Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2831/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbinin həcmini artıraraqona dəymiş 15695 manat məbləğində ziyan, 328,97 manat taksi xidmətinə çəkilmiş xərclərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixdə saat 12:00 sürücüsü X1 idarə etdiyi “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Nəriman Nərimanov heykəli istiqamətindən 20 nömrəli məktəb istiqamətinə hərəkət edərkən, qarşı tərəfdən Mikayıl Müşfiq küçəsi ilə əks istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi “Hyundai Santa FE” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə öz hərəkət yolunun soluna - Ələsgər Ələkbərov küçəsinə dönmə əməliyyatı apararaq “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin zolağına çıxmış, nəqliyyat vasitələri M.Müşfiq küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsində “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında toqquşmuş, sonra “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobil Ə.Ələkbərov küçəsindən M.Müşfiq küçəsinə çıxmaq istəyən Rövşən Məmmədovun idarə etdiyi Ə.Ələkbərov küçəsində dayanmış “Toyota Corolla” markalı **-SN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun mülkiyyətində olan “Renault Megane” minik markalı **-CK- *** dövlət nömrə nişanlı avtomobilə 15.425 manat məbləğində ziyan dəymişdir. Hadisə yerinə AR DİN Baş Dövlət X4 əməkdaşları gəlmiş. Araşdırma aparıldıqdan sonra avtomobilin sürücüsü Cavabdeh1 inzibati xətanın törətməsində təqsirli bilinmiş və bununla bağlı xx xxx 2019-cu il tarixində İPX seriyalı ******* nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. Cavabdeh1 qeyd olunan avtomaşını Cavabdeh2 tərəfindən verilən etibarnamə əsasında idarə edirdi. AR DİN Baş Dövlət X4 xx xxxx 2019-cu il tarixli ********* nömrəli məktubundan görünür ki, “Hyundai Santa FE” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Dəfələrlə Cavabdeh2 müraciət olunmasına baxmayaraq, vurulan ziyanın tam ödənilməsindən boyun qaçırmışdır. Avtomobilinə vurulmuş ziyanın məbləği cavabdehin avtomobilinin icbari sığortaladığı “xxxxxxxxx” Sığorta Şirkəti ASC-nin təyin edilən servis mərkəzində müəyyən edilmişdir. “xxxxxxx” MMC tərəfindən verilən xx xxxx 2019-cu il tarixli qüsur aktına əsasən, avtomobilə vurulan ziyan 15.425 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən ona xx xxxx 2019-cu il tarixində 4.140,35 manat məbləğində ziyan ödənilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 6.600 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı X2 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 120 manatın cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına sübut kimi əlavə edilən “xxxxxxx” MMC tərəfindən verilən xx xxxx 2019-cu il tarixli qüsur aktına əsasən avtomobilə vurulan ziyan 15425 manat məbləğində müəyyən edilmişdir. Eyni zaamanda “FNC Motors” (Renault şirkətinin rəsmi nümayəndəsi) tərəfindən verilən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən xx xxxx 2019-cu il tarixli qüsur aktında göstərilən ehtiyyat hissələrinin ümumi dəyəri 18015 manat təşkil edir. Məhkəmə əsassız olaraq göstərilən sübutları nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Həmçinin məhkəmə onu cavabdehlərdən taksi xidmətlərinə xərclənilən 328,97 manat pul vəsaitinin cavabdehlərdən tutulması barədə tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Qətnamədən, həmçinin, cavabdehlər də birgə apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini onunla əsaslandırmışlar ki, xxxxxxxx sığorta şirkəti tərəfindən tərtib edilən sığorta aktına əsasən, İddiaçı avtomaşına dəyən zərərin məbləği 4720 manat, ona ödənilən sığorta ödənişinin məbləği isə 4140.35 manatdır. İddiaçı ödənilən sığorta ödənişinin məbləği ilə dəymiş zərər arasınadı fərq 580 manatdır. “xxxxxxxxx” sığorta şirkəti tərəfindən tərtib edilən sığorta aktına əsasən, ödənilən sığorta ödənişi ilə dəymiş zərər arsındakı məbləğ fərqini nəzərə alaraq, cavabdeh tərəfindən ödəniləcək məbləğin miqdarının 580 manat olduğunu qeyd etməliyik, iddiaçının bu əməli qeyd olunan avtoqəzadan əlavə gəlir əldə etmək, əsassız varlanmaqdır. Bu isə Mülki Məcəllənin 58-ci fəslinin tələblərinin pozulmasıdır.Məhkəmə dəymiş zərərin müəyyən olunması üçün ekspertiza təyin etmiş və ƏdliyyəNazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərtib etdiyi rəyə istinad edərək dəymişzərəri 6600 manat məbləğində qəbul etmiş və cavabdehlərdən müştərək qaydadatutlaraq həmin vəsaitin iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə nəzərəalmamışdır ki, dəymiş 6600 manatlıq zərərin 4140.35 manat xxxxxxxxx sığortaşirkəti tərəfindən ödənilmişdir (iddia ərizəsində etiraf edilir). Göründüyü kimi məhkəməsığorta şirkəti tərəfindən ödənilən 4140.35 manat məbləğində vəsaitin ödənildiyininəzərə almadığından yalnış qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə ekspert rəyləri verilərkən onun avtomobilinə ümumiyyətlə baxış keçirilməmişdir. Məhkəmə iclasında işitrak edən cavabdehlərin nümayəndəsi və vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni hər iki tərəf mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. İlk növbədə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçının tələbinin həcminin artırılması barədə ərizəsini qətnaməyə daxil etməmiş və ümumiyyətlə tələbə münasibət bildirməmişdir. Halbuki, iş materiallarında göründüyü kimi iddiaçı qətnamə çıxarılanadək iddia tələbinin həcmini artırmiş və bu barədə yazılı ərizə ilə birinci instansiyası məhkəməsinə müraciət etmişdir. İşin halları ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Yasamal RPİ Dövlət Yol Polisi Şöbəsinin polis mayoru N.Məmmədov tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx xxx 2019-cu il tarixli tarixli inzibati xəta haqqında protokolun və xx xxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası vətəndaşı ünvan 1 ünvanında yaşayan xx xxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh1 idarəetmə hüququ olmadan Cavabdeh2 məxsus idarə etdiyi “Hyundai Santa FE” minik markalı nəqliyyat vasitəsi ilə xx xxx 2019-cu il tarixdə saat 12:00 radələrində öz hərəkət yolunun soluna – Ə.Ələkbərov küçəsinə dönmə əməliyyatı apararaq “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin zolağına çıxmış, nəqliyyat vasitələri M.Müşfiq küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsində “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında onunla toqquşmuş, sonra “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobil Ə.Ələkbərov küçəsindən M.Müşfiq küçəsinə çıxmaq istəyən Rövşən Məmmədovun idarə etdiyi Ə.Ələkbərov küçəsində dayanmış “Toyota Corolla” markalı **- SN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Toyota Carolla” markalı avtomobilin sürücüsü Rövşən Məmmədov və həmin avtomobildə olan sərnişin Vaqif Hüseynov xəsarət almışlar. Qərarın surətindən göründüyü kimi əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və “Hyundai Santa FE” minik markalı avtomobilin sürücüsü Cavabdeh1 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olmasına görə onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü toğlanmış materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Yasamal RPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X4 Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AD seriyalı 455159 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24879 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxx” MMCnin xx xxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlarına əsasən, 2009-cu il buraxılışılı, “Renault Megane” markalı ** CK *** döblət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 6600 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən üksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Hyundai Santafe” markalı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh1 üzərinə qoyulmalıdır. Çünki, 1108.2-ci maddəsinə görə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Digər tərəfdən İş materialları və mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə digər Cavabdeh2 ər-arvaddırlar, sonuncu yol-nəqliyyat hadisəsi törətməmiş və iddiaçının əmlakına zərər vurulmasında onun iştirakı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də tələb edilən zərərin Cavabdeh2 tutulmasına hüquqi əsas yoxdur. Kollegiya hər iki apellyasiya şikayətində mübahisələndirlən iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı aşağıdakıları qeyd edir. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Qanunun 20.6-cı maddəsinə görə isə, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. İşin müəyyən olunan halına görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən 4720 manat müəyyən edilmiş və “xxxxxxxxx” SŞ ASC tərəfindən iddiaçıya 4.140,35 manat məbləğində ziyan ödənilmişdir. İş materiallarında olan və xxxxxxxx Sığorta Şirkətinin sifarışı əsasında “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15.425 manat məbləğində maddi ziyan (avtomaşında təmir işlərinin aparılmasının dəyəri 1.800 manat və dəyişməyə aid olan ehtiyat hissələrinin və detalların dəyəri 13.625 manat) dəymişdir. Apellyasiya baxışı zamanı yenidən təyin edilmiş və keçirilmiş ekspertiza tədqiqatına əsasən - Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzi qərardadda qoyulan suallar üzrə təqdiqatın aparılmasının mümkünsüzlüyünü qeyd etmiş və iş üzrə verilmiş əvvəlki rəyi təkrarlayaraq bildirmişlər ki, 2009-cu il buraxılışılı, “Renault Megane” markalı ** CK *** döblət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 6600 manat müəyyən edilir. Kollegiya Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi, həmçinin birinci instansiya məhkəməsinin baxışı zamanı verilmiş ekspert rəyi ilə müqayisədə “xxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qüsur aktını daha mötəbər, inandırıcı və əsaslandırılmış hesab edir. Çünki qərardadda göstərilməsinə baxmayaraq ekspertiza mərkəzinin ekspertləri tərəfindən avtomobilə baxış keçirilməmiş, avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyəti nəzərə alınaraq 2019-cu il tarixə olan bazar qiyməti lazımi qaydada əsaslandırılmadan 11000 manat müəyyən edilmiş və avtomobilin hazırda yararlı vəziyyəti olan hissələrinin qiyməti (40%) həmin məbləğdən çıxılaraq avtomobilə dəymiş ziyanın məbləği 6600 manat müəyyən edilmişdir. Belə olan halda və avtomobilə baxış keçirilmədən verilmiş ekspert rəyinin əsaslılığı şübhə altına alınır. Digər tərəfdən müəyyən edilir ki, “xxxxxxx” MMC tərəfindən verilmiş rəy xxxxxxxx Sığorta Şirkətinin sifarışı əsasında və nəqliyyat vasitəsinə baxış keçirilməklə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən, ekspertin (mütəxəssisin) rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmçinin, kollegiya iddiaçının iddia ərizəsinə əlavədə qeyd etdiyi “FNC Motors” tərəfindən verilən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən ehtiyyat hissələrinin ümumi dəyərinin 18015 manat təşkil etməsi” dəlilinə münasibətdə qeyd edir ki, həmin qüsur aktı iddiaçının vəkilinin soğusuna əsasən (“xxxxxxx” MMC tərəfindən verilmiş qüsur aktındaki göstərilmiş zərər dəymiş avtoehtiyyat hissələrinin siyahısı göndərilmiş və həmin ehtiyyat hissələrinin qiyməti haqqında məlumat verilməsi xahiş edilmişdir) verilmiş, qüsur aktı tərtib olunarkən avtomobilə baxış keçirilməmiş və avtomobilin hansı ehtiyyat hissəsinin təmir olunacağı, hansı hissəsinin isə dəyişiləcəyi nəzərə alınmadan göndərilən siyahıdaki ehtiyyat hissələrinina yenisinin qiyməti qeyd edilmişdir. Buna görə də, kollegiya həmin qüsur aktını da inandırıcı və əsaslı hesab etmir. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli sığorta aktında göstərilmiş iddiaçıya məxsus avtomobilə dəymiş zərərin 4720 manat qiymətləndirilməsi inandırıcı deyildir. Belə ki, “xxxxxxxxx” SŞ ASC-nin sifarişi əsasında, “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktında avtomobilə 15.425 manat məbləğində maddi ziyan dəydiyi qeyd edilmişdir. Göründüyü kimi sığorta şirkəti sığorta aktında öz sifarişi əsasında verilmiş qüsur aktında göstərilən ziyan məbləğini deyil, özünün hesablamalarına əsasən və bu barədə sığorta aktına heç bir sübut əlavə etmədən avtomobilə dəymiş ziyanın məbləğinin təxmini üç dəfə azaldaraq 4720 manat təşkil etdiyini qeyd etmişdir. Buna görə də kollegiya həmin sığorta aktında göstərilən ziyan məbləğini real, inandırıcı və ədalətli hesab etmir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, “Renault Megane” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği “xxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qüsur aktına əsasən müəyyən edilməlidir. Belə ki, həmin aktdan görünür ki, “xxxxxxx” MMC “xxxxxxxxx” SŞ ASC ilə əməkdaşlıq edən rəsmi servisdir və həmin servisin verdiyi qüsur aktında “Renault Megane” minik markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobilə 15.425 manat məbləğində maddi ziyan (avtomaşında təmir işlərinin aparılmasının dəyəri 1.800 manat və dəyişməyə aid olan ehtiyat hissələrinin və detalların dəyəri 13.625 manat) dəydiyi müəyyən edilmişdir. Kollegiya iddiaçıya ödənilməli olan məbləği müəyyən edərkən “xxxxxxxx” SŞ ASC tərəfindən iddiaçıya ödənilmiş məbləğidə nəzərə alaraq hesab edir ki, Cavabdeh1 İddiaçı xeyrinə avtomobilə dəymiş ziyana görə 11284,65 (15425-4140,35=11284,65) manat tutulmalıdır. Kollegiya, həmçinin, iddiaçının taksi xidmətlərinə xərclənilən 328,97 manat pul vəsaitinin tutulması barədə iddia tələbini də əsaslı hesab edir. Belə ki, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobil yararsız vəziyyətə düşmüş, hal-hazıradək yararsız vəziyyətdə qalmış və o taksi xitmədlərindən istifadə etməyə məcbur olmuş, bununla da iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, iş materillarına əlavə edilmiş İddiaçı adına “X6 Azərbaycan” QSC-də açılmış olan hesabdan çıxarışdan görünür ki, onun tərəfindən “BOLT” taksi xidmətindən istifadə üçün ümumilikdə 328,97 manat vəsait ödənilmişdir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddiaçının ödədiyi dövlət rüsumu, apellyasiya şikayəti verərkən ödədiyi rüsum cavabdehlərdən tutularaq ona ödənilməli, cavabdehlərin apellyasiya şikayətinə görə ödədikləri dövlət rüsumunun məbləği məbləği isə onların özlərinə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 11284 (on bir min iki yüz səksən dörd) manat 65 (altmış beş) qəpik məbləğində pul, taksi xidmətindən istifadə üçün xərclənilmiş 328 (üç yüz iyirmi səkkiz) manat 97 (doxsan yeddi) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və iddiaçının apellyasiya şikayəti verilməsi üçün ödədiyi 15 (on beş) 40 (qırx) qəpik manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərədindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2831/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2831/2020
13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver