Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2850/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı vəkili X4 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası X8 Komitəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası X8 Komitəsinə qarşı xx xxxxxxxx 2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi univermaq”ın dəyəri və ona dəymiş zərərin əvəzi kimi 1.428.286 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin əmlakın dəyəri 840931 manat, sonradan aparılmış yaxşılaşdırma və rekonstruksiya işlərinin dəyəri isə 246045 manat təşkil etmişdir və bu hal Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2103-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.Həmin qətnamə ilə mübahisələndirilən obyektin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində Təranə Dadaşovaya ******* manat maddi ziyanın dəyməsi müəyyən edilərək iddiaçıdan həmin məbləğin tutulması qət edilmişdir.Həmin qətnamə qüvvəyə mindikdən sonra, yəni 2013-cü ildən 2018-ci ilə kimi isə 1086976 manatın 2017-ci ilə olan 31,4% inflyasiya dərəcəsi 341310 manat olmuşdur. Beləliklə, ona vurulmuş maddi ziyanın məbləği cəmi 1.428.286 manat təşkil edir, cavabdehlər isə həmin məbləği ödəməkdən imtina edirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 112137 manat və Azərbaycan Respublikası X8 Komitəsindən 37379 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona binanın dəyəri 840931 manat, obyektin bir hissəsində şadlıq evi tikmək üçün aparılmış rekonstruksiya işlərinin dəyəri 246045 manat, inflyasiya dərəcəsi 341.310 manat olmaqla, cəmi 1.428.826 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, qeyd edilən məbləğdə ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.Təqdim edilmiş qiymətləndirmə rəyləri və iddiaçıdan 1.086.976 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi isə mübahisələndirilən obyektə aid şəhadətnamə və müqavilənin etibarsız hesab edilməsi nəticəsində iddiaçıya qeyd edilən məbləğdə maddi ziyanın dəyməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən obyekt ilə əlaqədar ödənilən pul vəsaiti, xx xxxxxx 2006-cı il tarixdən həyata keçirilən manatın denominasiyası və pul vəsaitlərinin ödənildiyi tarixdən qeyd edilən məsələ ilə əlaqədar yekun məhkəmə qərarının qəbul edildiyi tarixə istehlak qiymətləri indeksi nəzərə alınmaqla vurulmuş maddi ziyan olaraq hesablanıb iddiaçıya ödənilməlidir. Tərəflər qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının itirilmiş qazancının nədən ibarət olması, ona hansı əsasla indeksləşdirmə tətbiq edilməsi aydın deyildir, bu hal hər hansı qanuni əsasa söykənmir. Komitənin əmlak dəyəri kimi qəbul etdiyi məbləğ ********* köhnə manatla, 81663 yeni manatla olmuşdur. İddiaçının ödədiyi vəsaitdən Maliyyə Nazirliyi və ya hər hansı qurum istifadə etməmiş, əlavə gəlir əldə etməmişdir. Belə olan halda iddiaçının 1997-2001-ci illərdə dövlət büdcəsinə ödədiyi vəsaitin hansı mənbə hesabına və hansı əsasla indeksləşdirilib qaytarılması qanuni və əsaslı deyildir. Cavabdeh Azərbaycan Respublikası X8 Komitəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ”Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 1992-ci il tarixli Qanununun özəlləşdirilməsi məhkəmə qərarı ilə ləğv edilmiş əmlaka görə ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı hüquqi münasibətlərə şamil olunub-olunmamasını araşdırmamış, qanunun tətbiqində səhvə yol verərək həmin qanunun müddəalarını hazırkı münasibətlərə tətbiq etmişdir. Məhkəmənin istinad etdiyi qanun vətəndaşların gəlirlərinə şamil olunur. İddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş vəsait isə onun gəliri deyildir və həmin məbləğin indeksləşdirilməsi tamamilə əsassızdır. İddiaçı tərəfindən hərracda satın alınmış əmlaka görə dövlət büdcəsinə ödənilmiş pulun məbləği də düzgün hesablanmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-432/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Həmin qətnamədən tərəflər ayrı-ayrılıqda kassasiya şikayət verərək, şikayətlərini apelyasiya şikayətində irəli sürdükləri dəlillərlə əsaslandırmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4655/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov. İ.K.Dəmirov və A.Ə.İsgəndərov) iddiaçı və cavabdehlərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-432/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kasasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbləri üzrə kifayət qədər araşdırma aparmadan, onun tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının nümayəndəsinin izahatını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, eləcə də tərəflərin apellyasiya şikayətlərini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kasasiya instansiya məhkəməsinin qərarında Mülki Prosessual Məcəllənin 82.3-cü, Mülki Məcəllənin 21, 157.7, 337.4, 337.5-ci maddələrinə istinad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10769/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, İ.K.Xəlilov, X.A.Cəmilova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası X8 Komitəsinin apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə cəmi 203159 manat, o cümlədən 152369 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən, 50789,75 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası X8 Komitəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri Qala Xiyabanı 33-də yerləşən “Mərkəzi Univermaq” X8 Komitəsi ilə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 203159 manata X1. Bu halda, həmin məbləğ daha ağlabatan olmaqla, iddiaçının irəli sürdüyü tələbi tam ehtiva edir. Belə ki, həmin məbləğ obyektdə aparılmış yaxşılaşdırma işlərinin dəyəri nəzərə alınmaqla obyektin real dəyərini əks etdirir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10769/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını, cavabdeh X8 Xidmətinin nümayəndəsi isə qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-20577/2020 saylı Qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin kasasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 10769/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərarda göstərilmişdir ki, baxılan iş üzrə iddiaçının mübahisəli əmlakı əvəzli qaydada əldə etməsi, həmin əmlakı əldə etdiyi əqdin qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında etibarsız hesab edilməsi və iddiaçının əqd üzrə ödədiyi məbləğin ona qaytarılmaması işin mübahisə olunmayan hallarıdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əqd etibarsız hesab edildikdə, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərildiyi kimi, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Göründüyü kimi, Mülki Məcəllənin 337-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında müəyyən olunan hüquqi mövqeyə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur. Apellyasiya məhkəməsi mübahisəyə əqdin etibarsızlığının nəticələrini müəyyən edən maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verməmiş, iddiaçıya mübahisəli əmlakın xx xxxxxxx 2014-cü il tarixdə özgəninkiləşdirilməsi barədə alqı-satqı müqaviləsində göstərilən qiymətinə uyğun pul vəsaitinin qaytarılması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X5 iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş, habelə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10769/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin daha ədalətli olduğunu qeyd etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli şəxsləri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və iddiaçının vəkilinin izahatını, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-20577/2020 saylı Qərarında qeyd olunanları araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmamalı, cavabdehlərin apelyasiya şikayətləri qismən təmin olunmalı və 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmalıdır. İş materiallarından göründüyü kimi, Lənkəran şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq” Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə həmin univermağın güzəştli satışında hüququ olan 10 nəfərdən ibarət əmək kollektivi arasında bağlanmış xx xxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satın alınmışdır. İddiaçı da güzəştli satışda iştirak etmiş şəxslərdən biri olmuş və həmin əmlak onun adına özəlləşdirilmişdir.Belə ki, iddiaçı tərəfindən Lənkəran şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın alınması üçün 1997-ci ildə 82.211.820 manat, 1998-ci ildə 179.416.000 manat, 1999-ci ildə 15.000.000 manat, 2000-ci ildə 70.500.000 manat, 2001ci ildə 61.191.000 manat, yəni-yeni manatla 81.663,76 manat pul ödənilmişdir. xx xxxxxx 2004-cü il tarixdə İddiaçı həmin əmlakı bacısı X3 600.000.000 manata satmışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli hökmünə əsasən İddiaçı adına verilmiş mülkiyyət hüququ haqqında xx xxxxxxx 2002-ci il tarixli şəhadətnamə, həmin obyektə dair onunla Təranə Dadaşova arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin sonuncunun adına verilmiş xx xxxxxx 2004-cü il tarixli şəhadətnamə, onların hüquqi nəticələri etibarsız hesab edilməklə, həmin obyekt üzərində dövlətin mülkiyyət hüququ bərpa edilməklə obyekt dövlət mülkiyyətinə geri qaytarılmışdır. Həmin hökm ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq”ı qaynı İddiaçı adına həqiqi qiymətindən ucuz qiymətə saxta sənədlərlə özəlləşdirmişdir. X7 Axundova qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində ona dəymiş 1.086.976 manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddianı etiraf etməsi əsası ilə iddia təmin edilmişdir. Beləliklə, baxılan iş üzrə iddiaçının mübahisəli əmlakı əvəzli qaydada əldə etməsi, həmin əmlakı əldə etdiyi əqdin qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında etibarsız hesab edilməsi və iddiaçının əqd üzrə ödədiyi məbləğin ona qaytarılmaması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əqd etibarsız hesab edildikdə, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərildiyi kimi, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, Mülki Məcəllənin 337-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında müəyyən olunan hüquqi mövqeyə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən Lənkəran şəhəri Qala Xiyabanı, 33 ünvanında yerləşən “Mərkəzi Univermaq”ın alınması üçün 1997-ci ildə 82.211.820 manat, 1998-ci ildə 179.416.000 manat, 1999-ci ildə 15.000.000 manat, 2000-ci ildə 70.500.000 manat, 2001-ci ildə 61.191.000 manat, yəni-yeni manatla 81.663,76 manat pul ödənilmişdir. Kollegiya yuxarıda qeyd edilən qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin (Azərbaycan Respublikası X8 Komitəsinin) apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 61.247,82 manat və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətindən (Azərbaycan Respublikası X8 Komitəsi) 20.415,94 manat pul tutulub iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin (Azərbaycan Respublikası X8 Komitəsinin) apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-496/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 61.247,82 (altmış bir min iki yüz qırx yeddi manat səksən iki qəpik) manat və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətindən (Azərbaycan Respublikası X8 Komitəsi) 20.415,94 (iyirmi min dörd yüz on beş manat doxsan dörd qəpik) manat pul tutulub iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2850/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2850/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver