Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2868/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2286/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə vurulmuş maddi ziyana görə ******* (üç milyon altı yüz qırx yeddi min) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən Qaz İxrac İdarəsinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X9 arası qaz kəmərinin 8 km-lik hissəsinin oğurlanması faktına görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin baş müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən 17 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Cavabdeh 02.10.2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs, 04.10.2018-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilsə də 21.01.2019-cu il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələri ilə ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 1(002)-85/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 02.10.2018-ci il tarixdən hesablanmışdır. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh məhkum edilmişdir ona görə ki, o özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X1 və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 14.06.2018-ci il tarixdən 30.06.2018-ci il tarixədək gecə saatlarında vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Hacıqabul X6 sahəsinin Səngəçal Baş X4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini sürücüsünün şəxsiyyəti istintaqa məlum olmayan traktorla torpaqdan və betondan təmizləmiş, Bəxtiyar Bəxtiyarlı ilə birlikdə qaz boru xəttinin 1 meri 5.5 manat təşkil edən 7700 metr hissəsinin xüsusi kəsici qaynaq aparatı ilə kəsmiş, kəsilmiş qaz borularını şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan qaldırıcı kranla qaldırıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan yük avtomaşınına qoyub naməlum istiqamətdə aparıb gizli yolla talamaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ümumilikdə 42350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin birinci cildinin 43-cü vərəqəsində müstəntiq tərəfindən iş materiallarına əlavə edilmiş arayışda göstərilmişdir ki, Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X9 arası qaz kəmərinin 8 km-lik hissəsinin yeni borularla əvəz edilməsinin hesablanmış dəyəri ******* (üç milyon altı yüz qırx yeddi min) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş 24.11.2015-ci il tarixli SOCAR/15/-1000/01/SM-07- 000197 nömrəli sərəncamdan görünür ki, “Azneft” X2 Nərimanov adına NQÇİ-nin balansında olan uzunluğu 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X9 arası qaz kəməri əvəzsiz olaraq Qaz İxrac İdarəsinin Hacıqabul MQKS-nin balansına verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar 25.11.2015-ci il tarixli, SOCAR/15-1100/01ink-05-000319 və 26.11.2015-ci il tarixli, SOCAR/15-2200/09-03-000359 nömrəli əmrlər verilmişdir. Bundan sonra həm “Azneft” İstehsalat Birliyində, həm də Qaz İxrac İdarəsində yaradılmış komissiyalar tərəfindən qeyd edilən boru kəməri təhvil-təslim edilmiş və bu barədə akt tərtib edilmişdir. Təhvil-təslim aktını isə 29 nəfər vəzifəli şəxs öz imzası ilə təsdiq etmişdir. Təhvil-təslim aktından görünür ki, Səngəçal Baş Qurğuları – X9 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, köhnəlmə dəyəri 390629.72 manat, qalıq dəyəri isə 322519.67 manat olmuşdur. Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X9 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, həmçinin oğurlanmış 7700 metrin balans dəyəri 249602.29 manat olmuşdur. Qeyd edilən boru kəmərinin oğurlanmış 7700 metrinin 01.01.2018-ci il tarixə qalıq dəyəri 90797.33 manat, 02.07.2018-ci il tarixə isə 87089.78 manat olmuşdur. Nəzərə alınsa ki, qeyd edilən boru kəməri işlək vəziyyətdə olmuş, halhazırda istifadəsinə zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən boru kəmərinin bərpa edilməsinə ******* (üç milyon altı yüz qırx yeddi min) manat vəsait tələb olunur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(010)-2286/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)- 3652/2021 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi olaraq 42.350 (qırx iki min üç yüz əlli) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 15 (on beş) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(103)-243/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3652/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən maddi hüquq normalarını, prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, saylı 1(002)-85/2018 nömrəli hökmüna əsasən Cavabdeh İdarənin Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 kmlik Səngəçal Baş Qurğuları X9 arası qaz kəmərinin 8 kilometr uzunluğunda olan hissəsinin oğurlamasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin rəisi tərəfindən 19 aprel 2021-ci il tarixdə təsdiq edilmiş, 17 dekabr 2020-ci il tarixli tərtib edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı”ndan görünür ki, Qaz İxrac İdarəsinin “Səngəçal BQ-AzQEZ” MQK-nin 8.03-18.22 km hissəsində 7000 m hissənin yeraltı bərpa edilməsi və mövcud yerüstü hissənin yeraltı çəkilməsi (sifariş No. 11731)” obyekti istismara qəbul edilmək üçün təqdim edilmişdir. 11731 nömrəli Sifarişin faktiki dəyəri haqqında məlumatdan görünür ki, Sifarişin cari qiyməti 1.349.901,74 manat, sair xərclərin dəyəri isə 121773.65 manat təşkil edir. Qeyd edilən cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza rəylərinə əsasən, həmin borular istifadəyə yararsız olmuşdur. Qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “X6nin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının qeyd etdiyindən fərqli olaraq müvafiq qaz kəməri cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21.06.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “X6nin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyri-mümkündür. Göründüyü kimi mübahisəli qaz xətti cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. Yəni iddiaçı təşkilat müvafiq qaz xəttini istismara hazır vəziyyətdə saxlamamış, bunun üçün qanunla müəyyən edilən tədbir və texniki təhlükəsizlik qaydalarına riayət etməmiş, lazımi xidmət göstərməmiş nəticədə istifadə edilməyən qaz xətti tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh isə istifadəyə yararsız və işlək vəziyyətdə olmayan bu qaz xəttinin borularını kəsmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən həmin boruların dəyərini deyil, qaz xəttinin yenidən bərpa edilməsi xərcini tələb edir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, iddiaçı təşkilat tərəfindən lazımi qaydada saxlanılmadığına görə istismara yararsız hala düşmüş qaz xəttinə məxsus qaz borularını kəsdiyinə görə Cavabdeh bu qaz xəttinin bərpası xərclərinin tələb edilməsi yolverilməzdir və istənilən bu cür tələb əsassızdır. Çünki qaz xəttini işlək vəziyyətdə saxlamayan, onu istismara yararsız hala salan cavabdeh deyil, iddiaçı təşkilatdır. Cavabdeh yalnız bu yararsız xəttə məxsus boruları kəsmişdir. Belə olan halda ondan yalnız bu boruların dəyəri tələb edilə bilər. Bu mənada hazırkı tələb tam əsassızdır. Hökmlə Cavabdeh iddiaçıya 42350 manat məbləğində zərər vurduğu göstərilsə də, hazırda iddiaçının tələb etdiyi məbləğ bununla bağlı deyil. İş üzrə qəbul edilmiş yuxarıda qeyd edilən apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni yoxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının mövqeyinə görə, “iddiaçı, qaz xəttinin oğurlanmış hissələrinin bərpa olunduğunu və istifadəyə verildiyini bildirərək bunun üçün çəkilən xərclərə dair sənədlər təqdim etmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin işlərin görülməsi üçün boruların alınmasından əlavə, kəsilmiş hissənin bərpası üçün çəkilmiş xərclərin həcmini araşdırmamış, bu çərçivədə iddiaçının təqdim etdiyi həmin məlumat və sənədlərə lazımi hüquqi qiymət verməmişdir. Bu hal ona dəlalət edir ki, apellyasiya məhkəməsi iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi (və ya çəkməli olduğu) bütün xərcləri, yəni zərərin tam həcmini nəzərə almamaqla, Mülki Məcəllənin 21.2-ci və 1097.1-ci maddələrini düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.” Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən apellyasiya qaydasında yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Yuxarıda qeyd edilən və qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Cavabdeh CMnin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və müvafiq cəzaya məhkum edilmişdir. Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. İddiaçı iddia ərizəsində cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı tələb edir. İddiaçının tələb etdiyi 3.647.000 manat, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş maddi ziyanı, həm də boru kəmərinin bərpası üçün çəkiləcək xərcləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Kollegiya, maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, boru kəmərinin talanması nəticəsində iddiaçının həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş ziyan tutulmalıdır. Cavabdeh boru xəttini talamaqla iddiaçıya 42.350 manat məbləğində ziyan vurmuşdur. “Səngəçal BQ-AzQEZ” MQK-nin 8.03-18.22 km hissəsində 7000 m hissənin yeraltı bərpa edilməsi və mövcud yerüstü hissənin yeraltı çəkilməsi barədə 11731 nömrəli Sifarişin faktiki dəyəri haqqında məlumatdan görünür ki, sifarişin cari qiyməti 1.349.901,74 manat, sair xərclərin dəyəri isə 121773.65 manat təşkil edir. Məhkəmə iclasında tərəfin izahatı ilə müəyyən olunmuşdur ki, Sifarişdə qeyd olunan sair çəkilmiş xərclərə boruların daşınması, quraşdırılması, lazımi şəkildə izolyasiyası əvvəlki vəziyyətə qaytarılması və s. işlər daxildir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə olan halda, cavabdehdən vurulmuş ziyanın məbləği 42.350 manat və sair çəkilmiş xərclərin məbləği 121773.65 manat, cəmi 164123,65 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsi üzrə pul məbləğinin cavabdeh tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azəbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun iddia verilən zaman qüvvədə olan 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun dərəcəsi 30 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi müvafiq olaraq 30 manat və 15 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2286/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 164123,65 (yüz altmış dörd min yüz iyirmi üç manat altmış beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun əvəzi 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun əvəzi 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2868/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2868/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver