Məhkəmə qərarları › İş №2(103)-2874/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2874/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2874/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2, Cavabdeh1 vəkili (nümayəndəsi) X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 02L000011317 saylı “Kredit xətti müqaviləsinə”, xx.xx.2013-cü il tarixli, 02R000030846 saylı, xx.xx.2014-cü il tarixli 02R000034836 saylı və xx.xx.2015-ci il tarixli, 002K**********08 saylı “Kredit razılaşmalarına” xitam verilməsi, borclu Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə - 02R000030846 saylı “Kredit razılaşması” üzrə 75.174,74 ABŞ dolları əsas, 31.130,89 ABŞ dolları faiz, 111.158,40 ABŞ dolları cərimə olmaqla, cəmi 217.464,03 ABŞ dolları borcun; 02R000034836 saylı “Kredit razılaşması” üzrə 35.787,40 ABŞ dolları əsas, 17.522,60 ABŞ dolları faiz, 57.070,89 ABŞ dolları cərimə olmaqla, cəmi 110.380,89 ABŞ dolları borcun; 002K**********08 saylı “Kredit razılaşması” üzrə 45.338,60 ABŞ dolları əsas, 17.379,80 ABŞ dolları faiz, 42.172,71 ABŞ dolları cərimə olmaqla cəmi 104.891,11 ABŞ dolları borcun, ümumilikdə isə 432.736,03 ABŞ dolları məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı Bank ilə bağladığı xx.xx.2013-cü il tarixli, 02L000011317 saylı “Kredit xətti müqaviləsinə” əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq “Kredit razılaşması” ilə müəyyən olunmuşdur. Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2013-cü il tarixli, 02R000030846 saylı “Kredit razılaşmasına” əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 350.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000030846S saylı, xx.xx.2016-cı il tarixli 02R000030846SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R000034836 saylı “Kredit razılaşmasına” əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000034836S saylı, xx.xx.2016-cı il tarixli 02R000034836SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2015-ci il tarixli, 002K**********08 saylı “Kredit razılaşmasına” əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa yuxarıda qeyd edilən “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bank ilə müvafiq “Zaminlik müqavilələri” bağlayaraq Bank qarşısında Cavabdeh1 ilə müştərək məsuliyyəti üzərilərinə götürmüşlər. Mülki iş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən edilmiş bütün ödənişlər, 02R000034836 saylı “Kredit razılaşması” üzrə əsas borcdan silinmiş və hazırda 02R000030846 saylı “Kredit razılaşması” üzrə 75.174,74 ABŞ dolları əsas, 31.130,89 ABŞ dolları faiz, 111.158,40 ABŞ dolları cərimə olmaqla, cəmi 217.464,03 ABŞ dolları, 02R000034836 saylı “Kredit razılaşması” üzrə 35.787,40 ABŞ dolları əsas, 17.522,60 ABŞ dolları faiz, 57.070,89 ABŞ dolları cərimə olmaqla, cəmi 110.380.89 ABŞ dolları, 002K**********08 saylı “Kredit razılaşması” üzrə 45.338,60 ABŞ dolları əsas, 17.379,80 ABŞ dolları faiz, 42.172,71 ABŞ dolları cərimə olmaqla cəmi 104.891,11 ABŞ dolları, ümumilikdə 432.736,03 ABŞ dolları borc yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın (“iddianın həcminin azaldılması barədə” ərizə nəzərə alınmaqla) qismən təmin edilməsini, iddiaçı Bank və Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 02L000011317 №-li “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli, 02R000030846 №-li, xx.xx.2014-cü il tarixli 02R000034836 №-li və xx.xx.2015-ci il tarixli, 002K**********08 №-li “Kredit razılaşmalarına” xitam verilməsini, 02R000030846 №li “Kredit razılaşması” üzrə yaranmış 75.174,74 ABŞ dolları əsas, 31.130,89 ABŞ dolları faiz, 11.158,40 ABŞ dolları cərimə olmaqla, cəmi 117.464,03 ABŞ dolları məbləğində pulun (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), 02R000034836 №-li “Kredit razılaşması” üzrə yaranmış 35.787,40 ABŞ dolları əsas, 17.522,60 ABŞ dolları faiz, 7.070,89 ABŞ dolları cərimə olmaqla, cəmi 60.380,89 ABŞ dolları məbləğində pulun (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), 002K**********08 №-li “Kredit razılaşması” üzrə yaranmış 45.338,60 ABŞ dolları əsas, 17.379,80 ABŞ dolları faiz, 2.172,71 ABŞ dolları cərimə olmaqla, cəmi 64.891,11 ABŞ dolları məbləğində pulun (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 16,80 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh Q,Qafarov həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və əsas və faiz borcun yenidən müəyyən edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddia ərizəsi ilə tutulması tələb olunan faiz borcun və cərimənin məbləği Cavabdeh1 ilə Bank arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə uyğun hesablanmamış, işə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmiş, həmin məbləğlərin həqiqətə uyğun olub-olmamasını araşdırmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Rayon Məhkəməsi cavabdehlərdən tutulması qət olunmuş əsas borcun məbləğini düzgün müəyyən etməmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspert tədqiqatı nəticəsində əldə olunmuş ekspert rəyi ilə razı deyil. Çünki həmin rəydən görünür ki, sonradan edilmiş ödənişlər nəzərə alınmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, həmçinin ekspert rəyi ilə qismən razılaşaraq bildirdi ki, ekspert rəyində göstərilmiş əsas borcun məbləği ilə razı olsalar da, faiz borcunun məbləği az göstərilmişdir. Bundan başqa, cərimə borcu ilə bağlı ekspertin tədqiqat aparması da əsassızdır. Çünki hesabdan çıxarışda cərimə borcu ilə bağlı heç nə qeyd olunmamışdır. Cərimə borcu müqavilə şərtlərinə uyğun olaraq 5 faiz olmaqla hesablanır. İşə mülki məhkəmə qaydasında baxılmağa başlanandan indiyədək cavabdehlər heç bir ödəniş etməmişlər. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 02L000011317 saylı “Kredit xətti müqaviləsinin” surətindən görünür ki, borc alana 120 ay müddətinə 500.0000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 02R000030846 saylı “Kredit razılaşmasının” surətindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 350.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000030846S saylı, xx.xx.2016-cı il tarixli 02R000030846SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, ödəniş məbləğləri və ödəniş müddəti yeni ödəniş planına uyğun dəyişdirilmiş və sonuncu ödəniş müddəti xx.xx.2019-cu il tarix müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 02R000034836 saylı “Kredit razılaşmasının” surətindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000034836S saylı, xx.xx.2016-cı il tarixli 02R000034836SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, ödəniş məbləğləri və ödəniş müddəti yeni ödəniş planına uyğun dəyişdirilmiş və sonuncu ödəniş müddəti xx.xx.2018-ci il tarix müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 002K**********08 saylı “Kredit razılaşmasının” surətindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, sonuncu ödəniş xx.xx.2018-ci il tarixə müəyyən edilmişdir. Bank ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Cavabdeh4 ilə isə xx.xx.2014-cü il tarixli “Zaminlik müqavilələrinin” surətlərindən görünür ki, zaminlər borc alan Cavabdeh1 öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. xx.xx.2019-cu il tarixli maliyyə arayışlarından görünür ki: - xx.xx.2013-cü il tarixli, 02R000030846 saylı “Kredit razılaşması” üzrə xx.xx.2019cu il tarixə 75.174,74 ABŞ dolları əsas, 19.398,90 ABŞ dolları faiz, 31.130 ABŞ dolları cərimə olmaqla cəmi 143.883,13 ABŞ dolları; xx.xx.2019-cu il tarixə isə 75.174,74 ABŞ dolları əsas, 31.130,89 ABŞ dolları faiz, 111.158,40 ABŞ dolları cərimə borcu olmaqla cəmi 217.464,03 ABŞ dolları borcu var; - xx.xx.2014-cü il tarixli, 02R000034836 saylı “Kredit razılaşması” üzrə xx.xx.2018ci il tarixə 35.787,40 ABŞ dolları əsas, 9.819,09 ABŞ dolları faiz, 41.589 ABŞ dolları cərimə borcu olmaqla cəmi 87.195,49 ABŞ dolları; xx.xx.2019-cu il tarixə isə 35.787,40 ABŞ dolları əsas, 17.522,60 ABŞ dolları faiz, 57.070,89 ABŞ dolları cərimə olmaqla cəmi 110.380,89 ABŞ dolları borcu var; - 002K**********08 saylı “Kredit razılaşması” üzrə xx.xx.2018-ci il tarixə 45.338,60 ABŞ dolları əsas, 6.481,74 ABŞ dolları faiz, 28.501 ABŞ dolları cərimə olmaqla cəmi 80.321,34 ABŞ dolları; xx.xx.2019-cu il tarixə 45.338,60 ABŞ dolları əsas, 17.379,80 ABŞ dolları faiz, 42.172,71 ABŞ dolları cərimə olmaqla cəmi 104.891,11 ABŞ dolları borcu var. İşin hallarından görünür ki, borcalan Cavabdeh1 Bank qarşısında üzərilərinə götürdüyü öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da zamin olaraq Banka borcu ödəməmişlər. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Cavabdeh1 bildirir ki, faiz borcun və cərimənin məbləği kredit müqavilələrinin şərtlərinə uyğun hesablanmamış, həmin məbləğlərin həqiqətə uyğun olub-olmamasını araşdırmaq üçün isə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır. Rayon Məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatətini əsassız rədd etmişdir. Məhkəmə cavabdehlərdən tutulması qət olunmuş əsas və faiz borcunun məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2020-ci il tarixli, 9/1779 saylı ekspert rəyindən görünür ki: - xx.xx.2013-cü il tarixli, 02R000030846 saylı “Kredit razılaşması” üzrə əsas kredit borcunun məbləği 100.876,69 ABŞ dolları, faiz borcunun məbləği 13.816,78 ABŞ dolları; - xx.xx.2014-cü il tarixli 02R000034836 №-li kredit razılaşması üzrə əsas kredit borcunun məbləği 52.470,77 ABŞ dolları, faiz borcunun məbləği 13.601,58 ABŞ dolları; - xx.xx.2015-ci il tarixli, 002K**********08 №-li kredit razılaşması üzrə əsas kredit borcunun məbləği 45.554,52 ABŞ dolları, faiz borcunun məbləği 17.044,98 ABŞ dolları təşkil edir. Məhkəmə, verilmiş bu rəyin əsaslılığına hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə tərəflər Məhkəməyə sübut təqdim etmədiklərinə görə, həmin rəyi mötəbər sübut kimi qəbul edir. Hər iki tərəf ekspert rəyi ilə qismən razı olsa da, ekspert rəyinin əsassızlığı ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə əvvəla qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi bankın tələbinin xx.xx.2019-cu il tarixədək olan dövrə aid olmasını nəzərə alaraq, həmin tarixə olan əsas, faiz və cərimə borcunu hesablamışdır. Lakin faiz borcu yalnız müqavilə müddətinə hesablana bilər. Bu halda faiz borcu müqavilə müddətinin bitdiyi tarixədək olan müddətə hesabılanmalı idi. İşə baxan Rayon Məhkəməsi isə faiz borcunun hesablanması ilə bağlı səhv qiymətləndirmə aparmış, müqavilə müddəti bitdikdən sonra da faiz hesablamışdır. Məhkəmə ekspert rəyini və iş materiallarını araşdıraraq hesab edir ki: 1) xx.xx.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə faiz borcunun məbləği ekspert rəyinə uyğun dəyişdirilməli və 13.816,78 ABŞ dolları məbləğində müəyyən edilməli; xx.xx.2014-cü il tarixli 02R000034836 saylı və xx.xx.2015-ci il tarixli 02K**********08 saylı kredit razılaşmaları üzrə faiz borclarının məbləğlə Bankın təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışlarına uyğun olaraq müvafiq olaraq 9.819,09 ABŞ dolları və 6.481,74 ABŞ dolları müəyyən edilməlidir. Bu məqsədlə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qeyd edilən faiz məbləğlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. 2) hər 3 kredit razılaşması üzrə əsas borcun məbləği ekspertizanın verdiyi rəyə uyğun deyil, Bankın iddia ərizəsinə, xx.xx.2019-cu il tarixli maliyyə arayışlarına uyğun müəyyən edilməlidir. Çünki rəydə göstərilmiş əsas borcların məbləği iddia ərizəsində göstərilən məbləğdən yuksəkdir. MPM-nin 218.3-cü maddəsinin mənasına görə isə, məhkəmə verilmiş iddia tələbi həcmində qətnamə çıxarır. Odur ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsas kredit borclarının məbləğlərinin müəyyən edilməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hər 3 kredit razılaşması üzrə cərimə borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı bildirir ki, Mülki Məcəllənin yuxarıda artıq qeyd edildiyi 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu maddi hüquq normasının tələblərini və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı işdə də həmin maddə tətbiq edilməli və dəbbə pulunun məbləği azaldılmalıdır. Bununla bağlı Məhkəmə bildirir ki, formalaşmış məhkəmə təcrübəsinə görə cərimənin tutulması barədə işlərə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun məbləğinin 10 faizi miqdarında müəyyən edirlər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki: - xx.xx.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə dəbbənin məbləği iddia ərizəsində qeyd edildiyi kimi 111.158,40 ABŞ dolları məbləğində deyil əsas borcun (75.174,74 ABŞ dollarının) 10 faizi miqdarında, yəni 7.517 ABŞ dolları; - xx.xx.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə dəbbənin məbləği iddia ərizəsində qeyd edildiyi kimi 57.070,89 ABŞ dolları məbləğində deyil əsas borcun (35.787,40 ABŞ dollarının) 10 faizi miqdarında, yəni 3.578 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İşə baxmış Rayon Məhkəməsi isə iş üzrə qəbul etdiyi qətnamə ilə qeyd edilən kredit razılaşmaları üzrə Bankın xeyrinə tutulmalı olan məbləğləri müvafiq olaraq 11.158,40 ABŞ dolları və 7.070,89 ABŞ dolları kimi müəyyən etmişdir. Odur ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəbbə pulun müəyyən edilməsi hissəsi dəyişdirilməlidir. xx.xx.2015-ci il tarixli 02K**********08 saylı kredit razılaşması üzrə dəbbənin məbləği iddia ərizəsində 42.172,71 ABŞ dolları məbləğində göstərilmişdir. Bu kredit razılaşması üzrə əsas kredit borcunun məbləği yuxarıda artıq qeyd edildiyi kimi 45.338,60 ABŞ dolları təşkil edir. Belə olan halda bu razılaşma üzrə dəbbə pulunun məbləği məhkəmə təcrübəsinə uyğun olaraq 4.217 ABŞ dolları məbləğində müəyyən edilməli idi. İşə baxmış Rayon Məhkəməsi isə bu kredit razılaşması üzrə dəbbə pulunun məbləğini daha az, yəni 2.172,71 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə, iddiaçı Bankın qətnamədən apellyasiya şikayəti verməməsini nəzərə alaraq hesab edir ki, qətnamənin müzakirə edilən bu hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ:

1. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin.

2. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə cavabdehlərdən iddiaçı Bankın xeyrinə hər 3 kredit razılaşması üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 2.1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 13.816 (on üç min səkkiz yüz on altı) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində müəyyən edilərək tutulsun. 2.2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinəxx.xx.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 9.819 (doqquz min səkkiz yüz on doqquz) ABŞ dolları 9 (doqquz) sent məbləğində müəyyən edilərək tutulsun. 2.3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 02K**********08 saylı kredit razılaşması üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 6.481 (altı min dörd yüz səksən bir) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində müəyyən edilərək tutulsun.

3. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə cavabdehlərdən iddiaçı Bankın xeyrinə xx.xx.2013-cü il tarixli 02R000030846 saylı və xx.xx.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə dəbbənin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 3.1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə tutulmalı olan dəbbə pulunun məbləği azaldılsın və 7.517 (yeddi min beş yüz on yeddi) ABŞ dolları məbləğində tutulsun. 3.2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə tutulmalı olan dəbbə pulunun məbləği azaldılsın və 3.578 (üç min beş yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində tutulsun.

4. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamənin qalan hissəsi, yəni: 4.1. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 02L000011317 saylı “Kredit xətti müqaviləsinin”, xx.xx.2013-cü il tarixli, 02R000030846 saylı, xx.xx.2014-cü il tarixli 02R000034836 saylı və xx.xx.2015-ci il tarixli, 002K**********08 saylı “Kredit razılaşmalarına” xitam verilməsi hissəsi; 4.2. cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSCnin xeyrinə xx.xx.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 75.174 (yetmiş beş min yüz yetmiş dörd) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində pulun tutulması hissəsi; 4.3. cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSCnin xeyrinə xx.xx.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 35.787 (otuz beş min yeddi yüz səksən yeddi) ABŞ dolları 40 (qırx) sent məbləğində pulun tutulması hissəsi; 4.4. cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSCnin xeyrinə xx.xx.2015-ci il tarixli, 002K**********08 saylı kredit razılaşması üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 45.338 (qırx beş min üç yüz otuz səkkiz) ABŞ dolları 60 (altmış) sent, bu kredit razılaşması üzrə yaranmış dəbbə borcunun ödənilməsi məqsədi ilə 2.172 (iki min yüz yetmiş iki) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində pulun tutulması hissəsi; 4.5. ABŞ dolları ilə ifadə edilmiş və cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan məbləğlərin qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması hissəsi; 4.6. iddia ərizəsinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumunun yalnız bir hissəsinin cavabdehlərə aid edilməsini və bu məqsədlə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 16 (on altı) manat 80 (səksən) qəpik məbləğində pulun İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində; 4.7. iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın.

5. Hazırki qətnamə və Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi məbləğlər aşağıdakı kimi müəyyən edilsin: 5.1. xx.xx.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cəmi məbləğ 96.508 (doxsan altı min beş yüz səkkiz) ABŞ dolları 52 (əlli iki) sent təşkil edir; 5.2. xx.xx.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cəmi məbləğ 49.184 (qırx doqquz min yüz səksən dörd) ABŞ dolları 49 (qırx doqquz) sent təşkil edir; 5.3. xx.xx.2015-ci il tarixli, 002K**********08 saylı kredit razılaşması üzrə cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cəmi məbləğ 53.993 (əlli üç min doqquz yüz doxsan üç) ABŞ dolları 5 (beş) sent təşkil edir.

6. Apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat İddiaçı QSC ilə Cavabdeh1 bərabər hissələr ilə aid edilsin. Bununla əlaqədar olaraq onların hər birindən 75 (yetmiş beş) manat məbləğində pul dövlət nəfinə tutulsun.

7. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar