Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2834/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-ya qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh3 MTK-nın nümayəndəsi Nümayəndə4, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə6 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə Bakı şəhəri, Yasamal rayonu, 576-cı məhəllə Z.Xəlilov küçəsi, bina 2, A blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 75,66 kv.m olan 1 otaqlı 313 nömrəli mənzilin alınması üçün 240 ay müddətinə illik 10,15 % dərəcəsi ilə 124024 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh3 MTK ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 MTK borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 018- R.P nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
4. 07.09.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 018-R.P nömrəli kredit müqaviləsinə əsasən 123362,48 manat əsas borc, 32664,71 manat faiz borcu olmaqla, cəmi 156027,19 borcu var.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 9/6680 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, 07 avqust 2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 07 avqust 2019-cu il tarixli, 018-R.P saylı kredit müqaviləsi üzrə 07 sentyabr 2022-ci il tarixə "xxxx" ASC-yə əsas borc üzrə 123535,15 manat və faiz borcu üzrə 32544,06 manat olmaqla, cəmi 156079,21 manat borcu yaranmışdır.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərlə iş Departamenti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-ya göndərilmiş xx.xx.2022-ci il tarixli 22- 8138/2022 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun banka ödənilməsi tələb olunmuşdur.
7. 23.06.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 443,44 manat məbləğində dövlət rüsumu və 0,67 manat xidmət haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTKdan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123362,48 manat məbləğində əsas borcun, 30094,66 manat məbləğində faiz borcu olmaqla cəmi 153457,14 manat borc məbləğinin tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001- R.P saylı girov müqaviləsinə əsasən ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərindən və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-dan müştərək qaydada tutulması, borcun qalan hissəsinin və 443,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,67 manat xidmət haqqının cavabdehlər Cavabdeh2sgəndər qızından, Cavabdeh1 və Cavabdeh3MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTKdan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123362,48 manat məbləğində əsas borcun, 32664,71 manat məbləğində faiz borcu olmaqla cəmi 156027,19 manat borc məbləğinin tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsinə əsasən ******************** №- li və ******************** №-li hesablarda olan pul vəsaitlərindən və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTKdan müştərək qaydada tutulması, borcun qalan hissəsinin və 443,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,67 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTKdan iddiaçı "xxxx" ASC-nin xeyrinə 018- R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123535,15 manat məbləğində əsas borcun, 32544,06 manat məbləğində faiz borcu olmaqla cəmi 156079,21 manat borcun, ödənilmiş 443,44 manat dövlət rüsumu və 0,67 manat xidmət haqqının tutulması, borc məbləğinin 20924 manat hissəsinin xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsinə əsasən ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərinə yönəldilərək tutulması, qalan borc borc məbləğinin ümumi qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. 25.11.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən əsasən 123535,15 manat məbləğində əsas borc, 32544,06 manat məbləğində faiz borcu olmaqla, cəmi 156079,21 manat borcun, ödənilmiş 443,44 manat dövlət rüsumu və 0,67 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırımışdır ki, "xxxx" ASC-nin Müştəri xidməti departamenti ilə Cavabdeh2 oğlu arasında bağlanmış 018-R.P. nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 240 ay müddətinə, 10 faiz dərəcəsi ilə 124024 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və o hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 018/Z-R.P. saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təmini qismində eyni zamanda bankla Cavabdeh3 arasında 018-R.P. saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdehlər kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 001-R.P saylı girov müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edili Bu müqavilənin predmetini Cavabdeh3 ilə girov saxlayan arasında bağlanmış 21 yanvar 2019-ct tarixli Birgə fəaliyyət haqqında Saziş çərçivəsində bağlanan və ya gələcəkdə bağlanacaq və bu müqavilənin 1 saylı Əlavəsində göstərilən kredit müqavilələri üzrə borc alanların girov saxlayan qarşısında öhdəliklərin icrasını təmin etmə məqsədilə girov qoyanın girov saxlayanda açılmış ******************** №-li və ******************** №-li hesablarda olan və ya gələcəkdə həmin hesablara mədaxil ediləcək pul vəsaitlərinin müqavilənin 1.3-cü bəndində qey edilmiş miqdarda hissəsinin girov saxlayana girov qoyulması təşkil edir. 1.3-cü bənddə qeyd edilir: girov predmeti giro qoyanın girov saxlayanda açılmış ******************** №-li və ******************** №-li hesablarda olan pul vəsaitlərinin 20,924.00 manat hissəsi təşkil edir. Yuxanda adı çəkilən 018-R.P nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdeh əsas borc üzrə 123362,48 manat, faiz borcu üzrə 30094,66 manat olmaqla, cəmi 153457,14 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 443.44 manat dövlət rüsumu və 0.67 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə X4, Cavabdeh1, Cavabdeh3nə xx.xx.2022-ci il tarixi xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 123535,15 (bir yüz iyirmi üç min beş yüz otuz beş manat on beş qəpik) manat məbləğində əsas borc və 32544,06 (otuz iki min beş yüz qırx dörd manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 156079,21 (bir yüz əlli altı min yetmiş doqquz manat iyirmi bir qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 444,11 (443,44+0,67=444,11) (dörd yüz qırx dörd manat on bir qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 (bir yüz əlli) manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 739.1, 739.2 və 743-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmə öz qətnaməsində tədqiq etdiyi sübutları obyektiv qiymətləndirməmişdir. Onun təqdim etdiyi sübutlar əsas verirdi ki, məhkəmə iddiaçının iddia tələbini təmin etməsin. Həmçinin məhkəmə pandemiya olduğunu, pandemiyada əldə olunan qazancın azaldığını və bunun da onun maddi vəziyyətinə mənfi təsirini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə6 və Cavabdeh3 MTK-nın nümayəndəsi Nümayəndə4 şikayəti müdafiə etdiiklərini bildirərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə ilə bağladığı 07 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində öhdəliyin pozulmasında, ödənişin gecikdirilməsində təqsirli olmadığını, buna səbəb məhz meydana gələn qarşısıalınmaz qüvvə (pandemiya) olduğunu qeyd edir. Kollegiya hesab edir ki, qeyd edilən hal cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icrasından azad edə bilməz. Belə ki, işin mübahisələndirilməyən haldır ki, müqavilədə göstərilən məbləğdə pul iddiaçı tərəfindən cavabdehə verilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir. Cavabdehin istinad etdiyi hal, yəni pandemiyanın baş verməsi təkcə cavabdehin deyil, müqavilə üzrə digər tərəfi də gəlir əldə etməkdən məhrum etmişdir. Hazırki halda isə cavabdehin qeyd etdiyi halı əsas götürməklə onu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edilməsi iddiaçının hüquqlarını və tərəflərin hüquq bərəbərliyinin pozulması ilə nəticələnmiş olardı. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
37. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3995/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.