Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2852/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən X7 10 telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. "xxxx" MMC tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1764 manat olan X7 10 üçün cəmi ödədiyi məbləğ 200 manat, ödənilməmiş əsas borcu 1564 manat, dəbbə borcu 156 manat olmaqla, ümumi ödənilməmiş borcu 1720 (min yeddi yüz iyirmi) manat təşkil edir.
3. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X7 10-nin aylıq ödəniş məbləği 98 manat təşkil edir.
4. "xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir.
5. Aparılan işlər barədə məlumat vərəqəsindən görünür ki, tərəflər arasında baxlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müştəriyə satılmış cihaz xx.xx.2020-ci il tarixdə “kamerada buxarlanma, maye izləri” diaqnozu ilə servisə təqdim edilmiş, bundan sonra cihaz qızıl zəmanət əasında təmir edilmişdir.
6. Müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim edilməsi barədə 107926 nömrəli razılaşmaya əsasən müştəriyə müvəqqəti istifadə üçün "xxxx" MMC-nin mülkiyyətində olan Hoffmann T 110 markalı mobil telefon təqdim edilir. Müştəri razılaşır ki, “telefon”un dəyəri 60 manat təşkil edir və “Telefon” tam saz vəziyyətdədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X7 10 üçün 1564 (min beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə olmaqla, ümumilikdə 1720 (min yeddi yüz iyirmi) manat məbləğində pulun və 37.2 (otuz yeddi manat, iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, cavabdeh X7 10 almış, nəticədə onun 1720 (min yeddi yüz iyirmi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlətini pozmuş, nəticədə alqısatqı qiyməti 1764 manat (18 ay x 98 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********83036 olan X7 10 markalı telefon üçün ümumilikdə 1720 manat olmaqla, ondan 1564 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 156 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvl-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1564 (bir min beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 1574 (bir min beş yüz yetmiş dört) manat borcun və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə ki, iddiaçı qeyd edilən müqavilənin icra etməməsinin səbəblərini müqavilənin predmentinə dəyən zərərin aradan qaldırılması üçün onu servisə təqdim etdikdən sonra servis qızıl zəmanətin qaydalarına uyğun olaraq mobil telefonu 15 gün ərzində deyil, bir ay ərzində təmir etməsi və buna görə də telefonu geri götürməməsi ilə əlaqələndirsə də, məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh telefondan imtina etdikdən sonra müqavilənin ləğv olunması məqsədi ilə iddiaçıya müraciət etməmiş, öhdəliklərdən azad olunması üçün hər hansı bir tədbir görməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh 1564 (min beş yüz altmış dörd) manat ödənilməmiş hissə tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat məbləğində dəbbə tutulmasını məqsədəmüvafiq hesab etmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 600.1, 600.2, 600.4, 601.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, telefonu aldıqdan sonra suya düşmüşdür. İddiaçı ilə bağladığı qızıl zəmanət müqaviləsinə əsasən, telefonu təmir etdirmək üçün iddiaçıya məxsus servisə verib. xx.xx.2020-ci il tarixində servisə X7 10 6/128 GB markalı telefonu təmir üçün təqdim edib. Telefonun qızıl zəmanəti olduğu üçün ona telefonun tamamilə ödənişsiz təmir olunacağı bildirilmişdi. Eyni zamanda qızıl zəmanətdə telefonun 14 gün müddətində təmir olunacağı, gecikmə olduğu zaman isə telefonun yenisi ilə əvəz olunacağı bildirilmişdir. 14 gün keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq telefon təmir olunmamış və ona geri qaytarılmamışdır. Yalnız bir ay müddət keçdikdən sonra ona zəng edərək telefonun təmir olunduğunu və gəlib götürə biləcəyini, ya da 140 manat əlavə ödəniş edərək telefonun yenisi ilə əvəz edilə biləcəyi bildirilmişdir. O isə telefonda servisin əməkdaşına nəzərdə tutulmuş müddətin, yəni 14 günün ötdüyünü bildirdi və bu müddətdə telefon təqdim olunmadığı üçün mobil telefonu istəmədiyini bildirdi. Telefon üçün cəmi iki ay ödəniş edib. Telefon isə hələ də servisdədir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o 1564 manat dəyərində telefon almışdı və telefonu aldıqdan sonra suya düşmüşdü. İddiaçı ilə bağladığı qızıl zəmanət müqaviləsinə əsasən, telefonu təmir etdirmək üçün servisə vermişdi. Telefonun qızıl zəmanəti üçün də əlavə ödəniş də etmişdi. Ona həmin zəmanətə əsasən telefonun 14 gün müddətində təmir olunacağı bildirilmişdir. Amma onlar telefonu 1 aydan sonra təmir etdirdilər. O telefonu 2 aydır ki, almışdı. 1 ay telefon servisdə qaldı, heç ondan istifadə etməyib, dəyəri də artıq ölmüşdü. Telefon üçün 2 ay ödəniş etmişdi. Ona 1 ay sonra zəng edib telefonu götürmək üçün hazır olduğunu bildirəndə o razılaşmadı, çünki, qızıl zəmantə əsasən telefon 14 günə təmir edilməli idi. Ona bildirdilər ki, 120 manat da ödəniş etməlidir. Halbuki, müqavilədə belə hal yox idi. O baş ofisə yaxınlaşan zaman onu qəbul etmədilər. O hazırda da telefonu götürməyib. Hazırda telefonun dəyəri heç 200 manat belə deyil. Ona ilk dəfədən desəydilər ki, 120 manat ödəniş olunmalıdır, o etiraz etməzdi, verərdi. Amma onlar 1 ay sonra bunu ona dedilər, öhdəliklərini vaxtında icra etmədilər. O təklif etmişdi ki, başqa yeni bir əşya götürsün, o da bununla razılaşmışdı, amma daha sonra bu təklifdən də imtina etdilər. Verdikləri vədə də əməl etmədilər. Onla əlaqə saxlamadılar, qəbul etmədilər düşünüb ki, məsələ həll olmuşdur. Onların sübütu da yoxdur ki, 14 gün ərzində onunla əlaqə saxlayıblar. Qızıl zəmanətə əsasən telefonun dəyərində telefon verilməli idi. Müvəqqəti telefonun qaytarıb-qaytarmadığını xatırlamır.
16. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, ilk dəfə xanıma bildirilib ki, qızıl zəmanətə əsasən 120 manat ödəniş edilməlidir, lakin xanım bununla razılaşmayıb. Onlar hətta xanıma müvəqqəti istifadə üçün telefon da veriblər. Telefon düzəldiləndən sonra xanımla əlaqə saxlanılıb, amma o telefonu götürməkdən imtina etmişdir. Cavabdeh müqavilədən imtina edə bilərdi. Müqavilənin şərtlərinə əsasən cavabdeh ödənişi etməli idi, lakin etməmişdir. Cəmi 200 manat ödəmişdir. Cavabdehə təklif də ediblər, amma o razılaşmamışdır. İstənilən zaman telefonu gəlib götürə bilər. Telefon suya düşüb və nə qədər əməliyyatlar aparılmışdır. Cavabdeh qarşılıqlı iddia da verə bilərdi, bunu da etməmişdir. Cavabdehə dəfələrlə zəng ediblər, amma onunla əlaqə saxlamayıb. Cavabdeh heç bir hərəkət etməmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (Maddə 443.1)
20. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Maddə 600.1)
22. Məcəllənin 601.1-ci maddəsində qeyd edilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (Maddə 600.4)
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materiallarından göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də Cavabdeh tərəfindən imzalanmışdır.
28. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, telefonu aldıqdan sonra suya düşdüyü üçün iddiaçı ilə bağladığı qızıl zəmanət müqaviləsinə əsasən, telefonu təmir etdirmək üçün iddiaçıya məxsus servisə verib, lakin iddiaçı tərəfindən telefon müqavilə üzrə nəzərdə tutulmuş 14 gün müddətində təhvil verilməmiş, müddət bitdikdən sonra iddiaçıya yeni telefonun verilməsi üçün əlavə ödəniş edilməsi təklif edilmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, tərəflər arasında 04 iyun 2020-ci il tarixli, 20330440 nömrəli müqavilə imzalanmışdır. Cavabdeh tərəf iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu, telefonun müqavilə ilə nəzərdə tutulmuş müddətdə təmir edilərək ona təhvil verilmədiyini iddia etsə də, müqavilənin ləğvi ilə bağlı onun tərəfindən müraciət edilməmiş, müqavilə qüvvədə qalmışdır.
30. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən 1764 manat alqı-satqı qiyməti olan telefon üçün cəmi 200 manat ödəniş edilmiş, ümumilikdə 1564 manat borcu qalmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 1564 manat əsas borcun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.
31. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən 10 manat dəbbə pulu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda iddiaçı tərəfindən yüksək məbləğdə dəbbə pulunun tələb edilmədiyi nəzərə alaraq məhkəmə kollegiyası iddia tələbini həmin hissədə də əsaslı hesab edir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev