Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-283/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulmuş maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2041/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2041/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Pərviz Məmmədov) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2277.40 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, o, xx.xx.2021-ci tarixdə İddiaçındə qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə ona "Attent” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İcra məmurunun taqdimatı ilə Binəqədi Rayon Məhkəməsinin 1(001)-54/2022 saylı, xx.xx.2021 -ci il tarixdi qərarı ilə mənim caza müddəti 1 il azaldılmış və bu səbəbdən məhkumun caza müddətinin sonu xx.xx.2022-il tarixə dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün ona tətbiq edilmiş elektron qolbaq üzərindən açılmış ve digər avadanlıqlarla birlikdə təhvil alınmışdır.
4. Ədliyyə Nazirliyi Maliyyə ve Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil etməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmir, elektron nəzarət vasitəsi olan qolbaq tərəfindən tam işlək vəziyyətdə təhvil verilmişdir ve onun tərəfindən hər hansı bir müdaxilə olmamışdır. xx.xx.2022-ci il tarixdə elektron qolbaq ondan təhvil alınmış, uzun müddət keçdikdən sonra əsassız olaraq ona qarşı iddia irəli sürülmüşdür. "xxxx" QSC tərəfindən verilmiş "Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında" texniki rəydə ona tətbiq edilmiş "Attenti V8” mobil qurğusuna texniki baxış keçirilməsi və baxış zamanı ana platada korroziya aşkarlanması göstərilmişdir, istifadəyə tam yararsız kimi rəy verilmişdir. Bu rəy tamamilə əsassızdır, rəydə yalnız ana platanın korroziyaya uğraması göstərilmiş, lakin hansı səbəblərdən baş verməsi, müdaxilə olub-olmaması, texniki cəhətdən və ya kənar təsirlərdən baş verib-verməməsi müəyyən edilməmişdir. Bu halların müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən texniki ekspertiza təyin edilməmişdir. Həmçinin cəza müddətinin son gününədək həmin elektron nəzarət vasitəsi ilə probasiya idarəsi tərəfindən nəzarət həyata keçirilmişdir, həmin vasitə yararsız olduğu halda bu mümkünsüz olardı. Halbuki həmin ərəfələrdə ona bununla bağlı heç bir xəbərdarlıq gəlməmişdir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamışdır, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətdə iş yükünün çoxluğunu nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-54/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-107/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək, məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin 01 il müddətinə azaldılması qərara alınmışdır.
10. xx.xx.2021-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokolun surətindən görünür ki, məhkum Cavabdeh bir ədəd “Attenti” markalı elektron nəzarət qurğusu, bir ədəd mobil qurğu, USB kabel və başlığı və bir ədəd telefon çexolu təhvil verilmiş və istifadə qaydaları izah edilmişdir.
11. Elektron nəzarət vasitəsinin texniki vəziyyətinin yoxlanılması və yeni elektron nəzarət vasitəsi ilə əvəz edilməsinə dair xx.xx.2022-ci il tarixli saat 16:40-da tərtib edilmiş aktdan məlum olur ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsində texniki qüsur aşkarlandığından və aradan qaldırıla bilmədiyindən yeni komplektlə əvəz edildi. Əvvəlkinin nömrəsi: ********. Həmin akt icra məmuru N.Abuşov və Cavabdeh tərəfindən imzalanmışdır (i/v 72).
12. Elektron nəzarət vasitəsinin Elektron Monitorinq İdarəsinə təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, digər iki şəxslə yanaşı Cavabdeh üzərindən çıxarılmış 35631674 nömrəli qurğu İdarəyə təhvil verilmişdir, Cavabdeh məxsus mobil qurğu işlək vəziyyətdə deyil, adapter yoxdur. Akt müvafiq məsul şəxslər tərəfindən imzalanmışdır (i/v 73).
13. Elektron nəzarət vasitəsinin məhkumun üzərindən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli saat 10:04-də tərtib edilmiş aktdan məlum olur ki, Cavabdeh tətbiq edilmiş elektron qolbaq məhkumun üzərindən çıxarıldı, mobil qurğu təhvil alındı (cəza müddəti başa çatmışdır). Həmin akt icra məmuru N.Abuşov və Cavabdeh tərəfindən imzalanmışdır (i/v 74).
14. Elektron nəzarət vasitəsinin Elektron Monitorinq İdarəsinə təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, digər iki şəxslə yanaşı Cavabdeh üzərindən çıxarılmış 35654289 nömrəli qurğu tam və işlək vəziyyətdə İdarəyə təhvil verilmişdir, akt müvafiq məsul şəxslər tərəfindən imzalanmışdır (i/v 76).
15. "xxxx" QSC tərəfindən verilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli texniki rəyin surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş 35631674 nömrəli “Attenti V6” mobil qurğusuna texniki baxış keçirilmiş və baxış zamanı “ana platada korroziya aşkarlanıb. İstifadəyə tam yararsız” kimi rəy verilmişdir (i/v 77).
16. "xxxx" QSC tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanmış 29 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil etmişdir (i/v 26).
17. Mülki iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş elekton nəzarət qurğusu istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusunun yan səthlərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri vardır. Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlanma yerlərindən qırılmışdır. Tədqiqata təqdim edilmiş elektron qolbağın üzərində istismar xarakterli izlər müşahidə edilmədi. Tədqiqata təqdim edilmiş elektron qolbağın kəmərinin bir son kənarında birləşdirici hissə olan plastmasaoxşar materialdan hazırlanmış predmetlər, klipslər yerində müşahidə edilmədi.
18. Qərarda qeyd olunan “mobil qurğusunun ana platasında korroziya aşkarlanması və istifadəyə tam yararsız olma səbəbinin qurğunun öz texniki qüsuru, təbii aşınma nəticəsində olması?” sualı ekspert trasoloqun zəruri biliyindən kənar olduğundan bunu müəyyən etmək mümkün deyil. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin
23. 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir.
24. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.
26. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.
27. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
28. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” qaydaları
29. 1. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər:
30. 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir;
31. 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir;
32. 7.4. İzləmə şərtlərində edilmiş dəyişikliklərdən asılı olaraq, elektron nəzarət vasitələrinin dəyişdirilməsi də tələb oluna bilər. Belə dəyişikliklər yalnız daimi ola bilər. Bu halda, elektron nəzarət vasitələri bu Qaydaların 8-ci hissəsinə müvafiq olaraq çıxarılır və 5-ci hissəsinə müvafiq olaraq yenisi bağlanılır.
33. 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
34. 8.1. Şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır.
35. 8.2. Aşağıdakı hallarda elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinin əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır:
36. 8.2.1. tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yardım göstərilməsi zərurəti olduqda;
37. 8.2.2. barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;
38. 8.2.3. barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;
39. 8.2.4. nəzarət subyekti alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.
40. 8.2-1. Bu Qaydaların 8.2.1-8.2.4-cü yarımbəndlərində qeyd olunan hallar aradan qalxdıqda və bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallar olmadıqda, elektron nəzarət vasitəsi şəxsə yenidən tətbiq olunur.
41. 8.3. Elektron nəzarət vasitəsinin çıxarılması üçün onun monitorinq mərkəzində deaktiv edilməsi və izləmə sessiyasının bağlanılması tələb olunur.
42. 8.4. Elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir.
43. 8.5. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir.
44. 8.6. Monitorinq mərkəzində çıxarılmış elektron nəzarət vasitələrinin texniki vəziyyəti qiymətləndirilir və avadanlıq bərpa olunması və digər nəzarət subyektinə bağlanılması məqsədi ilə hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir.
45. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə toplanılan izləmə məlumatları elektron nəzarət vasitələrinin tətbiqi müddəti bitdikdən sonra arxivləşdirilir, 6 ay keçdikdən sonra isə ləğv olunur.
46. 9.2. İzləmə zamanı baş verən hadisələr, onların səbəbləri və aradan qaldırılması müddəti, habelə izləmə şərtlərinin və elektron nəzarət vasitələrinin dəyişməsi barədə hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə ötürülür və orada 15 il saxlanılır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
52. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
53. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
56. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
57. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
58. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
59. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
60. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
61. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
62. Maddə 156-1.4. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
63. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını apellyasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
66. İddiaçı hazırkı tələbində cavabdehin elektron qurğunu sıradan çıxarmasına istinad edərək, həmin qurğunun dəyərini tələb edir.
67. İddiaçı hazırkı tələbi ilə bağlı sübut kimi "xxxx" QSC tərəfindən verilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli texniki rəyini təqdim etmişdir. Həmin rəyin surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş 35631674 nömrəli “Attenti V6” mobil qurğusuna texniki baxış keçirilmiş və baxış zamanı “ana platada korroziya aşkarlanıb. İstifadəyə tam yararsız” kimi rəy verilmişdir (i/v 77).
68. İddia tələbini təmin edən rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerində müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən, həmin zədənin cavabdeh tərəfindən edilməsi barədə sübutları araşdırmadan iddianın təmin olunması barədə səhv qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır.
69. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).
70. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
71. Hazırkı halda, iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi yeganə sübut "xxxx" QSC tərəfindən verilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli texniki rəydir.
72. Mülki iş materiallarından müəyyən edilir ki, hazırda cavabdeh tərəfindən yararsız hala salındığı iddia edilən 35631674 nömrəli “Attenti V6” mobil qurğusu elektron nəzarət vasitəsinin texniki vəziyyətinin yoxlanılması və yeni elektron nəzarət vasitəsi ilə əvəz edilməsinə dair xx.xx.2022-ci il tarixli saat 16:40-da tərtib edilmiş aktdan məlum olur ki, texniki qüsur aşkarlandığından və aradan qaldırıla bilmədiyindən yeni komplektlə əvəz edilmişdir, əvvəlkinin nömrəsi: ********. Həmin akt icra məmuru N.Abuşov və Cavabdeh tərəfindən imzalanmışdır (i/v 72).
73. Göründüyü kimi, hazırda cavabdeh tərəfindən zədələndiyi iddia edilən həmin qurğu xx.xx.2022-ci il tarixli saat 16:40-da akt tərtib edilməklə təhvil alınmış, aktda texniki qüsur aşkarlandığından və aradan qaldırıla bilmədiyindən yeni komplektlə əvəz edilməsi qeyd edilmişdir.
74. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.2-ci maddəsinə əsasən, elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
75. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” qaydalarının 7.4-cü bəndinə görə, izləmə şərtlərində edilmiş dəyişikliklərdən asılı olaraq, elektron nəzarət vasitələrinin dəyişdirilməsi də tələb oluna bilər. Belə dəyişikliklər yalnız daimi ola bilər. Bu halda, elektron nəzarət vasitələri bu Qaydaların 8-ci hissəsinə müvafiq olaraq çıxarılır və 5-ci hissəsinə müvafiq olaraq yenisi bağlanılır.
76. Həmin Qaydaların 7.5-ci bəndinə görə, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
77. Qaydalardan da göründüyü kimi mobil qurğunun dəyişdirilməsi barədə qərar o vaxt verilir ki, onun bilərəkdən korlanmaması aşkar olunsun.
78. Demək ki, həmin qurğu cavadehdən xx.xx.2022-ci il tarixdə təhvil alınarkən tərtib edilmiş aktla onun məhz texniki qüsurunun olması qeyd edilmişdir, yəni qurğunun bilərəkdən korlanmadığı aşkar edilmiş və onun dəyişdirilməsi barədə qərar qəbul edilmiş və cavabdeh yeni qurğu ilə təmin edilmişdir.
79. Elektron nəzarət vasitəsinin Elektron Monitorinq İdarəsinə təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, digər iki şəxslə yanaşı Cavabdeh üzərindən çıxarılmış 35631674 nömrəli qurğu İdarəyə təhvil verilmişdir, Cavabdeh məxsus mobil qurğu işlək vəziyyətdə deyil, adapter yoxdur. Akt müvafiq məsul şəxslər tərəfindən imzalanmışdır (i/v 73).
80. Rayon məhkəməsində iddiaçının nümayəndəsi iştirak etmiş və izahatında qeyd etmişdir ki, onlar həmin cihazı texniki qüsur kimi ekspertizaya göndərmiş, rəydə korroziyaya uğradığı müəyyən olunmuşdur.
81. Göründüyü kimi, bu, nasaz avadanlığın dəyişdirilməsi barədə yuxarıda qeyd edilən Qaydaların 7.5 bəndinə uyğun gəlmir.
82. İddiaçının istinad etdiyi həmin rəy qurğunun texniki qüsur nəticəsində dəyişdirilməsi barədə aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixdən uzun müddət keçdikdən, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir.
83. Bundan başqa işə apellyasiya qaydasında baxılarkən müvafiq ekspertiza təyin edilmiş, bunun nəticəsində verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş elekton nəzarət qurğusu istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusunun yan səthlərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri vardır. Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlanma yerlərindən qırılmışdır. Tədqiqata təqdim edilmiş elektron qolbağın üzərində istismar xarakterli izlər müşahidə edilmədi. Tədqiqata təqdim edilmiş elektron qolbağın kəmərinin bir son kənarında birləşdirici hissə olan plastmasaoxşar materialdan hazırlanmış predmetlər, klipslər yerində müşahidə edilmədi. Qərarda qeyd olunan “mobil qurğusunun ana platasında korroziya aşkarlanması və istifadəyə tam yararsız olma səbəbinin qurğunun öz texniki qüsuru, təbii aşınma nəticəsində olması?” sualı ekspert trasoloqun zəruri biliyindən kənar olduğundan bunu müəyyən etmək mümkün deyil.
84. Kolegiya qeyd edir ki, həmin qurğunun dəyişdirilməsi barədə nə xx.xx.2022-ci il tarixli rəydə, nə də elektron nəzarət vasitəsinin Elektron Monitorinq İdarəsinə təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktda hazırkı ekspert rəyində qeyd edilən qırılma, zədə izləri və sair barədə hər hansı qeyd yoxdur.
85. Halbuki Qaydaların 8.4-cü bəndinə görə, elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir.
86. Bundan başqa, iddiaçı hazırkı iddia tələbinin əsası kimi istinad etdiyi rəyi iddiaçının üzərindən qurğunun texniki nasazlıq nəticəsində çıxarıldığı xx.xx.2022-ci ildən təxmini iki ay sonra xx.xx.2022-ci ildə almış, hazırkı iddia tələbi ilə isə iki ilə yaxın müddət sonra xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. İddiaçının cəza müddəti isə xx.xx.2022ci ildə başa çatmışdır.
87. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
88. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
89. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə cavabdehdən qurğunun çıxarıldığı vaxt ona cavabdeh tərəfindən zədə vurulması qurğunun dəyişdirilməsi və İdarəyə təhvil verilməsi barədə müvafiq aktlarda qeyd olunmamışdır. İddiaçının istinad etdiyi, qurğunun cavabdehdən götürüldüyü tarixdən iki ay sonra verilmiş xx.xx.2022-ci il tarixli rəy isə həmin qüsurun bilavasitə cavabdeh tərəfindən vurulmasını (korroziyanın kənar təsir nəticəsində, məhz cavabdeh tərəfindən edilməsi məlum deyil), yəni onun təqsirli olmasını sübuta yetirmir.
90. Müvafiq ekspert rəyi ilə də, korroziya aşkarlanması və istifadəyə tam yararsız olma səbəbinin qurğunun öz texniki qüsuru, təbii aşınma nəticəsində olması müəyyən edilməmişdir.
91. Beləliklə, hazırkı işin müəyyən olunmuş halları yuxarıda istinad olunan normaların dizpozitiv şərtlərinə uyğun olmadığından iddia tələbi təmin edilməməlidir. Nəticə:
92. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, prosessual hüquq normaları pozulmuş, eləcə də işin faktiki halları düzgün müəyyən olunmamış, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir ki, buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
93. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22 manat iddiaçıdan alınaraq cavabdehə ödənilməli, ekpertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır.
94. Hazırkı iddia tələbinin məbləği 2277.40 manat təşkil etdiyindən MMP-in 402.1-ci maddəsinə əsasən, qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
95. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2041/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22 (iyirmi iki) manat İddiaçındən alınaraq Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri İddiaçındən alınaraq 64 (altmış dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.