Məhkəmə qərarları › İş №2(103)-286/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-286/2020

25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-286/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı və onun vəkili X5, Cavabdeh4 nümayəndəsi (vəkili) X6, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı «aparılmış təmir işləri nəticəsində vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-659/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AllahverdiyevaSevdaFirudinqızına, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «aparılmış təmir işləri nəticəsində vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 mülkiyyətində olan mənzildə apardığı təmir işləri nəticəsində vurduğu maddi ziyana görə 5000 manat, digər cavabdehin hər birindən 1000 manat olmaqla cəmi 8000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadıqları və qeydiyyatda olduqları mənzilin mülkiyyətçisidir. Həmçinin qeyd etmək istəyir ki, 1-ci qrup əlildir və anasının Qanuni nümayəndə himayəsindədir. Anası da 1-ci qrup əlildir və durumları olduqca acınacaqlıdır. İddia tələbi mənzilindən bir mərtəbə üstdə olan mənzildə aparılan təmir işləri nəticəsində dəymiş maddi ziyanla bağlıdır. Belə ki, ünvan 1 ünvanında bu günə kimi əsaslı təmir işləri aparılır, yaşayış binasının əsas konstruksiyaları sökülərək onun evinə külli miqdarda ziyan vurulmuşdur. Bununla bağlı dəfələrlə yaşadığı ərazi üzrə MKTB-nin rəisi Cavabdeh1 və digər əməkdaşları Cavabdeh2 Əbdürrəhman oğluna və Cavabdeh3 şikayət etmişdir. Göstərilən şəxslər tərəfindən hər iki mənzilə dəfələrlə baxış keçirilmiş və ona külli miqdarda ziyan vurulması müəyyən olunmuşdur. Vurulmuş ziyanla bağlı akt tərtib olunmasını xahiş etsə də, xahişinə heç bir məhəl qoyulmamışdır. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Aparılmış hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, ona 5000 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnın Bakı Şəhər Ərazi İdarəsinin arayışına əsasən ünvan 3, 5 saylı mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda da mülkiyyətindədir. Cavabdehlər onun mülkiyyətindən səmərəli istifadəsinə bu cür yollarla mane olurlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)- 659/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi hüquq normalarının pozulmasını, iş üzrə tam və obyektiv araşdırma aparılmaması göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstrilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh4 mülkiyyətində olan mənzilində təmir işləri aparır və bu onun hüququdur. İddiaçının məqsədi əsassız şikayətlər etməklə cavabdehdən pul əldə etməkdir. İddiaçı özünün mənzilini uzun müddətdir ki, təmirsiz vəziyyətdə saxlamaqla, oranı pis vəziyyətə salmışdır. Məhkəmə araşdırmaları zamanı da müəyyən olunmuşdur ki, Cavabdeh4 mənzilində apardığı təmir işlərinin iddiaçının mənzilinin faktiki vəziyyəti ilə heç bir səbəbli əlaqəsi yoxdur və təmir nəticəsində iddiaçıya heç bir ziyan vurulmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının ona qarşı tələbinin ümumiyyətlə heç bir hüquqi əsası yoxdur. O, MTKB-də mühəndis işlədiyi vaxtı iddiaçının şikayəti üzrə mənzillərə baxış keçirmiş, hətta Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları da olmuş, iddiaçının mənzili təmirsiz və baxımsız vəziyyətdə olmuş, Cavabdeh4 isə mənzilində cari təmir işləri aparmışdır. İddiaçı ondan mənzilinə zərər dəyməsi ilə bağlı akt tərtib etməsini tələb etmiş lakin o, Cavabdeh4 təqsiri üzündən hər hansı ziyandəymə faktını aşkar etməmişdir. Eyni zamanda məhkəmə araşdırmaları zamanı da belə bir halın mövcudluğu müəyyən olunmamışdır. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, ünvan 2 ünvanının iddiaçının, qeyd edilən binada yerləşən 5 saylı mənzilin isə Cavabdeh4 mülkiyyətində olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində - Cavabdeh4 tərəfindən öz mənzilində aparılan təmir-tikinti işləri nəticəsində onun mənzilinə zərər dəyməsini, nəticədə ona ziyan vurulmasını və s. göstərmişdir. Cavabdeh tərəf isə etirazında - Cavabdeh4 tərəfindən öz mənzilində aparılan cari təmir işləri nəticəsində iddiaçının mənzilinə ziyan dəyməməsini, iddia tələbinin əsassız olmasını, sübuta yetirilməməsini və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən, iddiaçının tələbin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsini göstərmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında ünvan 3 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə aparılmış təmir işləri nəticəsində həmin evin iddiaçıya məxsus 2 saylı mənzilinə ziyan vurulmasını, vurulduğu təqdirdə ünvan 3, 2 saylı mənzilə dəymiş ziyanın və təmir işlərinin ümumi məbləğinin müəyyənləşdirilməsi sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 34217 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan 2 saylı mənzilə baxış keçirilən zaman, mənzilin dəhlizinin, mətbəxinin və sanitariya qovşağının divarlarında, müxtəlif ölçüdə suvaq qatının çatlaması, ümumilikdə mənzilin uzun müddət təmir olunmaması nəticəsində, mənzilin ayrı-ayrı konstruktiv elementlərinin fıziki aşınmaya məruz qalması müşahidə olunmuşdur. İş üzrə cavabdehin mülkiyyətində olan 5 saylı mənzilə baxış keçirilən zaman, tədqiq olunan mənzilin mövcud vəziyyətinin texniki pasportun göstəricilərinə uyğun olduğu, mənzildə təmir-bərpa işlərinin aparıldığı, yükdaşıyıcı, arakəsmə və örtük konstruksiyalarına hər hansı müdaxilə olunmadığı müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə konstruktiv dəyişikliklər aparılmadän yalnız cari təmir işləri aparılmışdır. İddiaçı məxsus mənzil uzun müddət təmirsiz istismar edilmişdir ki, bununla əlaqədar mənzilin divarlarında suvaq qatlarının aşınması müşahidə edilir. Mütəxəssis rəyinin nəticələrinə görə 5 saylı mənzildə aparılmış cari təmir işləri yalnız divar kağızlarının dəyşdirilməsindən və döşəmənin lakla boyanması kimi işlərdən ibarət olduğundan, aparılmış işlərin yaşayış binasına və 2 saylı mənzilə heç bir ziyanı müşahidə olunmur. Beləliklə, aparılmış ekspertiza tədqiqatı nəticəsində aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən 303 saylı evin X1 məxsus 5 saylı mənzilində əsaslı təmir işləri deyil, cari təmir işlərinin (divar kağızının dəyişdirilməsi, döşəmənin laklanması və s.) aparılması və aparılmış cari təmir işləri nəticəsində, həmin evin İddiaçı məxsus 2 saylı mənzilinə ziyan vurulmaması müəyyən edilmiş, ziyan vurulması faktı müəyyən olunmadığına görə, zərərin məbləği üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: - iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, cavabdehlərin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının pozulması; - əgər yuxarıda göstərilən hallar mövcuddursa, bunun nəticəsində iddiaçıya ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqə, həmçinin iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə ziyan vurulmasının sübuta yetirib-yetirilməməsi İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Göstərilən şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsində icraat zamanı tədqiq olunmuş sübutlarla, eləcə də ekspertiza və mütəxəssis rəyi ilə cavabdeh tərəfindən mülkiyyətində olan 5 saylı mənzildə aparılan cari təmir işləri zamanı iddiaçının mənzilinə hər hansı ziyanın dəyməməsi müəyyən olunmuşdur. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq, apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması istiqamətində iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 26119 saylı ekspert rəyi ilə - ünvan 3 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə aparılmış təmir işləri ilə iddiaçıya məxsus 2 saylı mənzildə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olmaması, eyni zamanda 5 saylı mənzildə aparılmış təmir işləri nəticəsində iddiaçıya məxsus 2 saylı mənzilə ziyan dəyməməsi müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, vizual baxış zamanı ünvan 3 ünvanında yerləşən 5 saylı mənzil mövcud 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, 2 saylı mənzil isə həmin binanın 1-ci mərtəbəsində yerləşir. Cavabdeh4 məxsus 5 saylı və İddiaçı məxsus 2 saylı mənzilə baxış keçirilmiş, hər mənzilin planda yerləşməsinə və ölçülərinə görə eynitipli mənzillər olduğu müəyyən edilmişdir. Cavabdeh4 məxsus 5 saylı mənzildə konstruktiv dəyişikliklər aparılmadan təmir işləri (kosmetik) aparılmışdır. İddiaçı məxsus 2 saylı mənzilin uzunmüddətli təmirsiz istismarı səbəbindən arakəsmə divarlarının künc birləşmələrində kiçik ölçülü xarakterik (köhnə) çatlar, divarların daxili səthində suvaq qatlarının aşınması müşahidə edilmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı təyin olunmuş əlavə məhkəmə tikintitexniki ekspertizası və mütəxəssis rəyləri ilə də iddiaçının bildirdikləri öz təsdiqini tapmamış, əksinə ünvan 3 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə aparılmış təmir işləri ilə iddiaçıya məxsus 2 saylı mənzildə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olmaması, eyni zamanda 5 saylı mənzildə aparılmış təmir işləri nəticəsində iddiaçıya məxsus 2 saylı mənzilə ziyan dəyməməsi müəyyən olunmuşdur. Eyni zamanda, ekspertiza tədqiqatı zamanı İddiaçı məxsus 2 saylı mənzilin uzunmüddətli təmirsiz istismarı səbəbindən arakəsmə divarlarının künc birləşmələrində kiçik ölçülü xarakterik (köhnə) çatlar, divarların daxili səthində suvaq qatlarının aşınması müşahidə edilmişdir. Halbuki, Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan, qalan hissədə də təmin oluna bilməz. Həmçinin, iddiaçı qalan hissədə (digər cavabdehlər tərəfindən ona ziyan vurulması və s.) də tələbinin əsas kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-659/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-659/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab –Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22,Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar