Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2804/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası ilkin satış qiyməti 330000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən xx.xx.2017-ci il tarixli 210LG170411 №-li qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə əsas borca görə 180000 manat, faiz borcuna görə 5250 manat, əldən çıxan faydaya görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə üçün illik 5% dərəcəsi ilə 11175 manat, məhkəmə xərclərinə görə 620 manat olmaqla cəmi 197045 manatın ASC Xalq Bankının xeyrinə, ekspetiza tədiqatının dəyərinə görə 150 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6653/2023 nömrəli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2641/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, hüquqdan suiistifadə hallarına yol verilmədən, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması Cavabdeh izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4748/2023 qərarına əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6653/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmələrinin səbəbi ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən müddəti buraxmadan vaxtında apellyasiya şikayəti vermiş, sadəcə olaraq Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi dövlət rüsumunun ödənilməsi hissəsində belə qənaətə gəlmişlər ki, dövlət rüsumu əvvəlcədən ödənilməməlidir. Ali Məhkəmənin mövqeyini bilən kimi onlar dərhal müddətin bərpası ilə bağlı ərizə ilə birlikdə apellyasiya şikayətini də məhkəməyə təqdim etmişlər. Apellyasiya şikayətinin verilməsi müddəti onlardan asılı olmayan səbəblərdən buraxılmışdır. Şirkət olaraq vətəndaşların onlarda etibarnaməsi olur. Onlar dövlət rüsumunu ödəyir, bəzən mülki iş baxılmamış qalır, həmin rüsumda istifadəsiz qalır. Daha sonra həmin adamın başqa işi gələndə, rüsum əllərində olduğuna görə, istifadə olunmadığına görə məhkəməyə yenidən təqdim olunur. Hazırki işdə Cavabdeh ona etibarnamə vermiş, onlarda rüsum oluğundan həmin rüsumu əlavə edib, apellyasiya şikayətini göndərmişlər. Sadəcə olaraq nədənsə Bakı Apellyasiya Məhkəməsi bunu qəbul etməmişdir. Halbuki bu vaxta qədər 80% işləri bu qaydada olmuş, şikayətləri normal qaydada Ali Məhkəməyə qədər getmiş və orada da qiymət verilmişdir. Qanunda dövlət rüsumunun nə vaxt ödənilməsini müəyyən edən norma yoxdur. Dövlət rüsumu vaxtından asılı olmayaraq, məhkəməyə ödənilmişdir. Onlar hüquqdan sui-istifadə etməmiş, yenidən müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmişlər. X3 Mahalın etibarnamə üzrə nümayəndəsidir. Onun adına ödənilmiş rüsumu təqdim olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsi qəbzi qəbul etməmişdir. Bundan sonra onlar yenidən dövlət rüsumunu ödəyib, müddətin bərpası ilə bağlı ərizə vermişlər. Bakı Apellyasiya Məhkəməsi də qərardadında yenidən müraciət etmək hüquqlarını onlara izah etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 2641/2023 nömrəli qətnaməsindən təkrar verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, hüquqdan sui-istifadə hallarına yol verilmədən, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olması vəkillə təmin edilən cavabdehə izah edilmiş olsa da, sonuncunun vəkil olan nümayəndəsi 2 aydan sonra təkrar apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsinin izahatında və ərizəsində qeyd olunan hallar isə məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qənaətini əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2641/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2804/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2804/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver