Məhkəmə qərarları › İş №2(103)-2789/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2789/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2789/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)- 250/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “2000 manat pul və 5000 manat mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat dəyərində pulun və mənəvi ziyan olaraq 5000 manat pulun alınıb olan verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər onunla qonşuluqda yaşamışdır. Belə ki, yataqxanada qonşu olmuşlar. Cavabdeh ondan pul istəmiş, o da borc olaraq 2000 manat pulu cavabdehə vermişdir. Cavabdeh ona bildirmişdir ki, tezliklə qaytaracaqdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamışdır. Hətta onlar qonşuluqdan da köçüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdeh bir neçə şəxsi də aldadaraq pul almışdır. Ona görə də, o, məcbur olub məhkəməyə müraciət etmişdir. Bu baradə tədbir görülməsini xahiş edir. Cavabdehin ondan pul alması barədə özü öz xətti ilə yazdığı qəbz də vardır. Lakin o, pulunu istədikdə cavabdeh onu təhqir etmişdir. Belə ki, cavabdehin onu təhqir etməsi, tez-tez narahat etməsi onun əsəb keçirməyinə və bunun nəticəsində də teztez təzyiqin qalxması, ürək döyüntülərinin artmasına gətirib çıxarmışdır. Hətta o, bu hadisələrdən sonra baş ağrılarının tez-tez olmasından həkimə müraciət etmişdir. Həkim ona stresdən uzaq olmağını bildirmiş, əks halda yüksək təzyiq nəticəsində başına qan sızacağını bildirmişdir. O artıq hər gün dərman qəbul etməkdən bezmişdir. Artıq sağlamlığını dərmanla, həkimlə də bərpa edə bilməyəcəyindən qorxur. Ona görə də, qanun çərçivəsində cavabdehin cəzalanaraq cərimə olunmasını istəyir. Bildirir ki, o, məcburi köçkündür və qanunda da nəzərdə tutulduğu kimi məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azaddırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)- 250/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "Cavabdeh 2000 manat dəyərində pulun və mənəvi ziyan olaraq 5000 manat pulun alınıb ona verilməsi" tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri olan 61,52 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-250/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh əvvəllər onunla qonşu olmuşdur. Belə ki, yataqxanada qonşu olduqlarını, cavabdehin ondan pul istədiyini, iddiaçı borc olaraq cavabdehə 2000 manat pul verdiyini qeyd etmişdir. Cavabdeh ona bildirmiş ki, pulu tezliklə qaytaracaqdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu iddiaçıya qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh xeyli adamı da aldatmışdır. Sonradan cavabdeh tərəfindən aldadıldığını gördükdən sonra məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin öz xətti ilə yazdığı qəbz də vardır. Hər dəfə pulunu istədikdə, cavabdeh onu təhqir etmişdir. Cavabehin onu tez-tez təhqir etməsi, tez tez əsəb keşirməyinə gətirib çıxarmış, tez-tez təzyiqi qalxmışdır. Onun artıq sağlamlığını bərpa etmək təhlükəsi olduğunu, ona görə də haqqını qanun çərçivəsində bərpa etməyə qərar verdiyini bildirmişdir. Məhkəmə iclasında ekspertiza təyin olunmuş və ekspertiza nəticəsində qəbzə düzəliş edilməsi müəyyən edilmişdir. Lakin mən həmin qəbzə düzəliş etməmişəm. Bu barədə məhkəməyə də məlumat vermiş. Cavabdeh özü ona pul verməmək üçün müxtəlif üsullara əl atır və onun etdiyi saxtakarlıqdan biri də qəbzi ona verəndə düzəliş etmişdir ki. mübahisə yaransın. Həmin qəbzdə yazılan ilə 2012 olan düzəlişi 2018-ci il düzəldilməsi öz fırıldağı olmuşdur. Çünki həmin qəbzə hər hansı bir saxtakarlığın edilməsi ona ehtiyac olmadıöjnı həmin qəbzə heç vaxt saxtakarlıq etməmişdir. Cavabdeh həqiqətən ondan 2000 manat məbləğində borc almasını etiraf edir. Həmin pulu qayatrdığını bildirir. Amma qaytardığını nə ilə sübüut etdiyinə dair dəlillər gətirmir. Buradan da görünür ki, cavabdeh ondan pul almış və pulunu qaytarmamışdır. Qəbzdə onun imzası və onun tərəfindən yazılmış mətn olduğu kimi məhkəməyə təqdim edilmiş. Mətndə və imzada hər hansı saxtalıqdan söhbət getdiyi bildirilməmişdir. Yeganə danılmaz fakt ondan ibarətdir ki, cavabdeh hələ də ona borcludur. Məhkəmə iddia tələbini təmin etməməklə səhf nəticəyə gəlmişdir. Məhkəmə hələ də qəbzin əslinin iddiaçıda olmasını, cavabdeh tərəfindən həmin qəbzdə pulun qaytarılmaması barədə hər hansı qeydin aparılmadığı müəyyən olunsa da buna düzgün qiymət verməmişdir. Cavabdeh əgər mənə hansı məbləğdə pul qaytarmışdısa bunu izahını və sübutunu təqdim etməli idi. Lakin bu barədə, yəni cavabdehin mənə pul qaytarması sübut olunmuşdur. Eyni zamanda şahidlər də cavabdehin məndən pul aldığını və qaytarmadığını təsdiq etdilər. Şahidlərin ifadəsi digər sübutlarla təsdiqləndiyindən sübut kimi sayılmalı və qiymət verilməli idi. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir.O, öz pulundan əsassız qərar ilə məhrum olundur. Bu qərar onu və ailəsini daha da ağır vəziyyətə düşməsinə gətirib çıxarır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2018-ci il tarixdə Xəyalədən 2000 manat pul almışdır. İş materiallarında olan Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş sənədlərin-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 4030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 42-ci vərəqəsində olan qəbzin mətnindəki “8 Xİ 18” tarix göstəricisində olan ikinci “8” rəqəmin yerində əvvəlcə “2” rəqəmi olub, sonradan üzərinə əlavə çizgi artıqmaqla indiki rəqəmə dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh əvvəllər iddiaçı ilə qonşuluqda yaşamışdır. Cavabdeh iddiaçıdan pul istəmiş, o da borc olaraq 2000 manat pulu cavabdehə vermişdir. Cavabdeh ona bildirmişdir ki, tezliklə pulu qaytaracaqdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamışdır. Cavabdeh tərəf isə iddiaçıdan borc kimi 2000 manat pul aldığını qəbul etmişdir. Beləliklə, tərəflərin hər biri 2000 manat pulun alınması faktını təsdiq edirlər. İşin tərəflər arasında mübahisə edilən halları isə ondan ibarətdir ki, cavabdeh iddia üzrə qeyd edilən 2000 manat məbləğində pulun iddia ərizəsində qeyd edilən tarixdə deyil, 2012-ci il tarixdə alındığını, 2013-cü il tarixdə borcun iddiaçıya ödənildiyini, iddiaçı isə əksinə cavabdehin mübahisələndirdiyi halların həqiqət olmadığını və 2000 manat məbləğində pulun xx xxxxxx 2018-ci il tarixdə cavabdehə verildiyini və borcun qaytarılmadığını israrla qeyd edir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə borc kimi 2000 manat məbləğində pul alınması qeyd edilmişdir. Lakin məhkəmə iclasında cavabdeh tərəf qəbzdə qeyd edilən tarixin iddiaçı tərəfindən dəyişdirildiyini, məhkəməyə təqdim edilmiş sübutda saxtaşarlığa yol verildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 204.1-ci maddəsinə əsasən işdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər. 204.2-ci maddəsinə əsasən məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. Belə ki, mübahisələndirilən qəbzdə qeyd olunan tarixin ilkin məzmununda dəyişiklik edilib-edilmədiyini müəyyənləşdirilməsi üçün ekspertiza keçirilmiş və ekspert rəyində qəbzin mətnindəki “8 Xİ 18” tarix göstəricisində olan ikinci “8” rəqəmin yerində əvvəlcə “2” rəqəmi olduğunu, sonradan üzərinə əlavə çizgi artıqmaqla indiki rəqəmə dəyişdirildirildiyi qeyd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsnin araşdırılması nəticəsində məlum olmuşdur ki, İddiaçı iddia tələbini əsaslandırdığı hallar barəsində məhkəməyə yanlış məlumatlar vermiş, məhkəməyə təqdim edilmiş sübut həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, İddiaçı iddia edir ki, Cavabdeh Vidadi qızına 2000 manat məbləğində pul vermişdir. Cavabdeh tərəf isə borc kimi iddiaçıdan 2000 manat pul aldığını qəbul etmiş və həmin pulu 2013-cü ildə tam ödədiyini bildirmişdir. Lakin iddiaçı məhkəməyə sübut kimi təqdim etdiyi sənədin ilkin məzmununda dəyişiklik edərək məhkəməyə qəsdən yalnış məlumatlar vermişdir. Nəticədə iddiaçının iddia ərizəsində göstərdiyi hallar məhkəmə iclasında müəyyən edilmiş hallarla uyğun gəlmir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf öz iddiasını təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi “cavabdehdən 2000 manat məbləğində pulun alınıb ona verilməsi” hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin Cavabdeh Vidadi qızından mənəvi ziyana görə 5000 manatın tutulması ilə bağlı hissəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti dezgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)-250/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar