Məhkəmə qərarları › İş №2(103)-2881/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2881/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2881/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı (eyni zamanda maraqlarına toxunulan şəxs) İddiaçı Zülqədər oğlunun, onun nümayəndəsi və vəkili X10, Cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh2, onun nümayəndəsi və vəkili X24, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X11 iştirakları ilə İddiaçı Zülqədər oğlunun cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş, həmçinin iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı Zülqədər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Zülqədər oğlu Cavabdeh1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzildən istifadə və mənzilin təmir etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İbrahimov X27 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə aralarında imzalanmış xx.xx.2011-ci il tarixli, 21 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 42360 manat təşkil edir. Maliyyə arayışında qeyd olunur ki, o, mənzilin dəyərini tam ödəmişdir. Həmin müqavilənin qanunvericilikiə nəzərdə tutulmuş qaydada bağlanmasına və mənzilin dəyərinin ödənilməsinə, MTK tərəfindən həmin mənzilin ona məxsus olmasının göstərilməsinə baxmayaraq, mənzil ona təhvil verilməmiş, təhvil verilməsinə cavabdeh tərəfındən maneələr törədilir və mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin mənzilin dəyərini ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək mənzilin təhvil verilməsini xahiş etmiş, lakin cavabdeh mənzili onatəhvil verməmişdir. Mənzilin qapısını dəyişib yeni qapı qoysa da, mənzili təmir etməyə Cavabdeh1 MTK-nın sədri S.İbrahimov maneəçilik törədir. Daha sonra iddiaçı İbrahimov X27 tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, məhkəmə prosesləri gedişində və məhkəmə tərəfındə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK tərəfindən ona satılan mənzil, yəni Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilən 1 bloklu yaşayış binasının 1- ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəlili mənzil 8ci mərtəbədəliftdən çıxarkən sol tərəfdə yerləşən mənzildir. Həmin mənzilin iddiaçıya, digər mənzilin, yəni 38 saylı mənzilin isə Axundov Tahirə satılması müəyyən edilmişdir. X3 mənzilin isə bir mərtəbə aşağıda, yəni 7-ci mərtəbədə yerləşməsi müəyyən edilmişdir. Bu halı yerində baxış zamanı binanın sakinləri, mənzilin mülkiyyətçiləri və MTK-nın nümayəndəsi də təsdiq etmişdir. X5 hələ də mənzilin ona təhvil verilməsinə maneəçilik törədir. Bundan əlavə, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfındən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilən 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı, 8 saylı mənzilə sərbəst giriş-çıxışının təmin edilməsi və ona öz mülkiyyətində olan mənzildə təmir işləri aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 141,5 kv.metr olan 3 otaqlı, yerləşmə sxemində göstərilmiş 38 saylı mənzilə və həmin binanın 13-cü mərtəbəsində ümumi sahəsi 14,5 kv.m olan 3 otaqlı, hazırki iş materiallarına əlavə edilmiş yerləşmə sxemində göstərilmiş 78 saylı mənzilə sahiblik, istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı və 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması qət edilmişdir. Qətnamənin icrası zamanı Cavabdeh1 MTK tərəfindən İcra şöbəsinə mənzilin mülkiyyətçilərinin siyahıları təqdim olunmuşdur. Həmin siyahıda ümumiyyətlə Cavabdeh2 adı olmamış, mübahisəli mənzilin mülkiyyətçisinin isə İddiaçı olduğu qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Zülqədər oğlu ilə Cavabdeh1 MTK arasında imzalanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzili Cavabdeh1 MTK tərəfindən İddiaçı Zülqədər oğluna təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması və həmin mənzildən istifadəyə və mənzili təmir etməsinə maneəçilik törədilməsinin cavabdehlər Cavabdeh1 MTK-ya və X12 qadağan edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə verilmiş eskpert rəyini nəzərə almamış, iddiaçı ilə ona məxsus mənzillərin fərqli mənzillər olmasına diqqət yetirməmişdir. Belə ki, ekspert rəyi ilə də iddiaçıya məxsus mənzilin binanın 8-ci mərtəbəsində yerləşmədiyi öz təsdiqini tapmışdır. Həmçinin mənzillərin ümumi sahəsi də fərqlidir. Bundan başqa iddiaçı Cavabdeh2 cavabdeh “xxxx-MTK” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilən 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı, 8 saylı mənzilə Cavabdeh2 sərbəst giriş-çıxışının təmin edilməsinin və Cavabdeh2 öz mülkiyyətində olan mənzildə təmir işləri aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa etdiyi 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı, 8 saylı mənzili almışdır. Mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Bu barədə Cavabdeh1 MTK tərəfindən maliyyə arayışı da verilmişdir. Lakin Cavabdeh2 öz öhdəliklərini lazımınca yerinə yetirərək aldığı mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, Cavabdeh1 MTK hər dəfə müxtəlif bəhanələr gətirərək, mənzili ona təhvil verməkdən imtina edir, onun öz mənzilini təmir edərək köçüb həmin mənzildə yaşamasına imkan vermir. Cavabdeh2 dəfələrlə Cavabdeh1 MTK-ya müraciət edərək, onun öz mənzilinə köçərək yaşamasına yaradılan maneələrin aradan qaldırılmasını və mənzilinin ona təhvil verilməsini tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh tikinti-quraşdırma işlərini 24 ay ərzində başa çatdıraraq, mənzili alıcıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Lakin mənzilin dəyərinin ödənilməsindən artıq 4 il 8 ay, cavabdehin üzərinə götürdüyü müddətdən isə, 2 il 8 ay keçməsinə baxmayaraq, mənzil hələ də Cavabdeh2 təhvil verilməmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A, ünvanında inşa edilmiş, 1 bloklu yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 141,5 kv. metr olan 3 otaqlı, yerləşmə sxemində göstərilmiş 38 saylı mənzilə və həmin binanın 13-cü mərtəbəsində ümumi sahəsi 141,5 kv.metr olan 3 otaqlı, hazırki iş materiallarına əlavə edilmiş yerləşmə sxemində göstərilmiş 78 saylı mənzilə X1, istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə verilərkən, texniki səhvə yol verilmiş və səhvən 8 saylı mənzilin Cavabdeh2 məxsus olması bildirilmişdir. xx.xx.2008-ci il tarixli müqavilə əsasında Cavabdeh2 1-ci blok 13-cü mərtəbədə 141.5 kv.metr sahəsi olan 78 saylı mənzil, xx.xx.2008-ci il tarixli müqavilə əsasında isə, 1-ci blok 8-ci mərtəbədə 141.5 kv.metr sahəsi olan 38 saylı mənzil satılmışdır. Bundan əlavə, məhkəmə ilə birlikdə keçirilmiş yerli baxış zamanı binaya daxil olarkən də binaya baxan nəzarətçilər tərəfindən maneələr yaradıldığı, həmçinin mənzillərin nömrələnməsində yanlışlıqların olduğu məlum olmuşdur. Mənzil alınarkən ona müqavilə və maliyyə arayışı ilə birlikdə mənzilin yerləşmə sxemi də verilmişdir. Həmin yerləşmə sxemində ona satılan 78 saylı və 38 saylı mənzillərin yerləşdiyi sahə, otaqlarının sayı və ölçüləri dəqiqliklə öz əksini tapmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin, 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin, 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzilinə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı Zülqədər oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan mənzil qanuni əsaslarla xx xxxxxx 2011-ci il tarixli 21 N-li alqı-satqı müqaviləsi əsasında mənə ona satılmış və o hazırda həmin mənzilin mülkiyyətçisidir. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1 blok 8 mərtəbə ümumi sahəsi 141.2 kv.m mənzil N-48 izolə olunmuş 3 otaqlı evdən ibarətdir. Mənzilin dəyəri 42 360 manat təşkil edir. Maliyyə arayışında qeyd olunur ki, o, mənzilin dəyərini "xxxx" MTK- ya tam ödəmiş və mənzil onun mülkiyyətimdədir. Mənzilin qanuni sahibi mülkiyyətçisi o ola-ola məhkəmə bu halı araşdırmamış, nəticədə onun mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. O, işə cəlb edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdeh2 müqaviləsi formal olaraq bağlanmış, Cavabdeh2 həmin mənzilə görə Cavabdeh1 MTK-ya ödəniş etməmiş, mənzilin dəyərini ödəmədiyi üçün mənzilə mülkiyyət hüququ əldə etməmişdir. Bundan əlavə, Cavabdeh2 müqaviləsi o, mənzili aldıqdan çox-çox sonra MTK rəhbərliyi dəyişdikdən sonra tərtib olunmuş müqavilədir. İşin halları ondan ibarətdir ki, Cavabdeh1 MTK-nın keçmiş və indiki rəhbəri arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, keçmiş rəhbər iddiaçı X19 cavabdehlər X20 və qeyrilərinə qarşı ümumi yığıncağın protokolunun ləğvi, iddiaçı X20 cavabdeh X17 qarşı möhürün və sənədlərin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə İ.Qasınmovun iddiası rədd edilmiş, S.İbrahimovun iddiası isə təmin edilmiş, MTK-nın fəaliyyətinə dair bütün sənədlərin, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin müqavilələrinin S.İbrahimova təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş və bütün sənədlər icraçı vasitəsi ilə S.İbrahimova təhvil verilmişdir.Lakin qətnamə icra olunarkən təhvil verilən sənədlərin içərisində və siyahıda Cavabdeh2 ilə xxxx MTK arasında imzalanan müqavilə olmamışdır. Əksinə həmin təhvil verilmiş sənədlərin içərisində olan cədvəldən müəyyən olunur ki, 1-ci blok, 8-ci mərtəbədə, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 48 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı Zülqədər oğludur. Bu o deməkdir ki, Cavabdeh2 ilə imzalanan müqavilə qətnamənin icra edilməsindən sonra Cavabdeh1 MTK-nın sədri S.İbrahimov tərəfindən geri tarixlə tərtib edilmiş müqavilədir. Onunla Cavabdeh1 MTK arasında müqavilə bağlanan zaman həmin mənzil onun mülkiyyətində olmuşdur. Əgər Cavabdeh2 2008-ci ildə mənzili almışdırsa nəyə görə ötən 10 il ərzində öz mənzili ilə maraqlanmamışdır? Şəxsin öz mülkiyyətindəki böyük dəyərə malik olan əmlakla 10 il ərzində maraqlanmaması, əmlakın ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etməməsi məntiqə uyğun deyil. Bu bir daha onu göstərir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanan müqavilə formal olaraq sonradan imzalanmışdır. Həmin müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır, ona görə də etibarsız hesab olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə 2(103)- 2881/2020 və 2(103)-94/2020 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-94/2020 №-si altında birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda maraqlarına toxunulan şəxs) İddiaçı Zülqədər oğlu, onun nümayəndəsi və vəkili Gülsabah Şəfiyeva özləri tərfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh2, onun nümayəndəsi və vəkili Tahir Məmmədov özləri tərfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Rəsul Yusifbəyli izahatında bildirmişdir ki, mübahisəli mənzil Cavabdeh2 satılmışdır. Hazırki vaxtadək onların məhkəmə mübahisələrindən xəbəri olmamış və heç birində iştirak etməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6501/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin, 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin, 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzilinə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Belə ki, maraqlarına toxunulan şəxs qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun yalnız qətnaməni “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsində mübahisələndirdiyi aydın olur. Kollegiya həmçinin onu qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı hazırki apellyasiya baxışı çərçivəsində tam yoxlanılır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətləriinin dəlillərini müzakirə edərək və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Zülqədər oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icraçı Cavabdeh1 MTK-nın sədri X19 ilə payçı İddiaçı Zülqədər oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 42360 manat təşkil edir və yeni payçı İddiaçı Zülqədər oğlu tərəfindən əvvəlki payçı X25 ödənilir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili İddiaçı Zülqədər oğluna məxsusdur. Onun MTK-ya borcu yoxdur. İş materiallarında olan icraçı Cavabdeh1 MTK-nın sədri X20 ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 66505 manat təşkil edir və bütün məbləğ ilkin pay kimi ödənilir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzilin dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli kassa mıədaxil orderinin qəbzinin surətindən görünür ki, ev almaq üçün Cavabdeh2 tərəfindən ödənilmiş 66505 manat MTKnın kassasına mədaxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi təmin edilərək iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı və 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamənin icra mərhələsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nin direktoru Sahib Qarayev tərəfındən verilmiş xx.xx.2018-ci il tarixli rəyin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin müraciət əsasında Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 1-ci blok 8-ci və 13-cü mərtəbəsi elə həmin mərtəbələr olduğu, 8-ci mərtəbədə və 13-cü mərtəbədə ümumi sahəsi 141,5 m2 olan mənzillərin liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşdiyi, 8-ci mərtəbədə ümumi sahəsi 141,5 m2 olan 3 otaqlı 1 mənzilin olduğu, binada sahəsi 141,5 m2 olan 15 mənzilin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru X30 tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktın məzmunundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı icra sənədi icra olunaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisis tərəfındən verilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı və 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillər Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X4 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “Rəhbər (qanuni təmsilçi) barədə” arayışın surətindən görünür ki, Cavabdeh1 (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövləl qeydiyyatına alınarkən üzvlərin xx.xx.2005-ci il tarixli ümumi yığıncağının qərarına əsasən X6 (qanuni təmsilçi) təyin edilmişdir. Daha sonra Kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixli qərarına əsasən sədr (qanuni təmsilçi) X20, xx.xx.2008-ci il tarixli qərarına əsasən Kooperativirı sədri (qanuni təmsilçisi) Qasımov llham Səfəralı oğlu, üzvlərin xx.xx.2012-ci il tarixli qərarına əsasən isə Kooperativin sədri (qanuni təmsilçisi) X20 təyin edilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə “xxxx-MTK” MTK-mn Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış binasında xx.xx.2011-ci il tarixli müqavilə ilə İddiaçı Zülqədər oğluna satılmış 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin mövcud olmasının, həmin mənzilin, X16 ilə “xxxx-MTK” MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nobel prospekti, 189a ünvanda yerləşən 16 srtəbəli, bir bloklu yaşayış evinin 1 blok, 8-ci mərtəbə, ümumi sahəsi 141.5 kv.m olan 38 nömrəli 3 otaqlı mənzillə eyni mənzillər olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 6826 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Nobel prospekti 189a ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasının eskiz layihəsinə əsasən, həmin binanın 8-ci mərtəbəsində 3 ədəd 3 otaqlı mənzil mövcud olması müəyyən edilmişdir. Lakin xx.xx.2011-ci il tarixli müqavilə ilə İddiaçı Zülqədər oğluna satilmış 16 mərtəbəli 1 bloklu yaşayış evinin 8-ci mərtəbəsində eskiz layihə və faktiki vəziyyət üzrə ümumi sahəsi 141.2 kv.m olan mənzil olmadığına görə, Z.lbrahimova satılmış sahəsi 141.2 kv.m olan mənzilin Cavabdeh1 MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasının 8-ci mərtəbəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı Zülqədər oğlu ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nobel prospekti, 189a ünvanda yeriəşən 16 mərtəbəli, bir bloklu yaşayış evinin 8-ci mərtəbə, ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin sahəsinə uyğun sahə və mənzillərin sıralanma cədvəli olmadığını nəzərə alaraq ona satılmış mənzil ilə X16 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nobel prospekti, 189a ünvanda yerləşən 16 mərtəbəli, yaşayış evinin 1 biok, 8-ci mərtəbəsində yerləşən mənzilin eyni mənzil olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)- 737/2013 saylı qətnaməsi ilə iddiaçı X14 cavabdehlər X22, X20, X21, X13 və üçüncü şəxs Bakı şəhəri, X7 hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı Cavabdeh1 MTK-nın təsisçilərin ümumi yığıncağının protokolunun və həmin protokolla əlaqədar qəbul edilmiş qərarların, qanuni təmsilçi barədə edilmiş dəyişikliyin, qanuni təmsilçilik hüququnun bərpa edilməsi, müqavilələrin və digər sənədlərin etibarsız hesab edilməsi, cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsi barədə” ilk iddia ərizəsi rədd, X15 X18 qarşı “kooperativə məxsus əvvəlki möhürün məhv edilməsi, ilkin qeydiyyat şəhadətnaməsinin, mühasibat uçot sənədlərinin, satılmış yaşayış və qeyriyaşayış sahələrinin qeydiyyat uçot kitablarının, çoxmənzilli yaşayış binasının tikintisi üçün verilmiş inşaat pasportunun, təsdiq edilmiş layihə smeta sənədlərinin, maliyyə təsərrüfat fəaliyyətinə aid bütün sənədlərin alınıb təhvil verilməsi barədə” qarşılıqlı iddia ərisəinin qismən təmin edilərək, İ.S.Qasımovdan Cavabdeh1 MTK-nın ilkin qeydiyyat şəhadətnaməsinin, kooperativin fəaliyyəti ilə bağlı mühasibat uçot sənədlərinin, satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyat uçoy kitablarının, kooperativ tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 a saylı ünvanda inaş edilən çoxmənzilli yaşayış binasının tikintisi üçün müvafiq dövlət orqanları tərəfindən verilmiş inşaat pasportunun, təsdiq edilmiş layihə smeta sənədlərinin, maliyyə təsərrüfat fəaliyyətinə aid digər sənədlərin və möhürün aınıb S.H.İbrahimova təhvil verilməsi, qalan hissədə qarşılıqlı iddia ərisəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnaməsinin icrası məqsədilə Nərimanov rayon İcra Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli akt tərtib edilmiş və Bakı şəhəri Nobel prospekti 189a ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasına dair bütün sənədlər, müqavilələr və maliyyə arayışları, o cümlədən satılmış mənzillərin, qeyri-yaşayış sahələrinin və qarajların müqavilələri Sahib İbrahimova təhvil verilmişdir. Bu akta əlavə edilmiş sənədlər siyahısında Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evindəki satılmış mənzillər göstərilmiş və həmin siyahıda hazırki iş üzrə mübahisələndirilən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin sahibi və payçısı kimi İddiaçı Zülfüqar oğlu göstərilmişdir. Həmin siyahıda Cavabdeh1 MTK-dan mənzil almış vətəndaşların siyahısında Cavabdeh2 adı göstərilməmişdir və Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nobel prospekti 189a ünvanda inşa etdiyi binada Cavabdeh2 məxsus heç bir yaşayış sahəsi (mənzil) yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanında inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış evinə yerində baxış keçirilmiş, baxış zamanı Bakı şəhəri Nobel prospekti 189a ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasının 16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbədə, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 57-63 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mənzillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur. Binanın hər bir mərtəbəsində yerləşən mənzillərin müqavilələrdə göstərilən sahələri və sıra sayları üzrə aparılmış hesablamalarla xx.xx.2011-ci il tarixli müqavilə ilə İddiaçı Zülqədər oğluna satılmış 48 saylı mənzilin binanın 8-ci mərtəbəsində liftdən çıxışda solda yerləşməsi, xx.xx.2008-ci il tarixli müqavilə ilə X2 38 saylı mənzilin isə binanın 7-ci mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Yerli baxış zamanı əldə edilmiş, binada mənzillərin satılmasına dair ilkin olaraq əlyazma üsulu ilə tərtib olunmuş siyahıda binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzilinin payçı İddiaçı Zülqədər oğluna satıldığı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Kollegiya hər iki apellyasiya şikayətlərinin dəlillərinə eyni anda münasibət bildirərək qeyd edir ki, “müqavilədə Cavabdeh2 Pənah oğluna məxsus 48 saylı mənzilin texniki səhv olaraq 38 saylı mənzil kimi qeyd edilməsi” barədə Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış mübahisəli mənzilin Cavabdeh2 Pənah oğluna məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov və Nüsrət Cahangirov tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-737/2013 saylı icra sənədinin icrası ilə bağlı tərtib olunmuş xx.xx.2015-ci il tarixli akta əlavə olunmuş, Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasında mənzil almış payçıların siyahısından müəyyən olunur ki, həmin binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili payçı İddiaçı Zülqədər oğlu tərəfindən, 38 saylı mənzili X26 tərəfindən, 78 saylı mənzili isə X31 tərəfindən əldə edilmişdir. Həmin siyahıda payçı kimi X9 adının olması müəyyən edilməmişdir. Həmçinin kollegiya onuda qeyd edir ki, xx.xx.2008-ci il tarixli müqavilənin predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 66505 manat təşkil edir və bütün məbləğ ilkin pay kimi ödənilir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzilin dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli kassa mıədaxil orderinin qəbzinin surətindən görünür ki, ev almaq üçün Cavabdeh2 tərəfindən ödənilmiş 66505 manat MTKnın kassasına mədaxil edilmişdir. Göründüyü kimi, MTK ilə Cavabdeh2 arasında müqavilə xx.xx.2008-ci il tarixdə bağlanmış, mənzilin dəyəri həmin tarixdə tam ödənilmiş və bu barədə kassa mədaxil orderi verilmiş, bununla belə göstərilən tarixdən daha əvvəl xx.xx.2008-ci il tarixdə Cavabdeh2 mənzili tam ödəməsi barədə kassa məxaric orderi tərtib edilmiş. Kollegiya nəzərə alaraq kassa məxaric orderinin alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 ay əvvəl verilməsini və bununlada Cavabdeh2 həqiqətən sözü gedən mənzili almasını inandırıcı hesab etmir. Bu isə ona dəlalət edir ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzil İddiaçı satılmış və o mübahisəli mənzilin payçısıdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışda Bakı şəhəri Nobel prospekti 189a ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasının 16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbədə, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 57-63 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mənzillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur. Binanın hər bir mərtəbəsində yerləşən mənzillərin müqavilələrdə göstərilən sahələri və sıra sayları üzrə aparılmış hesablamalarla xx.xx.2011-ci il tarixli müqavilə ilə İddiaçı Zülqədər oğluna satılmış 48 saylı mənzilin binanın 8-ci mərtəbəsində liftdən çıxışda solda yerləşməsi, xx.xx.2008-ci il tarixli müqavilə ilə X2 38 saylı mənzilin isə binanın 7-ci mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Belə olan halda isə kollegiya mənzillərin nömrələrinin səhv salınmasını inandırıcı hesab etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın hər mərtəbəsində sahəsi 141,5 kv.metr olan 1 mənzil vardır. Bu hal isə mənzilin nömrəsinin səhv salınmasını mümkünsüz edir. Kollegiya həmçinin onu da qeyd edir ki, iş materiallarında olan binanın eskiz layihəsindən və Cavabdeh1 MTK-nın xx.xx.2019- cu il tarixli arayışından görünür ki, MTKnın Baki şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı ildə təsdiq edilmiş eskiz layihəsinə əsasən binanın 8-cı mərtəbəsində liftdən çıxanda solda yerləşən 3 otaqlı mənzilin layihəyə görə faktiki sahəsi 137.6 kv.metr, həmin mərtəbədəki digər 3 otaqlı mənzilin faktiki ölçüsü 137.4 kv.metr göstərilmişdir. Bunula belə tərəflərlə müqavilələr bağlanarkən mənzillərin sahəsi daha çox göstərilmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 Pənah oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsindən İddiaçı Zülqədər oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə, yəni “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə Cavabdeh2 iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar