Məhkəmə qərarları › İş №2(103)-2863/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2863/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2863/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3386/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcun tutulması» barədə iddia ilə məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 3386/2020 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia qismən təmin olunmuşdır. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki, işdə də belə bir tarixli qətnamə mövcud deyildir MPM-nin 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini yoxlamamışdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan xəbərnamə qəbzindən (iş vərəq 159) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Beləliklə, iddiaçıya münasibətdə apellyasiya şikayəti vermək üçün sonuncu gün xx xxxxxx 2021-ci il tarixi (xx.xx.2021-ci il tarixi qeyri-iş gününə düşmüşdür) olmuş, apellyasiya şikayəti isə xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, lakin məhkəmə müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Həmçinin, apellyasiya şikayətinə müvafiq poçt qəbzi əlavə olunsa da, həmin qəbzdə göndərişin xx xxxxxx 2020-ci il tarixdə rabitə orqanına təqdim olunması qeyd edilmişdir. Lakin, apellyasiya şikayəti xx xxxxxx 2021-ci il tarixdə tərtib olunduğundan, dövlət rüsumu isə xx xxxxxx 2021-ci il tarixdə ödənildiyindən həmin qəbz hazırki apellyasiya şikayətinin xx xxxxxx 2020-ci il tarixdə rabitə orqanına təqdim olunması halını təsdiq edə bilməz. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Eyni zamanda, apellyasiya şikayətinə - Tural Piriyevin müvafiq etibarnamələri imzalamaq səlahiyyətinə dair əmrin kserosurəti əlavə olunmuşdur. Halbuki, MPM-nin 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya şikayəti üzrə qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3386/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar