Məhkəmə qərarları › İş №2(103)-2846/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2846/2020

12.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2846/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanınkatibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)-8546/2019 saylı qətnaməsindən Cavabdeh1 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və “xxxx” QSC-yə ə qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi ziyana görə müştərək qaydada 700 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” QSCnin mülkiyyətində olan və Cavabdeh1 faktiki sahibliyində olmaqla onun tərəfindən idarə edilən xüsusi təyinatlı “Hyundai HD72” markalı, H028245 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini (evakuatoru) sonuncu 05.09.2019-cu il tarixdə Bakı şəhəri, Tiblisi prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı ACSyə məxsus X8 tərəfindən idarə olunan “Subaru Forester” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vuraraq hadisə yerini tərk etmişdir. Bununla bağlı Azərbaycan Respublikası DİN BPİ-nin DYPİ-nin polis əməkdaşları tərəfindən TYP 130766 nömrəli, 10.09.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh1 yol hərəkəti qaydalarını pozması və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən o, 100 manat məbləğində inzibati cərimə edilmişdir. “Hyundai HD72” markalı, H028245 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tərəflndən yol hərəkəti qaydalarının pozulması nəticəsində İddiaçı ACS-yə məxsus“Subaru Forester” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. “xxxx” MMC tərəfindən verilmiş 06.09.2019-cu il tarixli qüsur aktından görünür ki, “Subaru Forester” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanm aradan qaldırılması üçün (təmiri üçün) 700 manat məbləğində xərc tələb olunur. Cavabdeh “xxxx” QSC iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC tərəfindən təqdim olunmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə əsasən 05.09.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə səbəb olmuş “Hyundai HD-72” markalı, H028245 dövlət qeydiyyat nişanlı avtomobil, lizinq alan Cavabdeh3 ilə aralarında imzalanmış 27.12.2013-cü il tarixli, LM№078/04-2012-07 saylı razılaşma müqaviləsinə (12.04.2012 tarixli LM№078/04-2012 saylıdaxili maliyyə lizinqi müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında) əsasən lizinq alana lizinqə verilmişdir və avtomobil üzərində faktiki sahiblik və istifadə hüquqları lizinq alana məxsusdur. LM№078/04-2012 saylı daxili maliyyə lizinqi müqaviləsinin 16.2-ci bəndində qeyd olunur ki, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibamamə üzrə və i.a.) sahiblik edən fıziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Əlavə olaraq, hal-hazırda sözügedən lizinq obyekti- “Hyundai HD-72” markalı, H028245 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə lizinq alan cəmiyyət qarşısında bütün öhdəliklərini yerinə yetirmişdir və hər hansı öhdəliyi qalmamışdır.. Qeyd olunanlara əsasən “xxxx” QSC iddiaya cavab verməli olmayan şəxs olduğundan iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC ərizə verərək ziyan vuran avtomobilin lizinq müqaviləsinə əsasən Cavabdeh3 verildiyini nəzərə alaraq onun cavabdeh kimi işə şəlb olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)-8546/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 vurulmuş zərərin əvəzi kimi 700 manatın və ödənilmiş 30 manat dövlət rüsumun, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pulun alınıb, İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iş materiallarında olan sifarişçi “xxxx” MMC ilə onun arasında bağlanmış EX-2019-340 saylı 09.01.2019-u xidmət müqaviləsini bəhanə gətirərək cərimələrin və digər ödəmələrin, şəxslərə dəymiş zərərin ödənməsi icrası daşıyır. Göründüyü kimi işə baxan məhkəmə onun məhkəmə prosesində iştirak etməyinə baxmayaraq, onu dinləməmiş, tamamilə ziddiyyət təşkil edən qətnamə çıxartmışdır. Hadisə vaxtı o, Cavabdeh1 hadisə yerini tərk etməmişdir. Hadisə olunan vaxt işlədiyi “xxxx” QSC-nin mülkiyyətinə hadisə haqqında məlumat vermişdir. Müdiriyyət ona sərt şəkildə maşını götürüb qaraja gəlməyini əmr edib. İşə götürülən zamanı onların sığorta müqaviləsinin olduğunu bildirib və bu işlə “xxxx” QSC-nin hüquqşünasları məşğul olduğunu ona bildirmişdi. Hətta onun məhkəməyə getməyinə mane olmuş, onu aldadaraq dəymiş ziyanı ona ödətdirilməsi haqda qətnamə çıxarmışlar. Məhkəmə prosesində hadisənin onun tərəfindən törətməsi, “xxxx” MMC ilə yalançı müqaviləsini bəhanə gətirərək hakimi aldadaraq qərəzli qətnamə çıxarılmışdı. Məlumat vermək istəyir ki, “xxxx” QSC-nin müdiriyyəti onun kimi 30 nəfər sürücünü aldadaraq onlarla nə əmək müqaviləsi bağlayıb, nə də onlara verilmiş nəqliyyat evakuatorlarının sığorta şəhadətnaməsi olub. Hətta onların qanunsuz əməlləri haqda, prokurorluğa şikayət də verilib. “xxxx” MMC tərəfindən verilmiş qüsur aktı da şişirdilmişdir. Göründüyü kimi, məhkəmə qətnamə çıxaran zaman hansı maddi hüquq normaları ilə təcrübələri əsaslandırmasını verməmiş və formal mülahizələrlə qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə Cavabdeh3 və 3-cü şəxs “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyatora münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AR DİN BPİ DYPİ-nin 10.09.2019-cu il tarixli, TYP 130766 nömrəli inzibati tənbeh vermə haqqında protokolunun və qərarının surətindən görünür ki, Cavabdeh1 “Hyundai HD72” markalı, H028245 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə (evakuatoru) 05.09.2019-cu il tarixdə Bakı şəhəri, Tiblisi prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Subaru Forester” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vuraraq hadisə yerini tərk etmişdir.Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AC seriyalı, 483922 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “Subaru Forester” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASCnin mülkiyyətindədir və 01.01.2019-cu il tarixli, 1 saylı yol vərəqəsinə əsasən 31.12.2019-cu il tarixədək X6 təhkim olunmuşdur. İş materiallarına əlavə olunmuş lizinq verən “xxxx” QSC ilə lizinq alan Cavabdeh3 arasında bağlanmış 12.04.2012 tarixli, LM№078/04-2012 saylı-daxili maliyyə lizinqi müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında 27.12.2013-cü il tarixli, LM№078/04-2012-07 saylı razılaşmanın surətindən görünür ki, “Hyundai HD-72” markalı, H028245 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alana lizinqə verilmişdir. İş materiallarında olan sifarişçi “xxxx” MMC ilə icraçı Cavabdeh1 arasında bağlanmış EX— 2019-340 saylı, 09.01.2019-cu xidmət müqaviləsinin surətindən görünür ki, icraçı bu müqaviləyə əsasən slfarlşçiyə yüklərin daşınmasında sürücü xidməti göstərməyi, sifarişçi isə göstərilmiş xidmətə görə icraçıya bu müqavilənin 3-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.6-cı bəndinə görə, craçı tərəfindən pozulmuş yol hərəkəti qaydalarına, buna görə yazılmış olan cərimələrin və digər ödəmələrin və baş vermiş yol nəqliyyat hadisələri zamanı hərəkət iştirakçısı olan digər şəxslərə dəymiş zərərin ödənilməsi öhədliyini icraçı daşıyır. İcarçı tərəfindən xidmətlərin icrası zamanı ona etibar edilmiş istifadəsində olan yük avtomobili sifarişçiyə məxsus olmasına baxmayaraq sifarişçı yüksək təhlükə mənbəyi olaraq hesab olunmamalı və göstərilməməlidir. Bu cür ödəmərə və dəymiş ziyanlara görə sifarişçi hec bir məsuliyyət daşımır. İş materiallarında olan 01.08.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “xxxx” MMC “Hyundai HD-72” markalı, H028245 dövlət qeydiyyat nişanlı evakuatorun Azərbaycan Respublikası ərazisində idarə edilməsini Cavabdeh1 etibar etmişdir. Etıbarnamə 01.10.2019-cu il tarıxədək qüvvədə olmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 06.09.2019-cu il tarixli qüsur aktından görünür ki, “Subaru Forester” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanm aradan qaldırılması üçün (təmiri üçün) 700 manat məbləğində xərc tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 6.2, 390.1, 425.1, 21.1, 459.1, 1097.1, 1099.1, 1108.1, 748-7.1-ci maddələrinə istinad etmişdir. Maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə zərərin əvəzinin ödənilməsini Cavabdeh1 üzərinə qoymaqla, iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya mərhələsində “Subaru Forester” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə, 05.09.2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin hissələrinin yeniləri ilə əvəz olunması və ya düzəldilməsi üçün görülən işlərin (xodovoy, elektrik, dəmirçi, boya) ümumi dəyəri borcun müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 08 iyun 2020-ci il tarixli, 9/986 nömrəli rəyinə əsasən, “xxxx” MMC tərəfindən təqdim edilmiş 06.09.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Subaru Forester” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700,00 manat təşkil edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərə görə tutulan məbləğlə bağlı düzgün nəticəyə gəlmişdir. Buna görə də, apellyatorun zərərin məbləği ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq həll edilmişdir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)- 8546/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar