Məhkəmə qərarları › İş №2(103)-2819/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2819/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2819/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 MMC və X6 qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkli Vəkil3 və vəkli Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə (Medika Hospital) və X6 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh2 həmin müəssisənin baş həkimi vəzifəsinə işə qəbul edilmişdir.

2. Medika Hospital” MMC-nin xx.xx.2017-ci il tarixli kolonoskpopiya protokoluna əsasən İddiaçı həmin tarixdə kolonoskopik müayinədən keçirilmiş və ona dolixosiqma, internal hemorroy, anal çat diaqnozu qoyulmuşdur.

3. Medika Hospitalın ******* saylı xəstəlik tarixindən çıxarış epikrizinə əsasən xəstə İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx"a defeksiya aktı zamanı anal nahiyyədə olan ağrılardan və şişkinlikdən şikayətləri ilə daxil olmuş, ona kombinə olunmuş hemorroy diaqnozu qoyulmuş, xəstəyə xx.xx.2017-ci il tarixdə “Liqaşu” üsulu ilə Hemorroidektomiya” cərrahi əməliyyatı icra edilmiş, xəstə kafi vəziyyətdə cərrahın nəzarəti altında ambulator müşahidə və müalicəyə evə yazılmışdır.

4. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli tam qarın boşluğu üzvlərinin nativ KT müayinəsi kağızına əsasən pasiyent İddiaçı həmin tarixdə müayinədən keçmiş və xəstəyə nativ olaraq bağırsaqların proyeksiyasında həcmli patologiyanın aşkarlanmaması, sidik kisəsi divarlarının normal olması və sümük sistemində travmatik və litik-destruktiv prosesin qeyd edilməməsi diaqnozu qoyulmuşdur.

5. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli tövsiyə reseptlərinə əsasən İddiaçı medikamendoz müalicə təyin olunmuşdur.

6. "xxxx" MMC-nin 220 saylı, xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə “Medika Hospital T.A”ya anal nahiyədə ağrı şıkayəti ilə daxil olmuşdur. Əməliyyat zonası reviziya olunmuş, xəstənin vəziyyəti keçirdiyi əməliyyatın aparılmasına uyğundur. Plaseba testi pozitivdir. Xəstə konstruktiv müalicə üçün stasionara yerləşdirilmişdir. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinə kombinə olunmuş hemaroy diaqnozu qoyulmuş və ambulator müalicə alması tövsiyə olunmuşdur.

7. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 25 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən Cavabdeh3 MMC tərəfindən işçi Cavabdeh2 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

8. Xətai Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən 280c-19 nömrəli material üzrə Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 314.1-ci və 131.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə icra edilmiş “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X19 tərəfindən verilmiş 275/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı Medika Hospitalda “kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı üzərində Medika Hospitalda icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Belə ki, “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı zamanı “ligaSure” sihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. Bu da sonradan qeyd olunan ağırlaşmaların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs həkim-cərrahdır. İddiaçı anal sfinktorun çatmamazlığı çapıq dəyişiklikləri ilə əlaqədar müalicəni çətinləşdirir, qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigaSure” cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış barmaqla rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehlər "xxxx" MMC və X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi olaraq 25.000 manat və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən və X3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, son 4-5 ildir ki, babasil xəstəliyindən əziyyət çəkir. 2017-ci ildə müalicə olunmaq üçün Medika Hospitala müraciət etmiş və həkim Cavabdeh2 qəbulunda olmuşdur. Müəyyən yoxlamalardan sonra həkim ona bildirmişdir ki, onun xəstəliyi müalicə ilə keçib gedən deyil, əməliyyat olunmalıdır. Eləcə də əlavə etmişdir ki, vaxtında əməliyyat olunmasa gələcəkdə ağır fəsadlar yarada bilər. O, həkimdən bu tip əməliyyatları edib-etməməsi ilə maraqlanmış, cavabdeh X9 belə əməliyyatların onun tərəfindən dəfələrlə keçirildiyini, hər birini də uğurlu əməliyyat etdiyini bildirmişdir. Bu əməliyyatın da uğurlu olacağı və onun tez bir vaxtda sağlamlığının bərpa olacağı barədə vədlər vermişdir. O, həkimin boş vədlərinə aldanaraq əməliyyat olunmağı ilə bağlı razılığa gəlmiş və 2017-ci ildə həkim Cavabdeh2 tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 3 gün müddətində Hospitalda saxlanılmış və müalicə almışdır. Lakin ağrıları keçməmiş, əksinə daha da şiddətlənmişdir. O, bu barədə həkimə dedikdə o, hər dəfə ona bildirmişdir ki ağrılar bir müddət olmalıdır. Əməliyyat olunduqdan 3 gün keçdikdən sonra yaxınlarının köməkliyi ilə evə dönmüş, lakin vəziyyətində heç bir yaxşılaşma olmamış, əksinə vəziyyəti günü-gündən pisləşmişdir. O, artıq özünü saxlaya bilmir, bir gündə 100 dəfədən çox tualetə gedir. O, dəfələrlə həkimə zəng edərək, vəziyyətinin düzəlmədiyini, pisləşdiyini bildirsə də cavabdeh hər dəfə tezliklə yaxşılaşacağını bildirmişdir. Evdə yataq şəraitində müalicəsini davam etdirsə də, yaranmış ağrılar keçməmiş, əksinə şiddətlənmişdir. Yaxınlarının köməkliyi ilə xx.xx.2018-ci ildə Medika Hospitala getmiş və həkimə bu xəstəlikdən əməliyyat olunan şəxslərin uzağı 2-3 gündən sonra tam sağalaraq ayağa qalxdığını demiş və əməliyyatını düzgün aparmadığını, yoğun bağırsağının çöldə qaldığını bildirmişdir. Cavabdehdən əməliyyatdan sonra onun səhhətiylə maraqlanmamasının səbəbini soruşmuş, həkim yenə də ona məsləhətlər verərək vəziyyətinin keçirilmiş əməliyyata uyğun olduğunu bildirmiş və tezliklə yaxşılaşacağı barədə boş vədlər vermişdir. O, müalicə olunmaq üçün bir neçə özəl kilinikalara və bilavasitə babasil xəstəliyi ilə bağlı əməliyyatlar aparmış həkimlərə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra onun əməliyyatının həkim tərəfindən düzgün aparılmaması, eləcə də düzgün müalicə təyin olunmaması təsdiqlənmiş və müraciət etdiyi həkimlərdən heç biri onun müalicəsini boynuna götürməmişdir. O, həkim səhlənkarlığının və həkimin uğursuz əməliyyatının qurbanı olmuşdur. 3 ildən artıq bir müddətdir yataq xəstəsi olaraq əzab-əziyyətlər çəkir, sağlamlığının bərpa olunmasına, müalicəsinə, dərmanlarına xeyli məbləğdə (10.000 manatdan yuxarı) xərci çıxsa da, səhhəti düzəlmir. O, dəfələrlə həkim Cavabdeh2la görüşərək niyə onun əməliyyatını, müalicəsini düzgün aparmaması, onu əzab-əziyyətlərə, əlavə xərclərə salması, onu müalicə edərək sağlamlığını bərpa etməsi ilə bağlı danışmaq istəsə də, cavabdeh hər dəfə ondan qaçmış, onunla görüşmək istəməmiş, onun vəziyyəti ilə belə maraqlanmamışdır. Həkim Cavabdeh2 onun üzərində apardığı əməliyyata, müalicəsinə laqeyd münasibət göstərərək, öz xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə, səhlənkar hərəkətlərinə, ona verdiyi işgəncələrə, çəkdiyi əzablara-əziyyətlərə görə cavabdeh barəsində müvafiq hüquqi tədbirlərin görülməsini, məsuliyyətə cəlb olunmasını və haqq etdiyi cəzanı almasını istəmişdir. İddiaçının şikayəti əsasında Xətai rayon Prokurorluğunda 280c-19 nömrəli material toplanmış, işin icraatı Xətai rayon Prokurorluğunun müstəntiqi X11 icraatında olmuşdur. İş üzrə Məhkəmə Tibbi Ekspertiza təyin olunmuş və bu barədə verilmiş 21.02. 2020-ci il tarixli, 03\keş nömrəli rəydə göstərilmişdir ki, onun üzərində Medika Hospitalda icra edilmiş Hemorriodektomiya cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Belə ki onun mütəxəssis müayinəsi zamanı anal stinktorunun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal sfinktorun çatışmamazlığı ilə bağlıdır və icra edilmiş Hemorriodektomiya cərrahiyyə əməliyyatı zamanı zədələnməsi nəticəsində əmələ gəlmişdir. Bu da qeyd olunan ağırlaşmanın yaranmasına gətirib çıxarmışdır. Onun üzərində Medika Hospitalda icra edilmiş Hemorriodektomiya cərrahiyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi anaİ sfinktorun zədələnməsinə və çatışmamazlığına səbəb olmuşdur. Onun üzərində Medika Hospitalda icra edilmiş Hemorriodektomiya cərrahiyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Lakin Xətai rayon Prokurorluğu tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə qərarda ona dəymiş ziyanla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Odur ki, sağlamlığın bərpası və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün Medika Hospitalı və onu uğursuz əməliyyat edən həkim Cavabdeh2 məhkəməyə vermək məcburiyyətində qalmışdır.

12. Məhkəmə prosesində “Medika Hospitalın” "xxxx" MMC-nin tərkibində eyni VÖEN altında (**********) fəaliyyət göstərdiyi müəyyən edildiyindən, cavabdeh "xxxx" "xxxx" MMC ilə əvəz edilmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, mənəvi ziyana görə 20.000 manat, maddi ziyana görə 1.200 manat, cəmi 21.200 manat məbləğində pul vəsaitinin Cavabdeh3 MMC-dən ("xxxx") tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X13)

14. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, "xxxx"da iddiaçının üzərində həkim-cərrah Cavabdeh2 tərəfindən icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində iddiaçının anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır. Buna məsul şəxs həkim-cərrahdır. İddiaçı onun səhhətində yaranmış ağırlaşmalar nəticəsində gündəlik həyatında normal qidalanmaq, sərbəst hərəkət etmək kimi məhdudiyyətlər ilə qarşılaşır. Onun vəziyyəti ona fiziki olaraq da iztirablar yaşadır. Odur ki, iddiaçı maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən maddi ziyanın məbləği icra edilmiş əməliyyatının dəyəri, yəni 1200 manat məbləğində müəyyən edilməlidir. Maddi ziyanın ödənilməsinə dair iddia tələbi qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin işçisi olan həkim-cərrahın təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulması, onun hazırda da əməliyyatın nəticəsində yaranmış ağırlaşmalara görə gündəlik həyatını məhdudiyyətsiz yaşamaq, sərbəst hərəkət etmək imkanından məhrum edildiyi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı mənəvi sarsıntı və fiziki iztirabları ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab etmişdir ki, mənəvi zərərin həcmi 50.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20.000 manat məbləğində müəyyən edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci, 1097.1-ci, 1099-cu, 1112-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2ci, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına,Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh3 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh3 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC-nin sıravi işçisi deyil, baş həkimi olmuşdur. Belə ki, baş həkim kimi Cavabdeh2 MMC-nin klinika fəaliyyətinin təşkili və idarə edilməsinə bilavasitə məsul şəxs olmuşdur. Məhkəməyə təqdim olunmuş Cavabdeh2 əmək müqaviləsi və MMC-də tətbiq olunan “Baş həkimin vəzifə təlimatı”ndan da müəyyən olunur ki, o, baş həkim kimi klinikanın bütövlükdə tibbi fəaliyyətini əlaqələndirmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təşkil etmək, müəssisənin struktur bölmələrinin fəaliyyətini məqsədəuyğun əlaqələndirmək, əhaliyə göstərilən tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək və s. bu vəzifələrin icrasına məsul olmuşdur. İş materiallarında iddiaçı ilə Cavabdeh3 MMC arasında tibbi xidmətə dair müqavilə bağlanmadığı, MMC-nin iddiaçı qarşısında öhdəliklərinin yaranmadığı müəyyən olunur. Lakin, məhkəmə bu hala da əhəmiyyət verməmişdir. İddiaçı cərrahiyyə əməliyyatından sonra vəziyyətinin ağırlaşdığını, uzun müddət müxtəlif mütəxəssislərə və başqa tibb müəssisələrinə müraciət etdiyini, müalicə aldığını iddia etmiş, məhkəmə də bu cür halları müəyyən olunmuş kimi qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, iş materialında iddiaçının 2017-ci ildə əməliyyatdan sonra hər hansı digər tibb müəssisəsinə və ya mütəxəssisə müraciət etməsinə, müayinə və müalicə almasına dair dəlil mövcud deyildir. Həmçinin, 2017-ci ildən sonra, "xxxx" əməliyyatın fəsadlarının aradan qaldırılması məqsədi ilə müalicəsi üçün hansı xərcləri ödəməsi də müəyyən olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən "xxxx" cərrahiyyə əməliyyatından zərər çəkməsinə dair MMC-yə indiyədək hər hansı məlumat (irad, şikayət) verilməmişdir. İddiaçı əməliyyatdan sonra təkrarən dəfələrlə həkim Cavabdeh2 müraciət etdiyini bildirsə də, bu günə qədər bir dəfə də olsa MMC-nin (hospitalın) rəhbərliyinə bu barədə müraciət etməmiş, iddia ərizəsi hospitala daxil olana qədər hospital rəhbərliyinin iddiaçının vəziyyətindən xəbəri olmamışdır. Əgər iddiaçı vaxtında rəhbərliyə həkimin səhlənkarlığı barədə məlumat versə idi yəqin ki, həm həkim barəsində lazımi tədbir görülərdi, həm də xəstənin müalicəsi ilə bağlı zəruri hərəkətlər edilərdi. Məhkəmə mənəvi zərərin tutulmasının əsası kimi iddiaçının iztirab və sarsıntı keçirməsini “müəyyən edilmiş hal” kimi qeyd etmişdir. Lakin iş materiallarında iddiaçının hansısa formada sarsıntı, iztirab keçirməsini, "xxxx" cərrahiyyə əməliyyatının onun psixikasına təsir etdiyini təsdiqləyə biləcək hər hansı dəlil mövcud olmamış, məhkəmə də belə halların mövcudluğunu əsaslandırmamışdır. Ümumiyyətlə, 2017-ci ildən keçən müddət ərzində - hazırki iddianın qaldırıldığı və baxıldığı ərəfədə iddiaçı sağlamlıq vəziyyəti, “əməliyyatın fəsadları” barədə də iş materialında hər hansı dəlil yoxdur. İddiaçı tərəfindən həqiqətən əməliyyatın “fəsadları” barədə hər hansı dəlil təqdim olunmamış və işin belə bir halı müəyyən edilməmişdir. Hətta, MMC-nin nümayəndəsinin təkidli vəsatətlərinə baxmayaraq, məhkəmə iddiaçının özünün prosesdə iştirakını təmin etməmişdir. Məhkəmə yalnız nümayəndə və vəkilin iddiaçının “iztirab və sarsıntı keçirməsinə” dair subyektiv mülahizələrinə istinad etmişdir ki, bununla da iddiaçının hüquqlarının pozulması halı müəyyən edilə bilməzdi. Hakim bir dəfə də olsa, iddiaçının üzünü görmədən, onunla bir kəlmə belə danışmadan, onun tibbi və psixoloji vəziyyəti barədə anlayışı belə olmadan onun vəkilinin və nümayəndəsinin dediklərinə əsasən kosmik bir rəqəm - 20.000 manat mənəvi zərər müəyyən etmişdir. Əlbəttə, vəkil və nümayəndə iddiaçının xeyrinə danışmalıdır. İşin həqiqi halı isə məhkəmə iclasında çəkişmə və tərəflərin bərabərliyi, qanunla yol verilən sübut və dəlillərlə müəyyən olunmalıdır. Cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərər vurulması müəyyən edilmədiyi halda məhkəmə cavabdeh MMC-nin ona pul ödəməli olması qənaətinə yanlış gəlmişdir. Qeyd olunduğu kimi, iddiaçı ilə MMC arasında tibbi xidmətə dair müqavilə olmamışdır. İş materialı ilə də (ekspertiza rəyi) iddiaçıya düzgün diaqnoz və müalicənin, əməliyyatın düzgün seçildiyi müəyyən olunmuş, lakin birbaşa həkim-cərrahın texniki səhvi olduğu göstərilmişdir. İşin belə halında isə MMCnin təqsirinin olmadığı müəyyən edildiyi halda MM-in 21-ci maddəsinə istinad edərək tələbin yalnız MMC-ə qarşı təmin edilməsi maddi hüququn yanlış təfsiri və tətbiqinin nəticəsidir. Məhkəmə MM-in 1099-cu maddəsinin təfsirində yanlışlığa yol vermiş, baş həkimin işçi olması qənaətinə gələrək, onun vurduğu ziyanın MMC tərəfindən ödənilməli olması nəticəsinə gəlmişdir. Cavabdeh2 MMC-də əmək müqaviləsi ilə baş həkim vəzifəsini tutmaqla özü bilavasitə rəhbər şəxs olmuş, əhaliyə tibbi xidmətlə bağlı klinikanın bütün fəaliyyətini yönəltmişdir. Cavabdeh2 MMC-nin tibb xidməti fəaliyyəti ilə bağlı özündən yuxarı vəzifəli kiminsə tapşırıqlarını icra etməmiş, əksinə özü bütün tibbi personala nəzarət edən şəxs olmuşdur. Bu baxımdan, onun fəaliyyəti MM-in 1099-cu maddəsinin təsiri altına düşə bilməz. Məhkəmə işin həqiqi halını təhrif etdiyi kimi, sözügedən maddi hüquq normasını da tətbqi etməli olmadığı halda tətbiq etmişdir. Məhkəmə 1099-cu maddəni tətbiq etməli olmadığı halda tətbiq etməklə girdiyi yanlışlığı davam etdirmiş və 1112-ci maddənin də mübahisəyə aidiyyəti olmadığını nəzərə almamışdır. Belə ki, iddiaçının sağlamlığına zərərə vurulması işin müəyyən olunmayan halıdır. Cərrahiyyə əməliyyatının texniki cəhətdən düzgün icra edilməməsinin nəticələri müəyyən olunmamış və yalnız iddia ərizəsindəki mülahizələrdən ibarətdir. Şəxsin sağlamlığına cərrahiyyə əməliyyatı nəticəsində zərər vurulması yalnız ixtisaslı həkim komissiyasının rəyilə müəyyənləşə bilər ki, hazırki işdə belə bir halın müəyyənləşməsi mövcud deyildir. Xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək, lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumun şərh və tövsiyələrini hazırki iş üzrə tətbiq etdikdə və nəzərə aldıqda belə nəticəyə gəlinməlidir ki, iddiaçının mənəvi zərərlə bağlı kompensasiya tələbinin təmin olunmasına heç bir faktiki və qanuni əsas olmamışdır. Yuxarıdakı bəndlərdə (İşin hallarına dair) qeyd etdiyimiz kimi, iddiaçının "xxxx" hesab etdiyi cərrahiyyə əməliyyatının onun sağlamlığına, psixikasına təsir etməsi, şüurunda mənfi izlər buraxması, iztirab və sarsıntı keçirməsini təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Hazırki işdə iddia ərizəsində göstərilənlər və nümayəndənin dedikləri əsasında, hətta, iddiaçının özünü məhkəmə iclasına dəvət etmədən, yalnız subyektiv mülahizələri əsasında nəticəyə gəlmişdir. Məhkəmənin mənəvi zərərin əvəzi kimi təmin etdiyi 20.000 manatın hansı əsasla formalaşması, nə üçün məhz bu rəqəmin tutulması qətnamədə əsaslandırılmamışdır. Məhkəmə bu cür astronomik rəqəmi öz hüquq düşüncəsi və daxili inamı ilə deyil, subyektiv mülahizəsi ilə müəyyən etmişdir. Azərbaycan Respubliakasının məhkəmə təcrübəsində belə məbləğdə mənəvi zərərin tutulması təcrübəsi yoxdur. Əlbəttə, mənəvi zərərin müəyyənləşdirilməsi üçün konkret bir düstur yoxdur, bu məsələni tənzimləyən konkret maddi hüquq norması da yoxdur. Məhz buna görədir ki, Ali Məhkəməninvə Konstitusiya Məhkəməsinin Plenumu ən azı 2 dəfə (müxtəlif vaxtlarda) mənəvi zərərin müəyyənləşdirilməsi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərarlar qəbul etmişlər. Bu qərarlarda göstəriş və tövsiyələr hüquq tətbiqində məhkəmələr üçün bələdçi və yönləndirici rolunu oynayır. Lakin hazırki işdə məhkəmə heç bir əsaslandırma aparmadan, Plenum qərarlarında sadalanan göstəriş və tövsiyələrə əməl etmədən tənasübsüz dərəcədə yüksək məbləğdə mənəvi zərərin əvəzini müəyyən etmişdir. Hesab edirlər ki, mənəvi zərərin bu cür hədsiz tənasübsüz müəyyənləşdirilməsi yanlış məhkəmə təcrübəsinin yaranmasına sui-istifadəyə yol aça bildiyindən, xüsusilə bu məsələyə yuxarı məhkəmə ciddi diqqət yetirməlidir. İşin həqiqi hallarının düzgün müəyyən edilməməsi və düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüququn tətbiqinə dair dəlillər – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının tələbinə maddi hüququn düzgün tətbiq edilməməsilə baxmaqla MPMin 2-ci maddəsinin tələbini pozmuşdur. Bu baxımdan, prosessual normaların tələblərinə əməl edilməməsi və bu tələblərin pozulması ilə çıxarılan məhkəmə aktı qanunilik meyarına uyğun gəlməyən, qanunsuz və ədalətsizdir. Məhkəmə işin hallarının düzgün müəyyən edilməsində səhvə yol vermiş, işin həqiqi halını təhrif etmişdir. Bununla bərabər, işdə olan mövcud sübutları – iddiaçının cavabdeh MMC ilə tibbi xidmətə dair müqaviləsinin olmamasını, iddiaçının MMC-ə məhkəməyəqədər hər hansı formada müraciət etməməsi, ona ziyan dəyməsinə aid hər hansı irad, şikayət bildirməməsi və s hallara diqqət yetirməmiş, qanuni əsaslarla müəyyən edilən hallara maddi və prosessual hüququn tətbiqi tələbinə riayət etməmişdir. Bu baxımdan Məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilməli həqiqi hallarını müəyyən etməmiş və düzgün qiymətləndirməmiş, tərəflərin sübutetmə vəzifəsinə dair MPM-in tələbinə əməl etməyərək, cavabdeh MMC-nin iddiaya qarşı məsul olmadığına diqqət etməmiş, qəbul edilmiş qətnamə maddi hüquq normalarının tələbinə uyğun olmadığından, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verildiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfin əməliyyatla bağlı kassaya ödəniş etdiyini təsdiq edən hər hansı sənəd də mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

21. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, əməliyyat qüsurlu icra edildiyindən iddiaçının əzələsi zədələnmişdir. İddiaçı artıq 6 ildir ki, körpə uşaq kimi uşaq bezindən istifadə edir. Əməliyyat icra olunanda 3 gün iddiaçı xəstəxanada qaldı, xəstəxanadan evə buraxılandan sonra onun 12 gün şiddətli ağrıları oldu. Ötən 6 il ərzində o, iddiaçının əvvəlki sağlamlığının bərpa olunması üçün bu sahə üzrə tanınmış bütün həkimlərə müraciət etmişdir. Lakin iddiaçının yaşı da nəzərə alınaraq heç bir həkim onun sağlamlğının əvvəlki vəziyyətə qayıdacağı barədə qarantiya vermir. Bakı şəhərində məşhur proktoloqhemotoloq həkim Emin Cavadov belə iddiaçının əməliyyatını icra etməyi öhdəsinə götürmür. İddiaçıya “nəcisin saxlanılmaması və qazın ifrazı” diaqnozu qoyulmuşdur. Əməliyyat zamanı iddiaçının əzələ toxuması zədələndiyindən əzələnin tonus funksiyası tam itmişdir. Qeyd edilən məsələ ilə bağlı prokurorluğa da müraciət etmişdilər. Həm prokurorluqda, həm də məhkəmədə iş üzrə tibbi ekspertiza keçirilmiş, hər iki ekspert rəyinə əsasən əməliyyatın qüsurlu icra edildiyi təsdiq olunmuşdur. Artıq neçə ildir ki, iddiaçının normal həyat tərzi yoxdur, bu da təbii ki, onun əsəb sisteminə də təsirsiz qalmayıbdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Cavabdeh X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən bu cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. “Əhalinin sağlamlığının qorunması” haqqında Qanunun: 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir; 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Hazırda Cavabdeh3 MMC-nin apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilib həmin hissədə də iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

33. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən mülki qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

34. Məhkəmə kollegiyası işin hallarına istinadən vurğulayır ki, iddiaçı Cavabdeh3 MMC-yə (Medika Hospital) müraciət edərək, defeksiya aktı zamanı anal nahiyyədə olan ağrılardan və şişkinlikdən şikayətlənmiş, bununla bağlı aparılmış müayinələrin nəticəsi olaraq, ona kombinə olunmuş hemorroy diaqnozu qoyulmuş və bu əsasla xx.xx.2017-ci il tarixdə cavabdeh cəmiyyətin baş həkimi X9 (digər cavabdeh) tərəfindən iddiaçının üzərində “Liqa şure” üsulu ilə “Hemorroidektomiya” cərrahi əməliyyatı icra edilmişdir.

35. Bununla belə, tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabdeh tərəf iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında müayinə və müalicə etmiş, o cümlədən üzərində cərrahi əməliyyat aparmışdır. Hazırda iddiaçı onun üzərində əməliyyatın cavabdeh X8 tərəfindən düzgün aparılmadığını, əməliyyatdan sonra səhhətinin daha da pisləşdiyini, məsələ ilə bağlı həkimi X6 müraciətlərinin bir nəticə vermədiyini, sonradan aparılmış müayinələr nəticəsində əməliyyat zamanı anal sfinktrorunun zədələndiyinin, düz bağırsağın tam bağlanmadığının müəyyən edildiyini bildirir və bununla bağlı ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Bu barədə yazılı müqavilənin bağlanmaması onların arasında məhz qeyd edilən münasibətlərin yaranmasını və vurulmuş zərər məbləğinin Cavabdeh3 MMCdən tələb edilməsini istisna etmir.

36. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Cavabdeh2 Cavabdeh3 MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçının əməliyyat olunduğu tibb müəssisəsinə (Medika Hospital) baş həkim vəzifəsinə təyin edilmişdir. Bununla belə, Cavabdeh2 Cavabdeh3 MMC ilə əmək münasibətlərində olmuş və məhz sonuncunun işçisi və həmin sahədə ixtisaslaşan həkim olaraq, iddiaçı üzərində qeyd edilən əməliyyatı icra etmişdir. Bu münasibətləri tənzimləyən Mülki Məcəlləsinin 1099-cu maddəsinin dispozisiyasında da şəxsin rəhbər vəzifəli şəxs olması ona müəssisənin işçisi kimi yanaşılmasında hər hansı istisna qayda nəzərdə tutmur. Belə ki, baş həkimi də digər işçilər kimi Cavabdeh3 MMC-yə (Medika Hospitala) əmək münasibətləri bağlayır. Digər tərəfdən Cavabdeh2 təqsirli və səhhətə zərər vurulması kimi qiymətləndirilən hərəkətləri bilavasitə onun işəgötürəni olan Cavabdeh3 MMC-nin fəaliyyət dairəsinə aid olmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsi barədə iddianı (tələbi) birgə məsuliyyətlilərə, yəni işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülməsini hüquqi baxımdan mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh3 MMC-nin iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ondan deyil, Cavabdeh2 tutulmalı olması barədə dəlillərini əsassız hesab edir.

37. İddiaçı üzərində aparılmış cərrahiyə əməliyyatı ilə bağlı qeyd olunmalıdır ki, bu əməliyyatın düzgün aparılmadığı və nəticədə iddiaçının səhhətinə zərər vurulduğu iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının nəticələri ilə tam olaraq öz təsdiqini tapır. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizalar üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş rəylərə (eyni məzmunludur) əsasən “kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmiş, iddiaçının üzərində icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilməsinə baxmayaraq, texniki olaraq düzgün yerinə yetirilməmişdir, iddiaçının mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı aşkarlanmışdır, bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigaSure” cihazının texniki qüsurlu icrasının sfinktorun zədələnməsinə səbəb ola bilər. Bu da sonradan qeyd olunan fəsadların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim-cərrahdır. Çapıq dəyişikliklərinin olması iddiaçının anal sfinktorunun çatmamazlığının müalicəsini çətinləşdirir. Qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər. İddiaçının mütəxəssis müayinəsi zamanı aparılmış diqital rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olubolmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, müəssisənin (cavabdeh) şəxsin sağlamlığına vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və bu halda zərərin əvəzi ümumi əsaslarla ödənilir. Lakin cavabdeh iddiaçının sübutlarını təkzib edən və hüquqi nəticə etibarı ilə onun təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulmadığını sübuta yetirə bilməmişdir. Əksinə ekspert rəylərinə əsasən əməliyyatdan sonra iddiaçının səhhətində yaranmış və hazırda da mövcud olan problemlərə görə məsul şəxs - əməliyyatı icra etmiş həkim cərrahdır.

39. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Belə ki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatlar sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirilməsinə baxmayaraq, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Lakin hazırki iş üzrə ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı əsas, habelə digər sübut mövcud deyil, iki müxtəlif rəy arasında hər hansı ziddiyyət də müəyyən edilmir. Hər bir halda, ilk dəfə ekspert tədqiqatının düzgün aparılmaması təkrar tədqiqat zamanı özünə biruzə verməli və nəticədə iki rəy arasında ziddiyyət yaranmalı idi. Belə bir hal isə müəyyən edilmir. Müddət etibarı ilə 1 il 4 ay fərqlə aparılmış ekspert tədqiqatlarının nəticəsi eyni olmuş, yəni əməliyyatdan sonra 2017-ci ilin iyun ayından hazırki vaxtadək iddiaçının səhhətində yaranmış fəsadlar və çatışmazlıqlar aradan qaldırılmayaraq, dəyişilməz qalmışdır. İddiaçının səhhətində hər hansı yaxşılaşma müşahidə edilmir. Qeyd edilənlər iddiaçının sağlamlığına zərər vurulmasının işin müəyyən olunmayan halı olması barədə də cavabdehin dəlillərinin əsassız olmasını təsdiq edir.

40. Məhkəmə kollegiyası əməliyyatdan sonra iddiaçının Cavabdeh3 MMC-yə (Medika Hospitala) müraciət etməməsi barədə dəlillərlə bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əməliyyatdan sonra səhhətində yaranmış problemlərlə bağlı müraciətlərinin olmasını Cavabdeh2 öz izahatında şəxsən təsdiq edir. Belə ki, iddiaçının şikayəti üzrə Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma çərçivəsində Cavabdeh2 verdiyi izahatında əməliyyatdan sonrakı dövrdə 11-12-ci sutkada iddiaçıda subyektiv şikayətlər olduğu üçün xəstənin evində tərəfindən müayinənin aparıldığını, evə tərəfindən klinikanın təcili yardım briqadasının çağırıldığını, iddiaçını klinikaya transport etdiyini, onun konservativ müalicəsinin stasionar şəraitdə davam etdiyini, müalicədən sonra onun yenidən evə buraxıldığını, bundan sonra onunla təmasda olduğunu, maraqlandığını, tez-tez görüşdüyünü bildirmişdir. Həmin qərarda məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xidməti yoxlamanın aparıldığı da qeyd edilmişdir. Bununla belə, iddiaçı dəfələrlə tibb müəssisəsinə, xüsusilə də onun üzərində əməliyyat aparmış Cavabdeh2 müraciət etmiş, hətta əməliyyatdan sonra da təcili tibbi yardım briqadası vasitəsi ilə müəssisəyə gətirilmiş və bir müddət həmin müəssisədə stasionar şəraitdə saxlanılmışdır. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının müraciətləri olmuş, sadəcə olaraq Cavabdeh3 MMC-nin bundan məlumatı olmamışdır. Bunun da məsuliyyəti bilavasitə Cavabdeh2 üzərinə düşür. Belə ki, məhz o, qeyd edilənlər barədə Cavabdeh3 MMC-ni məlumatlandırmalı idi.

41. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən iş materiallarında olan sübutları, habelə cavabdehin zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı üzərində aparılmış əməliyyatın texniki cəhətdən qüsurlu icra edilməsi nəticəsində onun sağlamlığına zərər dəyməsi, iddiaçının hazırki sağlamlıq vəziyyəti ilə əməliyyatın qüsurlu icra edilməsi arasında səbəbli əlaqənin olması, nəticədə iddiaçının səhhətinə zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçıya qarşı delikt törədildiyi, o cümlədən işçisinin əmək fəaliyyəti zamanı törədiyi delikt üzrə işəgötürən kimi "xxxx" MMC-nin məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.

42. Məhkəmə kollegiyası tutulmuş maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, apellyasiya şikayətində maddi zərərin məbləği ilə bağlı heç bir dəlil irəli sürülməmişdir. İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 25.000 manat məbləğində maddi zərərin tutulmasını tələb etsə də, ona bu məbləğdə zərərin vurulmasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili iddiaçı üzərində aparılmış əməliyyatın dəyərinin 1.200 manat təşkil etdiyini, lakin ödənişlərlə bağlı sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin nümayəndəsi və vəkilinin mövqeyini əsas götürüb, vurulmuş maddi zərərin əvəzi olaraq, cavabdehdən iddiaçının xeyrinə məhz 1.200 manat məbləğində pul tutmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini bu hissədə əsaslı hesab edir.

43. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində isə qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

45. Xüsusilə qeyd edilməlidir ki, tibb – sözlə ifadə edilə bilməyən dəyərə malik olan insan həyatının (səhətinin) qorunmasına və möhkəmləndirilməsinə, bununla da insan həyatının uzadılmasına xidmət edən, özündə insan əzablarının aradan qaldırılması və ya azaldılması imkanlarını ehtiva edən bir sahədir. Bu sahədə çalışan hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində məhz tibb məfhumunun anlayışına uyğun olaraq bu nəticələr hasil olunmalıdır. İddiaçı da məhz səhhətində yaranmış problemlərin, o cümlədən şəkdiyi fiziki əziyyətin və üzləşdiyi mərhumiyyətlərin aradan qaldırılması məqsədi ilə əməliyyata razılaşmışdır. Lakin artıq öz təsdiqini tapdığı kimi əməliyyat texniki olaraq düzgün yerinə yetirilməmiş və iddiaçının səhhətinin yaxşılaşmasına deyil, ilkin vəziyyətlə müqayisədə pisləşməsinə, o cümlədən onun anal sfinktorunun zədələnməsinə səbəb olmuşdur. Nəticədə iddiaçının səhhətində əməliyyatdan əvvəl mövcud olmayan və daimi xarakter daşıyan anal dəlikdən suyun və nəcisin ifraz olunması, bağırsağın müəyyən hissəsinin xaricə çıxması kimi problemlər yaranmışdır. Başqa sözlə, əməliyyat mövcud olan problemlərin aradan qaldırılmasına səbəb olmamış, əksinə iddiaçının səhhətində daha ciddi problemlərin yaranması ilə nəticələnmişdir.

46. Nəticədə 2017-ci ildən etibarən 1947-ci il təvəllüdlü iddiaçının 70 ildir ki, adət etdiyi gündəlik həyat şəraiti məhz aparılmış əməliyyat nəticəsində 2017-ci ildən etibarən onun üçün gözlənilməz bir şəkildə tamamilə dəyişmişdir. Böyük ümidlərlə girdiyi əməliyyat onun həyati funksiyalarını iflic etmiş və onu fizioloji ehtiyaclarını şüurlu səviyyədə qarşılamaq imkanından məhrum etmişdir. Məhz əməliyyatın nəticəsi olaraq onda yaranmış fəsadlar 6 ildir ki, iddiaçını digər şəxslərin qayğısına möhtac vəziyyətə salmışdır. İddiaçı ömrünün sonuna kimi daha çox yataq şəraitində və başqalarının qulluğuna möhtac vəziyyətdə yaşamağa məhkumdur. 70 ildir ki, şüuru ilə öz təbii ehtiyaclarını idarə edən iddiaçı əməliyyatdan sonra bu məsələ üzrə bədəninin şüuruna tabesizliyi ilə üzləşmiş və sözün əsl mənasında bu məsələ qarşısında acizdir. Əməliyyat nəticəsində yaranmış fəsadlara uyğun olaraq gözlənilməz və nəzarətsiz xarakter halını alan nəcis ifraz olunması prosesi iddiaçının hər gününün arzuolunmaz, lakin gözlənilən - xoşagəlməz hadisəsinə çevrilmişdir. Nəticə etibarı ilə insan fərdi üçün adi və hər gün təkrarlanan bu proses iddiaçı üçün azqala gündəlik faciyə səviyyəsindədir.

47. Hər bir insan kimi iddiaçının da özünün müəyyən etdiyi həyat tərzi olmuşdur. Hər bir halda, iddiaçı öz həyatının son 6 ilini, o cümlədən bu dövr ərzində asudə vaxtını ev və yataq şəraitində nəzarətsiz ifrazat qorxusu altında keçirməyi, gün ərzində belə bir ifrazatların sayının az olması ilə təsəlli tapmaqla yaşamağı arzulamırdı, arzulaya da bilməzdi. Nəzərə alınmalıdır ki, bu istiqamətdə kifayət qədər fikir söyləmək mümkündür. Lakin qeyd edilənlər iddiaçının gün ərzində stress keçirməsi, yaranmış vəziyyətdən mənəvi əziyyət çəkməsi qənaətinə gəlmək üçün tam yetərlidir. Məhkəmə kollegiyasının qənaətinə əsasən sağlamlığına qovuşmaq üçün girdiyi, nəticədə mövcud həyati qabiliyyətlərini də itirməyinə səbəb olan əməliyyat birmənalı şəkildə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya (utanc hissi, həyəcan, anlaşılmazlıq, narahatlıq və s.) və əzab çəkməsinə də səbəb olmuşdur.

48. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı 6 ildən (əməliyyat tarixi xx.xx.2017-ci il) artıq müddətdir ki, texniki olaraq düzgün icra edilməyən əməliyyatın nəticəsindən həm fiziki, həm də mənəvi əziyyət çəkir. Müəyyən edilmiş mənəvi zərər məbləğinin 20.000 manat olması nəzərə alındığı təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarix (xx.xx.2022-ci il) əsas götürülməklə 1 gün üzrə aparılmış hesablama nəticəsində (5 il 1 ay 22 gün = 1877 gün, 20.000 / 1.877 = 10,66 manat, xx.xx.2023-cü il tarixə isə 6 il 5 ay 21 gün = 2.361, 20.000 / 2.361 = 8,47 manat) 1 gün üçün hesablanmış mənəvi zərər məbləği xx.xx.2022-ci il tarixə 10,66 manat, xx.xx.2023-cü il tarixə isə 8,47 manat təşkil etmiş olur. Lakin bu məbləğlərin hər hansı birinin (10,66 manat və ya 8,47 manat) gündəlik ödənilməsi qarşılığında iddiaçının hazırki həyatını yaşamağa, o cümlədən mövcud əziyyətləri çəkməyə razı və hazır olmasının mümkünlüyü məsələsini məhkəmə kollegiyası sual olaraq, retorik, fikir olaraqsa absurd kimi qəbul edir və bu baxımdan məsələnin ümumiyyətlə müzakirə edilməsinə hər hansı zərurət görmür.

49. Eyni zamanda, nəzərə alınmalıdır ki, əməliyyat tarixindən sonra iddiaçının səhhətində yaranmış fəsadların aradan qaldırılması və onun vəziyyətinin yaxşılaşması müşahidə olunmur. xx.xx.2017-ci il tarixdən etibarən hər gün iddiaçı yuxarıda qeyd edilən çətinliklərlə üzləşir və bu proses davam etməkdədir. Buna uyğun olaraq da mənəvi zərər məbləği hər ötən gündən sonra azalmaqdadır.

50. Bu səbəbdən məhkəmə kollegiysı birinci instansiya məhkəməsinin mənəvi zərər ilə bağlı mövqeyini əsaslı hesab edir və belə qənaətə gəlir ki, qeyd edilən qüsurlu əməliyyat nəticəsində iddiaçı mənəvi sarsıntı və istirab keçirmiş, onun bu halı hələ də davam edir və yaş faktoru da nəzərə alınmaqla istisna deyil ki, ömrünün sonuna kimi davam edəcəkdir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 MMC-yə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh X14 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar