Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2808/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən 3 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 76,1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) cavabdehlər tərəfindən özbaşına sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 230.000 manat, həmin yaşayış sahəsində və evin həyətində iddiaçıya məxsus anbarlarda olan ev əşyalarının məhv olması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 49.075 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1, iki mərtəbəli bina № 3-də yerləşən, ümumi sahəsi 56.2 kv.m, yaşayış sahəsi 36.2 kv.m olan 3 otaqlı mənzil paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Qeydiyyat vəsiqəsindən” də görünür ki, 3 otaqlı evin 1 yaşayış otağı üzərində X4, 2 yaşayış otağı üzərində isə (hazırki iş üzrə iddiaçı) İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddia ərizəsinə əlavə olunmuş “Texniki pasportdan” görünür ki, ümumi sahəsi 56.2 kv.m təşkil edən həmin ev 1 mərtəbədən, sahəsi 35.6 kv.m olan 3 yaşayış otağından, sahəsi 5.1 kv.m olan 1 mətbəxdən, sahəsi 13.0 kv.m olan 1 giriş-dəhlizdən və sahəsi 2.5 kv.m olan 1 tualetdən ibarətdir. Sonradan 3 №-li evin iddiaçıya məxsus 2 yaşayış otağından biri X3 adlı şəxsin mülkiyyətinə keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, yuxarıda qeyd olunan ünvanda yerləşən və paylı mülkiyyətdə olan 3 №-li evin 12,1 kv.m ibarət 1 otağı iddiaçıya, 11,7 kv.m ibarət 1 otağı Fəridə Atakişiyevaya, 12,4 kv.m ibarət 1 otağı isə Pakizə Cəfərovaya məxsusdur. 3 №-li ev paylı mülkiyyət hüquq ilə həmin şəxslərə, o cümlədən iddiaçıya məxsus olsa da, həmi şəxslər həmin evdə yaşamamışlar. Ev iddiaçının daimi istifadəsində və sahibliyində olmuşdur. İddiaçı, öz vəsaiti hesabına evin ikinci mərtəbəsini inşa etdirmişdir. İkinci mərtəbənin ümumi sahəsi 76,1 kv.m. olmaqla, müvafiq olaraq 23,0 kv.m. və 14,6 kv.m. olan 2 yaşayış otağından, 10,5 kv.m olan 1 mətbəxdən, 16,6 kv.m olan giriş meydançasından, 10,0 kv.m olan dəhlizdən, 2,0 kv.m olan vanna otağından ibarətdir. Bundan başqa, iddiaçı, evin birinci mərtəbəsində də əlavə tikililər – sahəsi 6,0 kv.m giriş (dəhliz) və sahəsi 2,2 kv.m olan tualet inşa etdirmişdir. Evin artıq iki mərtəbəli olması, ikinci mərtəbənin ümumi sahəsinin 76,1 kv.m təşkil etməsi, birinci mərtəbədə isə ümumi sahəsi 8,2 kv.m ibarət əlavə tikililərin inşa olunması, həmin tikilinin iddiaçıya aid olması evin yerləşdiyi əraziyə xidmət göstərən 43 saylı MKİSnin V.Ramazanov adlı mühəndisi tərəfindən imzalanmış və MKİS-nin möhürü ilə təsdiq olunmuş “Eskiz planla” təsdiq olunur. Bundan başqa, evin bütövlükdə iddiaçının sahiblik və istifadəsində olması həmin ünvan üzrə göstərilən kommunal xidmətlərlə bağlı iddiaçı ilə "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC arasında bağlanmış müvafiq müqavilələrin mövcudluğu da sübuta yetirir. İddiaçı, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 3 aya, yəni xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 144.500 manat məbləğində pulu borc almışdır. Bununla bağlı tərəflər arasında xx.xx.2018-ci il tarixdə yazılı “Kredit müqaviləsi” bağlanmış, həmin müqavilə Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuşdur. Lakin həmin ərəfədə ailə vəziyyəti ilə bağlı iddiaçının maddi imkanı pisləşmiş və o, aldığı borcu razılaşdırılmış müddətdə Cavabdeh1 qaytara bilməmişdir. Bundan sonra iddiaçı və Cavabdeh1 öz aralarında razılığa gəlmişlər ki, iddiaçının cavabdehə olan 144.500 manat məbləğində borcunun əvəzində, iddiaçı, özünə məxsus 12,1 kv.m ibarət 1 otaqlı mənzili və onun üzərində olan sənədsiz 100 kv.metrini Cavabdeh1 təhvil verəcək və bununla bağlı onlar “Alğı-satqı” müqaviləsi bağlayacaqlar. Onlar həmçinin razılığa gəlmişlər ki, sözügedən mənzil söküləcəyi və ya satılacağı halda, iddiaçının borclu olduğu məbləğdən (144.500 manat) artıq hissəsini Cavabdeh1 iddiaçıya qaytaracaqdır. Razılaşma yazılı formada tərtib olunmuş ərizələrdə əks etdirilmiş və həmin ərizələr müvafiq olaraq xx.xx.2019-cu il tarixdə iddiaçı və Cavabdeh1 tərəfindən imzalanmışdır. Daha sonra onların arasında evin iddiaçıya məxsus 12,1 kv.m ibarət 1 otaqlı mənzilinə dair xx.xx.2019-cu il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında qeyd olunan mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış, bu barədə “reyestrdən çıxarış” verilmişdir. Göründüyü kimi iddiaçı, onunla Cavabdeh1 arasında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Buna baxmayaraq Cavabdeh1 yuxarıda qeyd olunan razılaşma ilə bağlı mübahisə yaratmışdır. Belə ki, Cavabdeh1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 144.500 manat məbləğində pulun hazırkı iş üzrə İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi 2(004)-958/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019cu il tarixli qətnamə ilə iddianı təmin etmişdir. Bu vəziyyətdə İddiaçı da Cavabdeh1 qarşı, onların arasında bağlanmış xx.xx.2019cu il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya dair 2(004)-3625/2019 saylı işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı hər 2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Hər iki mülki iş Bakı Apellyasiya Məhkəməsində bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş mülki işə apelyasiya qaydasında baxılması zamanı İddiaçı və Cavabdeh1 razılığa gəlmiş və xx.xx.2020-ci il tarixdə “Barışıq sazişi” bağlamışlar. “Sazişin” şərtlərinə görə, onlar bir-birlərinə qarşı irəli sürdükləri iddialardan imtina edəcəklərini, bunun müqabilində Cavabdeh1 10.000 manat məbləğində kompensasiyanı notariusun bank depozit hesabı vasitəsilə İddiaçı ödəyəcəyini, İddiaçı evin açarlarını “Saziş” təsdiq edildiyi gün, mənzilin faktiki sahəsi ilə birlikdə isə xx.xx.2020-ci il tarixədək Cavabdeh1 təhvil verəcəyi, mənzilin faktiki sahəsi ilə birlikdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğin 40/100 hissəsini geri İddiaçı ödəyəcəyi barədə üzərilərinə öhdəliklər götürmüşlər. “Saziş” imzalandıqdan sonra, xx.xx.2020-ci il tarixdə tərəflər ayrı-ayrılıqda ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, “Sazişin” təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)-287/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Saziş” təsdiq olunmuş, Yasamal Rayon Məhkəməsini qeyd edilən həmin qətnamələri ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini almışdır. Tərəflər arasında bağlanmış və məhkəmə qaydasında təsdiq edilmiş “Sazişindən” göründüyü kimi, İddiaçı, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin” predmeti olan və 3 №-li evin Mətanət Cavanşirovya məxsus hissəsini (1 yaşayış otağı) Cavabdeh1 təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən inşa edilən həmin evin 2-ci mərtəbəsində yerləşən əmlaklar isə nə “Alğı-satqı müqaviləsinin”, nə də ki, “Barışıq sazişin” predmeti olmamış, həmin əmlaklar İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh1 evin 2-ci mərtəbəsini zəbt etmişdir. Bu addımın atılmasında Cavabdeh1 məqsədi, evin yerləşdiyi ərazisinin söküntüyə məruz qalacağı barədə məlumat əldə etməsi və ona aid olmayan həmin hissənin də ona məxsus olması görüntüsünü yaratmaq olmuşdur. İddiaçı, ona məxsus və Cavabdeh1 tərəfindən zəbt olunmuş ikinci mərtəbənin boşadılmasını Cavabdeh1 dəfələrlə tələb etsə də, sonuncu bu tələblərə əməl etməmiş, əmlakı ona qaytarmamışdır. Nəticə də, İddiaçı özünə aid evdən, evdə yerləşən əşyalardan məhrum olmuşdur. Cavabdeh2 MMC və Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən evin yerləşdiyi ərazidə abadlıq işləri aparılacaq, ərazidə böyük sahəni əhatə edən yeni park salınacaqdır. Bu işlərin görülməsi üçün isə ərazidə yerləşən yaşayış evlərinin sökülməsi nəzərdə tutulmuşdur. Ərazidə söküntü işlərini aparan təşkilata həmin evi və evin tərkib hissəsi olan ikinci mərtəbəni də sökmək niyyətindədir və bunun üçün real addımlar da atır. Halbuki, həmin evin sökülməsinə İddiaçı hər hansı razılığı alınmamışdır. İddiaçı evin sökülməsinə etiraz edir. Lakin Cavabdeh1 evin ikinci mərtəbəsinin də ona aid olması barədə tikintini işilərini aparan Şirkətə və X1 yalan məlumatlar vermiş və müvafiq kompensasiya ödənilməsi müqabilində həmin evin də bütövlükdə sökülməsinə razılıq vermişdir. Bununla da İddiaçı həmin ev üzərində sahiblik və istifadə hüquqları pozulmuş, ona, iddia ərizəsində qeyd edilən maddi zərər dəymişdir.
3. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz vermişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və iddiaçı xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 144.500 manat məbləğində pulu borc almışdır. Lakin iddiaçı borc müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyərək pul vəsaitini geri qaytarmamışdır. Tərəflər həmin borc müqaviləsi üzrə razılığa gələrək (yazılı ərizələr ilə), borcun əvəzinə evin iddiaçıya məxsus 100 kv.m. tikilinin (halbuki ümumi sahə 100 kv.m daha azdır) cavabdehə satılmasına (verilməsinə) qərarlaşıblar. İddiaçının xx.xx.2019-cu il tarixli notarial təsdiqli ərizəsindəki iradə ifadəsi bu şəkildə olub: “Mən, yazıb bildirirəm ki, paylı mülkiyyət hüququ ilə evin mənə məxsus olan mənzilin 1 otaq - 12.1 kv.m hissəsini və onun üzərində olan sənədsiz 100 kv.m tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı notariat kontorunda bağlanmış “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 olan 144.500 manat ekvivalentlə 85.000 ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verirəm və həmin mənzilə dair “Alğı-satqı müqaviləsinin” bağlanmasına etiraz etmirəm. Göstərilən əmlakla bağlı Cavabdeh1 qarşı indi və gələcəkdə heç bir tələbim və iddiam olmayacaq” (hazırda isə, iddiaçı, söz oyunları oynayaraq, iddia ərizəsində bu ərizənin mətnini gələcək zaman şəkilçiləri ilə işlədir). Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən iddiaçı həmin evi Cavabdeh1 satıb (iddiaçının da ərizəsində qeyd etdiyi kimi 12 kv.m.-dən əlavə sahələr sənədsiz olduğu üçün alğı-satqı müqaviləsində əks olunması mümkün olmayıb). Yuxarıda qeyd olunan ərizə və müqaviləyə əsasən iddiaçının həmin evdə yerləşən mənzilə dair (ərizədəki sahələr daxil olmaqla) bütün hüquqlarına xitam verilib. İddiaçının mübahisə predmeti üzərində subyektiv hüququ yoxdur. Daha sonra tərəflərin “Kredit müqaviləsi” və “Alğı-satqı müqaviləsi” ilə bağlı yenidən bir-birlərinə qarşı tələblər irəli sürməsi nəticəsində, tərəflər arasında xx.xx.2020-ci il tarixli notarial təsdiqli “Barışıq sazişi” bağlanmış, “Sazişi” məhkəmə qərardadı ilə təsdiq edilmiş və qərardad qanuni qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, evin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün “Sazişin” 2.1.3, 2.2.2 və 2.2.3-cü bəndlərində faktiki sahə sözü xüsusi ilə qeyd edilir. “Sazişin” 2.1.3-cü bəndində qeyd olunur ki, bu “Sazişin” 1.2-ci bəndində nəzərdə tutulmuş predmet üzrə iddiaçının öz iddiasından imtina etməsinin müqabilində bu “Sazişin” 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin “Sazişin” 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- 3 saylı evin iddiaçıya aid olmuş faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 hissəsini geri - İddiaçı ödəməyi öhdəsinə götürür (“Sazişdən” də göründüyü kimi mənzilin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün (hər yerdə faktiki sahə sözü xüsusi ilə qeyd edilir. Həm də keçmiş zamanda “muş” şəkilçisi ilə)) “Sazişin” 2.2.2-ci bəndində qeyd olunur ki, “Sazişin” 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan evin açarını bu “Saziş” təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə xx.xx.2020ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. “Sazişin” 2.2.3-cü bəndində qeyd olunur ki, bu “Sazişin” 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan evin İddiaçı aid olmuş faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155.000 manat məbləğindən aşağı olduğu halda 155.000 manatla müqayisədə qalıq qalan fərqi Cavabdeh1 ödəməyi öhdəsinə götürür. Bu “Saziş” bağlandıqdan sonra tərəflər arasında bağlanmış bütün mübahisələr son qoyulmuş və İddiaçı həmin evi və onun faktiki sahəsini tərk etmiş, 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək cavabdehə qarşı həmin ev və onun faktiki sahəsi ilə bağlı heç bir tələbi olmamışdır. “Sazişin” 2.3-cü bəndində qeyd olunur ki, tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında bağlanmış “Kredit müqaviləsinin” və “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər. Göründüyü kimi iddia əsassızıdır. Buna görə iddia rədd edilməlidir.
5. Cavabdeh1 öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Barışıq sazişinin” şərtlərinin iddiaçı tərəfindən pozulmasına görə kompensasiya kimi 50.000 manat, iddiaçının mənzilə qanunsuz daxil olması və ilk iddianın verilməsi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 20.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 309 manat, ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 3.000 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bundan əlavə, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 3.000 manat və etibarnamənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları ilk iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən qarşılıqlı iddiada əlavə olaraq qeyd edilir ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh1 razılaşmışlar ki, İddiaçı Cavabdeh1 qaytara bilmədiyi borcun əvəzinə özünə məxsus 3 nömrəli evin və onun üzərində olan 100 kv.m tikilinin (halbuki ümumi sahə 100 kv.m daha azdır) Cavabdeh1 satılmasına (verilməsinə) qərarlaşıblar. Rəsmi olan 12 kv.m-dən əlavə sahələr sənədsiz olduğu üçün alğı-satqı müqaviləsində əks olunması mümkün olmayıb. İddiaçının mübahisə predmeti üzrə subyektiv hüququ yoxdur. Evin faktiki sahəsi çıxarışdakı sahəsindən çox olduğu üçün barışıq sazişində faktiki sahə sözü xüsusi ilə qeyd edilib, habelə evə münasibətdə iddiaçıya “aid olan” ifadəsi deyil, “aid olmuş” ifadəsindən istifadə edilib. Barışıq sazişi bağlandıqdan sonra tərəflər arasında bağlanmış bütün mübahisələrə son qoyulmuş və İddiaçı həmin evi və onun faktiki sahəsini tərk etmiş, 2020-ci ildən 2024cü ilin oktyabr ayınadək cavabdehə qarşı həmin ev və onun faktiki sahəsi ilə bağlı heç bir tələbi olmamışdır. Gələcəkdə tərəflərin bir-birinə qarşı iddia irəli sürməyəcəyi şərti də sazişdə öz əksini tapmışdır. İddiaçı evin 1 otağı və onun faktiki sahəsinə dair bütün hüquqlarına xitam verilmişdir. İddiaçı evin yerləşdiyi ərazinin plana düşdüyünü öyrəndikdən sonra, 03-xx.xx.2024cü il tarixlərində 3 nəfərlə birlikdə həmin evə gələrək evin açarını dəyişmiş və qanunsuz olaraq mənzilə daxil olmuşdur. Mənzildə kirayə yaşayan şəxslərə özünü ev sahibi kimi təqdim edib. Öz kürəkənini evə yerləşdirib. Cavabdeh1 tərəfindən Daxili İşlər Nazirliyinin “102 xidmətinə” müraciət edildikdən sonra həmin şəxs evi tərk edib. Cavabdeh1 illərdir ki, borc əvəzində əldə etmiş olduğu 3 nömrəli evin (onun üzərində olan tikililərin) plana düşməyini gözləyir ki, heç olmasa 6 il öncə borc vermiş olduğu pulu bir şəkildə kompensasiya edə bilsin. Cavabdeh1 alğı-satqı müqaviləsi (notarial təsdiqli ərizə) və barışıq sazişi ilə bütün mübahisələrin bitdiyini düşünərkən, İddiaçı onun evinə qanunsuz olaraq daxil olması, ilk iddia ilə məhkəməyə müraciət etməsi nəticəsində ciddi mənəvi sarsıntı və iztirab keçirmişdir. Buna görə də Cavabdeh1 hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat məbləğində pul İddiaçı tutularaq ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Barışıq sazişinin” 4.4-cü bəndində qeyd olunur ki, “Sazişin” şərtlərinin pozulmasına səbəb olmuş tərəf vurduğu zərərin əvəzini - 50.000 manat məbləğində kompensasiyanı digər tərəfə ödəməlidir. İşin hallarından isə aşkar surətdə müəyyən edilir ki, İddiaçı “Barışıq sazişinin” şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hesab edir ki, Buna görə də Cavabdeh1 hesab edir ki, İddiaçı onun xeyrinə 50.000 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı qanunsuz hərəkətləri və əsassız iddialarında qorunmaq üçün Cavabdeh1 hüquqlarının müdafiəsi və hüquqi yardım almaq üçün “Kredo” Vəkil Bürosu ilə “Hüquqi yardımın göstərilməsi barədə” EM-1602VK- 11375/24 saylı müqavilə bağlamaq və həmin müqaviləyə əsasən “Kredo” Vəkil Bürosuna 3.000 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, həmin xərcin əvəzinin ödənilməsi məqsədi ilə İddiaçı Cavabdeh1 xeyrinə 3.000 manat məbləğində pul tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki iddia tələbi sübuta yetmir və buna görə də əsaslı hesab edilib, təmin oluna bilməz. c) apellyasiya şikayətləri barədə məlumat
10. İlk iddia üzrə İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsini xahiş etmişdir.
11. Əsasları ilk iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ilk iddia üzrə iddiaçı tərəfin izahatında göstərilənləri, təqdim etdiyi sübutları nəzərə almamış, nəticədə iş üzrə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir.
12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 da öz növbəsində qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
13. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən, bu apellyasiya şikayətində isə əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işə obyektiv baxmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qarşılıqlı iddianı əsassız olaraq təmin etməmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
14. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 bildirdi ki, o, Cavabdeh1 yalnız ilk iddia üzrə təmsil edir, onun hüquqlarını müdafiə edir. O, Cavabdeh1 qarşılıqlı iddia üzrə təmsil etmir və hüquqlarını müdafiə etmir. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 ilk iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Rayon Məhkəməsi ilk iddianı təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə İddiaçı ilk iddiası və həmin iddianın təmin edilməməsi barədə qətnamədən verdiyi apellyasiya şikayəti əsassızdır. O, apellyasiya icraatında, Cavabdeh1 qarşılıqlı iddia üzrə təmsil etmədiyindən qarşılıqlı iddianın həll edilməsini Məhkəmənin mülahizəsinə buraxır. Buna baxmayaraq o, Cavabdeh1 apellyasiya şikayətinin hüquqi yardımla əlaqədar çəkdiyi xərcin əvəzi olaraq 3.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 xeyrinə tutulması barədə sonuncunun ərizəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini əsassız hesab edir. Belə ki, İddiaçı ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etdikdən sonra həmin iddia üzrə cavabdeh olan Cavabdeh1 onun vəkil kimi fəaliyyət göstərdiyi “Kredo” Vəkil Bürosuna müraciət edərək, ona hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Cavabdeh1 müraciəti “Kredo” Vəkil Bürosu tərəfindən qəbul edilmiş və aralarında xx.xx.2024-cü il tarixdə “Hüquqi yardımın göstərilməsi barədə” EM-1602VK-11375/24 saylı müqavilə bağlanmış, Cavabdeh1 həmin müqaviləyə əsasən Vəkil Bürosunun hesabına 3.000 manat ödəmişdir. Həmin müqavilənin şərtinə görə isə, onun tərəfindən Cavabdeh1 göstərilmiş hüququ yardım ilk iddia ilə bağlı olmuşdur. İlk iddia rədd edildiyindən isə Cavabdeh1 hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi İddiaçı tərəfindən Cavabdeh1 ödənilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” ərizəsini əsassız olaraq təmin etməmişdir. Buna görə də o, hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və ərizə təmin edilməlidir.
15. İlk iddia üzrə Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya icraatı üçün hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 2.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsini xahiş etmişdir.
16. Bu ərizə ilə bağlı o bildirmişdir ilk iddia üzrə İddiaçı verdiyi apellyasiya şikayətindən qorunmaq üçün Cavabdeh1 “Kredo” Vəkil Bürosuna müraciət edərək, ona hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Cavabdeh1 müraciəti “Kredo” Vəkil Bürosu tərəfindən qəbul edilmiş və aralarında xx.xx.2025-ci il tarixdə “Hüquqi yardımın göstərilməsi barədə” EM-1602VK-23563/25 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtinə görə isə, Cavabdeh1 tərəfindən Vəkil bürosuna 2.000 manat ödəniş edilmişdir. Buna görə də, o hesab edir ki, əgər İddiaçı apellyasiya şikayəti təmin olunmazsa, onda 2.000 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir.
17. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 ərizələr ilə Məhkəməyə müraciət edərək, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş apellyasiya baxışı iclaslarında üzürlü səbəblərdən iştirak edə bilməyicəyini bildirərək, həmin iclasların təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, vəkili Vəkil1 həmin ərizələrində qeyd edilənləri nəzərə alaraq apellyasiya iclaslarını xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə, xx.xx.2025-ci il tarixdən isə xx.xx.2025-ci il tarixə təxirə salsa da, vəkili Vəkil1 və onun təmsil etdiyi İddiaçı sonuncu iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Halbuki, həmin iclasının yeri və vaxtı barədə onlara lazımı qaydada məlumat verilmişdir.
18. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi isə, apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışının heç bir iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
19. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili (nümayəndəsi) Vəkil1 və ilk iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsinin apellyasiya baxışı iclaslarına gəlməmələri işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
20. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməlidir.
21. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 30/117 saylı, xx.xx.2003-cü il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 2 ünvanda yerləşən 3 saylı evin 2 otağının sahibi ilk iddia üzrə İddiaçıdır.
22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, həmin 3 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1 otaq (12,4 kv.metr) Pakizə Cəfərovanın adına xx.xx.2003-cü il tarixdə, 1 otaq (11,7 kv.m.) Fəridə Atakişiyevanın adına xx.xx.2006-cı il tarixdə, 1 otaq (12,1 kv.m.) iş üzrə Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
23. İddiaçı xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, paylı mülkiyyət hüququ ilə ona məxsus olan 3 saylı evdə yerləşən 12,1 kv.metr sahəsi olan 1 otağı və həmin otağın üstündə inşa edilmiş və sənədsiz olan 100 kv.m tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı Notariat Kontorunda bağlanmış 3M-391 reyestr nömrəli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 olan 144.500 manat ekvivalentlə 85.000 ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verir və həmin mənzilə dair “Alğı-satqı müqaviləsinin” bağlanmasına etiraz etmir. Göstərilən əmlakla bağlı Cavabdeh1 qarşı hazırda və gələcəkdə heç bir tələbi və iddiası olmayacaq.
24. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Barışıq sazişindən” görünür ki, “Sazişin” şərtləri aşağıdakı kimi olmuşdur: “İş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər: Mülki Məcəllənin 881-ci maddəsinə uyğun olaraq, aşağıda qeyd olunan bu Sazişin predmetləri üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu sazişdə göstərilən razılaşma əldə edildikdən sonra tərəflər arasında aşağıda qeyd edilən borc müqaviləsi üzrə münasibətlərə dair gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlarına dair bu Sazişdə qeyd edilən öhdəlikləri götürmək və bu götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında Sazişi (müqaviləni) bağlayırlar.
1. Sazişin predmeti: 1.1. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “144.500 manat məbləğində borc pul tələbinə dair” Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər; 1.2. İddiaçı Cavabdeh1 qarşı “Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə BAN-ın icraatında olan mülki iş üzrə tələblər;
2. Tərəflərin razılaşma şərtləri: 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə Cavabdeh1 öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmetə dair-yəni, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “144.500 manat məbləğində borc pul tələbinə dair” BAM-ın icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı MPM-in 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.1.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində 10.000 manat məbləğində kompensasiyasını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə bu Saziş notarial qaydada təsdiq edildiyi gün İddiaçı ödəməyi öhdəsinə götürür; 2.1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı öz iddiasından imtina etməsinin müqabilində bu Sazişin 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155.000 manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 hissəsini geri İddiaçı ödəməyi öhdəsinə götürür. 2.2. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəliklərin Cavabdeh1 tərəfindən yerinə yetirilməsi şərti ilə bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə İddiaçı Cavabdeh1 qarşı “xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsini icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı MPM-in 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.2.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün Cavabdeh1 təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə xx.xx.2020-ci il tarixə qədər Cavabdeh1 təhvil verməyi öhdəsinə götürür. 2.2.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan 3 saylı mənzilin (İddiaçı aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155.000 manat məbləğindən aşağı olduğu halda 155.000 manatla müqayisədə qalıq qalan fərqi Cavabdeh1 ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə və həmçinin onlar arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə tərəfindən bu Sazişin təsdiqi üzrə qərardadın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edirlər və razılaşırlar.
4. Digər müddəalar. 4.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 4.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 4.3. Bu Sazişi tərəflər müqavilənin predmetlərinin tənzimləndiyi orqanlara (müvafiq Məhkəmələr və İcra və Probasiya Şöbələrinə və digər müvafiq strukturlara) təqdim edirlər. 4.4. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini 50.000 manat məbləğində kompensasiya ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödəməlidir. 4.5. Bu Saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Saziş 4 nüsxədə tərtib edilir.”
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla “Barışıq sazişinin” təsdiq edilməsi, bir icraatda birləşdirilmiş mülki işlər üzrə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-958/2019 saylı, xx.xx.2019-cu və 2(004)- 3625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələrinin ləğv edilməsi və həmin işlər üzrə icraata xitam verilməsi qərara alınmışdır.
26. İddiaçı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə 19 saylı Notariat Ofisində 8İ-833 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən “Barışıq sazişinin” bağlanması səbəbindən imtina edir.
27. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 və İddiaçı qarşılıqlı müraciətləri əsasında HK-2155 və HK-2162 nömrə ilə qeydə alınmış təhqiqat materiallarına əsasən toplanmış material üzrə tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir.
28. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 İddiaçı yazılı qaydada xx.xx.2024-cü il tarixdə müraciət edərək, yuxarıda qeyd olunan “Sazişin” 2.1.3-cü bəndində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsini və mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmişdir.
29. Satıcı olaraq Cavabdeh1 ilə alıcı olaraq Cavabdeh2 MMC arasında xx.xx.2024cü il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 3 saylı evin 56,2 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus 12,1 kv.m. 1 otağı 195.000 manata alıcı MMC-yə satmışdır.
30. X5 xx.xx.2024-cü il tarixdə 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini, mülkiyyətçiyə qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirmişdir.
31. X4 xx.xx.2024-cü il tarixdə 19 saylı Notariat Ofisində notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, payçısı olduğu və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə Cavabdeh1 özünə məxsus hissəsinin satılmasına etiraz etmədiyini və alıcılıqda üstünlük hüququndan imtina etdiyini bildirmişdir.
32. "xxxx" MMC-nin 82 saylı, xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, İddiaçı məxsus ev əşyalarının dəyəri ümumilikdə 47.600 manat təşkil edir.
33. Həmin MMC-nin 13 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı evin 2-ci mərtəbəsində yerləşən və İddiaçı sahibliyi və istifadəsində olan ümumi sahəsi 76,1 kv.m. təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) hazırki real bazar dəyəri 220.000 - 230.000 manat arasında dəyişir.
34. Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətini bildirmişdir ki, ünvan 4 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı kompensasiya ödənilməmişdir. Həmin ünvanında söküntü işləri Rayon İcra Hakimiyyəti tərəfindən aparılmadığından hər hansı bir sənəd aşkar edilməmişdir.
35. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, İddiaçı ilə bir neçə ildir ki, qonşudurlar. 2022-ci ilə qədər onu həyətdə, işə gedib gələndə görmüşdür. 2-ci mərtəbədə kirayəçilərin qaldığını axır 1-2 ayda görmüşdür. Sökülmə anını görmüşdür. Söküntü günü ona zəng gəldi ki, burda söküntü gedir. İddiaçı evi ilə onların evinin yerləşməsi elədir ki, buldozer orda işləyəndə bizim ev də zərər görür. Gəlib küçəyə çatanda küçədə polisləri, şirkətdən 1-2 nəfəri evi sökdürən şəxsləri görmüşdür. Dedi ki, niyə sökürsünüz?. Dedilər ki təlimat gəlib ki, bu ev sökülsün. Bildirdi ki, ev şirkət nümayəndələrinə satılıb, həm də ki məhkəmə qərarı var ki, bu ev sökülə bilməz. Bir bəy və bir sarı saçlı xanım görmüş, xanım demişdir ki, öz evidir özü bilər. Orda qaldığı müddətdə 2-ci mərtəbədə İddiaçı orda mebelləri var idi, kondisioneri var idi, kombi, mətbəx mebeli var idi. İçəri girəndə üzbəüz mətbəx idi, solda hamam otağı idi, sağdan yataq otağı, sonra zaldır, divan, kreslo, iki dənə kamot, stol, stul, mətbəxdə qəhvəyi mebel, stol, stul var idi.
36. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, binanın yanında dayanacaq nəzarətçisi işləyirdi. Orada işlədiyi müddətdə Cavabdeh1 özünü və ərini tanımışdır. Onlar mütəmadi olaraq ora gəlirdilər və yuxarı mərtəbəyə də qalxırdılar. Əvvəl bilmirdi ki, kirayə pulu yığmağa gəlirlər. 2020-ci ildə onlarla tanış olmuşdur. 2021-ci ildə Cavabdeh1 ona demişdir ki, Cəlilabadlı kirayəçiləri çıxarır. Səhv etmirəmsə 2-ci mərtəbədə qalırdılar. Orada ancaq İddiaçı görürdü. Evin şəraitindən xəbəri yoxdur. Söküntüdən də məlumatlı idi ki, şirkət tərəfindən sökülür.
37. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, həmin evdə 2024-cü ilin avqust ayından oktyabr ayına kimi yaşamışlar. 2-ci mərtəbədə qalırdı. Evi Hüseyn adlı makler vasitəsilə tapmışdır. Köçəndən səhəri gün Elşən adlı şəxsi görmüşdür, bildiyi qədər həmin şəxs Cavabdeh1 sürücüsü idi. 450 manata kirayə haqqı ödəyirdi. Aylıq ödənişləri Elşənin bank kartına göndərirmişlər. Oktyabrın 5-i evi tərk etdilər. Ev ayın 11-i söküləcəkdi. Evdən çıxış vaxtı isə ayın 15-i idi. Sadəcə olaraq yeni köçəcəyi evi tez tapmışdılar deyə 15-dən tez evi tərk etdilər. Evdə divan, kreslo, paltaryuyan idi, heç biri yeni deyildi, çox köhnə idilər. 1-ci mərtəbəni heç görməmişdir. Cavabdeh1 və Cavanşirovanı polis şöbəsində tanımışdır. İddiaçı gəldi, ona evin Elşən tərəfindən kirayə verildiyi bildirildi. Gəldi 1-2 şəkil göstərdi, çeki filan göstərdi. Yanında 2 nəfər var idi. Göstərilən evin şəkilləri idi. Orda kreslo filan var idi. Pərdə yox idi. Vəkilin göstərdiyi şəkillə eynilik təşkil edən bəzi əşyalar var. Xalça fərqli idi. Soyuducu işləmirdi. İşıq pulu və qaz pulu biri Cavabdeh1, biri də İddiaçı adına idi.
38. İşin məhkəmə baxışı zamanı araşdırılmış mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında məhkəmə mübahisələri olmuş, Cavabdeh1 İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə və İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı (hazırkı iş üzrə cavabdeh) Cavabdeh1 ilə cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı arasında bağlanmış “Barışıq sazişi” təsdiq edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli və 2(004)-3625/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamələri ləğv edilmiş, Cavabdeh1 İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası və İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcuddur.
39. Hazırkı iş üzrə İddiaçı qeyd edir ki, mübahisəli evin 2-ci mərtəbəsində yerləşən və onun özü tərəfindən öz vəsaiti hesabına inşa edilmiş yaşayış sahəsi Cavabdeh1 tərəfindən zəbt etmişdir. O, həmin sahənin boşadılmasını ondan dəfələrlə tələb etsə də, Cavabdeh1 onun tələblərə əməl etməmiş, əmlakı onun faktiki sahibliyinə qaytarmamışdır.
40. Cavabdeh1 isə ilk iddia tələbinə etiraz edir. Onun vəkili (nümayəndəsi) bildirmişdir ki, məhkəmə qərarı ilə təsdiq edilmiş “Sazişdə” İddiaçı mübahisəli evin ona aid olmuş faktiki sahəsi ilə birlikdə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə olan halda yenidən belə bir iddianın qaldırılması əsassızdır.
41. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. İş materiallarından görünür ki, tərəflər arasında qarşılıqlı tələblər üzrə məhkəmə mübahisələri olmuşdur. Həmin mübahisələrin yekunu üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı arasında bağlanmış “Barışıq sazişi” təsdiq edilmişdir. Həmin “Sazişdə” də hazırki iş üzrə İddiaçı məxsus olmuş və mübahisəli evin faktiki sahəsi ilə birlikdə Cavabdeh1 təhvil verilməsi, gələcəkdə satışı zamanı isə 155.000 manat pul məbləği çıxılmaqla qalan məbləğin 40/100 hissəsinin İddiaçı ödənilməsi barədə razılaşdırılmışdır. Eyni zamanda İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə paylı mülkiyyət hüququ ilə ona məxsus olan evin 1 otağı -12,1 kv.m və həmin otağın üstündə inşa edilmiş və sənədsiz olan 100 kv.m tikilinin xx.xx.2018-ci il tarixində 19 saylı Notariat Kontorunda bağlanmış “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 olan 144.500 manat, məzənnəyə uyğun olaraq 85.000 ABŞ dolları məbləğində borc pulun əvəzinə Cavabdeh1 verilməsi və həmin mənzilə dair “Alğı-satqı müqaviləsinin” bağlanmasına etiraz edilməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə mövcud olmuş və 2024-cü ildə sözügedən ərizə iddiaçı tərəfindən ləğv edilmişdir.
44. İddiaçı ilk iddia tələbində qeyd etdiyi mübahisəli mənzilin ikinci mərtəbəsində tikilmiş 76,1 kv.m təşkil edən yaşayış sahəsinin (2 yaşayış otağı, 1 mətbəx, 1 dəhliz, 1 giriş, 1 vanna otağı) həmin mənzilin faktiki sahəsi olmamasını və barışıq sazişinin predmeti olmamasını bildirsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. “Barışıq sazişinin” olması, eyni zamanda İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ərizəsi də iddiaçının qeyd etdiklərinin sadəcə mülahizə xarakterli olduğu nəticəsinə gəlməyə əsas verir.
45. Bundan əlavə, “Barışıq sazişi” əsasında sözügedən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixədək təhvil verilməsi qeyd olunmuşdur. Belə ki, evin söküntüsünədək, iddiaçının qeyd etdiyi əşyaların mövcudluğu, iddiaçıya məxsusluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı öz sübutetmə vəzifəsini hazırki halda yerinə yetirməmişdir.
46. Buna görə də, qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə İddiaçı qətnamədən verdiyi apellyasiya şikayəti əsassızdır.
47. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, Cavabdeh1 İddiaçı qarşı 50.000 manat məbləğində kompensasiyanın və 20.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etsə də, İddiaçı xx.xx.2020-ci il tarixli notarial təsdiqli “Barışıq sazişinin” şərtlərini pozduğunu, buna görə də kompensasiya tələb etdiyini, həmçinin mənzilə qanunsuz daxil olmasını və ilkin iddianın verilməsini, bu səbəbdən ona mənəvi ziyan vurulduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
48. Odur ki, müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayəti əsassızdır.
49. Buna baxmayaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi üçün ödədiyi 3.000 manat xidmət haqqının əvəzinin İddiaçı tutularaq ona ödənilməsi haqqında ərizəni tam həcmdə təmin etməməkdə haqlı olmamışdır.
50. Belə ki, işdə olan sənədlərdən görünür ki, ilk iddia üzrə İddiaçı ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etdikdən sonra həmin iddia üzrə cavabdeh olan Cavabdeh1 “Kredo” Vəkil Bürosuna müraciət edərək, ona hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1 ilə “Kredo” Vəkil Bürosu arasında xx.xx.2024-cü il tarixdə “Hüquqi yardımın göstərilməsi barədə” EM-1602VK-11375/24 saylı müqavilə bağlanmış, Cavabdeh1 həmin müqaviləyə əsasən həmin Vəkil Bürosunun hesabına 3.000 manat ödəmişdir.
51. İlk iddia üzrə Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 bildirir ki, onun vəkil kimi fəaliyyət göstərdiyi “Kredo” Vəkil Bürosu ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Hüquqi yardımın göstərilməsi barədə” müqavilənin şərtlərinə görə o, Cavabdeh1 yalnız ilk iddia üzrə təmsil etmiş və hüquqlarını müdafiə etmiş, qarşılıqlı iddia üzrə təmsil etməmiş və hüquqlarını müdafiə etməmişdir. Buna görə də, ilk iddia rədd etmiş Rayon Məhkəməsi Cavabdeh1 hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 3.000 manat məbləğində pulu İddiaçı tutularaq Cavabdeh1 ödənilməsini qət etməli idi.
52. Məhkəmə ilk iddia üzrə Cavabdeh1 və onun vəkilinin (nümayəndəsinin) bu kimi mövqeyini qismən əsaslı hesab edir ki, çünki iş materiallarından görünür ki, vəkili Vəkil2 işin baxılmasında iştirak edərək birinci instansiya məhkəməsində Cavabdeh1 həm ilk iddia, həm də qarşılıqlı iddia üzrə təmsil etmiş və hüquqlarını müdafiə etmişdir.
53. Yuxarıda qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi hər iki iddianı rədd etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, qeyd edilən xərcin 1/2 hissəsi Cavabdeh1 özünə, qalan 1/2 hissəsi isə İddiaçı aid edilməlidir. Çünki MPM-in tələblərinə görə, etdikləri kömək üçün vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə aiddir (maddə 115.0.6.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
54. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin müzakirə edilən bu dəlili qismən əsaslı hesab edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” ərizəsinin təmin edilməməsi hissədə ləğv edilməli, Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” ərizəsi qismən təmin edilməli, qeyd edilən xərcin 1/2 hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 1.500 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilməlidir. f) apellyasiya baxışının nəticəsi
55. Beləliklə apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti əsassızıdır. Rayon Məhkəməsi ilk iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarında uyğun nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin qətnaməsinin həmin hissəsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.1. Apellyasiya baxının nəticəsi ilə həmçinin müəyyən edilir ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” tələbini tam həcmdə təmin etməməkdə haqlı olmamışdır. Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddia ilə bağlı iş üzrə gəldiyi nəticənin qalan hissəsi qanuni, əsaslı və işin hallarında uyğundur.
56. Buna görə də qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnamə ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməlidir. 56.1. Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” ərizəsinin təmin edilməməsi hissədə ləğv edilməli, Cavabdeh1 “hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında” ərizəsi qismən təmin edilməli, qeyd edilən xərcin 1/2 hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 1.500 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilməlidir. 56.2. Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddia ilə bağlı iş üzrə gəldiyi nəticəsinin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə bu qətnamənin 55, 55.1., 56, 56.1 və 56.2-ci bəndlərində qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya icraatı zamanı verdiyi “apellyasiya icraatı üçün hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 2.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi haqqında” ərizəsi MPM-in 115.0.6 və 119.1-ci maddələrinə əsasən qismən təmin edilməli, apellyasiya icraatı üçün hüquqi yardımla əlaqədar çəkilmiş xərcin 1/2 hissəsi Cavabdeh1 özünə, qalan 1/2 hissəsi isə İddiaçı aid edilməli, bu məqsəd ilə 1.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilməlidir.
58. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
59. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh1 hüquqi xidmətlə əlaqədar çəkmiş olduğu xərcin əvəzinin İddiaçı tutulması məsələsinin həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Çəkilmiş xərcin əvəzinin yarısı Cavabdeh1 özünə aid edilsin, qalan hissənin ödənilməsi məqsədi ilə 1.500 (bir min beş yüz) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 17 fevral 2025-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya icraatı zamanı Cavabdeh1 hüquqi xidmətə çəkdiyi xərcin yarısı onun özünə aid edilsin, qalan hissənin ödənilməsi məqsədi ilə 1.000 (bir min) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilsin. İddiaçı və Cavabdeh1 hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilərlər. İlk iddia üzrə Cavabdeh2 hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.