Məhkəmə qərarları › İş №2(103)-2772/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2772/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2772/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, X12 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə3 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)-3152/2023 saylı qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X5 X6 xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat nəticəsində ölməsinə görə cavabdeh X10 ödənilmiş 40000 manat, lobarotoriya və müayinə xərcləri daxil ümumilikdə 50.000 manat pulun; X5 dəfninə xərclənmiş (3,7,40 günləri və məzar daşı) ümumilkidə 20.000 manat pulun; yetkinlik yaşına çatmamış övladarının 18 yaşı tamam olanadək, Fatimə üçün 12000 manat, Fidan üçün 24000 manat və Coşqun üçün 36.000 manat olmaqla, cəmi 72.000 manat pulun; X5 qoca və xəstə olan anası X8 görə hər ay 1000 manat hesablanmaqla 5000 manat pulun; X5 hər ay ailənin dolanışığı üçün qazandığı 2000 manatın 11 il müddətinə hesablanmaqla 264 000 manat maddi zərərə görə kompensasiya məbləği olmaqla, ümumilikdə 341.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASCyə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 və "xxxx" ASC-dən müştərək qaydada 341.000 manat pulun tutularaq İddiaçı verilməsini; cavabdeh X4 səhv (yalnış) cərrahi əməliyyatı nəticəsində sağlamlığına vurulmuş 100000 manat maddi ziyanın tutularaq ona ödənilməsi; cavabdeh "xxxx" ASC-dən 59000 manat sağlamlığına vurulmuş maddi ziyanın və həyat sığorta haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin cavabdeh qismində işə cəlb olunması, cavabdeh X7 həkim-cərrahı Mircəlal Kazımınin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikası CPM-nin 165.4 maddəsinə əsasən barəsində xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, X5 xx.xx.2023-cü il tarixdə X6 yalnış və keyfiyyətsiz cərrahi əməliyyat edilməsi nəticəsində ölməsinə görə cavabdehlərdən 341.000 manatın, X1 vurulmuş ziyana görə 159.000 manatın tutularaq onlara ödənilməsi, cəmi 500.000 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)-3152/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Xudayev Kərim) iddia tələbləri təmin edilməmişdir. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9pellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalından xx.xx.2023-cü ildə X5 ölümünə görə 341.000 (üç yüz qırx bir min) manat, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalından qara ciyər köçürülməsi nəticəsində X3 (3-cü şəxs) sağlamlığına vurulmuş zərərə görə 159.000 (yüzəlli doqquz min) manat pulunümumilikdə 500.000 (beş yüz min) manat pulun xeyrinə tutularaq ödənilməsi: Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının cərrah-həkimi Mircəlal Kazımınin və həmin Hospitalın rəis müavini Bəxtiyar Musayevin barəsində AR-sı CM-in müvafiq maddələrinə əsasən cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edib, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini: Yasamal rayon məhkəməsinin hakimi Kərim Xudayev həmin mülki işə baxış zamanı Qanunverciliyi dəfərlərlə və kobdcasına pozuduğuna görə barəsində xüsusi qərardad qəbul edilərək AR-sı MHŞna göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası və məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Mülki iş ekspertiza mərkəzində olarkən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə İddiaçı və üçüncü şəxs X11 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı ilə məhkəmədən kənar danışıqlar yolu ilə aralarında olan mübahisənin həlli yolunu tapdığını, bu səbəbdən onlarla cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı arasında olan mübahisə hissəsindən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra, iş üzrə icraat təzələnərək, baxılması üçün təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və üçüncü şəxs X11 ərizələrlə məhkəməyə müraciət edərək, iddiadan imtina etdikləri üçün, işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildiridi. Digər cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, elektron kabinet vasitəsilə ərizə təqdim edilərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının və üçüncü şəxsin iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)-3152/2023 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 369.2 və 369.4-cü maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı və üçüncü şəxs iddia tələbindən imtina etdikləri üçün, onların imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)-3152/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiadan imtinaları qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)- 3152/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar