx" MTK ilə Cavabdeh MMMC arasında olmalı olan təhvil təslim sənədlərini Məhkəmə tələb etsə cavabdehin vəkilləri 2 baxış iclasında növbəti iclasda gətirəcəklərini bildirsələr də növbəti baxış iclasında konkret olaraq Məhkəməyə bu sənədləri təqdim etməkdən imtina etdilər. Nəzərə çatdırır ki, biz mənzil mülkiyyətçiləri Cavabdeh MMMC-nin yaradılması və "xxxx" MTK-nın təsisçisi olan Qasımov Rüfətin yaradılmış Müştərək Cəmiyyətin İdarə Heyətinin sədrinin seçilməsi barədə mənzil mülkiyyətçilərinin ümumi yığıncağının harada, nə zaman və hansı şəraitdə keçirilməsindən xəbərləri olmayıb. Onlar bu barədə ən azı 1 ildən sonra 10 oktyabr 2021ci il tarixində bilmişlər. Buna qədər isə Cavabdeh MMMC-nin yaradılması və onun idarə heyyətinin sədrinin "xxxx" MTK-nın təsisçisi Qasımov Rüfətin olması barədə məlumatları olmayıb. Bu Mənzil Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasıdır. X6 hər iki cəmiyyətin rəhbəri olduğu təqdirdə torpağın MTK-nın balansından çıxarılaraq Cavabdeh MMMC-nin balansına təhvil verilməsi onun şəxsi maraqlarına zidd idi. Bu səbəbdən də onların binasının yerləşdiyi torpaq hələ də "xxxx" MTK-nın adınadır. Eyni zamanda cavabdehlər bildirirlər ki; “birinci instansiya məhkəməsi mülkiyyət hüququnun əsaslarını yetərincə qiymətləndirmədən, çoxmənzilli binanın yerləşdiyi bütün torpaq sahəsini avtomatik olaraq bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid etmiş, "xxxx" MTKnın mülkiyyət hüququndan irəli gələn sərəncam vermə (icarə vermə, əvəzsiz istifadə hüququnun tanınması və s.) imkanlarını əsassız şəkildə məhdudlaşdıraraq Xətai-24" MMMC-nin üzərinə qanuna zidd öhdəlik qoymuşdur.” Ümumiyyətlə cavabdehlərin yaşayış kompleksinin yerləşdiyi torpağın hansısa 2 hissədən və ya ayrı torpaq sahələrindən ibarət olması iddiasını hələ də başa düşmək mümkün olmur. Yaşayış binasının yerləşdiyi 0,7333 ha-lıq torpağın vahid, yeganə sahəsi vardır. Bu sahə isə tamamilə layihə üzrə vahid kompleks halındadır. Bir hissəsində yaşayış binasının özü yerləşir, qalan digər hissəsində isə qarajlar yerləşir, qarajların üzərində betondan tikilərək üstü asfaltlanmış həyətyanı sahə isə 1-dən çox mənzilə xidmət edən yol, yaşıllaşdırma elementləri, bisetka, skamyalar, uşaq meydançası, idman meydançası, söhbətkah, həyətin işıqlandırma dirəkləri, yağış sularının axıdılması üçün kanalizasiya boruları, blokların giriş qapılarına aparan səkilər və yerüstü açıq havada olan və mübahisə predmeti olan parklanma yerlərindən və həyətyanı sahənin altından keçən naqil, bom, havalandırma sistemi, suvarma sistemi, binanın su çəni, və yanğından mühafizə sistemlərindən ibarətdir (disk əlavə olunur). Birinci instansiya Məhkəməsi cavabdehin hər iki vəkilinin iştirakı ilə əraziyə baxış keçirmiş və bu halları da qiymətləndirmişdir. Lakin, cavabdehlər şikayət ərizələrində “mülkiyyət hüquqularının əsaslarının yetərincə qiymətləndirilməməsindən və torpaq sahəsinin bina mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid edilməsindən” əsassız olaraq şikayətlənirlər. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə: “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.” Eyni zamanada Mülki Məcəllənin 227.1-ci maddəsinə görə: “ Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.” Sözügedən torpaq üzərində yerləşən və onun bütün sahəsini əhatə edən mənzillər və qarajlar mənzil mülkiyyətçilərinin xüsusi mülkiyyətindədir və hər birinin öz adlarına çıxarışları var. Torpaq Məcəlləsinin 4.4-cü maddəsinə görə “Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.” Nə vaxtsa bu torpaq "xxxx" MTK-nın adına olub, həmin torpaqda bina tikib, satıb pulunu artıqlaması ilə qazanıb və onlar da bu mülkiyyətləri pul verib almış, və bununla da "xxxx" MTK-nın heç bir halda satdığı torpağa hər hansı bir formada iddia etmək hüququ qalmayıb. Beləliklə, cavabdehlərin verdikləri şikayətlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci və 109.5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.4-cü, MPM- in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyasından cavabdehlər "xxxx" MTK və Cavabdeh MMMC-nin Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən verdikləri şikayətlərin əsassız olduğu üçün təmin edilməməsi və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 60/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMMC-nin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətləri ilə razılaşmayıb, şikayətlərə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında İddiaçı1 apellyasiya şikayətləri ilə razılaşmayıb, izahatında göstərmişdir ki, cavabdehin iddia etdiyi torpaq sahəsi qarajın üstündə yerləşən həyətyanı torpaq sahəsidir, yəni binanın həyətidir. Orda iki xətt çəkib deyirlər ki, bu xətlərin arasını onlar sakinlərə satırlar. Satış qiyməti də 15.000 manatdır. O, rəsmi sənəd, çıxarış verildiyi halda həmin sahəni almağa razı olmasını desə də, cavabdeh rəsmi sənəd verilməyəcəyini deyir. Araşdıma zamanı onlar həyətyanı sahənin qanunvericiliklə salmasının mümkün olmadığını öyrənmişlər. Həmin sahə bütün bina sakinlərinə məxsusdur. Amma cavabdeh və üçüncü şəxs gətirib ora lövhəcik yerləşdirib ki, onlar burda maşın saxlaya bilməzlər. “AYNA” dövlət qurumu onun yaşayış yerindən 200 metrlik məsafədə ona avtomobilini pulsuz saxlaması barədə yer ayırsa da, yaşadığı, qeydiyyatda olduğu bina ona deyir ki, həyətdən çıx. "xxxx" MTK torpaq sahəsini bina tikildikdən sonra vətəndaşların mülkiyyətinə verməlidir. "xxxx" MTK 6- 7 il əvvəl binanı təhvil verdikdən sonra çıxıb getməli idi. Belə çıxır ki, onun yaşadığı bina "xxxx" MTK-nındır. O, pulunu ödəyib, çıxarış almışdır. Parklanma sahəsində hər kəsə olmasa da 70-80 nəfərə çatası yer vardır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı1 rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir. Maddə 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Maddə 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Maddə 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 56.
9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Maddə 66.
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 73. 1.Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə;
2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Maddə 88.
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətlərində qətnamə cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçılar çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılan torpaq sahəsinin, binada yaşayan bütün mənzil mülkiyyətçilərinin paylı mülkiyyətində olması səbəbindən cavabdehin onların avtomobillərini binanın həyətində ayrılmış avtodayanacaqda saxlamalarına maneələr yaratmasını qanuna zidd hesab edirlər. Cavabdeh MMMC və üçüncü şəxs "xxxx" MTK iddia tələbinə qarşı etirazlarını, çoxmənzilli yaşayış binasının inşa edildiyi torpaq sahəsinin (0,7333 ha) "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmasını, binanın eskiz layihəsində binanın həyətində “2” rəqəm şərti işarəsi ilə qeyd edilmiş hissənin yer üstü avtodayanacaq kimi təsdiq edilməsini, torpaq sahəsi mülkiyyətində olduğundan "xxxx" MTK-nın binanın həyətində ayrılmış yer üstü avtodayanacaqlar barədə istənilən sərəncamı vermək hüququnun olmasını, "xxxx" MTK ilə Cavabdeh MMMC arasında “Torpaq sahəsinin əvəzsiz istifadəsinə dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmasını, həmin müqavilənin şərtinə görə iddiaçıların avtodayanacaqdan əvəzi ödənilmək şərti ilə istifadə etmək hüquqlarının olmasını bildirirlər. İşin faktiki hallarına əsasən, iddiaçıların da yaşadığı yaşayış binası Bakı şəhərinin abadlaşdırılması ilə bağlı Dövlət proqramı çərçivəsində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı sərəncamına əsasən inşa edilmişdir. Həmin sərəncama əsasən, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər Dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin tikintisinin layihələndirilməsini nəzərdə tutmuşdur. İstinad olunan sərəncamın icrası çərçivəsində "xxxx" MTK-nın istifadəsinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 070 nömrəli sərəncam ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 36 saylı sahənin bir hissəsində yerləşən ərazidə 7 mərtəbəli yaşayış binasının inşası üçün 0,7333 ha torpaq sahəsi verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmaqla xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş Eskiz layihəsindən (memarlıqplanlaşdırma həlli) müəyyən olunur ki, yaşayış binası 0,7341 ha torpaq sahəsində inşa edilmiş, inşaat sahəsi 4698 kv.m., binanın ümumi sahəsi (netto) 12550,64 kv.m., və s., göstərilmişdir. Həmçinin, binanın həyət hissəsində mövcud ərazilər; 1 - yol; 2 - avtomobil dayanacağı; 3 - səki; 4 - pandus; 5 - uşaq əyləncə zonası; 6 - söhbətgah; 7 - yaşıllıq; 8 - yaşayış binaları kimi şərti işarələrlə qeyd edilmişdir. Eskiz layihəsində ayrılmış 0,7341 ha torpaq sahəsində inşa ediləcək tikinti ərazisi isə A, B, C, B, E, F, G, H, İ, J və K hərfişarələrlə qeyd edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıların da yaşadıqları mənzillər torpaq sahəsində inşa edilmiş yaşayış binasının tikinti ərazisi 0,7341 ha ərazini əhatə edir və həmin ərazidə Eskiz layihədə olan digər tikinti obyektləri ilə bərabər mübahisəli avtomobil dayanacağı da nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Mənziltikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ Azərbaycan Respublikası Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyildir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MTK inşa etdiyi binada öz fəaliyyətini başa vurduğundan həmin binada artıq heç bir fəaliyyət göstərmir. Həmin binada, daşınmaz əmlak kompleksinin birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi olan Cavabdeh MMMC yaradılmışdır. Araşdırlan sübutlardan daha sonra müəyyən olunur ki, iddiaçıların mülkiyyətində olan mənzillərində yerləşdiyi çoxmənzilli yaşayış binasının inşa edildiyi torpaq sahəsinə dair "xxxx" MTK ilə Cavabdeh MMMC arasında “Torpaq sahəsinin əvəzsiz istifadəsinə dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. İstinad olunan müqavilə əvəzsiz bağlansa da, həmin müqavilənin 2.3-cü bəndinin şərtlərinə əsasən, binanın həyətində yerləşən parklanma sahəsindən, yalnız MTK-nın razılığı ilə istifadə edilə bilər. Bu şərtə istinadən mənzil mülkiyyətçilərindən pul tələb olun, tələb olunan pul vəsaitini verməyən iddiaçıların həmin sahədən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılır. Kollegiya qeyd edir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1.-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mübahisə edilən əqd tərəflərin mübahisələndirməsi nəticəsində etibarsız hala gələn əqd kimi qəbul edilir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunduğu kimi "xxxx" MTK ona çoxmənzilli yaşayış binasının inşası üçün ayrılmış torpaq sahəsində binanı inşa edib, üzvlərinin pay haqlarını tam həcmdə aldıqdan sonra həmin binada öz fəaliyyətini dayandırmış, binada artıq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti fəaliyyət göstərir. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını tənzimləyən TM-in 56-cı maddəsinin 9-cu bəndinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin normanın 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; Həmin Məcəllənin 88-ci maddəsinin 1-ci bəndinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin normanın 3-cü bəndinə əsasən, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Cavabdehin nümayəndəsi iddiaçılara yaradılan maneəni torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olması və həmin topaq sahəsinin cavabdehə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əvəzsiz istifadəyə verilməsi ilə əsaslandırsa da, araşdırma zamanı həmin əqdin uydurma əqd olmaqla əhəmiyyətsiz olması öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilənin tərəfləri, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə xitam verildiyini, tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələrinin həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçdiyini, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsinin notarial qaydada təsdiq edilmiş müqavilə əsasında mümkün olmasını bildikləri və ya bilməli olduqları halda uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün əqd bağlamış və bu əqd əsasında müqavilənin predmeti olan (artıq həmin evin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçən) torpaq sahəsindən istifadə edə bilmələri üçün iddiaçılardan, yəni torpağın paylı mülkiyyətçilərindən pul tələb etməklə onların mülkiyyət hüquqlarına müdaxilə etmişlər. Kollegiya qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, birinci inctansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-60/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh MMMC tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçüncü şəxs "xxxx" MTK tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.