Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2838/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)- 4348/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh B/2149 saylı kredit müqaviləsi üzrə 731 manat faiz, 345 manat cərimə, ümumilikdə 11292 manat məbləğində borcun, həmçinin məhkəmə üçün ödənilmiş 123.88 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh B/2149 saylı kredit müqaviləsi üzrə 10216 manat əsas, 731 manat faiz, 345 manat cərimə, ümumilikdə 11292 manat məbləğində borcun, həmçinin məhkəmə üçün ödənilmiş 123.88 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 10216 manat məbləğində əsas borc, 731 manat məbləğində faiz borcu, 345 manat məbləğində cərimə borcu, cəmi 11292 manat borc və 123.88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4348/2024 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4348/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə əlbəəl verilmişdir. Lakin, o, apellyasiya şikayəti ilə öz elektron kabineti vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(010)-4348/2024 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, əks halda apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)4348/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMCnin ona qarşı borcun ödənilməsi tələbinə dair iddia tələbi təmin edilərək ondan 10.216 manat məbləğində əsas borc, 731 manat məbləğində faiz borcu, 345 manat məbləğində cərimə borcu, cəmi 11.292 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 123.88 manat məbləğində vəsaitin "xxxx" BOKT MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, B/2149 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 18.400 manat məbləğində pul almışdır. Kredit müqaviləsi əsasında olan ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmiş, lakin sonradan maddi çətinlikləri olduğuna görə ödənişlər edə bilməyib. İddiaçı həmin krediti ona verərkən o, həmin pulun məbləğindən çox qızıl əşyaları girov müqaviləsi bağlamaqla ona vermişdir. Bu barədə iddiaçı məhkəməyə heç nə təqdim etməmişdir. İddiaçı girovsuz həmin məbləğdə pul verməzdi və daimi iş yeri də yoxdur. İddiaçının iddia ərizəsində göstərilən 10.216 manat əsas borcdan daha az borcu qalıb və girov saxlanılan qızıl əşyaları da ona qaytarılmayıb və iddiaçı tərəfindən ona bildirilmişdir ki, həmin qızıl əşyaları qalan borcla əvəzləşdirilib. Məhkəmə də heç bir araşdırma aparmadan onun iddiaçıya 10.216 manat əsas borcu olduğu qənaətinə gələrək tam əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Həmin qətnamə barəsində o, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra şöbəsinə xx.xx.2025-ci il tarixdə çağırılarkən bilmiş və qətnamə ona xx.xx.2025-ci il tarixdə ərizə əsasında rəsmi qaydada verilmişdir. Qətnamə verildikdən sonra xx.xx.2025-ci il tarixdə ***-***-**-** telefon nömrəsi ilə öz adına asan imza alaraq qeydiyyatdan keçmişdir. Sözügedən qətnamədən qanunla nəzərdə tutulmuş qaydada və müddətdə apellyasiya şikayəti verilməsi üçün elektron kabinet açaraq apellyasiya şikayətini Bakı şəhəri Suraxanı Məhkməsinə göndərmişdir. Onun “AZEMİS” Elektron Məhkəmə sistemində yaradılmış elektron kabinetdən və həmin sistemdə yerləşdirilən qətnamədən xəbəri olmayıb. Əgər olsaydı həmin qətnamədən qanunla nəzərdə tutulmuş qayda və müddətdə apellyasiya şikayəti verərdi. Ümimiyyətlə onun sözügedən məhkəmə prosesindən xəbəri olmayıb, yaşadığı ünvana və adına olan telefon nömrələrinə məhkəmə bildirişləri qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən göndərilməyib və lazımi qaydada xəbərdar etməyib, hüquq və vəzifələrini izah etməyib. Beləliklə, hazırkı mülki iş üzrə məhkəmə iclasın vaxı və yeri barədə ona lazımi qaydada xəbərdarlıq etməmiş, onun iştirakı olmadan iş düzgün araşdırmamış və qətnamə qəbul edərkən düzgün nəticəyə gəlinməmişdir. O, bu barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə çağırılarkən bilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin qətnamə barəsində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra şöbəsinə çağırılarkən bilmişdir və qətnamə ona xx.xx.2025-ci il tarixdə ərizə əsasında rəsmi qaydada verilmişdir. Qətnamə verildikdən sonra xx.xx.2025-ci il tarixdə ***-***-**-** telefon nömrəsini öz adına alaraq asan imza alaraq qeydiyyatdan keçmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün elektron kabinet açaraq apellyasiya şikayətini Bakı şəhəri Suraxanı Məhkəməsinə göndərmişdir. Onun “AZEMİS” Elektron Məhkəmə sistemində yaradılmış elektron kabinetdən və həmin sistemdə yerləşdirilən qətnamədən xəbəri olmayıb. Əgər olsaydı həmin qətnamədən qanunla nəzərdə tutulmuş qayda və müddətdə apellyasiya şikayəti verərdi. Ümimiyyətlə onun sözügedən məhkəmə prosesindən xəbəri olmayıb, yaşadığı ünvana və adına olan telefon nömrələrinə məhkəmə bildirişləri qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən göndərilməyib və lazımi qaydada xəbərdar edilməyib. Buna görə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)4348/2025 saylı qərardadı tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şikayətə qarşı iddiaçı "xxxx" BOKT MMC-in etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə əlbəəl verilmişdir. Lakin, o, apellyasiya şikayəti ilə öz elektron kabineti vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən qanunla müəyyən edilmiş qaydada Cavabdeh şəxsi kabinetinə yerləşdirilmişdir. Bundan başqa, cavabdeh məhkəmə prosesləri barədə şəxsən məlumatlı olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(010)-4348/2024 saylı qərardadının qüvvədə saxlanılması barədə məhkəmə aktının qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 4348/2024 nömrəli qərardadına əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4348/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4348/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4348/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus xx.xx.2022-ci il tarixdə qeydə alınan şəxsi elektron kabinetə yerləşdirilmiş, məhkəmə aktı qanuni qüvvəsini alaraq xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh rəsmi qaydada xx.xx.2024-cü il tarixdə aldığı qətnamədən xx.xx.2025-ci il tarixdə verdiyi apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə qeydə alınan şəxsi elektron kabineti vasitəsi ilə məhkəməyə təqdim etməklə həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan 1 aylıq prosessual müddəti ötürmüş, lakin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. Elektron qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi isə tələb oluna bilməz. Cavabdeh şikayətində xx.xx.2025-ci il tarixdə ***-***-**-** telefon nömrəsi ilə öz adına asan imza alaraq qeydiyyatdan keçməsini bildirsə də, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdehin adına xx.xx.2022-ci il tarixdə şəxsi elektron kabineti qeydə alınmış, mülki işə mahiyyəti üzrə baxılan dövrdə bütün bildirşlər, məhkəmə aktları bu kabinetə yerləşdirilmiş, cavabdeh verdiyi şikayətlərini də bu kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. İstinad olunanlara əsasən kollegiya cavabdehin şikayətinin dəlillərini əsassız hesab edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4348/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2838/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2838/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver