Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2787/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Salatin Allakhveranovanın iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-334/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mülkiyyətində olan və idarə etdiyi “BMW 530” markalı, 10VD530 dövlət qeydiyyat nişanlı avtomobilə X3 idarə etdiyi “Kia Sorento” markalı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər dəymiş və buna dair “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili sığrota hadisəsindən icbari səğorta növündə sığortalan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktı ilə razılaşmayan İddiaçı bununla bağlı "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC ona yeni müstəqil qüsur aktı ilə avtomobilə dəyən zərərin 2220 manat məbləğində qiymətləndirildiyini və bu məbləği götürməsini bildirmişdir. 2.Lakin İddiaçı əldə etdiyi başqa qüsur aktı ilə dəyən zərərin 4125 manat olmasının müəyyən edildiyini əsas gətirərək həmin məbləğin "xxxx" MMC-dən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə nəqliyyat hadisəsi zamanı ona məxsus BMW markalı, 10 VD-530 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 4125 manat məbləğində maddi zərərin və 62 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində özünə məxsus BMW markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi ilə Koroğlu metrosu istiqamətində saatda 50-60 km surətlə hərəkət edərkən X8 KİA Sorento markalı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədə yerləşən servisdən çıxarkən İddiaçı avtomobilinin ön və sağ tərəfini vurdu, İddiaçı avtomobilin yolun əks istiqamətində dayanmış X4 məxsus Opel Astra markalı 99OL175 dövlət qeydiyyat nişanlı avtomobilə dəydi və həmin avtomobil də yüngül zədələndi. Nəticədə İddiaçı avtomobilinin ön və sağ tərəfi tam yararsız vəziyyətə düşdü. Yol - nəqliyyat hadisəsi yerinə X3 KİA Sorento markalı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilinin sığorta edildiyi Meqa Sığortanın əməkdaşı və AR DİN-nin Sabunçu rayon Polis İdarəsinin Dövlət X10 böyük inspektoru, polis kapitanı Sahib Mirzəyev gəldi. Sahib Mirzəyev xx.xx.2023-cü il saat 10:20 radələrində avtomobilinin zədələnməsi barədə seriya AYP 046998 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış tərtib etdi və İddiaçı verdi. Meqa Sığortanın əməkdaşı isə avtomobilimin zədələnmiş hissələrinin şəkillərini çəkdi və qiymətləndirməyə göndərdi. Meqa Sığortanın xx.xx.2023-cü il tarixli qüsur aktında avtomobilimə dəymiş maddi zərərin məbləğinin 1720 manat məbləğində qeyd edildiyinə görə İddiaçı həmin məbləğlə razılaşmayıb Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən X14Ə müraciət etdi və onların xx.xx.2023-cü il tarixli qüsur aktında avtomobilimə dəymiş maddi zərərin məbləği 4125 manat məbləğində qeyd edilmişdir. 5.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək xx.xx.2023-cü il tarixli qüsur aktında dəyişilməsinə və təmir edilməsinə ehtiyac olan bəzi avomobil hissələrinin qeyd edilmədiyini, sonradan əldə etdiyi qüsur aktında həmin hissələrin də öz əksini tapdığını bildirərək işə həmin qüsur aktı əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. 6.Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən məbləğlə razı olduğunu və həmin məbləği ödəməyə hazır olduqlarını bildirmişdir. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 fevral 2024-cü il tarixli, 2(005)-334/2024 saylı qətnaməsi ilə (hakim-Aytən Novruzova) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi olaraq 3115 (üç min yüz on beş) manat və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 46,5 manat pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 60 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan: 8.AD 855137 nömrəli nəqliyyat vasutəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “BMW 530 minik” markalı, 10VD530 nömrəli avtomobilin mülkiyyətçisi İddiaçıdur. 9.İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024- cü il tarixədək icbari sığorta növündə 12 ay müddətinə sığortalanmışdır. 10.046998 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Balıxanov qəsəbəsi, B.Bünyatov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kia-Sorento” markalrı, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilin ün sol hissəsi və “BMW 530 Sorento” markalı, 10VD530 nömrəli avtomobili ön və sağ hissələri zədələnmişdir. 11.xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X8 xx.xx.2023-cü il tarixdə saat 10:25 radələrində “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və nəticədə Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 12.xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün zədələnmiş ehtiyat hissələri və görülməli təmir xidmətinin cəmi dəyəri 1720 manat təşkil edir. 13.“X14” MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün zədələnmiş ehtiyat hissələri və görülməli təmir xidmətinin cəmi dəyəri 4125 manat təşkil edir. 14."xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş müstəqil ekspert rəyindən müəyyən olunur ki, “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərər ehtiyat hissələri və təmir xidmətli ilə birlikdə 2220 manat məbləğində müəyyən edilmişdir. 15."xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonunda baş vermiş yol nəqliyyat hadisəsində zədələnmiş “BMW 530” markalı, 10VD530 nömrəli avtomobilə dəymiş zərərin müstəqil ekspert tərəfindən 2220 manat məbləğində qiymətləndirildiyi və hesablanmış sığorta ödənişinin ödənilməsi üçün şəxsiyyəti təsdiq edən sənədi və bank hesabının Cəmiyyətə təqdim edilməsi bildirilmişdir. 16.Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 9/8241-8/3293 nömrəli ekspert rəyində qeyd olunur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyil. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə fiziki şəxs X5 tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2001ci il buraxılışlı mühərrik həcmi 3000 sm3 , “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1720,00 manat, dəyişilməli hissələrin qiyməti 830 manat, təmir-bərpa işlərinin qiyməti 890 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, X14 tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli 113 №-ii qüsur aktı məlumatlarına əsasən 2001-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3 , “BMW” markalı, “530” model, 10- VD- 530 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3115,00 manat, dəyişilməli hissələrin qiyməti 1725 manat, təmir-bərpa işlərinin qiyməti 1390 manat müəyyən edilir. 17.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan və idarə etdiyi “BMW 530” markalı, 10VD530 dövlət qeydiyyat nişanlı avtomobilə X3 idarə etdiyi “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər dəymiş və buna dair “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili sığrota hadisəsindən icbari səğorta növündə sığortalan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktı ilə razılaşmayan İddiaçı bununla bağlı "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC ona yeni müstəqil qüsur aktı ilə avtomobilə dəyən zərərin 2220 manat məbləğində qiymətləndirildiyini və bu məbləği götürməsini bildirmişdir. Lakin İddiaçı əldə etdiyi başqa qüsur aktı ilə dəyən zərərin 4125 manat olmasının müəyyən edildiyini əsas gətirərək həmin məbləğin "xxxx" MMC-dən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə, avtomobilin daxili zədələrinin yoxlanılmadığı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilə 1720 manat, “X14” MMC-nin qüsur aktına əsasən isə avtomobilə 3115 manat zərər vurulduğu qeyd olumuşdur. 18.Məhkəmə hesab etmişdir ki, iş materialları ilə “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin X3 qanunsuz hərəkəti nəticəsində vurulması və hadisədə X3 təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər X3 idarə etdiyi “Kia” markalı, “Serato” modelli, 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta növündə sığortalamış "xxxx" MMC tərəfindən ödənilməlidir. 19.Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı və “X14” MMC tərəfindən verilmiş qüsur aktının müqayisəsi zamanı ilk qüsur aktının “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zahiri baxış keçirilməsi, ikinci qüsur aktının isə həmçinin avtomobilin daxili detallarının yoxlanılması ilə tərtib edildiyi müəyyən edilir. Belə ki, xx.xx.2023-cü il tarixli qüsur aktından dəyişdirilməli olan 15 ehtiyat hissəsi, “X14” MMC tərəfindən verilmiş qüsur aktında isə 24 ehtiyat hissəsi qeyd edilmişdir. Məhkəmə “X14” MMC tərəfindən verilmiş qüsur aktının daha detallı yoxlama aparılmaqla tərtib edildiyini əsas götürərək bu qüsur aktına əsasən verilmiş ekspert rəyinidə qeyd edilən məbləğin cavabdehdən tutulmasını qanuni və əsaslı hesab etmişdir. 20.Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC-dən “BMW 530” markalı, 10VD530 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi olaraq 3115 manat pul İddiaçı ödənilməlidir. 21.Məhkəmə həmçinin qeyd etmişdir ki, keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq 60 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci; Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 101.3, 217.4, 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi mübahisəyə birtərəfli yanaşmış və qətnamədə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində iş üzrə cavabdeh tərəfin verdiyi izahat və irəli sürdüyü sübutları nəzərə almamış, qətnamədə bu məsələlərə ümumiyyətlə toxunulmamışdır. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş müstəqil ekspert rəyinə əsasən, “BMW ” markalı, ** VD *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 2220 (iki min iki yüz iyirmi) manat məbləğində qiymətləndirilməni nəzərə almadan, X14 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən müəyyən edilən 3115 (üç min yüz on beş) manat məbləğ əsas götürülmüşdür. Lakin məhkəmə təcrübəsinə əsasən, məhkəmə yekun qərar çıxararkən iddiaçı və cavabdeh tərəfin təqdim etdiyi ekspert rəylərinin hər ikisini nəzərə almaqla ortaq məbləğ çıxarmalıdır. Mövcud mübahisə üzrə birinci instansiya məhkəməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən faktiki halları nəzərə almamış, mübahisəyə birtərəfli yanaşmış və qətnamədə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 27.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Salatin Allakhveranovaya apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.Maddə 922.1.Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 29.Maddə 926.1.Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 30.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 31.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 32.Maddə 8.1.İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 33.Maddə 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-334/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 39.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan və idarə etdiyi “BMW 530” markalı, 10VD530 dövlət qeydiyyat nişanlı avtomobilə X3 idarə etdiyi “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər dəymiş və buna dair “Kia Sorento” markalı 77XF948 dövlət qeydiyyat nişanlı avtomobili sığrota hadisəsindən icbari səğorta növündə sığortalan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktı ilə razılaşmayan İddiaçı bununla bağlı "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC ona yeni müstəqil qüsur aktı ilə avtomobilə dəyən zərərin 2220 manat məbləğində qiymətləndirildiyini və bu məbləği götürməsini bildirmişdir. Lakin İddiaçı əldə etdiyi başqa qüsur aktı ilə dəyən zərərin 4125 manat olmasının müəyyən edildiyini əsas gətirərək həmin məbləğin "xxxx" MMC-dən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
40. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 9/8241- 8/3293 nömrəli ekspert rəyində qeyd olunur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyil. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə fiziki şəxs X5 tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2001ci il buraxılışlı mühərrik həcmi 3000 sm3 , “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1720,00 manat, dəyişilməli hissələrin qiyməti 830 manat, təmir-bərpa işlərinin qiyməti 890 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, X14 tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli 113 №-ii qüsur aktı məlumatlarına əsasən 2001-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3 , “BMW” markalı, “530” model, 10- VD- 530 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3115,00 manat, dəyişilməli hissələrin qiyməti 1725 manat, təmir-bərpa işlərinin qiyməti 1390 manat müəyyən edilir. 41.Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə, avtomobilin daxili zədələrinin yoxlanılmadığı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilə 1720 manat, “X14” MMC-nin qüsur aktına əsasən isə avtomobilə 3115 manat zərər vurulduğu qeyd olumuşdur. 42.Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, hazırda cavabdeh ondan tutulmalı olan məbləği mübahisələndirir və mövqeyini onunla əsaslandırır ki, məhkəmə təcrübəsinə əsasən, məhkəmə yekun qərar çıxararkən iddiaçı və cavabdeh tərəfin təqdim etdiyi ekspert rəylərinin hər ikisini nəzərə almaqla ortaq məbləğ çıxarmalıdır. 43.Məhkəmə kollegiyası ödənilməli olan zərər məbləği ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarının tədqiqi ilə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli qüsur aktı və “X14” MMC tərəfindən verilmiş qüsur aktının müqayisəsi zamanı ilk qüsur aktının “BMW" markalı, “530” modelli, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zahiri baxış keçirilməsi, ikinci qüsur aktının isə həmçinin avtomobilin daxili detallarının yoxlanılması ilə tərtib edildiyi müəyyən edilir. Belə ki, xx.xx.2023-cü il tarixli qüsur aktından dəyişdiirlməli olan 15 ehtiyat hissəsi, “X14” MMC tərəfindən verilmiş qüsur aktında isə 24 ehtiyat hissəsi qeyd edilmişdir. 44.Kollegiya qüsur aktlarının mötəbərliyini əyani bir misalla izah etməyi zəruri hesab edir. Belə ki, zədələnmiş avtomobilin fotoşəkillərinə nəzər yetirildikdə görünür ki, avtomobilin arxa sağ qanadının zədələnməsi “X14” MMC-nin qüsur aktında öz əksini tapsa da, digər qüsur aktlarında bu hal öz əksini tapmamışdır. 45.Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmə “X14” MMC tərəfindən verilmiş qüsur aktının daha detallı yoxlama aparılmaqla tərtib edildiyini əsas götürərək, bu qüsur aktına əsasən verilmiş ekspert rəyinidə qeyd edilən məbləğin cavabdehdən tutulmasını düzgün olaraq qanuni və əsaslı hesab etmişdir. 46.Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gəlməklə hesab edir ki, cavabdeh tərəfindən ondan tutulmalı olan məbləğ mübahisləndirilsə də, həmin məbləğin aşağı olması ilə bağlı mötəbər sübutlarını təqdim etməmişdir. 47.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-334/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya sikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov