Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2802/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməliklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməliklə “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5693/2024 nömrəli 04 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 01 iyun 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, ərizəçiyə baş vermiş hadisə ilə bağlı aidiyyat üzrə məhkəməyə müraciə etmək hüququ izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməliklə “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ondan aldıqları 17.000 manat məbləğində pulun və ödənilmiş 141 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh1 ilə 2021-ci il tarixdə rəfiqəsi Cavabdeh2 və onun tanışı Cavabdeh3 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh1 Azərbaycanda kriptovalyuta satışı ilə məşğul olan şirkətdə alqı-satqı mütəxəssisi kimi işlədiyini, minlərlə insanlara pul qazandırdığını və onu da həmin şirkətdə işlə təmin edəcəyini bildirmişdir. 2021-ci il avqust ayında rəfiqəsi Samirəgilə qonaq getmişdir və orada Cavabdeh3 ilə görüşdü. Həmin gün söhbət zamanı Cavabdeh3 bildirdi ki, rəfiqəsi Cavabdeh1 “Maserati” markalı avtomobil almaq istəyir, lakin 10.000 ABŞ dolları çatmır və ona həmin məbləği kim verərsə həmin şəxsə 3 ay sonra Kəmalə 15 000 ABŞ dolları pul verəcəkdir. Həmin günü o, Cavabdeh1 ilə telefonla əlaqə saxlamış və o, ona Cavabdeh3 ona dediklərini təsdiqlədi və ondan 3 ay müddətinə geri qaytarmaq şərtilə 10 000 ABŞ dolları pul istədi və bunun qarşılığında onu işlə təmin edəcəyini və əlavə olaraq ona kriptovalyuta verəcəyini bildirdi. Bundan başqa ona bildirdi ki, şirkət iflas etdiyi təqdirdə belə ona pulu geri qaytaracaqdır. Həmçinin kart hesabı olmadığını və həmin 10 000 ABŞ dollarını ya Cavabdeh2, ya da Cavabdeh3 kartına göndərməyini bildirdi. O, isə ev almaq məqsədilə avtomobilini satmışdır, lakin ilkin ödəniş üçün kifayət qədər vəsaiti yox idi, bunun üçün düşündü ki, 3 ay çox da uzun müddət deyil, həmin müddət ərzində Kəmalə ona pulu qaytarar və o, da ilkin ödəniş edib ev alar. xx.xx.2021-ci il tarixdə 10.000 ABŞ dolları ekvivalentinə uyğun olaraq, 17 000 manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Unibanka aid bankomatdan Cavabdeh2 daha yaxından tanıdığı üçün onun kartına göndərmiş, Cavabdeh2 isə həmin pulu Cavabdeh3 kart hesabına göndərmiş, daha sonra isə sonuncu Cavabdeh1 pulu təhvil vermişdir. Pulu təhvil aldıqdan sonra Cavabdeh1 ilə əlaqə saxlamış və o, ona 2021-ci ilin dekabr ayında pulu geri qaytaracağını bildirdi. 2021-ci ilin dekabr ayında cavabdehdən ona olan 17.000 manat məbləğində borcunu istədikdə hər ay müxtəlif bəhanələr gətirərək (anasının ölümü, hazırda pulunun olmaması və s.) pulu geri qaytarmadı. O, aldandığını başa düşmüş ilk olaraq Bakı şəhər Nərimanov RPİnin 16-cı PŞ -nə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsilə əlaqədar Nərimanov RPİ-nin 16-cı PŞ -dən toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5693/2024 nömrəli 04 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 17000 (on yeddi min) manat məbləğində pul vəsaitinin və 141 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.(hakim X4)
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarından məlum olur ki, iddiaçı Cavabdeh1 pul göndərmək məqsədi ilə ilk öncə Cavabdeh2 17000 manat məbləğində pul göndərmiş, daha sonra isə Cavabdeh2 isə sözügedən məbləğdə olan pul vəsaitini isə digər cavabdehə Cavabdeh3 göndərmişdir. İddiaçı və məhkəmə iclasında iştirak edən cavabdehlər sözügedən pulun məhkəmə iclaslarında iştirak edən cavabdehlərə göndərilmə səbəbini həmin pul məbləğinin Cavabdeh1 iddiaçıdan borca pul istəməyi ilə izah etmiş olsa da, bu halı təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin Cavabdeh3da ona göndərilmiş pul məbləğinin Cavabdeh1 göndərmiş olduğunu bildirsə də bu halı təsdiq edə bilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh3 izhatındada bildirmişdir ki, o pulu Cavabdeh1 deyildə onun həyat yoldaşına göndərmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443-cü, 445-ci, 448-ci, 739.1-ci, 740.1-ci maddələrinə. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107, 119.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin onlara dair hissədə ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öhdəliyin yaranma əsasını dəqiq müəyyən etməmiş, iddiaçının deməsinə əsasən, heç bir faktiki əsas olmadan tərəflər arasında borc münasibətinin yaranması qənaətinə gəlmişdir. Halbuki, iddia ərizəsinin məzmunundan da görünür ki, əgər bu münasibət borc kimi qiymətləndirilə bilərsə, o zaman borc münasibəti iddiaçı ilə Cavabdeh1 arasında yaranmış münasibətdir. Başqa sözlə Aygün Samirəyə və Günelə deyil, Kəmaləyə borc vermişdir. Pulun Samirə və Günel vasitəsilə verilməsi iddiaçı ilə onlar arasında hər hansı bir öhdəliyin yaranmasına səbəb olmur. Əslində isə, bu iddiaçının öz riski ilə əhatə olunan sahibkarlıq fəaliyyətidir. Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1OCOS şirkətinin Sumqayıt nümayəndəsinin işçisi kimi tanıyıblar. OCOS şirkəti kriptovalyuta satışı əsasında gəlir əldə etmək imkanı verən şirkət olmuş, Kəmalə əvvəlcə Güneli bu işə cəlb etmiş, Günel ilk dəfə 100 ABŞ dollarıməbləğində kriptovalyuta almış, onun satışından 50 ABŞ dolları qazanmış, daha sonra müxtəlif məbləğlərdə kriptovalyuta almış və qazanc əldə etmişdir. Aygün Kəmaləni də tanımış və aralarında münasibət yaranmışdır. OCOS şirkəti 50 min ABŞ dolları məbləğində satış həyata keçirənə 13000 manat dəyərində avtomobil hədiyyə olunacağı barədə kompaniya başlatmış, daha çox satışlar edən Kəmalə 50 min dəyərində satış etməyə ən real namizəd kimi vatsap qrupunda hamıdan xahiş etmişdir ki, maşın udmaq üçün ona köməklik göstərsinlər. Belə ki, onun 10 min ABŞ dolları məbləğində satış etməsinə ehtiyacı olmuşdur ki, 50 minlik limiti tamamlasın. Kəmalə vəd etmişdir ki, 50 minlik satış əldə edib maşını udacağı təqdirdə ona 10 min ABŞ dolları məbləğində kömək edən şəxsə həmin 10 min ABŞ dolları məbləğində alınıb satılan kriptovalyutanın satışından əldə olunan gəliri verəcəkdir. bu gəlirin 5000 ABŞ dolları olması proqnozlaşdırılmışdır. Həmin məbləğin 6000 ABŞ dollarını Aygün, 4000 ABŞ dollarını isə, Samirə düzəldərək Kəmaləyə göndərmişlər. Beləliklə, Aygün Samirəyə 6000 ABŞ dolları göndərmiş, Samirə isə, Günelə 10000 ABŞ dolları məbləğində 17000 manat məbləğində pulu kartla göndərmiş , Günel isə, həmin pulu Kəmaləyə göndərmişdir. Daha doğrusu Kəmalənin sözünə əsasən, onun həyat yoldaşının kartına göndərmişdir. Bundan bir müddət sonra OCOS şirkəti barəsində cinayət işi açılmış və rəhbəri Xəyal Yəhyayev həbs olunmuşdur. Təbii ki, bununla da nə avtomobil udulmuş, nə hansısa qazanc əldə edilmiş, nə də 17000 manat geri qaytarılmışdır. onun pulu birbaşa Kəmaləyə deyil, Samirə və Gübnel vasitəsilə göndərməsi isə, Kəmaləni sonuncular vasitəsilə tanıması və bununla bir növ özünü sığortalaması məqsədi güdmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
11. İştirak etdiyi məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və onların nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdilər.
12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, Aygün xanım və Samirə xanımı o, Günel xanım vasitəsilə tanımışdır. Ocos adında reklam şirkəti olub. Şirkətin tədbirlərində Aygün xanım da, iştirak edib. Onlar pul verib kriptovalyutanın rəqəmsal forması olan token almışlar. Pul Kəmalədə alınaraq şirkət tərəfindən təqdim olunan kart hesabına atılıb. Şirkətin rəhbəri Xəyal Yəhyəyev də pulun alınmasını inkar etmir. Bununla bağlı cinayət işi vardır. Həmin işdə o, zərərçəkmiş şəxs qismində də tanınmışdır, izahat vermişdir. Onun hədiyyə olunacaq avtomobildən xəbəri yoxdur. Əgər şirkət fəaliyyətinə davam etsəydi, pulunu artıqlaması ilə geri götürəcəkdi. Bəzən olurdu ki, 1000-2000 manat karta göndərilirdi. İlham onun yoldaşıdır. Lakin 17.000 manat yoldaşının kartına göndərilməsindən xəbəri yoxdur. Pulun yoldaşı İlhamın kartına atılmasını bilmir. Məhkəmənin sualına cavab olaraq da pulun köçürüldüyü kart nömrəsinin yoldaşına məxsus olduğunu bildirmişdir. Eyni zamanda Günel və Samirəyə artıqlaması ilə pullar qaytardığını bildirmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Cavabdehlər tərəfindən hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın onlara aid hissədə ləğv edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
20. Hazırki mübahisə üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir
21. Bu baxımdan iddia tələbinə uyğun olaraq İddiaçı 17000 manat məbləğində pulun cavabdehlərə verilməsini və Cavabdeh1 hazırda iddiaçıya 17000 manat borcunun qalmasını sübut etməli idi.
22. Hazırkı işin faktiki hallarına əsasən Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 OCOS şirkətinin Sumqayıt nümayəndəsinin işçisi kimi tanıyıblar. OCOS şirkəti kriptovalyuta satışı əsasında gəlir əldə etmək imkanı verən şirkət olmuş, Kəmalə əvvəlcə Güneli bu işə cəlb etmiş, Günel ilk dəfə 100 ABŞ dolları məbləğində kriptovalyuta almış, onun satışından 50 ABŞ dolları qazanmış, daha sonra müxtəlif məbləğlərdə kriptovalyuta almış və qazanc əldə etmişdir. Bu barədə rəfiqəsi Samirəyə məlumat vermiş, Samirə də müxtəlif məbləğlərdə kriptovalyuta alaraq satmaqla qazanc əldə etmişdir. Samirə də öz növbəsində rəfiqəsi olan İddiaçı bu barədə məlumat vermişdir. Bu prosesdə Aygün Kəmaləni də tanımış və aralarında münasibət yaranmışdır. OCOS şirkəti 50 min ABŞ dolları məbləğində satış həyata keçirənə 13 min manat dəyərində avtomobil hədiyyə olunacağı barədə kompaniya başlatmış, daha çox satışlar edən Kəmalə 50 min dəyərində satış etməyə ən real namizəd kimi vatsap qrupunda hamıdan xahiş etmişdir ki, maşın udmaq üçün ona köməklik göstərsinlər. Belə ki, onun 10 min ABŞ dolları məbləğində satış etməsinə ehtiyacı olmuşdur ki, 50 minlik limiti tamamlasın. Kəmalə vəd etmişdir ki, 50 minlik satış əldə edib maşını udacağı təqdirdə ona 10 min ABŞ dolları məbləğində kömək edən şəxsə həmin 10 min ABŞ dolları məbləğində alınıb satılan kriptovalyutanın satışından əldə olunan gəliri verəcəkdir. Həmin məbləğin 6000 ABŞ dollarını Aygün, 4000 ABŞ dollarını isə Samirə düzəldərək Kəmaləyə göndərmişlər. Samirə 4000 ABŞ dollarını öz pulu kimi yox rəfiqəsi Aygünün pulu kimi təqdim etmişdir. Beləliklə, Aygün Samirəyə 6000 ABŞ dolları göndərmiş, Samirə isə Günelə 10000 ABŞ dolları məbləğində, yəni 17000 manat məbləğində pulu kartla göndərmiş, Günel isə, həmin pulu Kəmaləyə göndərmişdir. Daha doğrusu Kəmalənin sözünə əsasən, onun həyat yoldaşının kartına göndərmişdir.
23. Yuxarıda qeyd edilənlər Cavabdeh1 məhkəmə iclas zalında verdiyi izahatları ilə də təsdiq olunur. Göründüyü kimi, iddiaçı tərəfindən verilən 17000 manat pul dolayısı ilə Cavabdeh1 çatmış, lakin iddiaçıya geri qaytarılmamışdır.
24. Cavabdeh1 isə verdiyi izahatında həmin 17000 manat məbləğində pulun həyat yoldaşı İlhamın kartına köçürülməsindən xəbərsiz olduğunu, həmin pulun köçürüldüyü kartın isə sonuncuya məxsus olduğunu inkar və təsdiq edə bilməyəcəyini bildirmişdir.
25. Bu səbəbdən qeyd edilən pulun Cavabdeh1 yoldaşının kartına köçürülməsini aydınlaşdırmaq məqsədilə “X5” ASC-yə sübutların təmin edilməsi barədə məhkəmənin qərardadı icra edilməsi üçün göndərilmişdir. 25 iyun 2025-ci il tarixdə bankdan əldə edilmiş məktuba əsasən bildirilmişdir ki, Cavabdeh3 istifadəsində olan xxxxxxxxxxxx1560 nömrəli kartdan xx.xx.2021-ci il tarixində 10000 manat və xx.xx.2021-ci il tarixində 7000 manat vəsait X2 məxsus 524375******9345 nömrəli karta köçürülmüşdür.
26. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında yaranmış hazırkı münasibət isə 17000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 17000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir.
28. Belə ki, yuxarıda işin qeyd edilən məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçının tələb etdiyi pul vəsaiti həqiqətən də, ilkin olaraq Cavabdeh2, onun tərəfindən isə Cavabdeh3 kartına göndərilsə də, nəhayətində həmin məbləğ iddiaçının da qeyd etdiyi kimi pulun verilməli olduğu şəxsə, yəni digər Cavabdeh1 ərinin kartına göndərilməsi yolu ilə gedib çatmışdır. İddiaçı tərəfindən də iddiasında da həmin məbləğin üstündə ona xeyir veriləcəyi şərtilə məhz Cavabdeh1 vermək üçün göndərdiyini və çatdıqdan sonra əlaqə saxlayıb təsdiqlədiyi bildirilmişdir. Bu baxımdan iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, onların iddiaçının tapşırığı ilə üzərlərinə düşən vəzifəni icra edərək pulun əslində verilməli olan şəxsə çatdırmışlar.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi məhz Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən işin halları ilə müəyyən edildiyi kimi, iddiada qeyd edilən 17000 manatın Kəmalənin sərəncamına keçməsi təsdiq edilir. Eyni zamanda onun özü məhkəmə kollegiyasının iclasında pulların digər cavabdehlər Günel və Samirəyə qaytarıb verdiyini bildirməsi də heç bir sübutla təsdiqini tapmadığı kimi, əksinə pulun ona verilməsinin və qaytarılmamasının təsdiqi kimi qəbul edilməlidir. O cümlədən məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh Günel arasında keçən “Whatsap” tətbiqi üzərindən göndərilən səslərdə Cavabdeh3 da dəfələrlə Aygünə Cavabdeh1 telefonuna cavab vermədiyini, daha sonra Cavabdeh1 pulunun olmadığını deməsini və özünün də ona Aygünün pulunun az-az da olsa qaytarmasını bildirməsi müəyyən edilmişdir.
30. Lakin kollegiya hesab edir ki, iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsinə, Cavabdeh1 münasibətdə isə rədd edilməsinə baxmayaraq iddiaçı həmin qətnamədən şikayət verməmişdir. Bu baxımdan Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi hissəsinə qiymət verilməsinin əsaslı olub-olmamasına qiymət verilməsi zəruridir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədən iddiaçı tərəfindən şikayət verilməsə də, tələb bölünməz olmaqla 3 nəfərə yönəldiyindən, məhkəmə araşdırması zamanı da pulun Cavabdeh1 tutulmalı olması qənətinə gəlindiyindən prosessual qənaət prinsipi baxımından məhkəmə pulun tutulmasının Cavabdeh1 olmasını əsaslı hesab edir.
31. Lakin kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından işdə olan pulun verilməsi ilə bağlı müqavilənin bağlanması forması baxımından forma tələblərinin pozulması ilə bağlanmışdır. Yəni qanunun tələb etdiyi formada borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı tərtib edilməsi mövcud olsa da, bu formaya riayət edilməmişdir. Halbuki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
32. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
33. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun etibarsız əqdə əsasən alınanları geri qaytarmalı olması baxımından əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh1 əldə etdiyi 17000 manat məbləğində pulu müvafiq olaraq İddiaçı qaytarmalıdır.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər bir halda, onların arasında yaranmış münasibətlərə borc və ya etibarsız əqdə əsasən əsassız varlanma kimi qiymət verilməsindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə Cavabdeh1 iddiaçıdan aldığı və bugünədək qaytarmadığı pul vəsaitini ona qaytarılmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5693/2024 nömrəli 04 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 17000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 71 manat məbləğində dövlət rüsumu Cavabdeh1 digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xeyrinə tutulmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5693/2024 nömrəli 04 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 17000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.