Məhkəmə qərarları › İş №2(103)-2777/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2777/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2777/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 805.89 USD məbləğində əsas borc, 1113.51 USD məbləğində faiz borcu, 3044.11 USD məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixə 122.32 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 5085.83 USD borc və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 70021373 ssuda hesablı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 34 olmaqla 3.000 USD məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyini lazımınca yerinə yetirməmiş və onun 805.89 USD məbləğində əsas borc, 1113.51 USD məbləğində faiz borcu, 3044.11 USD məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixə 122.32 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği hesablanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4836/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddəti keçmişdir və tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər iddia müddəti çərçivəsində ən geci xx.xx.2017-ci il tarixədək icra edilməli idi. Bununla bağlı əlavə olaraq qeyd edirlər ki, məlum olduğu kimi, COVİD-19 pandemiyası səbəbi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejimin tənzimlənməsi barədə qaydalar müəyyən olunmuşdur. Həmin qərarın 1-ci bəndinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə (xx.xx.2020-xx.xx.2020) ölkə ərazisində xüsusi rejimli iş (əmək) rejimi tətbiq edilmişdir. Daha sonra xüsusi karantin rejimi 144 saylı qərar ilə xx xxx 2020-ci il saat 00:00-dək, ikinci dəfə isə xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00, xx xxxx 2020-ci il saat 00:00, xx xxxx 2020 saat 00-00 və xx xxxxxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata' keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinə işlərə baxılması ilə bağlı “Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasını müvəqqəti olaraq təxirə salınması tövsiyyə edilmişdir. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ikinci olan, xx xxxx 2020-ci il tarixli qərarında da bir daha vurğulanır ki, Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatda olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın. Odur ki, yuxarıda göstərilən üzrlü səbəblərdən iddia müddəti ötürülərək məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iddianın təmin edilməməsi barədə qətnaməni qəbul edərkən Nazirlər Kabinetinin qərarlarını, Ali Məhkəmənin məhkəmələrdə işlərin təxirə salınması barədə qərarını, eyni zamanda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi şəxs kimi yoluxmanın ən çox olduğu Bakı şəhərində yerləşməsini göz ardı etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 70021373 ssuda hesablı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank cavabdehə aylıq 34% ödəmək şərti ilə 24 ay müddətinə 3.000 USD məbləğində kredit verməyi, “Borcalan” isə kreditdən təyinatına uyğun istifadə etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ZM 70021373 saylı xx.xx.20105-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Bank cavabdehə aylıq 34% ödəmək şərti ilə 24 ay müddətinə 3.000 USD məbləğində kredit verməyi, “Zamin” isə kreditdən təyinatına uyğun istifadə etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehlərin nümayəndəsi və vəkili Vəkil mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2 və 377.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində is göstərildiyi kimi müqavilələr özündə mövcud qanunvericiliyə zidd normalar əks etdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçı şikayətində iddia müddətinin ötürülməsi səbəbi kimi ölkədə mövcud olan pandemiya ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar məhkəmələrdə işlərin baxılmasının dayandırılmasını göstərsə də, bu hal iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında xx.xx.2015-ci ildə 24 aylıq müddətə bağlanmışdır. Bu isə o deməkdir ki, iddia müddətinin hesablanmağa başladığı tarix xx.xx.2017-ci il götürülməlidir. Belə olduqda isə iddia müddətinin son tarixi xx xxx 2020-ci ilə təsadüf edir. Bakı şəhərində isə xüsusi karantin rejimi ilə əlaqədar işlərin baxılmasının dayandırılması xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olmuşdur. Buradan görünür ki, iddia müddətinin bitdiyi tarix məhkəmələrdə işlərin baxılmasının dayandırılması dövrünə təsadüf etmir. Həmçinin məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmələrdə işlərin baxılmasının dayandırılması məhkəməyə müraciət hüququnu da məhdudlaşmır. Belə ki, məhkəmələrdə poçt vasitəsilə və ya elektron məhkəmə vasitəsilə iddia ərizələrinin qəbulu davam etdirilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: LPO İddiaçı ASC -nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC -yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar