Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2810/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (Xidmət) Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsindən Xidmətin rəis müavini Rüstəm Şahbazov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (Xidmət) Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən Xidmətin rəis müavini Rüstəm Şahbazov tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci və 363.1.2-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, Xidmət rəisinin15 mart 2023-cü il tarixli F-23 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə vəzifə bölgüsü”nə əsasən, Xidmətin adından məhkəmə aktlarından şikayətləri imzalamaq hüququ Xidmətin rəis müavini Nümayəndə verilmişdir – halbuki, apellyasiya şikayəti Xidmət rəisinin digər müavini olan Rüstəm Şahbazov tərəfindən imzalanmışdır. Qeyd olunan sənəddə “rəis müavinlərindən biri olmadıqda ona həvalə edilmiş fəaliyyət sahələrinin idarə olunmasının digər rəis müavini tərəfindən həyata keçiriləcəyi” göstərilsə də, kollegiyanın qənaətinə görə, təşkilatdaxili struktur bölmələrin işlərinə rəhbərlyin həyata keçirilməsi mexanizmini tənzimləyən həmin sənəd məhkəmə aktlarından verilən şikayətləri imzalamaq hüququ verən etibarnamə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsindən Xidmətin rəis müavini Rüstəm Şahbazov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2810/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2810/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver