Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-286/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(011)-1000/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, onun nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 1(102)-2268/2023 saylı qərarı ilə təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviriəsaslandırıcı hissəsindən Cavabdeh Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəaların xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınaraq, çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 93500 manat maddi zərərin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus, oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində KiA markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına KİA markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından sui-itifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51000 manat dəyərində KİA markalı Stinger Az **-TV-*** dövlət nişanlı minik avtomobilini alıb ələ keçirərək Bakı şəhəri, X9 küçəsi, 39 nömrəli ünvanda yerləşən "Azcar” avtosalona olan borcunun əvəzinə vermiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000ABŞ dollar dəyərində BMW markalı 528İ modelli Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonun qarşısından BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X4 milli pul vahidi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümumilikdə 93500 manat dəyərində əmlakımı ələ keçirməklə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.10 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs iddiaçıya dəyən ziyanı ödəməmişdir. Həmin hökmlə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(011)- 1000/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, dəymiş maddi ziyana görə 93500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X6)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 93500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə əsaslı hesab edilərək 93500 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 21-ci, 1096ı, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə işə baxılan zaman işin halları hərtərəfli araşdırılmamış, belə ki qətnamə qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə istinad etmiş və həmin hökmdə göstərilən halları rəhbər tutataq, iddia tələbini təmin etmişdir. Lakin məhkəmə hökmündən apellyasiya şikayətinin verildiyini, qətnamənin qəbul oluduğu vaxt apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxıldığını, beləliklə hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış, hər hansı borcu olmamış, bununla da pul tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin mövqeyini təsdiqləmişdir. Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunmuşdur ki, İddiaçı cavabdehin 50000 ABŞ dolları dollar yox 42500 manat borcu var. Bu protokoldada öz əksini tapmışdır və heç bir qeyd verilməmişdir. Xırdalanda bacısına məxsus evi göstərmiş, həmin borcu evlə əvəzləşdirəcəklərini bildirmişdir. İddiaçı evi bəyənmişdir. Sonradan bacısının razı olmadığını bildirərək evi verməmişdir. Pandemiyanı bəhanə göstərərək pulları qaytara bilmədiyini bildirmişdir. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsi ilə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməlidir.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad etməklə hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir.
20. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandığı mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərkən həmin hökmdən apellyasiya şikayətinin verildiyini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxıldığını, yəni hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Həmin vaxt cavabdehin hökmdən vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olmuş, yəni hökm qanuni qüvvəsini almamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və təqsirləndirilən şəxsə bəraət verilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən kassasiya şikayəti, onun nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 1(102)-2268/2023 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və onun nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən Cavabdeh Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəaların xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınaraq, çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmündə müəyyən edildiyi kimi, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh çıxışında bildirmişdir ki, 2021-ci ilin mart ayında Elçin Səfərovun atası İddiaçı ona sonuncuya 50000 ABŞ dolları verəcəyi olduğunu dedikdə o, 42500 manat verəcəyi olduğunu bildirmiş və İddiaçıla Abşeron rayonu, Xırdalan şəhərində onun bacısı Samirə Qəmbərovaya məxsus hündürmərtəbəli binanın 12-ci mərtəbəsində 134 kv.metr evi İddiaçı verərək sonuncudan əvəzində 15000 ABŞ dolları, yəni 25500 manat almaq barədə razılaşmışlar, lakin bacısı narazıçılıq etdiyi üçün həmin ev İddiaçı verilməmişdir.
23. Həmin hökmlə eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı məxsus, sonuncunun oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldatması, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib İddiaçı məxsus, sonuncunun oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar dəyərində “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə İddiaçı etibarından sui-istifadə edərək “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun oğlu Elçin Səfərzadədən alıb ələ keçirməsi və vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunur ki, hər iki maşın İddiaçı oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Cavabdeh verilmiş, Feyruzla Elçinin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Cavabdeh özgənin əmlakını aldatmaq və ya etibardan suiistifadə etməklə ələ keçirmək niyyəti olmamışdır. İstər ““Kia” markalı “Stinger” modelli, istərsə də “BMW” markalı maşınlar Feyruz tərəfindən Elçinin və onun atası Rəşidin iradəsinə uyğun olaraq özgəninkiləşdirilmiş, bundan sonra Rəşidin oğlu Elçin ilk olaraq “Kia” markalı “Stinger” modelli maşının pulunu, daha sonra “BMW” markalı maşının pulunu dövriyəyə buraxmaq üçün Cavabdeh vermişdir. Cavabdeh ilə X7 arasında mülkü münasibətlər mövcud olmuş, Cavabdeh nə Elçinə, nə də Rəşidə qarşı dələduzluq niyyəti olmamışdır. Lakin cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, istər “Kia” markalı “Stinger” modelli, istərsə də “BMW” markalı avtomobillər Feyruz tərəfindən Elçinin və onun atası Rəşidin iradəsinə uyğun olaraq özgəninkiləşdirilmiş, bundan sonra Rəşidin oğlu Elçin ilk olaraq “Kia” markalı “Stinger” modelli maşının pulunu, daha sonra “BMW” markalı maşının pulunu dövriyyəyə buraxmaq üçün Cavabdeh vermişdir. Cavabdeh ilə X7 və X1 arasında mülki münasibətlərin mövcud olması, Cavabdeh nə Elçinə, nə Rəşidə, nə də Ələkbərə qarşı dələduzluq niyyətinin olmaması Cavabdeh ibtidai istintaq və məhkəmə baxışları zamanı verdiyi ifadələri ilə, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə, zərərçəkmiş şəxs İddiaçı ziddiyyətli ifadələri ilə və iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla öz əksini tapmışdır.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93500 manat pul ödəməsi faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmamaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdiyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Odur ki, pul vəsaitindən məhrum olan iddiaçı cavabdehdən verdiyi pul vəsaitini qaytarılmasını tələb etməkdə haqlıdır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(011)- 1000/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(011)-1000/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilsin. Dəymiş maddi ziyana görə 93500 (doxsan üç min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.