Məhkəmə qərarları › İş №2(103)-2857/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2857/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2857/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi iddiaçının nümayəndəsi İsrafil Şahverdiyevin, cavabdehin vəkili Ümman Salehzadənin iştirakı ilə, iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6160/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Cavabdeh qarşı iddiası təmin edilmiş, 12554,7 manat əsas, 1099,86 manat faiz borcu, 213,46 manat cərimə olmaqla, cəmi 13868,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı barədə lazımi qaydada məlumatlandırılmadığı üçün öz dəlillərini məhkəməyə təqdim edə bilməyib. Tələb olunan məbləğdə borcu yoxdur, mütəmadi ödənişlər edib, bununla bağlı qəbzləri var. Məhkəmə həmin qəbzlərə istinad etməyib, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyib. Apellyasiya baxışı zamanı cavabdehin vəkili şikayətin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, hal-hazırda məhkəməyə əlavə ödəniş qəbzləri təqdim edə bilmir. Vəkil şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək və kredit hesabından çıxarış təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2582nkBANK/17 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 84 ay müddətinə 18 faiz dərəcəsi ilə 14334 manat kredit verilmiş, borcalan krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixinə cavabdehin Banka tələb olunan həcmdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 741-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas və faiz borcu, habelə müqaviləyə uyğun hesablanmış cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. Tələb olunan faiz və cərimə əsas borca mütənasibdir, təqdim olunan kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və hesabdan çıxarış əsasında təsdiq olunur. Buna görə iş üzrə ekspertiza keçirilməsinə zərurəti yoxdur. Birinci instansiya məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada bildirişlər göndərmiş, bunu təsdiq edən poçt reyestrindən çıxarışlar iş materiallarına əlavə edilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6160/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar