Məhkəmə qərarları › İş №2(103)-2866/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2866/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2866/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı İKB ASC-nin cavabdehlər “X7” MMC,Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracdan satılması tələbinə dair iddiası, “X7” MMC-nin cavabdeh İddiaçı İKB ASC-yə qarşı ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcunun ödənilməsinin təxirə salınması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(009)-340/2017 saylı qərardadından Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixliqətnaməsi ilə iddia qismən təmin edilərək, “X7” MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla,1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə (o cümlədən «LexusİS250» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə) yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8423/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC və “X7” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X4 da iş üzrə iddiaçı qismində işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-793/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı iləndan görünür ki, İddiaçı İKB ASC və “X7” MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8423/2017 saylı, xx.xx.2017-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs MMC xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(009)-340/2017 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda həmin qərardaddan Faktor Lizinq” MMC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobilin texniki pasportunda nəqliyyat vasitəsinin buraxılış ili, ban nömrəsi (2012-ci il olan, Qara rəngli, Ban nömrəsi JTHCF5C23C5059152 olan“Lexus İS250” markalı, **-AD-***) və dövlət nömrə nişanı dəqiq göstərilir. Məhkəmə isə dövlət təqdim edilən sənədlərdə avtomobilin dövlət nömrə nişanının fərqli olmasına istinad edərək belə qənaitə gəlir ki, “Qətnamə "xxxx" MMC-nin maraqlarına toxunmur”. xx.xx.2023-cü il tarixli vəkil sorğusuna əsasən Baş X11 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli,2-23333/2023 saylı məktubla cavab verilmişdir. Məktuba əlavə edilən çıxarışdan da görünür ki, **-AD-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixində"xxxx"İKB ASC-nin məktubuna əsasən qeydiyyatdan çıxmış və X5 (**-MZ-*** dövlət nömrə nişanı ilə) mülkiyyətinə keçmişdir. Həmin gün avtomobil alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətinə keçmişdir. Daha sonra xx.xx.2018-ci il tarixində isə alqı-satqı müqaviləsi əsasında "xxxx"Lizinq MMC-ə satılmışdır. xx.xx.2018-ci il tarixində **-PS-*** dövlət nömrə nişanı verilməklə qeydiyyat şəhadətnaməsi verilmişdir. Göründüyü kimi, qətnamə "xxxx"Lizinq MMC-nin maraqlarına toxunur və gələcəkdə müqavilə öhdəliyinin icra edilməsi mükün olmayacaqdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdətutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Kollegiya qeyd edir ki, işdən müəyyən edildiyi kimi, mübahisəli avtomobilin əvvəlki dövlət nömrə nişanı **-AD-*** olsa da, alqı-satqıdan sonra dövlət nömrə nişanı dəyişmişdir. Lakin avtomobilin ban nömrəsi eynidir. X11 İdarəsinin verdiyi arxiv arayışından da görünür ki, avtomobilin dövlət nömrə nişanı dəyişilmişdir. Yəni, sözügedən avtomobilin dövlət nömrə nişanının dəyişməsi, həmin avtomobilin başqa bir avtomobil olması kimi qəbul edilə bilməz. Məhkəmənin yalnız bu əsasla apellyasiya şikayəti vermiş şəxsə münasibətdə qətnamənin onun maraqlarına toxunmaması qənaətinə gəlməsi düzgün olmamaqla prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda tərəfin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı məhkəməyə çatımlılıq hüququnun pozulması baş veriri ki, bu da yolverilməzdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu da yoxlanılmalıdır. Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Buna görə də yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməklə birinci instyansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(009)-340/2017 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-340/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar