Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-288/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı filialının nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)-2998/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 MMC-nin direktoru Cavabdeh3 və X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Pakistan Milli Bankı”nın Bakı Filialı cavabdehlər Cavabdeh1, X3, X9 və Cavabdeh4 MMC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Pakistan Milli Bankı’’nın Bakı filialı ilə borcalan Cavabdeh4 MMC arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 335 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC-yə illik 17% dərəcəsi olmaqla 36 ay müddətinə 110000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq «Pakistan Milli Bankı»nın Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.03.2012-ci il tarixli, 69 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 41, mənzil 7-də, ümumi sahəsi 84,0 kv.m, 4 otaqlı mənzil banka ipotekaya qoyulmuş və bu barədə ipoteka qoyanla Bank arasında , 23 03.2012 ci il tarixli, 69 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. "Montinburg” MMC hazırkı vaxtadək sözügedən kreditin əsas məbləğindən 62459,05 manat, faiz məbləğdən 22195,95 manat, cəmi 84655 manat qismən ödəniş edərək, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qismən yerinə yetirmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən borcluya və zaminlərə müraciətlər edilmiş, lakin onlar verdiyi vədlərə əməl etməyərək bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdurlar. Bunun nəticəsi olaraq Cavabdeh4 MMC-nin qeyd olunan kredit müqaviləsi uzrə 06 dekabr 2016-cı il tarixinə 47540,95 manat əsas borc, 43433.16 manat faiz borcu, cəmi 30974.11 manat (doxsan min doqquz yüz yetmiş dörd manat 11 qəpik) məbləğində borcumövcuddur. Həmçinin “Pakistan Milli Bankı”nın Bakı filialı tərəfindən ipoteka qoyulmuş Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş təqdim olunmuşdur. Eyni zamanda “Pakistan Milli Bankı”nın Bakı filialı ilə Cavabdeh2 Fizuli qızı arasında 30 mart 2012-ci il tarixli 335/5 saylı, Cavabdeh1 arasında 335/2 saylı, Cavabdeh3 arasında 335/1 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər borcalan bank qarşısında öz öhdəliklərini icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə "Pakistan Milli Bankı”nın Bakı Filialı ilə Cavabdeh4 MMC arasında bağlanmış 30 mart 2012-ci il tarixli, 335 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh4 MMC-dən, X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada «Pakistan Milli Bankı»nın Bakı Filialının xeyrinə 47540,95 manat (qırx yeddi min beş yüz qırx manat 95 qəpik) əsas borc, 43433.16 manat (qırx üç min dörd yüz otuz üç manat 16 qəpik) faiz borcu, cəmi 90 974,11 manat borc, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına, tutmanın Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev mənzil 7-də, ümumi sahəsi 84,0 kv/m, 4 otaqlı tam mülkiyyətində olan mənzilə yönəldilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)-2998/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh4 MMC-dən 47540,95 manat əsas borc, 8988.87 manat faiz borcu və 5000 manat cərimə borcu, cəmi 61529,82 manat borc “Pakistan Milli Bankı"nın Bakı filialının xeyrinə tutulması, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 41, 4 otaqlı, ümumi sahəsi 84,0 kv/m olan 7 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən 30 mart 2012-ci il tarixli, 335 saylı kredit müqaviləsinə əsasən 47540,95 manat əsas borc, 8988.87 manat faiz borcu və 5000 manat cərimə borcu, cəmi 61529,82 manat borcun iddiaçı “Pakistan Milli Bankı’’nın Bakı filialının xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)- 2998/2017 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırırlar ki, məhkəmə prosesində iddia tələbi üzrə əsas borcu cavabdeh olaraq qəbul etsələr də, yalnız yüksək faiz dərəcəsi ilə hesablanmış faiz və cərimə borcunun araşdırılması üçün məhkəmədən iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini tələb etmişdirlər. Lakin işə baxan hakim tərəfindən bu tələb qəbul edilməmiş və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilərək, cavabdehdən əsas borcla yanaşı yüksək faiz dərəcəsi ilə hesablanmış 8988,78 manat məbləğində faiz borcunun və 5000 manat məbləğində cərimə borcunun tutulması qət edilmişdir. Qətnamədə digər mübahisəli məsələ ipoteka premetinə tutmanın həyata keçirilməsinin qanunvericiliyin tələblərinə uyğun olmamasıdır. Yəni ipoteka qoyan Cavabdeh1 “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Bildiriş” göndərilməmişdir. Lakin maraqlısı budur ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “28.11.2016-cı il tarixli Bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi üçün ipotek predmetinə tutma yönəldilməsinə başlandığı barədə xəbərdarlıq edilmiş və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək elektron portalda 28.11.2016-cı il tarixdə qeydə alınmışdır”. Sabunçu Rayon Məhkəməsində işə baxılan zaman, ipoteka qoyanın nümayəndəsi tərəfindən məhkəməyə şifahi vəsatətlə müraciət edilərək, iddiaçı tərəfindən ipoteka qoyan Cavabdeh1 göndərilmiş 28.11.2016-cı il tarixli Bildirişin alınmasını təsdiq edən poçt qəbzində icra edilmiş imzanın kimin tərəfindən icra olunmasını müəyyən etmək üçün xətşünaslıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Lakin işə baxan hakim tərəfindən xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə heç bir münasibət bildirilməmiş və cavabdeh ipoteka qoyan Cavabdeh1 prosseual hüquqları pozulmuşdur. Qeyd edilənlərə görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikasındakı Bakı filialının nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin dəlillərinə istinad etməklə apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə, tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi kredit borcu üzrə tələbi ipoteka predmetinə yönəltsə də, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)-2998/2017 saylı qətnaməsi ləğv olunmalı və iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 mart 2012-ci il tarixli, 335 nömrəli kredit müqaviləsindən görünür ki, "Pakistan Milli Bankının Bakı filialı tərəfindən Cavabdeh4 MMC-yə illik 17% dərəcəsi olmaqla 36 ay müddətinə 110000 (bir yüz on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit müqaviləsinə əlavə olunmuş 1 saylı Əlavədə göstərilən ödəniş tarixindən sonra 30 gün müddətində kredit üzrə əsas borc və ya faizlər vaxtında ödənilmədikdə, vaxtı keçmiş borc əmələ gəlir və o, vaxtı keçmiş borc hesablarında əks etdirilir. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, borcalan Banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 17%-lə hesablanan cərimə faizləri, yəni cəmi 34%-lə hesablanan faizlər ödəməlidir. “Pakistan Milli Bankı”nın Bakı filialı ilə X5 arasında ağlanmış 30 mart 2012-ci il tarixli, 335/3 saylı, Cavabdeh1 arasında bağlanmış 335/2 saylı, Cavabdeh3 arasında bağlanmış 335/1 saylı Zaminlik müqavilələrindən görünür ki, onlar həmin müqavilələrə əsasən borcalan bank qarşısında 30 mart 2012-ci il tarixli 335 saylı kredit müqaviləsinə əsasən öz öhdəliklərini icra etmədiyi təqdirdə bütün məsuliyyəti DZ üzərinə götürmüşlər. 30 mart 2012-ci il tarixli, 69 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür kı, 30 mart 2012-ci il tarixli 335 saylı kredit müqaviləsinin icrasının təminatı üçün Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ümumi sahəsi 84,0 kv/m olan ev 41,4 otaqlı, 7 nömrəli mənzili bankın xeyrinə ipoteka qoymuşdur. 25 11 2016-cı il tarixli 298 nömrəliCavabdeh3 və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh3 ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, onlar borcun ödənilməsinin təminedilməsi barədə xəbərdar edilmişdirlər. Seriya MA ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ümumi sahəsi 84,0 kv/m olan ev 41,4 otaqlı, 7 nömrəli mənzil “Pakistan Milli Bankı”nın Bakı filialının adına 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Qeydiyyat tarixi 01 may 2012-ci il tarixidir. 15 may 2017-ci il tarixli hesabatdan görünür ki, “Montinburg" MMC-nin 15 may 2017-ci il tarixə "Pakistan Milli Bankı”nın Bakı filialına 47540,95 manat (qırx yeddi min yüz qırx manat 95 qəpik) əsas borc və 43433.16 manat (qırx üç min dörd yüz otuz üç manat qəpik) faiz borcu, cəmi 90974,11 manat (doxsan min doqquz yüz yetmiş dörd manat 11 qəpik) borcu vardır. 23 may 2017-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh4 MMC-nin 23 may 2017-ci il tarixə “Pakistan Milli Bankı”nın Bakı filialına 47540,95 manat (qırx yeddi min ş yüz qırx manat 95 qəpik) əsas borc və 43433.16 manat (qırx üç min dörd yüz otuz üç manat qəpik) faiz borcu, cəmi 90974,11 manat (doxsan min doqquz yüz yetmiş dörd manat 11 qəpik) borcu vardır. İşdə olan arayışdan görünür ki, "Pakistan Milli Bankı”nın Bakı filialı ilə “Montinburg" MMC arasında imzalanmış 30.03.2012-ci il tarixli müqaviləyə görə 110000 manat kredit verilmişdir. Cavabdeh4 MMC-nin 30.03.2015-ci il tarixə olan əsas borcu 47540.95 manat, 17 %-lə hesablanan faiz borcu 8988.87 manat, 34 %-lə hesablanan faiz borcu isə 7818.78 manat faiz borcu hesablanmışdır. 17 % və 34 % hesablanan faiz borcu 30.03.2012-ci il tarixli müqavilənin 6-cı maddəsinin şərtlərinə görə hesablanmışdır. Hal-hazırda Cavabdeh4 MMC-nin “Pakistan Milli Bankı”nın Bakı filialına olan borcu 90974.11 manat təşkil edir. Deməli tələb edilən 43433,16 manat faiz borcunun 34444,29 manatı cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 17040 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, hesabdan çıxarış məlumatları və 30 mart 2012-ci il tarixli 335-il saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 30 mart 2015-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) Cavabdeh4 MMC-nin iddiaçı “Pakistan Milli Bankının” Bakı filialına ödəməli olduğu cəmi borc qalığı 75401,34 manat (əsas borc üzrə 47512,7 manat və faiz borc üzrə 12743,96 manat) məbləğində müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8313/2019 nömrəli qərardadının icrası ilə bağlı “Heba Cobsulting MMC”-nin təqdim etdiyi 16 dekabr 2019-cu il tarixli Ç-772 nömrəli məktubuna əlavə olunan 0860/19/PAKMB saylı qiymətləndirmə hesabatının nəticə hissəsindən görünür ki, qiymətləndirmə prossesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilin hazırkı dövrə bazar qiyməti 118 000 (bir yüz on səkkiz min) manat, likvid qiyməti 108 (bir yüz səkkiz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli oozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1 -ci maddəsinə əsasəndəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Apelyatorlar apelyasiya şikayətində əsas borcu cavabdeh olaraq qəbul etsələr də, yalnız yüksək faiz dərəcəsi ilə hesablanmış faiz borcu mübahisələndirirlər. Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekpertizası təyin olunmadığından məhkəmə tərəfindən yanlış qətnamə qəbul edildiyini apelyasiya şikayətində qeyd edirlər. Məhkəmə kollegiyası cavabdehlərin bu mövqeyini əsaslı hesab edərək, 13 iyun 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 17040 nömrəli ekspert rəyində 30 mart 2015-ci il tarixə Cavabdeh4 MMC-nin iddiaçı “Pakistan Milli Bankının” Bakı filialına ödəməli olduğu cəmi borc qalığı 75401,34 manat (əsas borc üzrə 47512,7 manat və faiz borc üzrə 12743,96 manat) məbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasənməhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə ödənilməli olan cərimə məbləğini 34444.29 manat məbləğindən 5000 manatadək azaldılmasını mümkün hesab edir. İşin hallarını, qanunvericiliyin tələblərini, həmçinin məhkəmə-mühasibatlıq ekperitazası tədqiqatının nəticələrini araşdıraraq məhkəmə kollegiyası iddia tələbini qismən haqlı hesab edərək müəyyən edir ki, Cavabdeh4 MMC-dən 47 512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcu tutulmalıdır. Apelyator apelyasiya şikayətin qeyd edir ki, ipoteka qoyan Cavabdeh1 “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Bildiriş” göndərilməmişdir. Lakin iş materiallarında olan 25 noyabr 2016-cı il tarixli 298 nömrəli Cavabdeh3 və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh3 ünvanlanan xəbərdarlıq məktubunun surətini məhkəmə kollegiyası araşdıraraq müəyyən etmişdir ki, cavabdehlər borcun ödənilməsinin təmin edilməsi barədə lazımı qaydada xəbərdar edilmişdirlər. Həmçinin apelyatorun apelyasiya şikayətində “Sabunçu Rayon Məhkəməsində işə baxılan zaman, ipoteka qoyanın nümayəndəsi tərəfindən məhkəməyə şifahi vəsatətlə müraciət edilərək, iddiaçı tərəfindən ipoteka qoyan Cavabdeh1 göndərilmiş 28.11.2016-cı il tarixli Bildirişin alınmasını təsdiq edən poçt qəbzində icra edilmiş imzanın kimin tərəfindən icra olunmasını müəyyən etmək üçün xətşünaslıq ekspertizasının keçirilməsi xahiş edildiyini” qeyd edir ki, bu da əslində cavabdehlərin dolayı yolla Bildirişin verildiyini qəbul etdiklərinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 33-cü maddəsinin 28 dekabr 2018-ci il tarixə qədər olan redaksiyasına əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-cimaddəsinin 28 dekabr 2018-ci il tarixə qədər olan redaksiyasına əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Yuxarıda qeyd edilən işin hallarını, qanunvericiliyin tələblərini mənzilin qiymətləndirilməsinə dair tədqiqatın nəticələrini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, tələb ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməli və mənzil açıq hərracdan satılaraq satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməlidir. Mənzilin ilkin satış qiyməti 118000 manat müəyyən olunmalıdır. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, hazrıkı kredit müqaviləsi üzrə kredit ödənişinin müddəti 30 mart 2015-ci il tarixdə bitdiyindən və iddiaçı bundan iki ilə yaxın müddət keçdikdən sonra, yalnız 15 fevral 2017-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi pul məbləğinin zaminlər Cavabdeh2 Fizuli qızı, Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı Cavabdeh4 MMC-dən 47 512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 118000 manat məbləğində müəyyən olunmalı və iddia qalan hissədə rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin kollegiya qeyd edir ki, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul iddiaçıdan 100 manat və cavabdehdən 100 manat məbləğində tutulmalı və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)-2998/2017 saylı qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh4 MMC-dən 47 512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcu iddiaçının xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 118000 (bir yüz on səkkiz min) manat məbləğində müəyyən olunsun. İddia qalan hissədə rədd olunsun. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan 100 manat və cavabdehdən 100 manat məbləğində tutulsun və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-288/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-288/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver