Məhkəmə qərarları › İş №2(103)-2848/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2848/2023

05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2848/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sm oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-214/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə Cavabdeh2 almışdır.

2. Həmin ünvana dair İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 820,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 547,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci i l tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,70 manat və xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, ümumilikdə 6.292,9 manat məbləğində cərimə hesablanmışdır.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(011)- 724/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilərək cavabdeh İddiaçı İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin abunə koduna hesablanmış 5.819,3 manat məbləğində borcun silinməsi qət edilmişdir.

4. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2579/2022 nömrəli qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi borc Cavabdeh2 təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə hesablanmışdır, ona görə də həmin borcun silinməsi tələbini iddiaçı yox, Cavabdeh2 irəli sürə bilərdi.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı İB-yə vurulmuş 6.292,90 manat məbləğində zərərin və 102,93 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6.395,83 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonentlə arasında D- 9484 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00061 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehlər yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdehlər tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qevri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmus, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehlərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 820,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 547,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,70 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, cərri 6292,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə 6.292,90 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 214/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 273,60 manat, Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq 273,60 manatın İddiaçı xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 102,93 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, məhkəmənin qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Belə ki, həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 yalnız 2019-cu ilin dekabr ayından sonrakı 1 aylıq və xx.xx.2020-ci il tarixdən evin yeni sahibi olan Cavabdeh1 2020ci ilin avqust ayından sonrakı 1 aylıq dövr üçün qaz işlədicilərinin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər, qalan dövrlərdə cavabdehlərin qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti iddiaçının öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2, 4.8, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü -maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan dəfələrlə qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, tələbnamələr təsdiq edilmiş, tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbimizin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İş materiallarında olan faktı özündə təsbit etmiş fotoşəkilin surətindən cavabdehin qeyri-qanuni təbii qazı talaması faktı açıq-aşkar göründüyü halda 1-ci instansiya məhkəməsinin, qeyri-qanuni qoşulmanın olmaması qənaətinə gəlməsi İddiaçı İB hüquqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə işin obyektiv araşdırılması məqsədi ilə iş materiallarında olan Cavabdeh1 ərizəsini nəzərə almamışdır. Cavabdeh öz izahatında təbii qazdan qeyriqanuni istifadə etməsini etiraf etmiş, dəymiş zərərin əvəzini 1.000 manat ödənilməsi üçün məhkəmədən həmin məbləğin hissə-hissə ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən təqdim edilən ərizəni ona üç dəfə yazdırmışdılar. İlk dəfə borcun yarısı ilə bağlı, sonra 2.000 manat borcun qəbulu ilə bağlı məhkəməyə müraciət etməmələri üçün ərizə yazdırdılar. Daha sonra 1.000 manatın hissəhissə ödənilməsi barədə ərizə yazmağa məcbur oldu. Belə ki, iddiaçı tərəfindən qaz qış aylarında dayandırıldı. Yaşadığı küçədə altı-yeddi ev onun kimi cərimə olunub. Onlar da aylıq mütəmadi olaraq 40 manat ödəyən şəxslərdir. Evə sayğac quraşdırdıqdan sonra 2022-ci ilin sentyabr ayında ikinci əl aldığı “kombi” quraşdırmışdır.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təbii qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş ziyanla bağlıdır, mübahisənin predmeti bölünməz olduğuna görə qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

23. İşdən müəyyən olunur ki, Cavabdeh1 digər Cavabdeh2 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə almışdır.

24. İşdə olan iddiaçı tərəfindən tərtib edilmiş aktlardan görünür ki, həmin evin alğısatqısından əvvəl 8 akt, sonra isə 12 akt tərtib olunmuşdur. Yəni, 8 akt Cavabdeh2, 12 akt isə Cavabdeh1 evdə yaşadığı dövrü əhatə edir.

25. Aktlar tərtib edilən vaxt evdə sayğacın olmaması işin mübahisəsiz halıdır. Həmin evdə sayğac 2022-ci ildə quraşdırılmışdır.

26. İş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan aydın olur ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi izahatında bildirmişdir ki, onun evində kombi və qaz plitəsi olmuş, qazdan qeyri-qanuni istifadəyə görə qaz işçilərinə hər ay 40 manat qaz pulu ödəmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər Cavabdeh1 yaşadığı küçədə altı-yeddi evin onun kimi cərimə olunduğunu, onların da aylıq mütəmadi olaraq 40 manat ödəyən şəxslər olduğunu bildirmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, hazırda Cavabdeh1 məxsus fərdi yaşayış evində məhz aylıq 40 manat məbləğində təbii qazdan istifadə edildiyi əsas götürülməklə 8 ay üçün 320 manat Cavabdeh2, 12 ay üçün isə 480 manat digər Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər tərəfindən aktlar tərtib edildiyi dövrlər üçün təbii qazdan istifadəyə görə iddiaçıya hər hansı məbləğin ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

29. Kollegiya iddiaçı tərəfindən tərtib edilmiş aktlarda göstərilən məbləğlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin aktlar tərtib edilərkən fərdi yaşayış evində qaz plitəsinin və kombinin yay və qış aylarında maksimal qaz sərfi və orta günlük iş rejimi 24 saat əsas götürülür. Halbuki, hər hansı fərdi yaşayış evində qaz plitəsinin və kombinin yay və qış aylarında fasiləsiz olaraq hər gün 24 saat işləməsi ağlabatan deyil.

30. Bundan başqa, iddiaçının əməkdaşları tərəfindən qeyd olunan fərdi yaşayış evində 2019-cu ilin dekabr ayından sayğac olmadığı müəyyənləşdirildiyi və bununla bağlı akt tərtib edildiyi halda, iddiaçı tərəfindən həmin ünvanda sayğac quraşdırılmamış, bunun əvəzinə həmin ünvana ayda bir dəfə baxış keçirməklə əlavə 19 akt tərtib edilmiş, beləliklə də cavabdehlərin təbii qazdan sayğacdan kənar istifadə olunmasına, bununla da ona vurulmuş zərərin artmasına özü şərait yaratmışdır. İddiaçı qanunvericiliyin tələblərinə əsasən cavabdehin istifadə etdiyi qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, o cümlədən məhkəmədə iddia qaldırmaqla həmin şəxsdən tələb etməli idi.

31. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə 1.000 manat ödənilməsi ilə bağlı ərizəsinin nəzərə alınmadığı barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında həmin ərizənin məcburi olaraq yazıldığını bildirmişdir. Belə ki, iddiaçı tərəfindən qaz qış aylarında dayandırıldı. İşdə olan məhkəmə aktlarından da cavabdehin ondan tələb olunan məbləğlə razı olmadığı müəyyən edilir. Belə ki, həmin cavabdeh bundan əvvəl Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə borcun silinməsi ilə bağlı müraciət etmişdir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavənin təqdim edildiyi, Cavabdeh2 iddiaçıya vurulmuş 3.009,60 manat, Cavabdeh1 iddiaçıya vurulmuş 3.283,30 manat zərərin tutulması barədə qətnamə qəbul edildiyinin xahiş edildiyi göstərilsə də, iş materiallarında iddiaçı tərəfindən belə ərizənin təqdim edildiyi müəyyən edilmir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-214/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 320 (üç yüz iyirmi) manat, Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar