Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-283/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı2 Əbülfəz oğlunun və onun, həmçinin digər İddiaçı1, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızının vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və X12, Digər cavabdehlər Cavabdeh3, X5, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X10, X14, Maraqlı şəxs1, Cavabdeh2 qarşı (Milli Depozit Mərkəzi, X17, Quba rayon xüsusi notariusu Zaur Dəmirov, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı (Milli Depozut Mərkəzi üçüncü şəxs kimi göstərilməklə) “etibarnamənin və həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən birgə, digər cavabdehlər Cavabdeh3, Miryaqub Rzayev, Həsən Həsənov, Maraqlı şəxs1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabehlər tərəfindən "xxxx" ASC-nin (bundan sonra - ASC) səhmdarlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30000 manat dəyərində təmir sexinin, əlvan metaldan inşa edilmiş 20000 manat dəyərində anbarların, 70000 manat dəyərində 17 ədəd "xxxx" markalı avtomaşınların, “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panellərin, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranın, 8000 manat dəyərində avtokar və 20000 dəyərində yanacaq çənlərinin, cəmi 155000 manat vurulmuş zərərin əvəzinin və ASC-nin təsərrüfat fəaliyyətindən əldə edilmiş gəlirlərdən paylarına düşən əldən çıxmış fayda kimi 65000 manatın ödənilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən ASC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m, tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ASC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m olan qeyri-yaşayış binasının 44,1 kv.m sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m, ümumi sahəsi 306,2 kv.m olan qeyri-yaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m olan, ümumi sahəsi 4,7 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair iclas protokolunun, alqı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhərində yerləşən cavabdehlərin ucbatından müflis olmuş "xxxx" ASC-nin 20%-i, yəni 41806 ədəd səhm İddiaçı1, 18%-i, yəni 38110 ədəd səhmi isə payçı İddiaçı2 məxsusdur. Onlara məxsus səhmlərin ümumi dəyəri 159.912.000 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ASC-nin 46% səhminin mülkiyyətçiləridir. Cavabdeh1 Cavabdeh4 atasıdır. Cavabdeh1 cinayət əməlləri barədə onlar Azərbaycan Respublikası Baş Prokuroruna yazaraq, bu talançılığın qarşısının alınmasını və Cavabdeh1 haqqında qanuni tədbirlərin görülməsini xahiş etmişlər. Onların şikayət ərizələri əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cavabdeh1 haqqında Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə ibtidai araşdırma aparmış və cinayət işi üzrə Quba rayon Məhkəməsində Cavabdeh1 barəsində hökm çıxarılmışdır. Cavabdeh1 məhkəmənin ona təyin etdiyi cərimə cəzasından həvəslənərək onlara məxsus əmlakı talamağı bu günə kimi davam edir. Cavabdehlər ASC-nin səhmdarlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30000 manat dəyərində təmir sexini, 60000 manat dəyərində mağazaları, əlvan metaldan inşa edilmiş 20000 manat dəyərində anbarları, 20000 manat dəyərində iki mərtəbəli inzibati binanı, 70000 manat dəyərində 17 ədəd "xxxx" markalı sərnişin avtomaşınlarını, Quba rayonu, İ Nüqədi kəndində yerləşən ASC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan bazar qiyməti 120.000 manat olduğu halda 18.10.2011-ci il tarixli alğı-satqı müqaviləsində qiymətini 12.100 manat göstərməklə qeyri-yaşayış binalarını, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin istifadəsində olan 0,3193 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin bazar qiyməti 150000 manat olduğu halda, 27.12.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 5000 manata satmaqla, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən və ATSC-nin istifadəsində olan 0,33983 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m olan qeyri-yaşayış binasının 58,0 kv.m. sahəsini, 50 kv.m. sahəsini, 47,1 kv.m. sahəsini, 27,9 kv.m. sahəsini bazar qiymətləri hər birinin 60000 manat olduğu halda 01.09.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən guya 3500, 3500, 400, 360 manata satmış, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsini, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasını, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh1 digər Cavabdeh4 qeyri-yaşayış sahələrinin bazar qiyməti 150000 manat olduğu halda qanunsuz olaraq 27.12.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən guya 5000 manata satmışlar. Bundan başqa Cavabdeh1 Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən və ASC-nin istifadəsində olan 0,29491 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasını 02.07.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən bazar qiyməti 40000 manat olduğu halda alğı-satqını 1.500 manata rəsmiləşdirərək qanunsuz olaraq satmış və əldə olunan pul vəsaitlərini mənimsəmişdir. ASC-nin əsas səhm paketinin sahibləri olduqlarına baxmayaraq, cavabdehlər onların razılıqlarını almamış, məlumat verməmiş və saxta protokollar tərtib edərək, saxta və qanunsuz alğı-satqı müqavilələri tərtib etməklə onlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakları sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da iddiaçılara külli miqdarda ziyan vurmuşlar. Cavabdeh1 bütün bu əmlakları əsas payçılar iddiaçılar olduğu halda onların xəbəri olmadan ASC-nin 30.09.2007-ci il tarixli cavabdehin sədr seçilməsi ilə əlaqədar protokoluna əsasən xüsusi notarius Zaur Dəmirov ilə anlaşaraq yuxarıda qeyd edilən əmlakları qanunsuz olaraq satmışdır. Bütün bunlardan başqa Cavabdeh1 qanunsuz olaraq “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panelləri, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranı, ASC-yə məxsus 8.000 manat dəyərində olan avtokarı və 20000 manat dəyərində olan yanacaq çənlərini satmışdır. Yuxarıda adları sadalanan daşınar və daşınmaz əmlakların siyahısı ASC-nin idarə heyətinin sədrində saxlanılan balans dəyərlərini əks etdirən kitabda 1999-cu il üçün mövcud olan qiymətlər ilə öz əksini tapmışdır. ASC-nin əsas səhm paketinin sahibləri olduqlarına baxmayaraq, cavabdehlər onların razılıqları almamış, məlumat verməmiş və saxta protokollar tərtib edərək, saxta və qanunsuz alğı-satqı müqavilələri tərtib etməklə onlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakları sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da onlara 675000 manat ziyan vurmuşlar. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədova cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı iddia tələbi irəli sürərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı olan iddia tələbinin təmin edilməsi, etibarnamənin və həmin etibarnamə əsasında bağlanılmış 22.10.2007-ci il tarixli alğı-satqı müqaviləsinin, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsi, alğı-satqı müqavilələrinin, reyestrdən çıxarışların, iclas protokollarının etibarsız hesab edilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Z.Məmmədovanın iddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 16,5% paket səhminə mülkiyyət hüququ əsasında sahib olmaqla müəssisənin payçısı olmuşdur. ASC-nin 20% səhm paketi onun əri İddiaçı1 məxsusdur. 2007-ci ilin avqust ayında İddiaçı1 ona məxsus 16,5% səhmlərini tanımadığı hal-hazırda cavabdeh olan Cavabdeh4 etibarnamə ilə müvəqqəti olaraq atası olan digər Cavabdeh1 ASC-nin sədri seçmək üçün verməyini tələb etmişdir. O, ərinə tabe olduğundan onunla birlikdə notariat kontoruna getmiş və orada ona hansısa sənədi imzalatdırmışlar. Cavabdeh1 ASC-yə sədr seçildikdən sonra İddiaçı1 onunla əvvəlcədən mövcud olmuş razılığa əsasən onun nəvəsi X6 25.09.2008-ci il tarixli etibarnamə vermişdir. Bu hal təsdiq edir ki, o, Cavabdeh1 və onun oğluna səhm payını müvəqqəti vermişdir. Bundan əlavə olaraq Cavabdeh1 nəvəsi Etibar Abbasova 09.07.2008ci il tarixli etibarnamə ilə bütün əmlakını istədiyi vaxt satmaq səlahiyyətlərini vermişdir. Sonradan həyat yoldaşı ona bildirmişdir ki, Arif və Cavabdeh4lər onu aldadıb, səhm payını öz adlarına rəsmiləşdiriblər və nəvəsi Etibarın adına keçirmək öhdəliklərini pozmuşlar. İddiaçı1 dələduzluq hərəkətləri barədə Baş Prokurora rəsmi müraciətlər ünvanlanmış və bundan sonra Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cavabdeh1 barəsində cinayət işi başlanılmışdır. 2011-ci ildə Cavabdeh1 haqqında CM-nin 308.1-ci maddəsi ilə Quba Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Cavabdeh1 haqqında çıxarılan hökm və saxta sənədlərlə ASC-nin səhmdar payçılarına vurduğu ziyan açıq-aydın sübut edir ki, cavabdeh onu və İddiaçı1 aldatmışdır. Cavabdeh1 ondan etibarnaməni oğlu Cavabdeh4 adına almış və sonra həmin etibarnamə ilə onun səhm payını öz adına qanunsuz rəsmiləşdirərək götürdüyü öhdəliyini səhm payını özünün verdiyi etibarnaməyə uyğun nəvəsi Etibarın adına keçirmədən mənimsəmişdir. Bundan başqa, Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi tərəfindən bu fakt qismən araşdırılmış cavabdeh onun səhm payını öz adına qanunsuz rəsmiləşdirilməsini etiraf etdiyindən və iş mülki xarakterli olduğundan onun mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə,hər iki iddia qismən təmin edilərək, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Həsən Həsənov) arasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ASC-yə məxsus 0,1005 hektar torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m, “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binasının alqı-satqısına dair 18.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Maraqlı şəxs1 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda istifadədə olan 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 31,8 kv.m., ümum sahəsi 24,7 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının (inzibati bina) alqı-satqısına dair 02.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinin, ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh3 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda istifadədə olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 55,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsinin alqısatqısına dair 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcılar qismində Həsən Həsənov, Cavabdeh2, Maraqlı şəxs1 və Miryaqub Rzayev arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) sahəsi 58 kv.m. olan hissəsinin Maraqlı şəxs1, sahəsi 50 kv.m. olan hissəsinin Miryaqub Rzayevə, sahəsi 47,1 kv.m. olan hissəsinin Həsən Həsənova və sahəsi 27,9 kv.m. olan hissəsinin Cavabdeh2 alqı-satqısına dair 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsinin və sahəsi 47,1 kv.m. olan qeyri-yaşayış sahəsinin və sahəsi 27,9 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılmasına dair alqı-satqı müqavilələrinin, ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Həsən Həsənov) arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsinin, tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının (hamam) alqı-satqısına dair 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi, həmin daşınmaz əşyalar üzərində ASC-nin mülkiyyət hüquqlarının bərpa edilməsi, Zəhrəxanım Məmmədovaya məxsus ASC-nin 35618 ədəd səhmlərinin 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin səhmlər üzərində Zəhrəxanım Məmmədovanın mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, hər iki iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandıırlmışdır ki, qətnamədə "xxxx" ASC-nin ümumi yığıncağının qanunvericiliklə təsbit olunmuş müstəsna səlahiyyətinin, yəni cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyətin idarə heyətinin sədri olan Cavabdeh1 verilmədiyi, sonuncunun alqı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olduğu qeyd olunmuş və 30.09.2007-ci il tarixində və 27.11.2010-cu il tarixində keçirilən iclaslarda qəbul olunmuş qərarlara əsaslanılmışdır. Halbuki, həmin tarixlərdə keçirilən iclaslarda hər-hansı əmlakın alqı-satqı məsələsi müzakirə olunmamış, mübahisəli daşınmaz əmlaklar 27.12.2010-cu il tarixində 58 nəfərin, o cümlədən də İddiaçı1 iştirakı ilə keçirilən ümumi yığıncaqda qəbul olunmuş qərara əsasən özgəninkiləşdirilmişdir. Bu zaman qanunvericiliyin tələbinə uyğun olaraq ümumi yığıncaq müstəsna səlahiyyətini cəmiyyətin idarə heyətinin sədri olan Cavabdeh1 vermişdir. Bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunsa da, nədənsə məhkəmə bu qərarı alqı-satqı müqavilələrinin qanuni bağlanmasının sübutu kimi qəbul etməkdən imtina etmişdir. İmtinanın əsası kimi həmin qərarın notariat orqanına təqdim olunmaması qeyd edilmişdir. Halbuki, alqı-satqı müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələbinə uyğun olaraq təsdiq edilməsi üçün notariat orqanına müraciət edilmiş və notariusun tələb etdiyi bütün zəruri sənədlər təqdim olunmuşdur. İddiaçıların müraciətinə əsasən Ədliyyə Nazirliyi tərəfindən notariat idarəsində notarius Zaur Dəmirovun iştirakı ilə araşdırma aparılmış və ASC-nin sədri ilə aparılmış alqı-satqı müqavilələrinin qanunauyğun olduğu müəyyən edilmiş və iddiaçılara bununla bağlı cavab verilmişdir. Məhkəmə mübahisələndirilən iclas protokolunun hansı əsasla etibarsız hesab etdiyini qeyd etməmiş, yalnız Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməklə kifayətlənmişdir. Digər bir tərəfdən, ASC-nin Nizamnaməsinə istinad edən məhkəmə nəzərə almalı idi ki, Nizamnamənin 6.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, sazişin həcmi və ya sazişin predmetini təşkil edən əmlakın dəyəri cəmiyyətin aktivlərinin 10 %-dən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakını girov qoymaq və ya digər formalarda özgəninkiləşdirmək haqqında qərarın qəbul edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətidir. Göründüyü kimi, qeyd olunan aktivlərin 10%-i limit kimi müəyyən olunmuşdur. Məhkəmə isə alqı-satqı müqavilələrinin predmeti olmuş daşınmaz əmlakların nə bazar qiymətləri, nə də ki, əmlakların dəyərinin ASC-nin aktivlərinin 10%-dən çox olması barədə heç bir mötəbər sübut, tutarlı əsas, yazılı sənəd olmadan etibarsız olma faktını müəyyən etmişdir. Bundan başqa, üçüncü şəxs Z.Məmmədovanın iddiası da təmin olunaraq onunla ilə Cavabdeh1 arasında razılığın formal olaraq bağlanması müəyyən edilmişdir. Lakin, bu dəfə də məhkəmə hansı faktlara və sübutlara əsasən belə qənaətə gəldiyini qətnamədə qeyd etməmiş, yalnız tərəfin verdiyi izahatlara əsaslanmışdır. Halbuki, iş üzrə Z.Məmmədova ilə Cavabdeh1 arasında hər hansı geri alqı-satqı barədə razılıq mövcud olmamışdır. Bu faktı inkar edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qətnamədə həmçinin qeyd olunur ki, Cavabdeh1 İddiaçı1 30000 ABŞ dolları pulun alınmasını etiraf etmişdir. Bu hal ümumiyyətlə olmamışdır. Cavabdeh1 səhmlərin alınması üçün heç vaxt İddiaçı1 30000 ABŞ dolları pul qəbul etməmişdir. Bunun ardınca qətnamədə qeyd olunur ki, həmin 30000 ABŞ dolların əvəzi olaraq maşın və 12000 ABŞ dolları verilmişdir. Əgər həqiqətən də, belə olsa idi niyə İddiaçı1 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi ərizədə yazır ki, onun Cavabdeh1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Çünki, həqiqətən də İddiaçı1 heç bir pul almamışdır. Əksinə, Z.Məmmədovadan aldığı səhmlərin əvəzi olaraq onun tərəfindən Z.Məmmədovanın adına “Hyundai Tucson” markalı avtomaşın rəsmiləşdirilmişdir. Bunun üçün Cavabdeh1 24.09.2008-ci il tarixində Z.Məmmədovanın nəvəsi E.Abbasovun adına bütün əmlakının idarə olunması barədə etibarnamə vermişdir. Bundan əlavə səhmlərin əvəzi olaraq Z.Məmmədovanın həyat yoldaşı İddiaçı1 iki dəfə 6000 ABŞ dolları, bundan savayı Vəlvələ kəndində yaşayan nikahdankənar qızının toyu ilə bağlı əlavə olaraq 3.000 manat, həmçinin 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində səhmlərin əvəzi olaraq 300 manat pul verilmişdir. Həmin vəsait hər ay ASC-nin sədr müavini, həmçinin xəzinədar H.Həsənov vasitəsi ilə İddiaçı1 verilmişdir. Əgər həqiqətən də, səhmlərin geri alqı-satqı barədə razılıq olsa idi, onda həmin etibarnamə əsasında onu xəbəri olmadan belə bu əməliyyatı həyata keçirərdilər. Sual olunur etibarnamədə bütün səlahiyyətlər onların nəvəsi E.Abbasova verildiyi və E.Abbasov ona verilmiş etibarnamə əsasında “Hyundai Tucson” avtomobilini nənəsi Z.Məmmədovanın adına alqı-satqı etdiyi halda halda nəyə görə, səhmləri onun adına alqı-satqı etməmişdir. Çünki, həmin dövrdə artıq səhmlərin dəyəri onlara ödənilmişdir. Bu etibarnamə iki il qüvvədə olmuşdur. Əksinə, T.X7 üzrə Dövlət Komitəsinə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, Z.Məmmədovaya məxsus olan 35.618 ədəd səhmlərin satılmasına etiraz etmir. İddiaçı1 məhz satılma faktını qeyd edir. Yəni, tərəflər arasında səhmlərin həqiqi satılması faktı baş vermişdir. Uzun müddət keçməsindən sonra səhmlərə görə verilən pulu və əmlakı danaraq səhmlərin “formal” olaraq satılmasını iddia etmək tamamilə absurddur. Üstəlik “formallığı” sübut edəcək hər hansı mötəbər, obyektiv sübutların təqdim edilməmişdir. Rayon məhkəməsi unutmuşdur ki, cavabdeh deyil, məhz Z.Məmmədova alqı-satqı müqaviləsinin “formal” olmasını sübut etməli idi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi sübutların qiymətləndirilməsi haqqında qərarında da bu hissəyə belə qiymət vermişdir ki, ASC-nin sabiq sədri İddiaçı1 verdiyi ifadəsində arvadı Z.Məmmədovanın adına keçirdiyi, əslində isə ona məxsus səhmlərin 16.5% səhmləri Cavabdeh1 həmin cəmiyyətin sədri seçilməsi üçün sonradan həmin səhmləri qaytarmaq şərti ilə 2007-ci ildə onun adına keçməsini, lakin sonuncunun həmin səhmləri qaytarmamasını, nə də dəyərini ödəməməsini bildirmişdir. İstintaq zamanı həmin xüsusatları araşdırarkən müəyyən olunmuşdur ki, Z.Məmmədovanın adına olan 16,5 faiz səhmlər Qiymətli Kağızlar üzrə Milli Depozit Mərkəzi tərəfindən verilmiş arayış və həyat yoldaşı İddiaçı1 razılığı əsasında 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmışdır. Cavabdeh1 öz növbəsində bu faktları təsdiq etmiş, lakin bu səhmlərin onun sədr seçilməsi üçün olmadığını bildirmişdir. Çünki, səhmlər ona satılmamışdan əvvəl – yəni, 30.09.2007-ci il tarixdə artıq ASC-nin sədri seçilmişdir. 18.10.2007-ci il tarixdə razılıq ərizəsi əsasında notarial qaydasında rəsmiləşdirərək, həmin əməliyyat aparılmış, Cavabdeh1 H.Həsənov vasitəsilə bir neçə dəfə səhmlərin əvəzinə İddiaçı1 pul çatdırmışdır. Ona görə də. bu fakt üzrə heç bir ittiham irəli sürülməmişdir. Bundan başqa, H.Həsənovun 47,1 kv.m. sahəni formal olaraq alması da tamamilə həqiqətə ziddir. Alqı-satqı müqaviləsi tam olaraq qanuna uyğun keçirilmiş, notarial qaydada təsdiq olunmuşdur. ASC-nin həyətində açıq havada olan Xalidə adlı qadının işlətdiyi, balans qiyməti 300 manat olan çayxana 400 manata H.Həsənova satılmışdır. Həmin 400 manat pulu H.Həsənov şəxsən özü ödəmiş, bu barədə ona müvafiq qəbz təqdim olunmuşdur ki, burada hər hansı formal prosedurdan söhbət gedə bilməz. Qətnamədən cavabdeh Həsən Həsənov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaların rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamədə ona aid olan hissədə qeyd olunur ki, guya o, iddianı qəbul etmiş, ona əmlak verilməmiş və bu müqavilə formal olmuşdur. Halbuki, məhkəməyə verdiyi izahatlarda iddiaçıların tələblərinin həqiqətə uyğun olmamasını göstərmişdir. ASC-nin istifadəsində olan 47,1 kv.m. sahə onun mülkiyətinə verilmiş, bu barədə alqı-satqı müqaviləsi bağlanmış, sahənin əvəzi olaraq cəmiyyətə 400 manat pul ödəmişdir. İddiaçılar tərəfindən eyni məzmunlu şikayətlər daha əvvəllər qaldırılmış, aparılan araşdırmalar onların tələblərinin əsassız olduğunu aşkara çıxarmışdır. Bu araşdırmalar zamanı, həmçinin rayon məhkəməsinə verdiyi izahatlar həmişə eyni məzmunlu olmuşdur. Yəni, ona aid sahənin alqı-satqı müqaviləsi qanuni olmuş, notarial qaydada təsdiq olunmuşdur, heç bir formallıqdan söhbət gedə bilməz. Bundan başqa, iddiaçıların yarıtmaz fəaliyyəti nəticəsində ASC-də çox ağır vəziyyət yarandığından İddiaçı1 təşəbbüsü ilə ASCnin sədr müavini işləyən səhmdar Cavabdeh1 sədr seçilməsi üçün 30.09.2007-ci il tarixində çağırılmış ümumi yığıncaq tam qanunidir. Cəmiyyəti ağır vəziyyətdən çıxarmaq üçün dövlətə məxsus 30% payın Dövlət Əmlak Komitəsindən alınması məqsədilə 2007-ci ilin iyul ayının axırlarında İddiaçı1 müraciət edərək xahiş etmişdir ki, bu məqsədlə 64000 manat ödənməlidir. Bunun 30000 manatını ödəyir, yerdə qalan 34000 manatı isə Cavabdeh1 ödəsin ki, həmin 30% payı ala bilsinlər. O, Cavabdeh1 və baş mühasib ilə birlikdə Dövlət Əmlak Komitəsinə gəlmişlər. Komitə tərəfindən onlara bildirilmişdir ki, ASC-də ağır vəziyyət hökm sürür, Baş Prokurorluq yoxlama aparmaq üçün Komitəyə məktubla müraciət etmişdir. Ona görə də 30% payın hərraca çıxarılması hələlik mümkün deyil. Bu zaman İddiaçı1 verdiyi pul ona geri qaytarılmışdır. İddiaçı1 isə öz növbəsində bildirmişdir ki, Cavabdeh1 yerinə sədr seçilməsini və ASC-ni düşdüyü bu ağır durumdan qurtarmasını xahiş etməlidirlər. Bu məqsədlə o, özünün və arvadı Z.Məmmədovanın adına olan 16,5% səhmi Cavabdeh1 satmağa hazırdır. Bundan sonra Cavabdeh1 30.09.2007-ci ildə sədr seçilmiş və Z.Məmmədovanın adına olan 16,5% səhm onun adına rəsmiləşdirilmişdir. Həmin səhmlərin geriyə alqı-satqı olunması barədə İddiaçı1 və Z.Məmmədovanın dedikləri həqiqətə uyğun deyil və bu barədə söhbət olmamışdır. Cavabdeh1 səhmlərin əvəzi olaraq İddiaçı1 ödədiyi vəsaitlərin hamısı onun iştirakı ilə baş vermiş və 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində də əlavə olaraq hər ay 300 manat vəsait də onun vasitəsi ilə İddiaçı1 çatdırılmışdır. 30.09.2007-ci il tarixdə ASC-nin ümumi yığıncağında Cavabdeh1 sədr seçilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 yarıtmaz fəaliyyətləri nəticəsində dövlətə olan 14500 manat vergiyə olan borc ödənilməklə Vergilər Nazirliyinin müəssisəyə qoyduğu həbs götürülmüş və ATSC normal fəaliyyətə başlamışdır. 27.11.2010-cu il tarixdə ASC-nin ümumi yığıncağı iddiaçılar İddiaçı1, İddiaçı2 və Dövlət Əmlak Komitəsinin nümayəndəsi A.Cəfərovun iştirakı ilə keçirilmiş dövlətdə olan 30% səhmlərin auksionda Cavabdeh4 satıldığı elan edilmişdir. 27.12.2010-cu il tarixdə şəxsən İddiaçı1 iştirakı ilə ASC-nin ümumi yığıncağı keçirilməklə cəmiyyətin balansında olan inzibati binanın bölünüb satılması və satışdan əldə olunan gəlirin borclara ödənilməsi barədə qərar qəbul edilməklə bu məsələlərin həlli üçün ASC-nin sədri Cavabdeh1 lazımi səlahiyyətlər verilmişdir. Göründüyü kimi, iddiaçıların irəli sürdüyü iddia ərizələri tamamilə absurd xarakter daşıyır. Digər cavabdehlər Cavabdeh3, Miryaqub Rzayev, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 da ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin hər iki iddianın qismən təmin olunduğu hissədə ləğv olunması, iddiaların həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin apellyasiya şikayətlərinin məzmunu bir-biri ilə eynilik təşkil etməklə dəlilləri ondan ibarətdir ki, məhkəmə müqavilələr bağlanan anda qüvvədə olmayan hüquq normasına istinad etməklə maddi hüquq normalarının tətbiqində açıq-aşkar pozuntulara yol vermiş, əmlakların satılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyinə diqqət etməmiş, hətta qanun pozuntusu olsa belə, onların vicdanlı əldə edən olduqlarını nəzərə almadan mübahisələndirilən müqavilələri etibarsız hesab etmiş və bununla da Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrinin imperativ göstərişlərini, həmçinin mübahisəli əmlaklar üzərində onların mülkiyyət hüquqlarını pozmuşdur. Hətta iddianın əsaslı olduğu qəbul olunsa belə, iddiaçılar 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşlər. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan, yəni hər iki iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbləri həmin hissədə də rədd olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədova həmin qətnamədən birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi həmin qərarında göstərmişdir ki, apellyasiya məhkəməsi işin sadalanan hallarına əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, mübahisələndirilən alqı-satqı müqavilələrinin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğunun isə sübuta yetirilmədiyi barədə əsassız nəticəyə gəlmişdir. Bununla bərabər, apellyasiya məhkəməsinin iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə də qanuni və əsaslı hesab edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)-5700/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə, Cavabdeh3, X5, X12, Maraqlı şəxs1 və Cavabdeh2 ayrı-ayrılıqda və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətləri təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsinin “daşınmaz əmlakın alqı-satqı müqavilələrin və səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun “Quba rayonu, İ Nügədi kəndində yerləşən ASC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ASC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2777,7 kv.m olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m olan qeyri-yaşayış binasının 44,1 kv.m sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m, ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m və 27,9 kv.m sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2777,7 kv.m olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m olan, ümumi sahəsi 4,7 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair alqı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi” barədə iddia tələblərinin təmin edilməməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızının “ona məxsus ASC-nin 35618 ədəd səhmlərinin 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlu, üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızı həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlunun, üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)- 5700/2020 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin həmin qərarında qeyd edilmişdir ki, 25 aprel 2016-cı il tarixdə "xxxx" ASC-nin sədri Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinə 27 dekabr 2010-cu il tarixli "xxxx" ASC-nin ümumi yığıncağının protokolunun işə əlavə edilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Həmin ərizəyə həmçinin 27.12.2010-cu il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların imzaları ilə təsdiq edilməklə 4 vərəqdən ibarət siyahısı əlavə olunmuşdur (5-ci cild, i/v 12-18). Lakin həmin siyahıya diqqət etdikdə siyahının birinci 2 vərəqinin ayında “səliqə” ilə pozuntu aparılmaqla “Dekabr” göstərilmişdir, digər 2 vərəqdə isə tarix göstərilməmişdir. Bununla bağlı işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan iclas protokolunun saxtalaşdırılıbsaxtalaşdırılmamasına hüquqi qiymət verilməlidir. Bundan əlavə, vicdanlı alıcıların mülkiyyət hüquqlarının müdafiə edilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilə işə apellyasiya qaydasında yenidən baxılarkən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından və Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi qiymət verilməli, işə yenidən apellyasiya qaydasında baxılarkən işin 4-cü cildinin 190-cı vərəqində DƏDRX-nin 18 may 2015-ci il tarixli birinci instansiya məhkəməsinə ünvanlanmış məktubuna əsasən ünvan 1 yerləşən əmlak kompleksinin bir hissəsinin X1 məxsus olması qeyd olunduğundan, həmin şəxsin maraqlarına toxunan şəxs kimi işə cəlb olunması məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı2 Əbülfəz oğlu və onun, həmçinin digər İddiaçı1, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızının vəkili Vəkil2 apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, X18 və digər cavabdehlər Cavabdeh3, X5, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Cavabdeh1 izahatında həmçinin göstərdi ki, mübahisəli əmlakların bir qisminin adına qeydə alınmış X4 onun arvadıdır. Həmin əmlakları əvvəlcə oğlunun adına alqı-satqı yolu ilə sənədləşdirmiş, sonradan isə arvadının adına rəsmiləşdirmişdir. Hazırda həmin əmlaklar arvadının adına olsa da ona məxsusdur. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəməsinin göstərişlərinə əməl edilərək maraqlarına toxunan şəxs X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlarına toxunan şəxs Xuraman Əliyeva iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2-ci və 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə iddiaçıların iddiasını təmin etməklə qismən düzgün nəticəyə gəlmiş olsa da, maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından eyni zamanda məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmiş olduğundan qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilən işin faktiki halları aşağıdakılardan ibarətdir: -Milli Depozit Mərkəzi tərəfindən verilmiş qiymətli kağızlara dair depo hesabından çıxarışlara əsasən "xxxx" ASC-nin nizamnamə kapitalı 424.075,60 manat, qiymətli kağızların ümumi miqdarı 212.037 ədəd təşkil edir. İddiaçı1 həmin səhmlərin 41.806 ədəd hissəsinin, İddiaçı2 isə 39.680 ədəd hissəsinin mülkiyyətçisidir. Milli Depozit Mərkəzinin 21.01.2015-ci il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, ATSC-nin cəmi 120 səhmdarı var. İddiaçı2 payı 18,7137%, Cavabdeh1 payı 19,9314%, Cavabdeh4 payı 30,1556% və İddiaçı1 payı 19,7164% təşkil edir. Yerdə qalan paylar digər səhmdarlara məxsusdur. - "xxxx" ASC-nin səhmdarlarının 30.09.2007-ci il tarixdə keçirilən ümumi yığıncağının protokolundan görünür ki, iclasda cəmiyyətin idarə heyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə təftiş komissiyasının hesabatı, təşkilati məsələlər və digər məsələlər gündəmə salınmş, cəmiyyətin İdarə Heyətinin aşağıdakı tərkibdə seçilməsi qərara alınmışdır: sədr: Cavabdeh1; üzvlər: Şəbəddin Məmmədov, Azər Ələkbərov, İddiaçı1, Eldəniz Nəcəfov və Firudin Əliməmmədov. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında bağlanmış 19.10.2010-cu il tarixli, 584/01-2010/PA saylı səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinə əsasən, ASC-nin 30% səhmləri 63.621 manata Cavabdeh4 satılmışdır. - 27.11.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolundan görünür ki, səhmdar İddiaçı1 çıxış edərək, təklif etmişdir ki, uzun müddət istismar olmuş nəqliyyat vasitələri və istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi və özəlləşdirmək üçün hərraca çıxarılması vaxtı çatmışdır. Ona görə də, bu məsələnin həyata keçirilməsi üçün lazımi komissiya yaradılıb bu işin icrasına başlanmalıdır. Həmin təklif səsə qoyulmuş və qərara alınmışdır ki, bu işin icrası üçün komissiya yaradılsın. - 27.12.2010-cu il tarixli ümumi yığıncağın protokolunda qeyd olunmuşdur ki, iclasda qoyulmuş məsələlərlə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir: 1. ASC-nin balansında olan inzibati bina bölünərək, istifadəsiz əsas vəsaitlər digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinsin; 2. qeyd olunanlarla bağlı irəli gələn məsələlərin həlli ASC-nin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə edilsin; 3. Cəmiyyətin baş mühasibinə tapşırılsın ki, satışdan əldə olunan pul vəsaitini kreditor və vergi borclarının, zərər çəkənlərin, idarə işçilərinin zəhmət haqqlarının, işıq və qaz pulunun ödənilməsinə sərf etməklə, həmin vəsaitin qanuni xərclənməsinə lazımi qaydada əməl etsin. - DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (seriya MA, № 0261877; seriya MA, № 0320512; seriya MA; № 0382570; seriya MA; № 0261743) çıxarışlara əsasən, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1.009,8 kv.m., inzibati bina 306,2 kv.m., mühafizəçi binası 21,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., “elektrik şit” 10,9 kv.m., anbar təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 297,3 kv.m.) 24.08.2011-ci il tarixdə; Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, torpaq sahəsi 0,1005 ha olan və ümumi sahəsi 899,3 kv.m. (inzibati bina sahəsi 187,1 kv.m., inzibati bina sahəsi 168,2 kv.m., anbar sahəsi 80,1 kv.m., təmir sexi sahəsi 462,4 kv.m., sanitar qovşağı sahəsi 1,6 kv.m. olan) olan qeyriyaşayış sahəsi əmlak kompleksi kimi müəssisə 27.08.2011-ci il tarixdə; ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m, inzibati bina sahəsi 118,9 kv.m., ticarət obyekti sahəsi 21,7 kv.m., avtomobil təmir sexi sahəsi 98,7 kv.m., elektrik şiti sahəsi 10,9 kv.m., anbar, təmir sexi sahəsi 507,9 kv.m., yamalı təmir sexi sahəsi 710,4 kv.m., yeməkxana sahəsi 226,7 kv.m., hamam sahəsi 71,1 kv.m.) 01.12.2011-ci il tarixdə və ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 2.590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m., inzibati bina 24,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., elektrik şiti 10,9 kv.m., anbar, təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 226,7 kv.m.) 10.05.2012-ci il tarixdə ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin adından (30.09.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Həsən Həsənov, Cavabdeh2, Maraqlı şəxs1 və Miryaqub Rzayev arasında bağlanılmış 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ASC-yə məxsus ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsi Maraqlı şəxs1 3.500 manata, 50 kv.m. sahəsi M.Rzayevyə 3.500 manata, 47,1 kv.m. sahəsi H.Həsənova 400 manata və 27,9 kv.m. sahəsi Cavabdeh2 360 manata satılmış və həmin sahələr müvafiq olaraq 28.10.2011-ci il tarixdə Maraqlı şəxs1, 08.12.2011-ci il tarixdə isə Miryaqub Rzayevin, Həsən Həsənovun və Cavabdeh2 adına qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin adından (30.09.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında adından Əli Həsənov çıxış edir) arasında bağlanılmış 18.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən "xxxx" ASC-yə məxsus 0,1005 ha torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binaları 12.100 manata Cavabdeh4 satılmış və sahəsi 187,1 kv.m olan qeyri-yaşayış binası 05.04.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin adından (30.09.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında onun adından Əli Həsənov) arasında bağlanılmış 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ASC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi; tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası; tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası 5000 manata Cavabdeh4 satılmışdır. - X15 Abdullayev arasında bağlanmış 24.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 47,3 kv.m. olan qeyri-yaşayış sahəsindən 32,3 kv.m. sahə 5000 manata; - "xxxx" ASC-nin adından (30.09.2007-ci il tarixli protokola sasən) Cavabdeh1lə Cavabdeh3 arasında bağlanılmış 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsi 5.000 manata Cavabdeh3 satılmış və ümumilikdə sahəsi 76,8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə 11.04.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - X15 Abdullayev arasında bağlanmış 20.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210B ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan qeyri-yaşayış binasını 4000 manata Cavabdeh3 satılmış və 20.10.2012-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - Cavabdeh4lə Ramin Əsədov arasında bağlanmış 30.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210A ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 4000 manata R.Əsədova satılmış və 19.10.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - X16 Aslanzadə arasında bağlanmış 21.07.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210D ünvanda yerləşən ümumi sahəsi 50,3 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Maraqlı şəxs1 satılmış və 19.10.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin adından (27.11.2010-cu il tarixli protokola əsasən) Cavabdeh1lə Maraqlı şəxs1 arasında bağlanılmış 02.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210F ünvanda yerləşən, ASC-yə məxsus sahəsi 24,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binası (inzibati bina) 1.500 manata Maraqlı şəxs1 satılmış və 05.02.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - X20 Qurbanov arasında bağlanmış 27.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210A ünvanda yerləşən istifadədə olan 0,01194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186,6 kv.m., tikinti sahəsi 107,1 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binası 60.000 manata Maraqlı şəxs2 satılmış və 24.01.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən ümumi sahəsi 27,8 kv.m. olan daşınmaz əmlakın 12,4 kv.m. sahəsini Cavabdeh3 satmış və 08.11.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. - DƏDRX-nin 18.05.2015-ci il tarixli məktubundan və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndi, 0,1005 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissələri, o cümlədən, ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m. olan qeyriyaşayış binası və ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyriyaşayış binası Xuraman Əliyevaya məxsus olmaqla, seriya MA; № ******* və seriya MA; № ******* çıxarışlara əsasən 18.01.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 80,1 kv.m., tikintialtı sahəsi 81,8 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 462,4 kv.m., tikintialtı sahəsi 504,0 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 1,6 kv.m., tikintialtı sahəsi 2,8 kv.m. olan qeyri-yaşayış binası "xxxx" ATSC-yə; Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2777,7 kv.m., tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binası Xuraman Əliyevaya məxsusdur. Seriya MA; № ******* çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, ümumi sahəsi 544,1 kv.m. olan əmlak kompleksi kimi müəssisə 05.04.2012-ci il tarixdə ATSC-nin adına; Seriya MA; № 0382569) çıxarışa əsasən ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 10.05.2012-ci il tarixdə Cavabdeh4 adına; Seriya MA; № ******* çıxarışa əsasən isə həmin qeyri-yaşayış sahəsi 23.12.2013-cü il tarixdə Xuraman Əliyevanın adına qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin 2007-2014-cü illərin və 01.01.2015-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövrün maliyyə təsərrüfat fəaliyyətinin auditinə dair audit hesabatından görünür ki, auditlə əhatə olunan illər üzrə 199.218,32 manat məbləğində mənfəətdən bəyannamələr üzrə hesablanmış 12.378,64 manat məbləğində vergilər çıxıldıqdan sonra 186.839,68 manat məbləğində mənfəət səhmdarlar arasında bölüşdürülməmişdir. - İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 24.11.2017-ci il tarixli, 4602 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına yoxlama dövrü üzrə ATSC-nin balansında olan əmlakın hərəkətinə dair (mədaxil-məxaric) rəsmi məlumatları və mühasibat uçotu sənədləri, həmin dövr üzrə yanacaq üçün sərf edilmiş pul vəsaitlərinə dair ilkin kassa sənədləri, sürücülərin avans hesabatları ilkin məxaric sənədləri ilə birgə, müəssisənin gəlirini və xərcini təsdiq edən sənədlər təqdim olunmadığınan, ekspertin qarşısında qoyulmuş birincidördüncü sualları cavablandırmaq mümkün olmamışdır. Eyni zamanda, 17 ədəd "xxxx" markalı avtobus metaləritmə zavoduna verildiyinə, 10 tonluq yük qaldırıcı aqreqat (podyomnik) kran balansdan silindiyinə, 1989-cu ildə istehsal olunmuş istismar müddəti çoxdan başa çatmış avtoyükləyici qalıq dəyəri ilə 29.04.2011-cl il tarixdə 275 manata satıldığına, eləcə də, dörd kümbəzli bir ədəd istifadəsiz anqarın düralüminiumun çəkisi 2.285 kq olmaqla, 1 kq-ı 0,50 manat nəzərə alınmaqla 1425 manata satıldığına görə, həmin avadanlıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Azərbaycan Respublikasının Auditorlar Palatasının 12.10.2018-ci il tarixli, 28 saylı rəyinə əsasən ASC-nin aktiv və passivlərinin illər üzrə uçotu aparılmadığı və auditə təqdim olunmuş məhkəmə materiallarında da belə bir sənədlərin tam olmadığı üçün cəmiyyətin aktiv və passivlərini illər üzrə müəyyən etmək mümkün olmamış, lakin cəmiyyətin 01.01.2007-ci il tarixə balansında olan aktivləri auditora təqdim olunmuş iş materiallarının 3cü cildinin 175-181-ci səhifələrindəki inventarizasiya aktında göstərilmişdir. Auditə təqdim edilmiş iş materiallarının 3-cü cildinin 27, 57, 84 və 108-ci səhifələrində və 4-cü cildin 190-cı səhifəsindən sonrakı səhifələrində olan DƏDRX-nin Xaçmaz Əİ tərəfindən verilmiş çıxarışlara və ATSC-nin 01.01.2007-ci il tarixə aparılmış inventarizasiya aktına əsasən əmlaklar ATSC-yə məxsusdur. Bu günə cəmiyyətin balansındakı əsas vəsaitlər və digər inventarlar auditor hesabına əlavə olunmuş 3 saylı cədvəldə göstərilmiş əşyalardır. ATSCnin audit aparılan tarixə, yəni 07.05.2015-ci il tarixə mövcud olan əşyalarının balans dəyərini göstərmək mümkündür, lakin bu əşyaların hazırkı bazar qiymətini xüsusi qiymətləndiricilər tərəfindən müəyyən etmək olar. Bu səbəbdən 24.05.2018-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunaraq ATSC-nin 01.01.2007-ci il tarixdən 07.05.2015ci il tarixə kimi olan dövrdə məxaric olunmuş və hazırda mövcud olan əmlaklarının qiymətləndirilməsi xahiş olunmuşdur. Qiymətləndiricidən daxil olmuş məktubda qeyd olunan əmlakların bazar qiymətləri qiymətləndirici tərəfindən müəyyən olunmamışdır, qiymətləndirici şifahi olaraq bildirmişdir ki, təqdim olunmuş əmlakların real bazar qiymətlərini müəyyən etmək mümkün deyil. Ona görə də satılmış əmlakların çıxarışlarına əsasən onların bazar qiymətləri təyin olunmuşdur. Lakin tərtib edilmiş rəyin “aparılmış hesablamalar” və “uyğun satışların müqayisə üsulu” bölmələrində analoji obyektlərin bazar dəyəri barədə məlumatlardan və obyektin yerləşdiyi ərazinin əmlak bazarındakı uyğun satış məlumatlarından istifadə olunmaqla rəyin tərtib olunması göstərilmişdir. Qiymətləndirici 13 adda əmlaka 185.150 manat qiymət qoymuşdur ki, bu əmlaklardan 10 adda (152.000 manat bazar qiymətinə) olanları faktiki olaraq cəmiyyətdən satış yolu ilə məxaric olunan əmlaklardır. Məxaric olunmamış əmlakların bazar qiyməti qiymətləndiricinin rəyinə əsasən 3 adda olmaqla 33.150 manat göstərilmişdir. Həmin əmlaklar aşağıdakılardır: 1) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 462,4 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 25.000 manat; 2) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 150 manat; 3) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 80,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 8000 manat. Beləliklə, qiymətləndiricinin rəyi nəzərə alındıqda cəmiyyətin hazırkı vaxta 3 adda 33.150 manat dəyərində əmlakları qalmışdır. Əslində isə, 3 saylı cədvələ əsasən cəmiyyətin balans üzrə 23 adda 187.416 manat balans dəyəri ilə hal-hazıra əmlakları qalıq qalmışdır. 01.01.2007-ci il tarixə cəmiyyətin balansında olan vəsaitlərdən audit olunan dövrdə cəmiyyətin balansından çıxarılmış əmlaklar qanunamüvafiq formada balansdan çıxarılmışdır. Bu əmlakların satışından əldə olunmuş vəsaitlərin cəmiyyətin hesabına mədaxil olunması qeyd olunan dövrlərdə aparılmış vergi yoxlamalarında da öz əksini tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, əmlaklar əsasən 2010-cu ildən etibarən cəmiyyətin balansından satış və silinmə yolu ilə çıxarılmışdır. Ümumiyyətlə, auditə təqdim olunmuş iş materiallarındakı ATSC-nin əsas vəsaitlərinin əksəriyyətinin istismar müddəti 25 ildən çox olan əmlaklardır. Bu əmlaklar uzun müddət istismarda olmaqla həm mənəvi, həm də fiziki köhnəlməyə məruz qalmış əmlaklardır. Məhkəmənin 2-ci sualında adları qeyd olunan (01.01.2007-ci il ildən etibarən “Modul” təmir sexinin, əlvan metaldan inşa edilmiş anbarların, 17 ədəd "xxxx" markalı avtobusların, 10 tonluq yük qaldırıcı kranın, avtokranın, yanacaq çənlərinin, habelə İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən əmlak kompleksinin) əmlaklara köhnəlmə faizləri hesablandıqda bu günki tarixə onların balans dəyərləri demək olar ki, qalmayacaqdır. ATSC-nin əmlakının satılması, metal əritmə məntəqəsinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Beləliklə, tədqiq olunmuş sənədlərə əsasən yuxarıda qeyd olunan əmlakların balansdan silinməsi zamanı əmlakın mənimsənilməsi halı və cəmiyyətə hər hansı zərərin vurulmadığına görə iddiaçıların payına düşən ziyan müəyyən olunmamışdır. Audit olunan dövrlərdə cəmiyyət, bütün pul vəsaitlərinin mədaxilini və məxaricini bank və daxili kassası vasitəsi ilə həyata keçirmişdir. ASC-nin bank və kassa hesabının hərəkəti cədvəllərindən görünür ki, cəmiyyətin audit olunan dövrdə 705.314,61 manat mədaxili olmuş və bu vəsaitlər də cəmiyyətin zəruri xərclərinə təyinatı üzrə məxaric olunmuşdur. Auditor rəyinə əlavə olunmuş 5 saylı cədvəldən göründüyü kimi, audit olunan dövrlərdə ASC-nin kassasından 80.665,46 manat pul sürücülərə yanacaq pulu üçün məxaric olunması göstərilmişdir. Bu yanacaq pullarının ödənilməsinə dair sürücülərin adına cədvəllərin yazılması və sürücülər tərəfindən cədvəllərin imzalanması onu deməyə əsas verir ki, sürücülərə yanacaq pulunun verilməsində qanunvericiliyin tələbləri pozulmamışdır. ASC-nin ümumi gəlirləri və ümumi xərclərinə dair təqdim olunmuş sənədlərə əsasən, auditor tərəfindən 4 saylı bankın hərəkətinə və 5 saylı kassanın hərəkətinə dair cədvəllər tərtib olunmuş cədvəllərdən də görünür ki, cəmiyyətin bank və kassa hesabına mədaxil olunmuş vəsaitlərin hamısı müvafiq sənədlər əsasında məxaric olunmuş, nəticədə cəmiyyətin divident hesablanması üçün sərbəst vəsaiti qalmamışdır. ASC-nin bölüşdürülməmiş mənfəəti qalmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 divident də hesablanmamışdır. Müstəqil tələb irəli sürən Z.Məmmədovanın isə ATSC-də hər hansı bir payı (səhmi) olmadığına görə ona divident hesablanmamalıdır. Əvvəlki auditor hesabatında göstərilən 186.839,68 manat bölüşdürülməyən mənfəətin hansı ilkin sənədlər əsasında hesablanmasına dair məlumat olmadığına görə qeyd olunan "xxxx" istifadəsinin istiqamətləri müəyyən etmək mümkün olmamışdır. ASC-yə məxsus olan və Quba rayonunun İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin (ayrı-ayrı daşınmaz əmakların) satışından əldə olunan gəlirlər, onların maliyyə hərəkəti və nəticəsi araşdırılmaqla müəyyən olunmuşdur ki, cəmiyyətin mühasibatlığında əsas vəsaitlərin hərəkəti, amortizasiyaların hesablanması, əmlakların satışından əldə olunmuş vəsaitin uçotu, məxaric sənədlərinin tərtib olunması, ümumiyyətlə cəmiyyətdə aparılmış əməliyyatların uçotu 29.06.2004-cü il tarixli Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun aparılmamışdır. Lakin göstərilən xidmətlərin, icarə haqlarının və satılmış vəsaitlərin dəyəri cəmiyyətin bank və kassa hesablarında öz əksini tapmışdır. ATSC tərəfindən satılmış əmlaklar tərəflər arasında razılaşdırılmış qiymətlərlə “alqı-satqı” müqavilələrinə əsasən satılmışdır. Əmlakların satılması müxtəlif tarixlərdə aparıldığı üçün onların satış tarixlərinə bazar qiymətlərini müəyyən etmək mümkün olmamış, lakin audit olunan dövrdə satılmış və silinmiş əsas vəsaitlər cəmiyyətin ümumi əmlakının (balans dəyəri ilə 294435 + 77 ədəd a/m 662199,20 = 956.634,20 manatlıq olub, bunlardan balans dəyəri ilə 105.019,00 + a/m 662.199,20 = 767.218,20 manatlığı məxaric olunub) 80,20%ni təşkil edir. ATSC tərəfindən satılmış əmlakların real bazar qiymətlərini auditə təqdim olunmuş “X11” MMC-nin 13.09.2018-ci il tarixli rəyini nəzərə almaqla “müəyyən olunmuş” bazar qiymətləri ilə faktiki satış məbləğləri arasındakı fərq 152.000- 36.360 = 115.640 manat müəyyən olunmuş, həmin fərqdən iddiaçılar İddiaçı1 payına 115.640 x 19.7164% = 22.800,04 manat, İddiaçı2 payına isə 115.640 x 18,7137% = 21.640,52 manat nisbətində pay düşür. Z.Məmmədovanın isə ATSCdə səhmləri olmadığına görə ona heç bir pay düşmür. - “X11” MMC-nin qiymətləndirmənin nəticəsi haqqında hesabata əsasən: 1) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 187,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 28.000 manat; 2) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 168,2 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 26.000 manat; 3) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 462,4 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 25.000 manat; 4) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 1,6 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 150 manat; 5) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 80,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyriyaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 6) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 44,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 7) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 50,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 14.000 manat; 8) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 71,1 kv.m. sahəsinin (hamam) 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 9) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 10) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 11) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 47,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 12) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 27,9 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 13) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 2590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissəsi olan, ümumi sahəsi 24,7 kv.m. olan qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 7000 manat təşkil edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cəmiyyətin digər səhmdarı, eyni zamanda İdarə Heyətinin sədri olan Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə vurulmuş maddi zərərin əvəzinin, eyni zamanda cəmiyyətin fəaliyyətindən əldə edilən gəlirlərdən onların payına düşən hissənin, yəni əldən çıxmış faydanın ödənilməsi, cəmiyyətə məxsus daşınmaz əmlaklara dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb edirlər. Cəmiyyətin səhmdarı olmuş üçüncü şəxs Zəhrəxanım Məmmədovanın iddia tələbinin əsasını vurulmuş zərərin əvəzinin və əldən çıxmış faydanın ödənilməsi, səhmlərinə dair Cavabdeh1lə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1, 152.1, 337.1, 337.4, 354-cü maddələrinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, həm qanunvericilik, həm də cəmiyyətin fəaliyyətini tənzimləyən Nizamnamə İdarə heyətinin sədrinə müvafiq səlahiyyətlərin verilməsini səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keçirilməsini nəzərdə tutur. Alqı-satqı müqavilələrində istinad edilən səhmdarların ümumi yığıncaqları idarə heyətini sədri olan Cavabdeh1 cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməmiş, həmin protokollarda yalnız onun idarə heyərinin sədri kimi seçilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilmişdir. Yəni protokollara istinad edərək Cavabdeh1 alqı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətinin adından səlahiyyətli şəxs kimi çıxış etməsi qanunsuz olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, alqı-satqı müqavilələrinin predmeti olmuş daşınmaz əmlaklar real bazar qiymətlərindən kifayət qədər aşağı qiymətə satılmış, həmin əmlaklardan bir neçəsi Cavabdeh1 oğlu tərəfindən alınmış, Həsən Həsənova satılan 47,1 kv.m qeyri-yaşayış sahəsinin dəyəri kimi 400 manat alıcı tərəfindən deyil, satıcı qismində çıxış edən Cavabdeh1 tərəfindən ödənilmişdir (Cavabdeh1 bu halı məhkəmə iclasında etiraf etmişdir). Bütün bu hallar həmin alqı-satqı müqavilələrində bütün səhmdarların iradə ifadəsinin olmamasını və bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən gətirilən dəlillərin əsaslı olmasını sübut edir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, X2 məxsus səhmlərin alqısatqısı da formal xarakter daşımış, həmçinin həmin səhmlərə görə hər hansı pul məbləğinin ödənilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi mövqe ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçıların mübahisələndirdikləri müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı üçün etibarsız hesab edilməli, həmin alqı-satqı müqavilələri əsasında qeyd edilən daşınmaz əmlaklara dair ("xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində X18 arasında 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən “ünvan 11sı istisna olmaqla) dövlət reyestrində aparılmış qeydlər ləğv olunmalı, həmin əmlaklar üzərində (Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus olmuş qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası istisna olmaqla) "xxxx" ASC-nin mülkiyyət hüququ bərpa edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin ümumi yığıncağının 30 sentyabr 2007ci il tarixli protokolunun surətindən görünür ki, həmin iclasda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə-təftiş komissiyasının təşkilati məsələləri və digər məsələlər gündəmə salınmış, Cavabdeh1 ASC-nin idarə heyətinin sədri seçilməsi qərara alınmışdır. Lakin 30 sentyabr 2007-ci il tarixli ümumi yığıncağında idarə heyətinin sədri olan Cavabdeh1 cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməmiş, həmin protokollarda yalnız onun idarə heyətinin sədri kimi seçilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilmişdir. Yəni həmin protokollara istinad edərək Cavabdeh1 alqı-satqı müqavilələrində satıcı olaraq cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsi qanunsuz olmuşdur. Həmçinin, "xxxx" ASC-nin Nizamnaməsinin 6.3-cü bəndinin 4-cü hissəsinə əsasən balansın təsdiq olunması səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Buna görə səhmdar cəmiyyətə məxsus daşınmaz əşyaların alqı-satqı yolu ilə balansdan silinməsi də səhmdarların mühüm mənafelərinə toxunduğundan səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə kollegiyası işin hallarına və yuxarıda sadalanan qanunvericilik aktlarına əsaslanaraq qeyd edir ki, həmin alqı-satqı müqavilələri bağlanarkən notariat kontorunda satıcı qismində çıxış edən Cavabdeh1 səlahiyyətli olması ASC-nin ümumi yığıncağının 30 sentyabr 2007-ci il tarixli və 27 noyabr 2010-cu il tarixli protokolları ilə təsdiq edilmişdir. ASC-nin ümumi yığıncağının 30 sentyabr 2007-ci il tarixli protokolundan görünür ki, həmin iclasda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə-təftiş komissiyasının təşkilati məsələləri və digər məsələlər gündəmə salınmış, Cavabdeh1 ASC-nin idarə heyətinin sədri seçilməsi qərara alınmışdır. ASC-nin ümumi yığıncağının 27 oktyabr 2010cu il tarixli protokolundan görünür ki, həmin iclasda uzun müddət istismar olunmuş nəqliyyat vasitələri və istismara yararsız vasitələrin balansdan silinməsi və özəlləşdirilməsi üçün komissiyanın yaradılması və icarədarlarla bağlanmış müqavilələrə yenidən baxılması qərara alınmışdır. Göründüyü kimi, alqı-satqı müqavilələrində notariat orqanı tərəfindən istinad edilən ASC-nin ümumi yığıncağının nə 30 sentyabr 2007-ci il tarixli iclasında, nə də 27 oktyabr 2010-cu il tarixli protokollarında cəmiyyətə məxsus daşınmaz əmlakların alqı-satqısına dair hər hansı məsələnin həll olunması və bununla bağlı idarə heyətinin sədrinə hər hansı səlahiyyət verilməsi müəyyən edilmir. Digər tərəfdən, ASC-nin ümumi yığıncağının 29 iyul 2011-ci il tarixli digər iclas protokolundan görünür ki, icarədarların istifadə etdikləri otaqların balans dəyərindən aşağı qiymətə satılmaması şərtləndirilmişdir. İş üzrə keçirilmiş “X11” MMC-nin qiymətləndirmənin nəticəsi haqqında hesabata əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 47,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 27,9 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 8000 manat təşkil edir. Kollegiya cəmiyyətin mülkiyyətində olan yuxarıda sadalanan əmlakların bazar dəyərindən kəskin şəkildə fərqlənən, on dəfədən də aşağı göstərilmiş qiymətdə satılmasına şübhə ilə yanaşır və hesab edir ki, bu hal "xxxx" ASC-nin adından idarə heyətinin sədri Cavabdeh1 ASC-nin idarə heyətinin sədr müavini X18 ilə bağladığı 01.09.2011-ci il tarixli və övladı Cavabdeh4 ilə bağladığı 18.10.2011-ci il və 27.12.2011-ci il tarixli alqı-satqı müqavilələrinin etibarlılığını şübhə altına alır. Ona görə də həmin müqavilələr etibarsız hesab edilməlidir. Ali Məhkəmənin göstərişi əsasında məhkəmə tərəfindən iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı mülki işin materiallarında olan (5-ci cild, iş vərəqə 12-18) 27.12.2010-cu il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların imzaları ilə təsdiq edilmiş siyahının birinci 2 vərəqinin ayında “Dekabr” sözünün pozuntu aparılmaqla icra edilib-edilmədiyi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininn 21.01.2022-ci il tarixli rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, mülki işin 5-ci cildinin materiallarının 15 və 16-cı vərəqələrindəki Quba-Nəqliyyat ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının birinci və ikinci vərəqələrinin yuxarı sağ küncündə olan “27 Dekabr 2010-cu il” əlyazısındakı “Dekabr” sözünün yerində mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq indiki söz yazılmışdır, həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin yazını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası ekspertin verdiyi rəyə əsaslanaraq hesab edir ki, ASC-nin ümumi yığıncağının 27 dekabr 2010-cu il tarixli protokolu Cavabdeh1 mübahisələndirilən müqavilələri bağlamaq səlahiyyətini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşdə olan DƏDRX-nin 18.05.2015-ci il tarixli məktubundan və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndi, 0,1005 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissələri, o cümlədən, ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m. olan qeyri-yaşayış binası və ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyriyaşayış binası Xuraman Əliyevaya məxsus olmaqla, seriya MA; № ******* və seriya MA; № ******* çıxarışlara əsasən 18.01.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2777,7 kv.m., tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyriyaşayış binasının tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası Xuraman Əliyevanın adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında nikah 15.04.1976-cı ildə bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan daşınmaz əmlaklara dair alqısatqı müqavilələrində alıcı qismində Cavabdeh1 oğlu Cavabdeh4 qeyd olunması, bundan sonra həmin əmlakların öz arvadı Xuraman Əliyevanın adına rəsmiləşdirilməsi ondan xəbər verir ki, qeyd edilən əmlaklar Cavabdeh1 öz mənafeyi üçün əldə etmək məqsədi ilə özgəninkiləşdirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisəli daşınmaz əmlakların Cavabdeh1 arvadı Xuraman Əliyevanın adına özgəninkiləşdirilməsi barədə əqdlər əhəmiyyətsiz olmaqla etibarsız hesab edildiyindən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli və həmin əmlaklara "xxxx" ASC-nin mülkiyyət hüququ bərpa edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində X18 arasında 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi hazırda X3, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi hazırda Maraqlı şəxs1 və "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən “ünvan 11sı iş üzrə Maraqlı şəxs2 mülkiyyətində olduğundan və qeyd edilən əmlakların həmin şəxslərə özgəninkiləşdirilməsi mübahisələndirilmədiyindən həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilə bilməz. Məhkəmə kollegiyası vicdanlı alıcıların mülkiyyət hüquqlarının müdafiə edilməli olması ilə bağlı qeyd edir ki, X15 Abdullayev arasında bağlanmış 20.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210B ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Cavabdeh3 satılmış və 20.10.2012cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh4lə Ramin Əsədov arasında bağlanmış 30.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210A ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 4000 manata R.Əsədova satılmış və 19.10.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. X16 Aslanzadə arasında bağlanmış 21.07.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210D ünvanda yerləşən ümumi sahəsi 50,3 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Maraqlı şəxs1 satılmış və 19.10.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. ASC-nin adından (27.11.2010-cu il tarixli protokola əsasən) Cavabdeh1lə Maraqlı şəxs1 arasında bağlanılmış 02.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210F ünvanda yerləşən, ASC-yə məxsus sahəsi 24,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binası (inzibati bina) 1500 manata Maraqlı şəxs1 satılmış və 05.02.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. X20 Qurbanov arasında bağlanmış 27.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 210A ünvanda yerləşən istifadədə olan 0,01194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186,6 kv.m., tikinti sahəsi 107,1 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binası 60000 manata Maraqlı şəxs2 satılmış və 24.01.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən ümumi sahəsi 27,8 kv.m. olan daşınmaz əmlakın 12,4 kv.m. sahəsi Cavabdeh3 satılmış və 08.11.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin "xxxx" ASC-nin idarə heyətinin sədri Cavabdeh1 ilə həmin daşınmaz əmlaklara dair alqı-satqı müqavilələrini bağlayan zaman Cavabdeh1 buna səlahiyyəti olmadığına münasibətdə vicdanlı olduqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh2, Maraqlı şəxs1, Miryaqub Rzayev, Cavabdeh3 ilə yuxarıda qeyd edilən əmlaklara dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab ediə bilməz, bu əmlaklar üzərində vicdanlı alıcıların mülkiyyət hüquqları saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda cavabdehlər Cavabdeh2, Maraqlı şəxs1, Miryaqub Rzayev, Cavabdeh3 bağladıqları əqdlərə münasibətdə vicdanlı olduğunu, müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmadığını, daşınmaz əmlakları əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdıqlarını və onlara faktiki sahibləndiyini göstərmişlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədovaya məxsus ASC-nin 35618 ədəd səhmlərinin 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin səhmlər üzərində Zəhraxanım Məmmədovanın mülkiyyət hüquqlarının bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan (2 cild. iş vər.50-55) Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinin 99562 saylı cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsinə dair 27 dekabr 2010-cu il tarixli qərarının surətindən görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, Zəhrəxanım Məmmədovanın adına olan 16,5 faiz səhmlər Z.Məmmədovanın Cavabdeh4 adına vermiş olduğu 22.08.2007-ci il tarixli etibarnamə əsasında sonuncu tərəfindən 22 oktyabr 2007-ci il tarixdə atası Cavabdeh1 satılmışdır. İş materialarından görünür ki, (2 cild iş vər. 56--58) Cavabdeh1 tərəfindən 25.09.2008-ci il tarixdə X6 əmlakın idarə edilməsi və onun üzərində sərəncam verilməsi barədə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Bununla yanaşı Cavabdeh1 09 iyul 2008-ci il tarixdə "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş yazılı etibarnamədə ona məxsus olan 35618 adlı səhmi X6 etibar etdiyini göstərmişdir. İş üzrə tədqiq edilmiş sübutlarla Zəhrəxanım Məmmədovanın ona məxsus olan 16,5 faiz səhmlərə dair etibarnamənin Cavabdeh4 satmaq məqsədi ilə deyil, sonuncunun atası Cavabdeh1 "xxxx" ASC-nin sədri seçilmək üçün müvəqqəti olaraq verilməsi müəyyən olunur. Bu hal Cavabdeh1 ASC-nin idarə heyətinin sədri seçildikdən sonra Zəhrəxanım Məmmədovanın əri İddiaçı1la əvvəlcədən mövcud olmuş razılığa əsasən onun nəvəsi X6 25.09.2008-ci il tarixdə etibarnamə verməsi ilə də təsdiq olunur. Cavabdeh1 apellyasiya şikayətində Z.Məmmədovadan aldığı səhmlərin əvəzi olaraq onun tərəfindən Z.Məmmədovanın adına “Hyundai Tucson” markalı avtomaşın rəsmiləşdirildiyini, bunun üçün 25.09.2008-ci il tarixində Z.Məmmədovanın nəvəsi E.Abbasovun adına bütün əmlakının idarə olunması barədə etibarnamə verdiyini, səhmlərin əvəzi olaraq Z.Məmmədovanın həyat yoldaşı İddiaçı1 iki dəfə 6000 ABŞ dolları, Vəlvələ kəndində yaşayan nikahdankənar qızının toyu ilə bağlı əlavə olaraq 3000 manat, həmçinin 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində səhmlərin əvəzi olaraq 300 manat pul verdiyini bildirsə də, bu halları sübut edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədovanın "xxxx" ASCdə olan 35618 ədəd səhmlərini satmaq niyyəti olmadığından onun adından Cavabdeh4lə atası Cavabdeh1 arasında həmin səhmlərin özgəninkiləşdirilməsinə dair 28.10.2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyat ləğv olunmalı və qeyd edilən səhmlər üzərində Zəhraxanım Məmmədovanın mülkiyyət hüquqları bərpa edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədovanın iddiasının alqı-satqı müqavilələrinin, reyestrlərdən çıxarışların, protokolların etibarsız hesab edilməsi hissələrinə hazırki qətnamə ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun iddialarına qiymət verilərkən münasibət bildirilmişdir. Z.Məmmədova iddiasının vurulmuş ziyanın, əldən çıxmış faydanın ödənilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi hissələrini konkret hallarla əsaslandırmadığı və buna dair sübutlar təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətində göstədiyi halları sübut edəcək dəlilləri məhkəməyə təqdim etmədikləri üçün onların apellyasiya şikayəti təmin edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası iş üzrə digər cavabdehlər Cavabdeh3, Miryaqub Rzayevin, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 iddiaçılar tərəfindən 1 illik müddətin ötürülməsi barədə apellyasiya şikayətlərinin dəlili ilə razılaşmır və hesab edir ki, mübahisənin obyekti olan müqavilələr 2011-2013-cü illərdə bağlanmış, məhkəməyə iddia ərizəsi 04.04.2013-cü il tarixdə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. İş üzrə digər cavabdeh Həsən Həsənov apellyasiya şikayətində "xxxx" ASC-nin istifadəsində olan 47,1 kv.m. sahə onun mülkiyətinə verildiyi, bu barədə alqı-satqı müqaviləsi bağlandığını, sahənin əvəzi olaraq cəmiyyətə 400 manat pul ödədiyi bildirsə də, iş materialları ilə bu hallar sübuta yetirilmir. Əksinə, müəyyən edilir ki, H.Həsənov birinci instansiya məhkəməsində müqavilənin görünüş üçün bağlandığını, həmin əmlakın onun adına formal olaraq keçdiyini, müqavilənin dəyəri olan 400 manatın satıcı qismində çıxış edən şəxs Cavabdeh1 özü tərəfindən ödənildiyini, əmlakı faktiki olaraq sonuncunun aldığını, sonradan başqa şəxsə satdığını bildirmişdir. H.Həsənova satılan 47,1 kv.m qeyriyaşayış sahəsinin dəyəri kimi 400 manatın alıcı tərəfindən deyil, satıcı tərəfindən ödənilməsi Cavabdeh1 tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh H.Həsənovun apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(009)-3/2019 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı iddia tələbi qismən təmin olunsun. "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında (onun adından etibarnamə əsasında çıxış edən X17) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən "xxxx" ASC-yə məxsus 0,1005 hektar torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binasına dair 18.10.2011-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində X18 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsinə dair 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında (onun adından etibarnamə əsasında çıxış edən X17) Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsinin, tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binasının (hamam) alqı-satqısına dair 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin alqı-satqı müqavilələri əsasında qeyd edilən daşınmaz əmlaklara dair ("xxxx" ASCnin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində X18 arasında 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi istisna olmaqla) dövlət reyestrində aparılmış qeydlər ləğv olunsun, həmin əmlaklar üzərində ("xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində X18 arasında 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi istisna olmaqla) "xxxx" ASC-nin mülkiyyət hüququ bərpa edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun iddia tələbi qalan hissədə təmin olunmasın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhraxanım Ağali qızının iddia ərizəsi qismən təmin olunsun. Məmmədova Zəhraxanım Ağali qızına məxsus "xxxx" ASC-nin 35618 ədəd səhmlərinin 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilsin və həmin səhmlər üzərində Məmmədova Zəhraxanım Ağali qızının mülkiyyət hüququ bərpa edilsin. Məmmədova Zəhraxanım Ağali qızının iddia ərizəsi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza xərci 150 (yüz əlli) manat və məhkəmə sənədlərin texniki ekspertizası xərci 62 (altmış iki) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-283/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-283/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver