Məhkəmə qərarları › İş №2(103)-2813/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2813/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2813/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizin qaytarılması» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-2374/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının cavabdehlərə qarşı iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2374/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmuş və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir (iş səh.62, 68). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya şikayətinin məzmun tələblərinə riayyət edilməyərək şikayəti verən şəxslərin iş yeri, yaşayış yeri, yaxud olduğu yeri göstərilməmişdir. Eyni zamanda apellyasiya şikayətinə qanunla müəyyən edilmiş təyinatda və məbləğdə dövlət rüsumu ödənilməmişdir (səh.68). Belə ki, ödənilmiş dövlət rüsumunun təyinatı kimi məhkəmə aktlarının və surətlərinin təkrar verilməsinə görə 10,40 manat pul vəsaiti Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ödənilmişdir. Diqqətə çatdırılmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 8.1.4-cü maddəslərinə uyğun olaraq iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 15 manat ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2, 8.1.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 361-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2374/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar