Məhkəmə qərarları › İş №2(103)-2823/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2823/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2823/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3465/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən ona sms-lə kredit verilməsi faktının etibarsız əqd hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3465/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən ona sms-lə kredit verilməsi faktının etibarsız əqd hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında illik faiz dərəcəsi dəqiq nəzərdə tutulmuş, aylıq ödənişin məbləği və tarixi barədə razılaşdırılmış ödəniş cədvəli olan (bununla da kreditin aylıq ödəniş məbləğini dəqiq müəyyən edən), yazılı formada imzalanmış, digər qanuni tələblərə və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında mövcud şərhlərə cavab verən müqavilə mövcud deyil. Cavabdeh tərəfi bu cür tələblərə cavab verən həmin müqaviləni təqdim etməmiş, məhkəmə isə həmin müqaviləni cavabdehdən tələb etməmişdir. İddianın predmetini təşkil edən etibarsız kredit müqaviləsi ortada yoxdur və məhkəmədə bu fakt araşdırmadan qətnamə qəbul etmişdir. Cavabdeh Bankın mövqeyinə əsasən Cavabdeh ASC ilə onun arasında xx.xx.2012-ci il tarixdə dostlar klubu kartı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 36 faizədək olmaqla gələcəkdə ona kredit verilə bilərdi. xx.xx.2014-cü il tarixində tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarixli “Baş Saziş’in həmin qeyri- müəyyən müddəasına əsasən ona 7569 manat məbləğində SMS vasitəsilə kredit verilmişdir (müvafiq hissəsi “dostlar klubu kartı”na otuzdurulmuşdur). Bununla bağlı bildirir ki, xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən SMS-lə və dəqiq olmayan şərtlər əsasında ona kredit verilməsi etibarsızdır Belə ki, 1) kredit müqaviləsinin sms-lə bağlanması Mülki Məcəlləsinin 740.2-cı və 406.3-cü maddələrinə ziddir. 2) sms-lə “bağlanan” “müqavilədə” kreditin əsas şərtləri (dəqiq illik faiz dərəcəsi və s.) göstərilməmişdir. Bu hal Mülki Məcəliənin 405.1 -ci maddəsinə ziddir. 3) sms-lə “bağlanan” “müqavilədə” tərəflərin imzaları yoxaur. 'Bu hal Mülki Məcəllənin 407.2ci maddəsinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə əsas borc üzrə 3324 manat 98 qəpik, faiz borcu üzrə 356 manat 51 qəpik, cəmi 3681 manat 49 qəpik məbləğində pul vəsaiti tutulması, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 19.73 faizi, yəni 3 manat 95 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 80.27 faizinin, yəni 16 manat 05 qəpiyinin isə cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, iş üzrə məhkəmə məsrəfi olan 490 (145+145+200) manat ekspertiza xərcinin 50%-i, yəni 245 manatı iddiaçıdan, qalan 50%-i, yəni 245 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6280/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı cavabdehlə qeyd olunan kredit müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki... Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. İkincisi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni kredit müqaviləsinin etibarlı müqavilələr olması və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3465/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar