Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2828/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə, maddi ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Zərdabi qəsəbəsi ev 2 ünvanında yerləşən 3A saylı mənzil Cavabdeh istifadə və sahibliyindədir.
2. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Zərdabi qəsəbəsi ev 2 ünvanında yerləşən 3A saylı mənzil 2021-ci ilin iyun ayından təbii qazla təchiz olunmuşdur.
3. Cavabdeh ilə İddiaçı İB arasında təbii qazdan istifadə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə AKX-04205xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, bununla belə ünvana xx.xx.2022-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır.
4. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur: qızdırıcı radiator peçi, 4 gözlü qaz plitəsi (PQ-4) və Samovar.
5. İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2021-ci il tarixdə ******* №-li, xx.xx.2021-ci il tarixdə ******* №-li akt, xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib olunmuş, xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 967,68 manat, xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 540 manat, xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 8812,80 manat dəyimiş zərər hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən vurulmuş və 3 ədəd akt üzrə hesablanmış 10 320,48 manat məbləğində zərər, 1039,45 manat debitor borc və 124,08 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11 484,01 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, normativlərə əsasən "Azəriqaz” İB-yə dəymiş zərər hesblanmışdır. Bundan başqa cavabdeh faktiki istifadə etdiyi qazın dəyərini də ödəməmiş, 1039,45 manat debitor borcu qalmışdır. Cavabdeh vurduğu zərəri və debitor borcunu ödəməkdən yayındığına görə İddiaçı İB məhkəmə iddia qaldırmağa məcbur olmuşdur.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, təbii qazdan sayğacdan kənar xətlə yalnız bir dəfə keçən ilin sonunda istifadə etmişdir, digər iki aktı isə əsassız hesab edir.
9. Birinci instansiya məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1020,85 manat debitor borcun, 367,2 manat akt üzrə borcun, 33,89 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cərimənin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlarda cavabdehin imzası olmadığından, cavabdehə məxsus evə baxış keçirilsə də, iştirakı təmin edilmədiyindən, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi xx.xx.2021 qeyd edilmiş olduğu halda ******* saylı aktın tərtib olunduğu tarixin fərqli, yəni xx.xx.2021-ci il olması, 2021-ci ilin noyabr ayında tərtib edilmiş akta dair fotoşəklin olmaması aktların düzgülüyünə şübhə yaratmış olduğundan iddia tələbi həmin aktlara əsasən hesablanmış zərərin tutulması hissəsində təmin edilə bilməz.
11. Məhkəmə xx.xx.2023-cü il tarixli ******* saylı akta münasibətdə cavabdehə hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh 2022-ci ilin sonu 2023-cü ilin əvvəlində özbaşına qoşulmaqla təbii qazdan istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin məhkəmə xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə iddiaçı tərəfindən hesablanmış borcun şişirdilmiş olması qənatinə gələrək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün hesablanmalıdır. 3060 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan "Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 367,2 manat edir. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 367,20 manat həcmində təmin etmişdir.
12. Məhkəmə iddia tələbinin 1039,45 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd edilən borcun yaranma əsasları cavabdehə məxsus saldo ilə qismən sübut edildiyindən iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş saldodan görünür ki, abonentin yalnız 2021-ci ilin sonu üçün 392,6 manat, 2022-ci ilin sonu üçün 678,40 manat qaz sərfiyyatına görə, yeni tarifə keçidlə bağlı 2021-ci ilin sonu üçün 19,7 manat, 2022-ci ilin sonu üçün 27,85 manat olmaqla, cəmi 1118,55 manat borcu mövcuddur. 2022-ci il üçün cəmi 97,70 manat ödənilmişdir. Beləliklə, cavabdehin debitor borc olaraq 1020,85 manat (1118,55- 97,7=1020,85) borc hesablanmalıdır.
13. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1096 və 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, cavabdeh bunu etiraf etmiş, müvafiq fotoçəkilişlər aparılmış, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır. Halbuki, təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməsini cavabdeh özü də məhkəmə iclasında etiraf etmiş və bu fakt qətnamədə öz əksini tapmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilməmiş, iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar qanuna uyğun olmamış, istehlakçı-cavabdehin baxış keçirilməsində iştirakı təmin olunmamış, aktlar onun tərəfindən imzalanmamış, aktların tərtib olunması tarixi ilə ona əlavə edilmiş fotoşəkillərdəki tarixlər fərqli olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissələrdə iddianı rədd etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta görə hesablanmış zərərin şişirdilmiş olması, orta günlük iş rejiminin 24 saat deyil, 12 saat, hesabat müddətinin 360 gün deyil, 30 gün hesablanmalı olması, 3060 kubmetrin hər kubmetrinin tərəflər arasında bağlanan "Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləğinin 367,2 manat etməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, həmin hissədə də qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2 və 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsinin qismən, yəni 31 yanvar 2023-cü il tarixli ******* saylı akt üzrə zərər tələbinə dair hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya məhkəməsi iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin aktlarda cavabdehin imzası olmamış, dolayısı ilə cavabdehə məxsus evə baxış keçirilməsində onun iştirakı təmin edilməmiş, cavabdeh həmin aktda göstərilənləri inkar etmiş, işdə olan fotoşəkillərin çəkilmə tarixi xx.xx.2021 qeyd edilmiş olduğu halda ******* saylı aktın tərtib olunduğu tarixin fərqli, yəni xx.xx.2021-ci il olması, 2021-ci ilin noyabr ayında tərtib edilmiş akta dair fotoşəklin olmaması müəyyən edilmişdir iki, bütün bunlar aktların düzgünlüyünə şübhə yaratmış olur. İddiaçı "Azəriqaz” İB xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlarda göstərilən və iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdehin faktiki istifadə etdiyi qazın 1039,45 manat dəyərinin təmin olunması hissədə də məhkəmə düzgün nəticəyə gəlmişdir, cavabdehin özü də həmin borcun olmasını inkar etmir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən iki akt üzrə 1507,68 manat zərər tələbinin rədd olunması və cavabdehin faktiki istifadə etdiyi qazın 1039,45 manat dəyərinin təmin olunması hissədə apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. ...xx.xx.2023-cü il tarixli ******* saylı akta görə hesablanmış 8812,8 manat zərərin qismən təmin olunması hissədə apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin məbləğ şişirdilmişdir, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün olmaqla, bir kubmetr qazın dəyəri 0,12 qəpikdən hesablandıqda 3060 kub metr sərfiyyatın dəyəri 367,2 manat təşkil edir, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli akt üzrə ziyan tələbinə dair məsələni həll edərkən apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, tam və hərtərəfli baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "Azəriqaz” İB ilə Cavabdeh arasında "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 01 iyul 2022-ci il tarixli AKX- 0420525/7-2022 nömrəli müqavlə bağlanmış, həmin gün qazın sərfiyyatına görə hesablaşma aparılması üçün cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Buna baxmayaraq cavabdeh qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etmiş, bu barədə "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş və akta görə bir il müddəttnə 73 440 kub metr qaz sərfiyyatı və 8812,8 manat zərər hesablanmışdır. Cavabdehin qazın talanmasında təqsirli olmasını təsdiq edən Energetika Nazirliyinin və ya cinayət təqibini həyata keçirən orqanın qərarı olmasa da, istehlakçıcavabdehin xx.xx.2023-cü il tarixli aktda göstərilənlərlə razılaşması, akta əsasən vurulmuş zərərin tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. Cavabdehin qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində dəymiş zərərin hesablanması məsələsinin həlli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi zərərin hesablanmasında səhvə yol vermiş, bu barədə olan normativ aktların tələblərinə əməl etməmişdir. Belə ki, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”na görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu yuxarıda sadalanan şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Apellyasiya məhkəməsi iddiaçıya vurulmuş zərərin hesablanması üçün hesabat müddətinin niyə görə məhz 30 gün götürməsini, cavabdeh tərəfindən qanunsuz orlaraq qaz xəttinə qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin hesablanması zamanı "Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən şərtləri nəzərə alınmamasını əsaslandırmamış, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi müəyyən edilməmişdir. Tərtib olunmuş aktda, abonentin saldosunda, dəymiş ziyanın hesablanmasına dair tələbnamədə cavabdehin istifadə etdiyi qaz işlədici avadanlıqların göstərilməsi, akt tərtib edilməmişdən əvvəlki 6 ay müddətində sayğac göstəricilərinə görə qaz sərfiyyatının olmaması, həmin dövr üçün cəmi 26,7 manat ödəniş olması kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən zərərin hesablanması hissəsində apellyasiya məhkəməsi düzün nəticəyə gəlməmişdir. Ona görə də həmin hissdə qətnamə ləğv olunmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə zərərin hesablanması məsələsinin həlli ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə qismən ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir”.
Təkrar apellyasiya baxışı, izahat
21. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (31 yanvar 2023-cü il tarixdə qüvvədə olmuş redaksiyada)
26. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
27. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
28. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
29. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız 31 yanvar 2023-cü il tarixli ******* saylı akt üzrə zərər tələbi ilə bağlı hissədə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Qətnamədən cavabdeh şikayət vermədiyindən qətnamə iddianın qismən təmin edilməsi ilə bağlı hissədə yoxlanılmır; iddianın digər hissəsi üzrə gəlinən nəticə isə kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq həmin nəticənin düzgün olduğu qənaətinə gəlinmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Hazırkı apellyasiya baxışının predmeti olan tələblə bağlı iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə aparılan yoxlama zamanı cavabdehə məxsus evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmış, buna görə müvafiq hesabat aparılaraq qeyri-qanuni istifadə etdiyi qazın dəyəri ondan tələb olunmuşdur.
38. Həmin hesabatı apararkən iddiaçı, cavabdehin evində 4 gözlü qaz plitəsinin (PQ-4), Samovarın (QSSQ), qızdırıcı radiator peçinin (Dəmir soba) və İran sobasının olduğunu əsas götürmüş, adı çəkilən işlədicilərin orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 360 gün olduğunu vurğulamaqla 8812,80 manat ziyan hesablamışdır.
39. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü həmin faktiki halın mövcudluğunu, yəni cavabdehin 2022-ci ilin sonu 2023-cü ilin əvvəlində özbaşına qoşularaq təbii qazdan istifadə etməklə iddiaçıya ziyan vurduğunu qəbul etmiş, bununla belə, hesablanmış borcun şişirdilmiş olması qənaətinə gələrək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli akta əsasən orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün götürülməli, həmin akt üzrə qaz xəttindən qanunsuz istifadəyə görə 367,20 manat ziyan müəyyənləşdirilməlidir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmış, zərərin məbləğinin hesablanmasında səhvə yol vermiş, zərərin hesablanması üçün hesabat müddətini niyə görə məhz 30 gün götürməsini əsaslandırmamış, qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixini, akt tərtib edilməmişdən əvvəlki 6 ay müddətində sayğac göstəricilərinə görə qaz sərfiyyatının olmaması, həmin dövr üçün cəmi 26,7 manat ödəniş edilməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır.
41. Qeyd olunmalıdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli aktın tərtib olunmasına əsas verən əməli törətməsini, yəni qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmişdir; onun xx.xx.2023-cü il tarixli aktda göstərilənlərlə razılaşması, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi də, bu halı mübahisəsiz hal kimi qəbul etməyə imkan verir.
42. Bu kontekstdə kollegiyanın qənaətinə görə, İddiaçı İB cavabdehin qazdan sayğacdankənar qanunsuz istifadə etdiyini sübuta yetirmişdir; lakin həmin istifadə üçün onun cavabdehə hesabladığı borc məbləği reallığa uyğun deyildir.
43. Belə ki, cavabdehə məxsus evlə bağlı iddiaçı şirkətin tərtib etdiyi saldo adlanan sənədə, eyni zamanda tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdehin yaşadığı evdə qızdırıcı radiator peçi, 4 gözlü qaz plitəsi (PQ-4) və Samovar vardır – iddiaçı isə xx.xx.2023-cü il tarixli akt əsasında zərər məbləğini hesablayarkən, həmin 3 cihazdan əlavə, həm də İran sobası üçün hesabat aparmışdır – hansı ki, cavabdehin evində İran sobasının da olduğu heç bir sübutla təsdiqlənmir.
44. Digər tərəfdən həmin saldo adlanan sənəddən görünür ki, cavabdehin evində sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmış, beləliklə qazpaylayıcı şəbəkəyə sonuncu baxış məhz bu tarixdə keçirilmişdir; cavabdeh onun evini təbii qazla təchiz edən qaz xəttinə, yaxud sayğaca bu tarixdən sonra baxış keçirildiyinə dair hər hansı sübut təqdim etməmişdir.
45. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa və ya qazdan sayğacsız istifadə olunursa, onu işlək sayğacla əvəz etməli, habelə qanunsuz istifadənin qarşısını almalıdır.
46. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, cavabdehin barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir.
47. Başqa sözlə, cavabdehin qazdan sayğacsız (sayğacdankənar) istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.
48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehdən yalnız xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün (7 ay 6 gün) 4 gözlü qaz plitəsinin (PQ-4), 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayınadək olan dövr (3 ay) üçün isə qızdırıcı radiator peçinin və Samovarın (həmin cihazlardan yalnız qış mövsümündə istifadə edildiyi ehtimalı nəzərə alınaraq) gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; müvafiq dövrdə cavabdeh daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən İddiaçı İB-nin əməkdaşlarına aid olunmalıdır.
49. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
50. 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə), digər cihazların isə qış mövsümündə orta hesabla günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab edir ki, müvafiq dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 878,40 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 7 ay 6 gün (216 gün) = 2074 m3; qızdırıcı radiator peçinin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 8 saat x 90 gün = 1008 m3; Samovarın maksimal saatlıq qaz sərfi olan 3 m3 x 8 saat x 90 gün = 2160 m3. Cəmi 5242 m3 sərfiyyat - həmin sərfiyyatın 1700 m3-i 10 qəpikdən hesablanmaqla 170 manat (1700 m3 x 0,10 manat = 170 manat), 3542 m3-i 20 qəpikdən hesablanmaqla 708,4 manat (3542 m3x 0,20 manat = 708,4 manat)) qəbul oluna bilər.
51. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, apellyasiya şikayəti vermək üçün İddiaçı İB tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği də cavabdehdən alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2469/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Cavabdeh 367,2 manat akt üzrə borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 31 yanvar 2023-cü il tarixli ******* saylı akt üzrə 878,40 (səkkiz yüz yetmiş səkkiz manat 40 qəpik) manat tutulsun. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62,44 (altmış iki manat 44 qəpik) manat Cavabdeh alınıb İddiaçınə ödənilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov