Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2844/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh-iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi Mübariz Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillə bağlı maneələrə son qoyulması və mənzilin təhvil verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Nərimanov rayonu, Mövsüm Sənani küçəsindəki 13/15 №-li evin “B” blokunun 12-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m təşkil edən 3 otaqlı B02 №-li mənzilə bağlıdır (bundan sonra – mənzil). Tərəflərin arasında mənzilə dair xx.xx.2019-cu il tarixli, B-142/12 №-li müqavilə bağlanıb (iş v. 7). Müqaviləyə əsasən MTK üzərinə öhdəlik götürüb ki, mənzili İddiaçı verəcək, İddiaçı isə üzərinə öhdəlik götürüb ki, mənzilin dəyərini MTK-ya ödəyəcək. MTKnın verdiyi xx.xx.2019-cu il tarixli, 116 №-li maliyyə arayışına görə İddiaçı mənzilin dəyərini tam ödəyib. Tələb və onun həlli: İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı mənzilə sahiblik etməsinə və mənzildən istifadə etməsinə MTK tərəfindən yaradılan maneələrə son qoyulsun və mənzil İddiaçı təhvil verilsin. İlk iddia onunla əsaslandırılıb ki, İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi tam yerinə yetirib, MTK-da müqavilə öhdəliyini yerinə yetirməyə borcludur. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənzilə dair tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, B-142/12 №-li müqavilə etibarsız hesab olunsun. Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, həmin mənzilin yerləşdiyi binanın inşa edilməsi məqsədilə sifarişçi “xxxx” MMC ilə Cavabdeh MTK-nın arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanıb. MTK-ya podratçı statusundan başqa heç bir səlahiyyət verilməyib. İddiaçı adına olan müqaviləni və maliyyə arayışını MTK-nın üzvü Dilafir Rəsulov imzalayıb. O, MTK-nın digər üzvü Bəsrət Abbaslı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli etibarnamədən sui-istifadə edərək “xxxx” MMC-yə məxsus olan mənzilləri səlahiyyəti olmadığı halda başqa şəxslərə satıb. İddiaçı ilə bağlanmış müqavilənin hüquqi əsası yoxdur. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin olunsun, İddiaçı mənzilə sahiblik etməsinə və mənzildən istifadə etməsinə MTK tərəfindən yaradılan maneələrə son qoyulsun və mənzil İddiaçı təhvil verilsin, qarşılıqlı iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi Mübariz Məmmədov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçıcavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddiaçı öz iddiasını “xxxx” MMC-yə qarşı deyil, Cavabdeh MTK-ya qarşı yönəldib. O, iddia edir ki, məhz MTK ona maneələr yaradır. Əgər belə maneələr “xxxx” MMC tərəfindən yaradılsayıdı, iddia həmin MMC-yə qarşı verilərdi. Cavabdeh MTK-nın səlahiyyəti yoxdur ki, “xxxx” MMC-nin mənafelərini məhkəmədə müdafiə etsin. “xxxx” MMC müstəqil hüquqi şəxsdir, əgər zərurət yaranarsa özü məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 387.3-cü öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Ona görə də xx.xx.2019-cu il tarixli, B-142/12 №-li müqavilə “xxxx” MMC üçün hər hansı öhdəlik yaratmır.Cavabdeh MTK-nın İddiaçıla bağladığı müqavilə və İddiaçı verdiyi maliyyə arayışı MTK-nın direktoru tərəfindən imzalanıb və MTK-nın möhürü ilə təsdiq olunub. Müqavilə öhdəlik yaradır. Öhdəlik isə icra olunmalıdır. Ona görə də Cavabdeh MTK üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu, Mülki Məcəllənin 425-ci maddəsinin tələbidir. Beləliklə, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2844/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2844/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver