Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2842/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3354455Nümayəndə4, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(010)-1864/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC (bank) və X8 (müştəri) arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, BPM**********51 nömrəli X11 müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən “Bank” “Müştəri”nin adına ikitərəfli ödəniş kartını buraxmağı, “Müştəri”nin adına bank hesablarını açmağı, “Müştəri”yə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, “Müştəri” isə Tam Kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyaclarının ödənilməsi məqsədi üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür.
2. 08 oktyabr 2020-ci il tarixli, BPM**********51 nömrəli X11 müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, müqavilə üzrə (kredit məbləği 9500 manat) ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borc məbləğinin 08 noyabr 2020 – 08 oktyabr 2024-cü il tarixləri arasında hər ay 279,07 manat (sonuncu ay 278,47 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır.
3. 08 oktyabr 2020-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən müəyyən olunur ki, Bank tərəfindən borcalan X5 36 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır.
4. 17 yanvar 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X4 08 oktyabr 2020-ci il tarixli, 215MYKL202820001 nömrəli müqavilə üzrə banka həmin tarixə 7221,90 manat əsas borc və 82,45 manat faiz borcu olmaqla, ümumilikdə 7304,35 manat məbləğində borcu vardır.
5. 31 yanvar 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X4 08 oktyabr 2020-ci il tarixli müqavilə üzrə banka 485,53 manat əsas borc və 15,86 manat faiz borcu olmaqla, ümumilikdə 501,39 manat məbləğində borcu vardır.
6. 17 noyabr 2023-cü il və 20 noyabr 2023-cü il tarixli xəbərdarlıqlardan (21 noyabr 2023-cü il tarixli poçt qəbzi) müəyyən olunur ki, Cavabdeh 08 oktyabr 2020-ci il tarixli, BPM**********51 nömrəli X11 müqaviləsi üzrə borclu X4 vərəsəsi qismində ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş və həmin borcun 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 257730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 02 fevral 2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 fevral 2022-ci il tarixdə 106 nömrə ilə qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış 04 noyabr 2023cü il tarixli, 804 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, 02 fevral 2022ci il tarixində vəfat etmiş X4 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehdır və ona 04 avqust 2022-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış 29 mart 2024-cü il tarixli, 199 nömrəli cavab məktubundan müəyyən olunur ki, 02 fevral 2022-ci il tarixində vəfat etmiş X4 adına 22 fevral 2022-ci il tarixində vərəsəlik işi açılmış, arvadı – Cavabdeh vərəsə kimi müəyyən edilmiş və ona 04 avqust 2022-ci il tarixində 2V/167 reyestr nömrə ilə müavinət puluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
10. 4 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, 02 fevral 2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak “Azneft” İB MaddiTexniki Təchizat İdarəsinin 22 fevral 2022-ci il tarixli SOCAR**********30320410X0001 nömrəli məktubuna əsasən istifadə edilməmiş məzuniyyət üçün kompensasiya 429,96 manat, vəzifə maaşı 98.80 manat, yemək pulu 6 manat, peşəkarlığa görə əlavə ödəniş 15,51 manat, iş stajına görə əlavə ödəniş 4,94 manat, əmək haqqının üç misli 3201,51 manat, ümumilikdə 3756,51 manat müavinat pulundan ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 7221,90 manat əsas borc, 82,45 manat faiz borcu olmaqla, 7304,35 manat borc, kart limiti üzrə 485,53 manat əsas borc, 15,86 manat faiz borcu olmaqla, 501,39 manat və ödənilmiş 98,07 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında 08 oktyabr 2020ci il tarixli, BPM**********51 nömrəli X11 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 18%-lə 48 ay müddətinə 9500 manat məbləğində nağd kredit verilmiş və illik 24%-lə 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 257730 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 02 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən verilmiş 804 nömrəli məktubdan görünür ki, Cavabdeh X3 qalmış mirası qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Suraxanı fillialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 17 yanvar 2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 7221,90 manat əsas borc, 82,45 manat faiz borcu olmaqla, 7304,35 manat borcu, 31 yanvar 2024-cü ilədək Banka ödənilməmiş kart limiti üzrə 485,53 manat əsas borc, 15.86 manat faiz borcu olmaqla, 501,39 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 98.07 manat dövlət rüsumu və 0.40 bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə 21 noyabr 2023-cü il tarixində 6-2- 22/2-30153/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(010)- 1864/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 555,21 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
14. Qətnamənin əsaslarına görə mərhum X8 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda, iddiaçı həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Bundan başqa, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə payına mütənasib surətdə məsuliyyət daşıyır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Odur ki, mərhum Oruc Osmanovdan miras əmlak kimi istifadə edilməmiş məzuniyyət üçün kompensasiya 429,96 manat, vəzifə maaşı 98,80 manat, yemək pulu 6 manat, peşəkarlığa görə əlavə ödəniş 15,51 manat, iş stajına görə əlavə ödəniş 4,94 manat, əmək haqqının üç misli 3201,51 manat, ümumilikdə 3756,51 manat müavinət pulu qəbul edilmişdir. Qəbul olunmuş miras əmlakdan 555,21 manat (istifadə edilməmiş məzuniyyət üçün kompensasiya 429,96 manat, vəzifə maaşı 98,80 manat, yemək pulu 6 manat, peşəkarlığa görə əlavə ödəniş 15,51 manat, iş stajına görə əlavə ödəniş 4,94 manat) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququdur. Əmək haqqının üç misli 3201,51 manat isə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyinə görə vəfat edənin vərəsəsinə verilmiş orta aylıq əmək haqqının üç mislidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.3, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 1146, 1151.1, 1255, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarına istinadla istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyasında birinci icraat
16. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
17. Apellasiya şikayəti onunla əsalandırılmışdır ki, qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır Cavabdehmiras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakınıtam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür Azərbaycan RespublikasıMülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, OsmanovOruc Fərman oğlunun vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, OsmanovOruc Fərman oğlunun yeganə vərəsəsininCavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. CavabdehXıdır qızı miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(103)-5246/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. . Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
Kassasiya instansiyasında icraat
20. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(103)- 5246/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1306.1, 1307-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 106.1-cu maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarının tələbləri pozulmuş, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən Ali Məhkəmənin qərarı nəzərə alınmamışdır. 16. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Cavabdeh miras əmlakını, yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək miras passivlərini də tam həcmdə qəbul etmiş sayılır. Belə olduğu təqdirdə tam pay almış vərəsə olan cavabdeh miras qoyanının öhdəliyi üzrə də tam şəkildə məsuliyyət daşıyır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(102)-414/2025 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(102)-414/2025 nömrəli qərarının əsaslarına görə: “- 24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. - 25. Belə ki, hazırkı iş üzrə mərhum X4 iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehin sonuncunun vərəsəsi olmaqla, öhdəliklərinə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir. - 26. Mübahisəli məsələ yalnız cavabdehin mülki məsuliyyətinin həddi ilə bağlıdır. - 27. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-cı maddəsinə istinad edərək, cavabdehin miras qoyanın borcuna görə rəsmi qaydada qəbul etdiyi miras həddində məsuliyyət daşıması nəticəsinə gəlmiş və qəbul olunmuş miras əmlakın 555,21 manat olmasını nəzərə alaraq, iddianı yalnız bu hissədə təmin etmişdir. - 28. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmışdır. - 29. Lakin, mübahisəni həll edən məhkəmələr Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış və sübutetmə yükünü tərəflər arasında bu maddənin dispozisiya şərtinə uyğun bölüşdürməmişlər. - 30. Halbuki, mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən məhkəmə qərarı mövcuddur (22 aprel 2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli). - 31. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. - 32. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. - 33. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. - 34. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). - 35. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi borclunun vərəsəsi tərəfindən 555,21 manatdan artıq vəsaitin miras əmlak kimi qəbul edilməsinin sübut olunmamasına istinad edərək, iddianı yalnız bu həcmdə təmin etmişdir. Dolayısı ilə, məhkəmə borclunun miras əmlakının daha yüksək, iddia tələbi həcmində olmasının sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. - 36. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. - 37. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. - 38. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. - 39. Hazırkı işdən görünür ki, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
25. Şikayətin dəlilləri 17-ci bənddə gösətrilmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçının nümayəndəsi Nümayəndə4 https://ecms.justice.loc/Cases/Default.aspx?caseİd=3382137qızı apellyasiya şikayətinə uyğun izhat verərək təmin edilməsin məhkəmədən xahiş etdi.
28. Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada)
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı tərəfindən qətnamə qismən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilməyən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən – iddianın rədd olunduğu hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq həmin hissədə iddia qismən təmin olunmalıdır.
33. Hazırkı iş üzrə mərhum X4 iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehin sonuncunun vərəsəsi olmaqla, öhdəliklərinə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir.
34. Mübahisəli məsələ yalnız cavabdehin mülki məsuliyyətinin həddi ilə bağlıdır.
35. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin (21 iyun 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
36. Hazırkı mübahisə üzrə mirasın siyahıya alınma faktı mövcud deyildir, cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən halları sübut edə bilmir.
37. İddia tələbinin məzmunundan görünür ki, cavabdehdən tutulmalı olan məbləğ ümumilikdə nağd kredit müqaviləsi üzrə 7304,35 manat, kart limiti üzrə 501,39 manat olmaqla ümumilikdə 7805,74 manat və iddianın təmin olunduğu hissə 555,21 manat, rədd olunduğu hissə 7250,53 manat təşkil edir.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunduğu hissədə gəldiyi nəticə əsaslı və qanuni deyildir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə apellyasiya şikayəti təmin olunaraq qətnamə iddianın rədd edildiyi hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir.
39. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin olunduğundan ödənilmiş 98,07 manat məbləğində pul vəsaitinin təmin olunmuş hissəyə müvafiq olaraq 30 manat məbləğində pul vəsaiti tutulmuşdur. Hazırda iddia digər hissələrdə də təmin olunduğundan qalan 60,07 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(010)- 1864/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(010)- 1864/2024 nömrəli qətnaməsi qismən – iddianın rədd olunduğu hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə nağd kredit və kart limiti üzrə ümumilikdə 7250,53 manat, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,07 manat, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutulsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(010)- 1864/2024 nömrəli qətnaməsi qalan hissələrdə (iddianın təmin olunduğu hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.