Məhkəmə qərarları › İş №2(103)-2838/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2838/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2838/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-nin (İddiaçı İKB-nın) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-169/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 122,25 dolları əsas, 1226,27 ABŞ dolları faiz, 1,6 ABŞ dolları cərimə, 1,15 ABŞ dolları illik 5%-lə hesablanan cərimə borcu olmaqla, cəmi 1351,27 ABŞ dolların (bir min üç yüz əlli bir dollar iyirmi yeddi sent) borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumun İddiaçı İKB ASC-nin xeyrinə tutulması qət olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada “İddiaçı" İKB ASC-nin xeyrinə xx xxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə ümumilikdə cəmi 3670.28 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2015 il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 14000 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2019 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxx 2015 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2019-dək Cavabdeh1 banka xx xxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə 122.25 ABŞ dolları əsas borc, 3545.28 ABŞ dolları faiz borcu, 1.6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2019 il tarixdən, xx xxxx 2019 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3670.28 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxx 2015 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən «xxxx» ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməni qismən, cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır, məhkəmə cavabdehin faiz borcunun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı «xxxx» ASC-nin apellyasiya şikayətinə münasibətdə, faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator qətnaməni iddianı təmin olunmamış, faiz borcunun tutulması hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan X1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 14000 ABŞ dolları məbləğində 24 ay müddətinə, 28% illik faiz dərəcəsi ilə kredit verilmişdir. Ə Cavabdeh2 zamin kimi müqavilə üzrə Cavabdeh1 borcunun ödənilməsində öhdəlik götürmüşlər. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən aylıq annuitet 768,44 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş əlavəyə əsasən kreditin müdəti 47 ay müəyyən edilmiş, müqaviləin bağlanma tarixi xx.xx.2019-cu il hesab edilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 27-M-1-0-175-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən aylıq annuitet 1231,38 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 5 gün ərzində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24881 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan əsas borcu5969,10 ABŞ dolları, faiz borcu 2338,37 ABŞ müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/93 saylı xx xxx 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 4680,42 ABŞ dolları, faiz borcu 1226,27 ABŞ müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bank Cavabdeh1 oluna 14000 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 122,25 ABŞ dolları əsas borc, 1,6 ABŞ dolları cərimə borcu və 1,15 ABŞ dolları əldən çıxmış fayda hissəsində təmin edib, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 1226,27 ABŞ dolları məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı «xxxx» ASC-nin səlahiyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi faiz borcun tutulması hissəsində, «xxxx» ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar