Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2849/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Fərdi Firmasının Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Firmanın vəkili (nümayəndəsi) X1, cavabdehin özünün və vəkili (nümayəndəsi) Vəkil iştirakları açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Firmanın direktoru iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" olaraq Firma ilə "xxxx" olaraq cavabdeh arasında 2008-2015-ci illər ərzində un alışverişindən cavabdehin Firmaya yaranmış borcunun ödənilməsi məqsədi ilə 250.000 manat məbləğində pulun cavabdehdən tutularaq Firmaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürüldükdən sonra Rayon Məhkəmə iş üzrə qəbul etdiyi 16.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş “işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti” təmin etməmişdir. Bu qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.05.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.01.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 250.000 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 280.000 manat məbləğində pulun cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın 150.000 manat hissəsində rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin 250.030 manat məbləğində müəyyən edilməsi qət edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Firmanın tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" olaraq Firma ilə "xxxx" olaraq cavabdeh arasında 2008-2015-ci illər ərzində un alış-verişi olmuşdur. Lakin, cavabdeh, Firmadan aldığı unun dəyərini lazımi qaydada ödəməmiş və onun Firmaya 250.000 manat məbləğində borcu yaranmışdır. Firma borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcunu bağlaya bilməmişdir. Bu baxımdan Firma cavabdeh ilə razılığa gəlmiş və onlar, borcun mövcud olması ilə bağlı 16.12.2015-ci il tarixdə notarial qaydada “Kredit müqaviləsi” bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh etiraf etmişdir ki, 2008-ci ildən etibarən hissə-hissə yaranmış 250.000 manat borcunu 16.12.2020-ci il tarixədək Firmaya ödəyəcək. Lakin qeyd edilən tarixədək olan müddət ərzində, cavabdeh, başqa şəxslərin də ona borclarının olmasını bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də Firma hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddiaya qarşı etirazı və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməyə münasibətdə narazılığı ifadə edən apellyasiya şikayətində cavabdeh bildirir ki, o, Firmaya olan 250.000 manat borcdan 150.000 manatı ödəyib. Bu hal Rayon Məhkəməsinə təqdim etdiyi "xxxx" ilə təsdiq edilir. Belə ki, o, borcu hissə-hissə Firmanın mühasibatlığına şəxsən, bir neçə dəfə isə tanışı olan Ədalətin vasitəsi ilə ödəyən zaman həmin dəftər Firmanın mühasibi Sevda Qələndərova təqdim edilmiş, sonuncu isə qəbul etdiyi məbləğ barədə dəftərə imza etmişdir. Ədalətin ona borcu var idi və ona olan borcun ödənilməsi məqsədi ilə onun adından Firmaya bir neçə dəfə ödəniş etmişdir. Buna görə də hesab edir ki, Rayon Məhkəməsi iddia tələbini tam təmin etməklə işin hallarına və təqdim edilmiş sübutlara cavab verməyən nəticəyə gəlmişdir. Çünki borcun ödənilməsinin üçüncü şəxsin vasitəsi ilə həyata keçirilməsi və bunun adı dəftərdə qeyd edilməsi qanunla qadağan edilməyib. Yəni sübut, hazırki halda – "xxxx" əgər cavabdehdədirsə və cavabdeh onu məhkəməyə təqdim edirsə, artıq həmin sübutun cavabdehə aid olması işin mübahisəsiz halıdır. Həmin dəftərdə ad yazılamasından asılı olmayaraq həmin dəftər bir mənalı olaraq cavabdehə aid olan sübut kimi qəbul edilməlidir. Bundan başqa Rayon Məhkəməsi borcun əvəzi olaraq tutulmalı olan 250.000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulmasını qət etsə də, cəmi tutulmalı olan məbləği 280.000 manat müəyyən etməklə iddia tələbindən kənara çıxmışdır. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı Firmanın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, cavabdehin istinad etdiyi "xxxx" Firmaya borcu olan Ədalət Əhmədova aid "xxxx". Ədalət Əhmədov da Firmadan bir neçə il ərzində un almış və onun da Firmaya borcu yaranmışdır. X8 artıq ölmüşdür. İddiaçı Firmanın vəkili (nümayəndəsi) dediklərinin təsdiqi kimi təmsil etdiyi Firma ilə X4 arasında 16.12.2015-ci il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsini” Məhkəməyə təqdim etdi. Həmin müqavilədən görünür ki, X4 2013-cü ildən etibarən hissə-hissə yaranmış 165.000 manat borcunu 16.12.2018-ci il tarixədək Firmaya ödəyəcək. Cavabdeh, iddiaçı Firmanın vəkilinin (nümayəndəsinin) dediklərinə etiraz edərək bildirdi ki, onun Rayon Məhkəməsinə təqdim etdiyi "xxxx" mərhum Ədalət Əhmədova deyil, şəxsən onun özünə məxsusdur. Onun əvəzində Firmaya müəyyən ödənişlər etmiş Ədalət isə başqa şəxsdir. “Dəftərdə” Ədalət adının yazılması o dəftərin Ədalət Əhmədova aid olması demək deyil. "xxxx" Ədalət Əhmədova aid olması yalnız iddiaçı Firmanın mühasibi olan Sevda Qələndarova deyir. Ödənişlərinin üçüncü şəxs tərəfindən ödənilməsi qanunvericiliklə qadağan edilməmişdir. Yəni əgər "xxxx" ondadırsa və o, “dəftəri” məhkəməyə təqdim edirsə, deməli "xxxx" bir sübut olaraq onun özünə aiddir. Cavabdehin vəkili (nümayəndəsi) bildirdi ki, təmsil etdiyi cavabdehin adını çəkdiyi Ədalət sağdır, lakin məhkəmələrə gəlmək istəmir, çünki özünün dediyinə görə Firmanın rəhbəri İlham ilə yaxşı münasibətləri var. Cavabdehin vəkili (nümayəndəsi) göstərilənləri və yaranmış vəziyyəti nəzərə alaraq təmsil etdiyi şəxsin sürücüsü İlham Babayevin, adını çəkdiyi (başqa) Ədalətin və Firmada işləmiş Mahirə Xudiyevanın şahid qismində dindirilməsini xahiş etdi. Məhkəmə vəsatəti rədd etmişdir. Çünki şahid ifadələri iş üzrə sübut sayılır. Sübutlar isə işə baxan birinci instansiya məhkəməsinə təqdim edilir, yeni sübutlar apellyasiya icraatı zamanı o halda qəbul edilir və tədqiq edilir ki, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsi üzrlü səbbdən mümkün olmasın. Hazırki işdə bu kimi sübutların Rayon Məhkəməsinə təqdim edilməsinin məhz üzrlü səbəbdən qeyri-mümkün olması cavabdeh tərəfindən sübuta yetirlməmişdir. Belə ki işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" olaraq Firma ilə "xxxx" olaraq cavabdeh arasında 2008-2015-ci illər ərzində un alış-verişi olmuşdur. Lakin, cavabdeh, Firmadan aldığı unun dəyərini lazımi qaydada ödəməmiş və onun Firmaya 250.000 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunu ödəməkdə maliyyə çətinlikləri ilə üzləşmişdir. Bu səbəbdən Firma və cavabdeh razılığa gəlmişlər ki, onlar, borcun mövcud olması ilə bağlı notarial qaydada müqavilə bağlasınlar. Bu razılığa əsasən Firmanın qanuni nümayəndəsi X3 ilə cavabdeh arasında 16.12.2015-ci il tarixdə notarial qaydada “Kredit müqaviləsi” bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh etiraf etmişdir ki, 2008-ci ildən etibarən hissə-hissə yaranmış 250.000 manat borcunu 16.12.2020-ci il tarixədək Firmaya ödəyəcək. İddiaçı Firma bildirir ki, müqavilədə qeyd edilən tarixədək olan müddət ərzində, cavabdeh, başqa şəxslərin də ona borclarının olmasını bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda cavabdehin borcunun məbləği 250.000 manat təşkil edir. İddia tələbinə etiraz edən cavabdeh isə bildirir ki, o, Firmaya olan 250.000 manat borcdan 150.000 manatı ödəyib. Göründüyü kimi işin mübahisəli tərəfini cavabdehin iddiaçı Firmaya olan borcunun məbləği təşkil edir. İddia tələbinə etiraz edən cavabdeh bildirir ki, onun iddiaçı Firmaya 150.000 manat məbləğində ödəniş etməsi Rayon Məhkəməsinə təqdim etdiyi "xxxx" ilə təsdiq edilir. Belə ki, o, borcu hissə-hissə Firmanın mühasibatlığına şəxsən, bir neçə dəfə isə tanışı olan Ədalətin vasitəsi ilə ödəyən zaman həmin dəftər Firmanın mühasibi Sevda Qələndərova təqdim edilmiş, sonuncu isə qəbul etdiyi məbləğ barədə dəftərə imza etmişdir. Ədalətin ona borcu var idi və ona olan borcun ödənilməsi məqsədi ilə onun adından Firmaya bir neçə dəfə ödəniş etmişdir. Məhkəmə bildirir ki, 2006-cı ildən iddiaçı Firmada mühasib vəzifəsində işləyən X2 Rayon Məhkəməsi tərəfindən və apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən şahid qismində dindirilərkən göstərmişdir ki, un alış verişi ilə bağlı cavabdehin iddiaçı Firmaya borcu yaranmışdır. Borc təxminən 250.000 manat məbləğində olmalıdır. Cavabdeh ilə Firmanın müdiri ona (şahidə) məlum olmayan qaydada razılığa gəlmişlər ki, cavabdeh borcunu hissə-hissə ödəyəcək. Lakin cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Firmanın müştəriləri borclarını ödəyən zaman ödəniş barədə “kassa qəbzi” tərtib olunur və ödəniş etmiş şəxsə verilir. Müştərilərin bir hissəsi isə bununla kifayətlənməyərək tərtib etdikləri “borc dəftərini” ona təqdim edərək pulun ödənilməsi barədə qeyd aparılmasını və imzalanmasını xahiş etdikləri və rəhbərlik buna etiraz etmədiyi üçün o, həmin dəftərlərdə ödənilmiş məbləğlə bağlı qeydi imzalayır. Lakin həmin dəftərlərdə qeyd edilənlər o halda etibarlı hesab edilir ki, ödəniş ilə bağlı həmçinin “kassa qəbzi” də mövcud olsun. Cavabdehin təqdim etdiyi "xxxx" ilə bağlı isə bildirir ki, həm dəftər cavabdehə deyil, Firmaya borcu olmuş digər müştəriyə - mərhum Ədalət Əhmədova məxsusdur. Əgər cavabdeh "xxxx" özünə məxsus olmasını bildirirsə onda müvafiq “kassa qəbzlərini” də təqdim etməlidir. Əgər cavabdeh qəbzləri təqdim edə bilmirsə, deməli cavabdeh tərəfindən borc ödənilməyib. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair "xxxx"ni təqdim edir və bildirir ki, həmin dəftərdə iddiaçı Firmaya qaytardığı borc məblələri yazılmışdır və həmin məbləğləri Firmanın mühasibi Sevda Qələndərova qəbul etmiş və hər dəfə öz imzası ilə təsdiq etmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı Firmada mühasib vəzifəsində işləyən Sevda Qələndərova məhkəmələrə verdikləri ifadədə bildirmişdir ki, Firmanın müştəriləri borclarını ödəyən zaman bu barədə onlara “kassa mədaxil orderi” verilir. Müştərilərin bir hissəsi bununla kifayətlənməyərək tərtib etdikləri “borc dəftərini” ona təqdim edərək pulun ödənilməsi barədə qeyd aparılmasını və imzalanmasını xahiş etdikləri və rəhbərlik buna etiraz etmədiyi üçün o, həmin dəftərlərdə ödənilmiş məbləğlə bağlı qeydi imzalayır. Lakin həmin dəftərlərdə qeyd edilənlər o halda etibarlı hesab edilir ki, ödəniş ilə bağlı həmçinin “kassa mədaxil orderi” də mövcud olsun. Cavabdehin təqdim etdiyi "xxxx" isə cavabdehə deyil, Firmaya borcu olmuş digər müştəriyə - mərhum Ədalət Əhmədova məxsusdur. Əgər cavabdeh "xxxx" özünə məxsus olmasını bildirirsə onda müvafiq “kassa mədaxil orderini” də təqdim etməlidir. Əgər cavabdeh qəbzləri təqdim edə bilmirsə, deməli cavabdeh tərəfindən borc ödənilməyib. Bu mövqedən iddiaçı Firmanın nümayəndəsi də çıxış edir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsinə təqdim etdiyi "xxxx" mərhum Ədalət Əhmədova deyil, şəxsən onun özünə məxsusdur. Onun əvəzində Firmaya müəyyən ödənişlər etmiş Ədalət isə başqa şəxsdir. “Dəftərdə” Ədalət adının yazılması o dəftərin Ədalət Əhmədova aid olması demək deyil. "xxxx" ondadırsa və o, “dəftəri” məhkəməyə təqdim edirsə, deməli "xxxx" bir sübut olaraq onun özünə aiddir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Maliyyə Nazirinin 02.02.1999-cu il tarixli, İ-15 №-li əmrinin mənasından görünür ki, maliyyə arayışı ciddi hesabat blanklarına aid deyil (ciddi hesabat blanklarına aiddir: 1. mədaxil qəbzi “f. № 1 mq”; 2. kassa mədaxil orderi “f. № KO-1”; 3. vəkələtnamə “f. № M-2”; 4. qaimə “f. № 2 q”). Məhkəmə bildirir ki, cavabdehin sübut kimi məhkəmələrə təqdim etdiyi “borc dəftərinin” həqiqətən də, başqa şəxsə deyil məhz cavabdehə məxsus olması qəbul edilsə də, belə borcun (tam və ya qismən) ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki ödəniş nağd qaydada həyata keçirilmişdirsə bu halı “kassa mədaxil orderi”, əgər hesablaşma yolu ilə həyata keçirilmişdirsə “ödəniş tapşırığı formasında” olmalıdır. Hər iki halda ödənişin edildiyini təsdiq edən sənədin bir hissəsi ödənişi həyata keçirən şəxsdə (hazırki halda cavabdehdə), digər hissəsi isə ödənişin kassasına, yaxud hesablaşma hesabına edildiyi şəxsdə (hazırki halda iddiaçı Firmada) qalmalıdır. Lakin cavabdeh bu kimi sübutları məhkəmələrə təqdim edə bilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehdən iddiaçı Firmanın xeyrinə 250.000 manat məbləğində pul tutulmalıdır. İddia əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Eyni zamanda Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Firma tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulması barədə nəticəyə gəlməkdə də haqlı olmuşdur. Çünki MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsində açıq hesab səhvinə yol verərək həmin məbləği (250.000 manat + 30 manat=) 250.030 manat göstərmək əvəzində 280.000 manat kimi göstərmişdir. Qətnamədə yol verilmiş açıq hesab səhvinin birinci instansiya məhkəməsinin özü tərəfindən aradan qaldırılması qaydası nəzərdə tutulsa da, Rayon Məhkəməsi bunu etməmişdir. Odur ki, bunu və işin artıq apellyasiya baxışında olmasını nəzərə alan Məhkəmə hesab edir ki, həmin açıq hesab səhvi apellyasiya qaydasında, yəni qətnamənin qismən, yəni cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsinin ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin 250.030 manat məbləğində müəyyən edilməsi barədə qət edilməklə aradan qaldırılmalıdır. MPM-nin 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Buna görə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli qətnamə qismən, yəni cavabdehdən iddiaçı Firmanın xeyrinə tutulmalı olan cəmi məbləğin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli qətnamə ilə Cavabdeh İddiaçı Fərdi Firmasının xeyrinə tutulmalı olan cavabdeh cəmi məbləğin 250.030 (iki yüz əlli min otuz) manat olması müəyyən edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 14 yanvar 2022-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni iddianın təmin edilməsi, "xxxx" olaraq İddiaçı Fərdi Firması ilə "xxxx" olaraq Cavabdeh arasında unun alış-verişi ilə bağlı yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Fərdi Firmasının xeyrinə 250.000 (iki yüz əlli min) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2849/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2849/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver