Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-279/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 Humsi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nin qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7713/2019 saylı işi üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödədiyi 25812 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(007)-1999/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Kooperativindən 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.Cavabdeh "xxxx" MMC tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi qismən təmin edilib və "xxxx" firmasından (Kooperativindən, hazırkı "xxxx" MMC-dən) 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018ci il tarixli qətnaməsi Cavabdeh2 ASC-yə aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qətnamə və qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadı ilə qərardada münasibətdə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.05.2019-cu il tarixli, 2(102)-2549/2019 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(103)-9354/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir Birinci instasniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, -Cavabdeh2 ASC (Kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış 24.11.2009-cu il tarixli 103 nömrəli kredit müqaviləsi ilə kreditor tərəfindən borcalana ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154000 manat məbləğində kredit verilmişdir. Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi bağlanır. -"xxxx" firması (icraçı) ilə İddiaçı (Payçı) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”nin 1.1-ci bəndinə əsasən icraçı ünvan 2 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda, İİİ mərtəbədə 40 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 140 kv.m təşkil edir. - Cavabdeh2 ASC-nin ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı 25.12.2009-cu il tarixdən 06.02.2012-ci il tarixədək olan müddətdə ipoteka krediti üçün aylıq annuitet ödəniş qismində **********20000 nömrəli hesaba köçürmək məqsədi ilə ümumilikdə 25.812 manat məbləğində pul ödəmişdir. -Cavabdeh2 ASC-nin 24.07.2013-cü il tarixli 11/K-369 nömrəli arayışlar İddiaçı Cavabdeh2 ASC-də **********4420000 saylı hesabı olduğu və onun 24.07.2013-cü il tarixinə banka heç bir borcunun olmadığı qeyd edilmişdir. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa görə "xxxx" Mənzil Tikinti Kooperativi 08.08.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan- Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının hüquqi varisidir. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 08.08.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan-Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir (iş.səh.61, 65, 9-11, 8, 100-105) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı işi üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25812 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.6, 14.2.7, 21.2, 21.1, 135.1, 405.1, 421.1, 421.3, 424.2, 425, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1096.1, 1096.2, 1097.1-ci Mddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh "xxxx" Firması ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25812 manat pulu ona qaytarmamaqla əsassız olaraq varlanmışdır. Ona görə də, İddiaçı iddia irəli sürərək əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılmasını və vurulmuş zərərin əvəzinin ödənilməsində haqlı olmuşdur. Cavabdeh2 ASC-yə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) mənzilin alınmasına görə ödənilmiş 25812 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh "xxxx" MMC-nin direktoru X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi işə yenidən baxakən iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi göstərişlərə riayət etməyərək, tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı ilə "Meridian” firması arasında ünvan 3 ünvanında 15 mərtəbəli yaşayış binasında 40 saylı mənzilə dair "kooperativ binada mənzil tikintisi üçün müqavilə” 24 noyabr 2009-cu il tarixdə bağlanmışdır. Zaminbank ASC ilə İddiaçı arasında 24.11.2009-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən mənzil həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 06.02.2012-ci ilə kimi 25812 manat məbləğində Zaminbank ASC-də olan hesaba pul köçürülmüşdür.Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pul məbləğinin "xxxx" Kooperativindən tutulması qənaətinə gəlinsə də, həmin pul məbləğinin cavabdeh kimi "Meridian” Kooperativinin hesabına köçürülüb-köçürülməməsi aydınlaşdırılmamış, nəticədə müqavilə üzrə öhdəliyin yaranmasını və öhdəliyin icra edilməməsinə görə həmin pul məbləğinin "Meridian” Kooperativindən iddiaçıya qaytarılmalı olması üçün əsasların yaranması müəyyən edilməmişdir. Halbuki iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin heç birində göstərilən pul məbləğlərinin "Meredian-M” Kooperativinə ödənilməsi, onun hesabı barədə qeyd yoxdur. Həqiqətdə də göstərilən müqaviləyə əsasən Kooperativə heç bir pul məbləği ödənilməmiş, mənzil tikintisi üçün müqavilə də Kooperativ tərəfindən ləğv edilmişdir. Bununla yanaşı məhkəmə Bankla iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin taleyi ilə də maraqlanmamış, müqavilənin ləğv edilib-edilməməsini dəqiqləşdirməmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutların mahiyyətinə varmadan sadalandığını, həmin sübutların iddianın təmini üçün yetərli olması barədə sual aydınlaşdırılmadan qalmışdır ki, bu da iddia tələbinin onlara münasibətdə təmin edilməsini istisna edir. Halbuki həmin pul məbləği onların hesabına köçürülmədiyindən, onlardan pulun tutulması barədə iddia tələbinin əsaslı hesab edilə bilməz. Halbuki, birinci instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə riayət etsəydi, müəyyən edəcəkdi ki, məhkəmə məcburi göstərişində bizim ipoteka müqaviləsinin tərəfi olmadığımızı xüsusilə qeyd edir. Belə olan halda, tərəfi olmadığımız müqavilə üzrə hər hansı öhdəliklərin yerinə yetirilməsi bizdən tələb edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2547/2020 saylı mülki işi üzrə 03.03.2020-ci il tarixli qərardadı ilə, məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 01.10.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti), Cavabdeh2 ASC və İddiaçı arasında pul-kredit və girov-ipoteka müqavilə rejiminin və dövriyyənin səciyyəsi, qarşılıqlı mübadilə sistemi ilə bağlı maddi məsuliyyət məsələsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən qiymət verilməlidir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Borcalan” İddiaçı tərəfindən Cavabdeh2 ASC-dən alınmış kredit vəsaiti üzrə 20.11.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 151268,00 manat məbləğində müəyyən edilir, o cümlədən:əsas borc üzrə 151268,00 manat müəyyən edilmişdir.Ekspertiza xərci 145 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12.12.2020-ci il tarixli sorğuya cavab məktubunda “Elektron notariat” informasiya sistemində mübahisəli mənzilə dair müqavilənin bağlanmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 06.01.2021-ci il tarixli sorğuya cavab məktubunda 18.11.2020-ci il tarixli, 2(103)- 2547/2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.05.2019cu il tarixli 2(102)-2549/9 saylı xüsusi qərardadı Cavabdeh2 ASC-nin vəzifəli şəxslərinin vəzifədən sui-istifadə etmələri, bankın vəzifəli şəxslərinin və kreditorların dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmələri faktı və digər faktlara görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılması qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-279/2021 saylı mülki işi üzrə 22.02.2021-ci il tarixli qərardadı ilə, məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Auditorlar Palatasına həvalə edilməsi qərara alınmışdır. 08.04.2021-ci il tarixli rəyə əsasən, bildirilmişdir ki, İddiaçı (vətəndaş) İddiaçı ilə Cavabdeh "xxxx" ASC və İddiaçı arasında bağlanmış 103 saylı Kredit müqaviləsi əsasında ((kreditin təminatı üçün Girov müqaviləsi əldə olunmadı) , 103/1 saylı 24 noyabr 2009 tarixli İpoteka müqaviləsi üzrə (kredit xətti) əməliyyatlar hüquqi nəticələr doğursa da natamam maliyyə nəticələri doğurur.Yəni müqavilə üzrə İpoteka saxlayan cavabdeh "xxxx" Bank ASC X1 tələblərini gözləməklə, habelə İpoteka müqaviləsinin Tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirdiyi 3.1-ci maddəsində təsbit olunmuş (Borcalana 154000,00 manat kredit verir) vəzifəni yerinə yetirməsi barədə əməliyyatlar təsdiqini tapmır və ya ipoteka kreditinin verilməsi təsdiqini tapmır. İqtisadi (maliyyə) cəhətdən əsaslandırılması mümkün olmayan əməliyyatlara görə hər hansı ödəniş öhdəliyi yarana bilməz və ya etibarlı deyil. Əgər bu məsələ ilə bağlı tutarlı audit sübutlarını əhatə edə biləcək rəsmi sənədlər (elektron sənədlər və çıxarışlar) və faktlar aşkar edilərsə auditor tədqiqata yenidən başlaya (baxa) bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 Humsi oğlu apellyasiya şikayətini qəbul etməyərək, ödənişlərin cavabdehin Cavabdeh2 ASC-də olan hesabına edildiyini, ümumilikdə 25000 manatdan çox banka ödəniş edildiyini, cavabdehlə aralarında olan razılığa əsasən mənzilin başqa şəxsə veriləcəyi halda ödədiyi pulları özünə qaytaracağını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 385-388, 446, 447, 452,458, 527, 529, 556, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlara müvafiq səhv qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən pulun məhz cavabdeh "xxxx" firmasına və ya Kooperativinə ("xxxx" MMC) ödənilməsini təsdiq edən sübutlar müəyyən edilməmiş, qəbzlərdə qeyd edilmiş hesab nömrəsi "xxxx" Firması kimi qeyd edilən hesabla uyğunluq təşkil etmir, lakin kredit müqaviləsində qeyd edilən iddiaçının hesab nömrəsi ilə eynilik təşkil edir (iş səh.9-11,61-64,67-72). Diqqətə çatdırılmalıdır ki, Cavabdeh2ASC aid hissədə iddia tələbinə xitam verildiyindən ona münasibətdə tələbin tədqiq edilməsi prosessual cəhətdən yolverilməzdir. Ona görə şikayət baxılan hissədə təmin edilməli, qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə müvafiq qənaət ondan ibarətdir ki, müqavilə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi müstəvisində iddiaçı pulu məhz "xxxx" MMC-dən tələb etsədə bunu sübuta yetirməmiş, aparılmış araşdırmalar zamanı qeyd edilən tələbin əsasları öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, apellyasiya şikayəti təmin edildiyindən və apellyasiya üzrə tələb olmadığından dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalı, məhkəmə ekspertizası üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı işi üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-nin qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci olan 145 (bir yüz qirx beş) manat məbləğdə pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-279/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-279/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver