Məhkəmə qərarları › İş №2(103)-281/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-281/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-281/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 və Cavabdeh və nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-443/2021 nömrəli işi üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia tələbinin təmin edilməsi, cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində dəymiş ziyanın əvəzi olaraq 15860 manat məbləğin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-443/2021 nömrəli işi üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh 13203 manat pul vəsaiti tutularaq iddiaçı "Azcargo Logistics and Management Services” MMC-yə ödənilməsi, iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə ekspertiza xərci qismində sərf edilmiş 100 manatın 50%, yəni 50 manat Cavabdeh, qalan 50%, yəni 50 manat iddiaçı "Azcargo Logistics and Management Services” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi və iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə onun iştirakı ilə texniki ekspertiza təyin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, habelə Cavabdeh tərəfindən İddiaçı MMC-yə barışıq sazişi üzrə artıq 2000 (iki min) manat ödənildiyini bildirmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər 1.1. Tərəflər razılığa gələrək təsdiq edirlərki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 443/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 13203 (on üç min iki yüz üç) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı MMC həmin 13203 manat pul vəsaitinin 8203 manatın cavabdehə bağışlayır.1.2. Bağışlanılmış məbləğ çıxıldıqdan sonra razılaşıdırılmış 5000 (beş min) manat pul vəsaitini Cavabdeh - İddiaçı MMC-nin hesabına ödəyir; 1.3. Cavabdeh İddiaçı MMC-yə bu barışıq sazişi imzalandığı gün 2000 (iki min) manat ödəyir; 1.4. Cavabdeh İddiaçı MMC-yə ödənilməli olan qalıq 3000 (üç min) manat məbləğində vəsaitini 31 mart 2022-ci il tarixinə qədər ödəməyi öz öhdəsinə götürür; 1.5. Tərəflər barışıq sazişi imzaladıqdan sonra iddiaçı iddia tələbindən imtina edir və gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə birbirlərinə qarşı iddia qaldırmayacaqlar; 1.6. Tərəflər barışıq sazişi imzaladıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6258/2021 saylı mülki iş üzrə iddiaçı iddia tələbindən imtina edir, cavabdeh isə apellyasiya şikayətindən imtina edir; 1.7. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi imzaladıqdan sonra Cavabdeh tərəfindən 31.03.2022-ci il tarixinə kimi qalıq 3000 (üç min) manat məbləğində pulu tam və vaxtında bu saziş əsasında İddaçıya ödənilmədikdə və barışıq sazişinin şərtləri cavabdeh tərəfindən pozulduğu təqdirdə 31.03.2022-ci il tarixdən sonra bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı avtomatik olaraq məcburi icraya yönəldiləcəkdir. 2.1. Barışıq sazışı tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 2.2. Bu razılaşma Tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 2.3. X8 müqavilənin predmetlərinin tənzimləndiyi Bakı Apellyasiya Məhkəməsinə təqdim edirlər. 2.4.Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini kompensasiya ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəməlidir. 2.5.Bu Saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.4, 261.0.5, 370, 391-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməli, məhkəmə tərəfindən təyin edilən ekspertiza xərcləri üzrə isə bərabər qaydada hər iki tərəfə aid edilməlidir. İş materiallarından görünür ki, birinci və apellyasiya instansiyalarında məhkəmə icraatı zamanı ekspertiza xərcləri 200 manat təşkil etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-124, 191, 261, 262, 370, 384.0.5, 400, 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-443/2021 nömrəli işi üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MMC və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: -Tərəflər razılığa gələrək təsdiq edirlərki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-443/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 13203 (on üç min iki yüz üç) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı MMC həmin 13203 manat pul vəsaitinin 8203 manatın cavabdehə bağışlayır. - Bağışlanılmış məbləğ çıxıldıqdan sonra razılaşıdırılmış 5000 (beş min) manat pul vəsaitini Cavabdeh - İddiaçıMMC-nin hesabına ödəyir; -Cavabdeh İddiaçı MMC-yə bu barışıq sazişi imzalandığı gün 2000 (iki min) manat ödəyir; -Cavabdeh İddiaçı MMC-yə ödənilməli olan qalıq 3000 (üç min) manat məbləğində vəsaitini 31 mart 2022-ci il tarixinə qədər ödəməyi öz öhdəsinə götürür; - Tərəflər barışıq sazişi imzaladıqdan sonra iddiaçı iddia tələbindən imtina edir və gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlar; -Tərəflər barışıq sazişi imzaladıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6258/2021 saylı mülki iş üzrə iddiaçı iddia tələbindən imtina edir, cavabdeh isə apellyasiya şikayətindən imtina edir; -Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi imzaladıqdan sonra Cavabdeh tərəfindən 31.03.2022-ci il tarixinə kimi qalıq 3000 (üç min) manat məbləğində pulu tam və vaxtında bu saziş əsasında İddaçıya ödənilmədikdə və barışıq sazişinin şərtləri cavabdeh tərəfindən pozulduğu təqdirdə 31.03.2022-ci il tarixdən sonra bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı avtomatik olaraq məcburi icraya yönəldiləcəkdir. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti – tərəflərdən mütərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar