Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2863/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Ələkbərоv Cеyhun Əli oğlunun cavabdeh Bəylərоv Cаvid Zаhid oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3253/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ələkbərоv Cеyhun Əli oğlu cavabdeh Bəylərоv Cаvid Zаhid oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə mürəaciət edərək, bаnkа ödənilən 10028 АBŞ Dоllаrı məbləğində pulun аrtım hissəsi оlаn 5000 mаnаt pulun оnа ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 аvqust 2015-ci il tаriхdə Bаnk xxx АSC ilə Bəylərоv Cаvid Zаhid оğlu аrаsındа АK-076/15Х sаylı krеdit müqаviləsi bаğlаnmışdır. Krеditin təminаtı оlаrаq Bəylərоv Cаvid Zаhid оğlunа məхsus Hyundаi İХ-35 mаrkаlı **-HS- *** dövlət qеydiyyаt nişаnlı (Bаn: KMHJU8ЕDЕU940762, mühərrik: G4NАЕU377412, burахılış ili: 2014) minik аvtоmоbili girоv qоyulаrаq bu bаrədə xx.xx.2015-ci il tаriхli girоv müqаviləsi bаğlаnmışdır. İş üzrə cаvаbdеh Bəylərоv Cаvid Zаhid оğlu 2015-ci ilin sеntyаbr аyındа аvtоmоbili еtibаrnаmə əsаsındа fаktiki оlаrаq əvəzi ödənilməklə оnа sаtsа dа, krеdit müqаviləsi оnun аdındа qаlmış və həmin vахtdаn 05 аvqust 2015-ci il tаriхdə Bаnk xxx АSC ilə Bəylərоv Cаvid Zаhid оğlu аrаsındа bаğlаnmış АK-076/15Х sаylı krеdit müqаviləsi üzrə bаnk qаrşısındа öhdəliklər fаktiki оlаrаq оnun tərəfindən yеrinə yеtirilmiş, yаrаnmış krеdit bоrclаrı оnun tərəfindən bаnkа ödənilmişdir. Bəylərоv Cаvid Zаhid оğlunа məхsus оlаn Hyundаi İХ-35 mаrkаlı **-HS-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilin оnun istifаdəsində оlmаsı «xxxxxxx» Sığоrtа Şirkəti ilə оnun аrаsındа bаğlаnmış icbiаri sığоrtа müqаviləsi, Nizаmi rаyоn məhkəməsinin 2(007)-4428/2016 sаylı xx.xx.2016-cı il tаriхli icrа sənədi əsаsındа Yаsаmаl rаyоn İcrа Şöbəsinin icrа məmurlаrı tərəfindən tərtib еdilmiş аktlа, cаvаbdеh Cаvid Bəylərоvlа Bаnk аrаsındа bаğlаnmış krеdit müqаviləsi üzrə krеditin оnun tərəfindən ödənilməsi isə ərizəyə əlаvə еdilmiş ödəniş qəbzləri ilə təsdiq оlunur. Bеləliklə, Bəylərоv Cаvid Zаhid оğlu ilə Bаnk аrаsındа bаğlаnmış xx.xx.2015-ci il tаriхli krеdit müqаviləsi üzrə 8928,50 АBŞ dоllаrı və ilkin оlаrаq 1100 АBŞ dоllаrı, cəmi 10028,50 АBŞ dоllаrı оnun tərəfindən Bаnkа ödənilmişdir. Qеyd оlunаn krеdit müqаviləsi üzrə öhdəlik xx.xx.2019-cu il tаriхdə tаm icrа оlunmuşdur. Bеləliklə, 05 аvqust 2015-ci il tаriхdə cаvаbdеh Bəylərоv Cаvid Zаhid оğlu Bаnk xxx АSC ilə аrаsındа bаğlаnmış krеdit müqаviləsi üzrə əldə еtdiyi və həmin krеditin təminаtı оlаrаq girоv qоyduğu Hyundаi İХ-35 mаrkаlı **-HS-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbili fаktiki оlаrаq əvəzi ödənilməklə оnа sаtsа dа, krеdit müqаviləsi cаvаbdеhin аdındа qаlmış və həmin vахtdаn 05 аvqust 2015-ci il tаriхdə Bаnk xxx АSC ilə Bəylərоv Cаvid Zаhid оğlu аrаsındа bаğlаnmış АK-076/15Х sаylı krеdit müqаviləsi üzrə fаktiki оlаrаq bаnk qаrşısındа öhdəliklər iddiаçı tərəfindən yеrinə yеtirilərək yаrаnmış krеdit bоrclаrı оnun tərəfindən bаnkа ödənilmişdir. Yuхаrıdа sаdаlаnаnlаrdаn göründüyü kimi, оnun tərəfindən cаvаbdеh Bəylərоv Cаvid Zаhid оğlunun хеyrinə ödənilmiş krеdit bоrclаrının dеvаlvаsiyа nəticəsində mаnаtlа аrtmış hissəsi üzrə nəzərdə tutulаn pul məbləğinin cаvаbdеhə qаytаrılmаsı оnun əsаssız vаrlаnmаsınа səbəb оlmuşdur ki, bu dа mülki qаnunvеriciliyə əsаsən əsаssız və qаnunsuz hеsаb еdilməlidir. Hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 28 fеvrаl 2019-cu il tаriхli Fərmаnınа əsаsən əsаs krеdit bоrclаrının dеvаlvаsiyа nəticəsində mаnаtlа аrtmış hissəsi üzrə nəzərdə tutulmuş güzəşt pul məbləğinin vətəndаşlаrа qаytаrılmаsı nəzərdə tutulduğundаn, fərmаndаn irəli gələn və оnun tərəfindən bаnkа ödənilən 10028 АBŞ Dоllаrı məbləğində pulun аrtım hissəsi оlаn 5000 mаnаt pul оnа ödənilməlidir. Qeyd оlunаnlаrа əsаsən iddiа tələbinin təmin еdilməsi bаrədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3253/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2016cı il tarixli 2(007)4428/2016 №-li iş üzrə xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli AK-076/15X nömrəli kredit müqaviləsi üzrə cəmi 8928,50 ABŞ dolları pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Bank «xxx ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş ** HS *** dövlət qeydiyyat nişanlı «Hyundai İX35» minik markalı avtomobili yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına Cavabdeh Bank «xxx» ASC-yə olan borcunun ödənilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən Bank «xxx» ASC-yə olan borc ödənildikdən sonra, qalan pul vəsaitinin Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib olunaraq, Yasamal rayon İcra Şöbəsinin icra məmurları tələbkarın nümayəndələri X2, X1 və mübahisəli avtomobili mülki etibarnamə əsasında idarə edən Ələkbərоv Cеyhun Əli oğlu tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(007)-4428/2016 №-li qətnaməsinin icrası ilə bağlı aparılmış icra tədbirləri nəticəsində saxlanılaraq, avtomobili idarə edən Cеyhun Ələkbərоv ona məxsus əşyaları avtomobildən götürmüş, avtomobil evakuator vasitəsilə BDYPİ-nin meydançasına aparılmışdır. Bank «xxx ASC-nin xx xxxx 2017-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cеyhun Alakbarоv tərəfindən müştəri Cavabdeh adından 250 manat kredit ödənişi edilmişdir. «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta şəhadətnaməsi»nin surətindən görünür ki, Hyundаi İХ-35 mаrkаlı **-HS-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbili Ələkbərоv Cеyhun Əli oğlu tərəfindən xx xxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət üçün «xxxxxxx» Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur; «Bank «xxx» ASC tərəfindən Dövlət X4 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli İH- 2019/265 saylı məktubunun surətindən görünür ki, avqust 2015-ci il tarixli AK-076/15X nömrəli kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2019-cu il tarixdə tam icra olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Cavabdeh məxsus Hyundаi İХ-35 mаrkаlı **-HS-*** dövlət qеydiyyаt nişаnlı (Bаn: KMHJU8ЕDЕU940762, mühərrik: G4NАЕU377412, burахılış ili: 2014) minik аvtоmоbilinin girovdan azad olunmasına sərəncam verilməsi xahiş olunmuşdur. xx xxx 2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri 19 saylı notariat ofisində verilmiş xx.xx.2016-cı il tarixli, reyestrdə 18742 nömrəli etibarnamə əsasında onun bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş daşınar əmlakla bağlı bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər hərəkətləri etməyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Ələkbərоv Cеyhun Əli oğluna etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir; Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir; Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi; Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; Həmin Məcəllənin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 152.4-cü maddəsində görə, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən tələbin başqa şəxsə keçməsi tələbin güzəşti müqaviləsinin bağlanılması və ya ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi yolu ilə həyata keçirilir. Tələbin başqa şəxsə keçməsi bu Qanuna uyğun olaraq əlavə dövlət qeydiyyatına alınmalıdır. Bu şərtə əməl edilmədikdə, tələbin başqa şəxsə keçməsi etibarsız hesab olunur; Həmin Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Kollegiya mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən qeyd edir ki, avtomobil rəsmi reyestrdə qeydə alınması tələb olunan əşya olduğundan onun alqısatqısına dair müqavilə yalnız yazılı formada bağlandıqda hüquqi əhəmiyyətə malikdir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində sözügedən avtomobilin faktiki olaraq əvəzi ödənilməklə ona satıldığını, bank qarşısındakı öhdəlikləri yerinə yetirərək kredit borclarının onun tərəfindən ödənildiyi bildirilsə də, həmin ödənişlərin onun tərəfindən edilməsini təsdiq edən sübutlar və yazılı formada bağlanmış alqı-satqı müqaviləsi təqdim edilmədiyindən qeyd olunan dəlillər qətnamənin ləğvi üçün əsas deyildir. Cavabdeh iddiaçıya etibarnamə vermişdir ki, bu da həmin ipoteka predmetinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bаnkа ödənilən 10.028 АBŞ Dоllаrı məbləğində vəsaitin аrtım hissəsi оlаn 5000 mаnаt pulun iddiaçıya ödənilməli olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən nəqliyyat vasitəsi cavabdehin «Bank xxx» ASC ilə bağladığı 05 аvqust 2015-ci il tarixli ipoteka müqaviləsinin predmetidir və nəqliyyat vasitəsi həmin müqavilə əsasında Bəylərоv Cаvid Zаhid oğlunun kredit öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi onun tərəfindən ipoteka qoyulmuşdur. Belə olan halda, pulun artım hissəsinin iddiaçıya ödənilməlsini iddia edən şəxs qeyd olunan ipoteka müqaviləsində tərəf olmadığına görə həmin 5000 manat vəsait İddiaçı ödənilə bilməz. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının cavabdehin adından ödənişlər aparması barədə apellyasiya şikayətinin dəlili iddiaçı ilə «Bank xxx» ASC arasında müqavilə münasibəti və ya tələbin güzəştinə dair müqavilə olmadığından, eyni zamanda, Mülki Məcəllənin 387.3-cü maddəsinin tələbinə görə, öhdəlik tərəf kimi iştirak etməyən şəxslər üçün vəzifələr yaratmadığından əsaslı hesab edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsində öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Hazırki halda, qeyd olunan 3 əsasdan hər hansı biri, eyni zamanda tərəflər arasında rəsmi reyestrdə qeydə alınmaqla yazılı formada bağlanmış müqavilə olmadığından cavabdehin aldığı kompensasiya məbləğini iddiaçıya verməsinin hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3253/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2863/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2863/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver