Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2899/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-543/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 138186-1-17269 saylı kredit müqaviləsinə əsasən banka borclu olduğu 10373,28 ABŞ dolları məbləğində əsas borc, 924,72 ABŞ dolları məbləğində faiz borcu, 284,25 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 11582,25 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASCyə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli 138186-1-17269 saylı “Nağd pul krediti müqaviləsi”nin etibarsız hesab olunaraq ondan əqd üzrə aldıqlarının hamısının - 3000 ABŞ dollarının qaytarılması, eyni zamanda onun tərəfindən əsassız varlanma nəticəsində real zərər olaraq 1307,70 manat və tərəfindən dövlət rüsumu olaraq ödədiyi 30 manat məbləğində vəsaitlərin, cəmi 3000 ABŞ dolları və 1337,70 manat pul məbləğlərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-543/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 10373,28 ABŞ dolları məbləğində əsas borc, 924,72 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları dəbbə pulu, cəmi 11348 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ilk iddianın digər hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 138186-1-17269 saylı nağd pul krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 50 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 11868 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 10373,28 ABŞ dolları, faiz borcu 924,72 ABŞ dolları, dəbbə pulu 284,25 ABŞ dolları, cəmi borc isə 11582,25 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, kredit məbləği İddiaçıASC-nin onu əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur etməsi yolu ilə götürülmüşdür. Belə ki, istehlak məqsədilə tələbatını ödəmək baxımından təcili pula ehtiyacı olduğuna görə, yəni mənzil almaq üçün banka müraciət etmişdir. O, əslində bankdan milli valyutada kredit ayrılmasını xahiş etmişdir. Lakin cavabdeh onun kreditə ehtiyacının çox olduğunu bildikdən sonra kredit ayrıldığı dövrdə manatın mövcud olan böhranlı vəziyyətindən, yəni devalvasiyanın dərin vüsət almasından sui-istifadə edərək onu ABŞ dolları valyutası ilə əqd bağlamağa məcbur etmişdir. Bununla da son dərəcədə əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnən ağır şərtli əqd bağlanmasına nail olmuşdur. İlkin variant olaraq cavabdeh ona təqdim olunan müqavilə layihəsində ödənişin xarici valyutada aparılmalı olduğunu göstərməsə də, sonradan eyni müqavilə layihəsində 4.2-ci bəndə sonuncu cümlə olaraq “Ödəniş verilmiş kreditin valyutasında həyata keçirilir” əlavə etmişdir. Tərəfindən bugünkü tarixədək cavabdehin xəzinəsinə təqribən 3000 ABŞ dolları pul vəsaiti 7-8 ay müddətində mədaxil olunmuşdur. Həmin vəsait ümumi borcdan qanunvericiliyin tələbinə zidd olaraq pərakəndə şəkildə çıxılmışdır. Belə ki, ödənişlər ilk olaraq faiz və cərimə borcu, daha sonra isə əsas borc hesabına nəzərə alınmışdır. Buna görə də, onun cavabdehə olan borcu kəskin surətdə artmış və onsuz da etibarsız hesab olunası əqd üzrə əlavə yüklülüyü yaranmışdır. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 25841 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixinə İddiaçı ASC-yə olan borcu ümumilikdə 11399,43 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə - 10373,28 ABŞ dolları, faiz borcu 1026,15 ABŞ dolları. Birinci instansiya məhkəməsi ekspert rəyini və iddia tələbinin həcmini nəzərə alaraq əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı, xx xxxxxx 2018-ci il tarixli 25841 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, ilk iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qarşılıqlı iddia tələbləri isə əsassızdır. Belə ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 339.1 və 339.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (maddə 339.4). Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki Cavabdeh istinad etdiyi halların təsdiqi barədə heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, o, müqavilə tərəfi kimi xx xxxx 2015-ci il tarixli 138186-1-17269 saylı nağd pul krediti müqaviləsini imzalamış, müqavilədə qeyd edilən 11868 ABŞ dollarını qəbul etmiş və müqavilə üzrə ödənişlərin bir qismini həyata keçirmişdir. Bu hallar isə onun müqavilə şərtlərini tam olaraq qəbul etməsi və razılaşması mənasına gəlir. Əks halda cavabdeh həmin müqaviləni imzalamaqdan və pulu qəbul etməkdən imtina edə bilərdi. Bundan başqa cavabdehtərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdehisə müqavilənin bağlandığı xx.xx.2015-ci il tarixdə güman etdiyi əqdin etibarsız sayılmasına əsas verən halları bilməli idi, lakin hazırki iddianı 2018-ci ilin fevral ayında irəli sürmüşdür. Eyni zamanda bu tələb müstəqil iddia kimi deyil, bank tərəfindən borcun tutulması barədə ilk iddia irəli sürüldükdən sonra ona qarşı qarşılıqlı iddia kimi verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Həmçinin qarşılıqlı iddia tələbləri digər hissələrdə də əsassızdır. Belə ki, cavabdeh onun tərəfindən banka artıq ödənişlər edildiyinə istinad edərək, bankın bundan əsassız varlandığını bildirir. Bu əsaslarla həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Lakin hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Çünki tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh nəinki artıq ödəniş etmiş, əksinə yuxarıda qeyd olunduğu kimi öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və ümumilikdə banka 11348 ABŞ dolları borcu qalmışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-543/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-2899/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2899/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver