Məhkəmə qərarları › İş №2(103)-2856/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2856/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2856/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və debutor borcunun ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Məmmədov Rahib Hafiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1rşı “dəymiş maddi zərərin əvəzinin və debütor borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 130/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı Cavabdeh qızı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2023-ci il tarixli 3-14013 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

2. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00031 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh qızı) 2023-cü ilin iyul ayınadək ümumilikdə 9792,66 (2208,6 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 7584,06 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 2208,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 7584,06 manat və iddiaçı tərəfindən ödənilmiş 117,93 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9910,59 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh qızı arasında xx.xx.2023-ci il tarixində 3-14013 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4T markalı **********914 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan İstifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxləlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2012-ci il tarixli 047472 saylı akt əsasında 144 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 108.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 482.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, olmaqla, ümumilikdə 2208.60 manat məbləğində İddiaçı İByə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir).Həmçinin Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayağacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesalanması haqqında” xx.xx.2018-ci il tarixli N004249 saylı akt əsasında 11 manat, xx.xx.2019-cu il tarixli F002038 saylı akt əsasında 80.90 manat, cəmi 91.90 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2012-ci il üzrə qalıq 767,71 manat sərfiyyat borcu, 2020-ci ilin iyul-dekabr ayları üzrə 648 manat sərfiyyat borcu və limitdən əlavə 54 manat sərfiyyat borcu, 2021-ci il yanvar–dekabr ayları üzrə 1368.20 manat sərfiyyat borcu və limitdən əlavə 183.50 sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 628.16 manat sərfiyyat borcu və limitdən əlavə 113.84 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-fevral ayları üzrə 214.32 sərfiyyat borcu və limitdən əlavə 46.88 manat sərfiyyat borcu, cəmi 4024.61 sərfiyyat borcu qalmışdır. Həmçinin, 2013-cu il sayağac dəyişikliyindən sonra isə abonentin 171.40 manat, 2017-ci il dekabr ayından 1697.60 manat, 2018-ci il yanvar ayından 1362.80 manat, 2018-ci il fevral ayından 2.80 manat, 2018-ci il aprel ayından 2 manat və 2023-cü il mart ayından sayğac dəyişikliyindən sonra isə abonentin 403.25 manat, cəmi 3639,95 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. (91,90+4024,61+3639,95=7756,46) Cavabdeh 2012-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh cəmi 172,40 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərdən başqa cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq cavbdehin sayağac üzrə faktiki istfadə edilmiş və dəyəri ödənilməmiş 7584,06 manat borcu (debitor borc) qalmışdır. Beləliklə, cavabdehin “Azəriqaz İB”-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldo üzrə 9792,66 manat təşkil etməkdədir.Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli rəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qızı tərəfindən İddiaçı İB-yə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, onun həqiqətən iddiaçı təşkilata istifadə etdiyi qaza görə debitor borcu vardır. Sayğacdan kənar qaz xəttində istifadə etməmişdir. Hesab edir ki, İddiaçı İB-i tərəfindən ona digər aktlar aktlar qanunsuz və əsassızdır. Belə ki, onun həmin aktlardan xəbəri olmayıb. Qeyd oluna aktlar üzrə hesablanmış məbləğlər və debitor borcun bir hissəsi idia müddəti keçdiyindən ondan tələb edilə bilməz. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etdi.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-130/2025 nömrəli 06 fevral 2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh qızından təbii qazdan istifadəyə görə yaranmış 1398,89 manat ziyan və 33,57 manat dövlət rüsumu olmaqla, cəmi 1432,46 manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 117,93 manat məbləğində dövlət rüsumunun qalan 84,76 manatının İddiaçınə aid edilməsi qət edilmişdir (hakim X4).

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddiaçı tərəfindən 2021-ci ilin iyun ayınadək olan dövrdə xx.xx.2012-ci il tarixli 047472 saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış 2208,6 manat dəymiş ziyanı və hesablanmış 6185,17 manat debitor borc tələb etmə müddətini ötürdüyündən, həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etdiyindən, 2021-ci ilin iyun ayınadək olan dövrə iddia müddəti tətbiq olunaraq iddia tələbi həmin həmin aktlar əsasında hesablanmış 2208,6 manat və 6185,17 manat qalıq (debitor) borc hissəsində, yəni 8393,77 manat (2208,6 manat aktlar üzrə, 6185,17 manat qalıq (debitor)) borc hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ididaçı iddia ərizəsində 2021-ci il ytarixdə akt əsasında sayğacdan kənar qaz xəttinə görə borcun hesablandığını göstərsədə xx.xx.2012-ci il tarixli 047472 saylı akt iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iddia tələbinin 2021-ci ilin iyun ayından 2024cü ilin iyun ayınadək olan dövrdə cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə hesablanmış debitor borc hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, abonentin saldosundan görünür ki, 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan dövrdə təbii qazdan istifadəyə görə cavabdehə 1398,89 manat borc hesablanmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385.1-ci, 442-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının 5.1-ci, 11.6-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5-ci, 6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 77.1-ci, 88-ci, 119-cu, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun olmuş və bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB -yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə isə öz növbəsində nədənsə iddia tələbinin təmin olunmasında maraqlı olmuşdur. Eyni zamanda iddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə nə hər hansı ödəniş nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə isə bu hallara yox sübutsuz mülki iş üzə baxaraq iddiaçının mülahizələri ilə qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş akt, foto, saldodan da aydın olur ki iddiaçı tərəfindən təbii qaz talanmışdır. Birinci instansiya məhkəməsi təbii qazdan qeyriqanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 25. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

16. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu. (11 aprel 2023cü il tarixədək qüvvədə olmuş redaksiyada) Maddə 11. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun. Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları. Bənd 8.33. Məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (28 sentyabr 2021-ci il tarixədək olan redaksiyada) Bənd 9.13.2. Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh tərəfindən qətnamə iddia tələbinin təmin edilən hissəsinin ləğv edilməsi xahiş edildiyindən və iddianın həmin hissədə təmin edilməməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin faktiki hallarına əsasən iddiaçı mövcud iddia tələbi üzrə xx.xx.2012-ci il tarixli 047472 saylı akt əsasında 144 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 108.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 482.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, olmaqla, ümumilikdə 2208,60 manat məbləğində hissəyə və 2021-ci ilin iyun ayına kimi hesablanmış 6185,17 manat debitor borc hissəsinə iddia müddətini ötürmüşdür.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair qərarından görünür ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

25. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

26. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

27. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən sözügedən aktlar tərtib olunsa da, iddiaçı cavabdehin ona vurduğu zərərlə bağlı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx.xx.2024-cü il tarixdə, yəni 03 ildən artıq müddət keçdikdən sоnra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır.İddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələbin 2021-ci ilin may ayınadək olan dövrdə aktlar əsasında hesablanmış 2208,6 manat zərər məbləği və 2020-cilin iyun ayınadək hesablanmış 6185,17 manat qalıq (debitor) borc üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

28. Cavabdeh də iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etdiyindən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 2021-ci ilin iyun ayınadək olan dövrə iddia müddəti tətbiq olunaraq iddia tələbini həmin aktlar əsasında hesablanmış 2208,6 manat və 6185,17 manat qalıq (debitor) borc hissəsində, yəni 8393,77 manat (2208,6 manat aktlar üzrə, 6185,17 manat qalıq (debitor)) borc hissəsində təmin etməmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3503/2024 nömrəli xx.xx.2024 tarixli iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə üç ulduzlu qərarının 60-cı bəndində qeyd edilir ki, məhkəmə kollegiyası hesab edir ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 63. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. İşə baxmış birinci və apellyasiya instansiya məhkəmələri isə iddiaçının iddiasını müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirərək, həmin iddia üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normasını səhv tətbiq etmişlər.

30. Göründüyü kimi hazırkı işdə də tələb dəymiş zərərin və debutor borcunun ödənilməsi ilə bağlı olduğundan həmin iddianın rədd edilməsi üçün cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəylə müraciət edilməsi halı mümkündür. Yəni iddiaçı qismində İddiaçı çıxış etdiyindən, sonuncunun isə məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı olmuşdur. İşə baxmış birinci instansiya məhkəməsi də iddiaçının iddiasını müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirərək, həmin iddia üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etmişdir.

31. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da məhkəmə tərəfindən aparılan hesablamada əks edilən məbləğ istisna edilməklə əsaslı hesab edilməməklə silinməlidir.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-130/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar