Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2901/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115- EY nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36 faiz hesablanmaqla 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Eyvazov Həsən Səfərəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir. 2 Cavabdeh bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir.
3. İpoteka qoyan Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, ipoteka predmeti vərəsəlik qaydasında kredit müqaviləsi üzrə borcalan, Cavabdeh mülkiyyətinə keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 may 2020-ci il tarixli, 2020/00115-EY №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 192.84 manat məbləğində pulun tutulması, tələbin cavabdeh Eyvazov Həsən Səfərəli oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 160000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 192.84 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Eyvazov Həsən Səfərəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: reyestr № **********57- 05101-093025, Qeydiyyat № **********, tarix xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 22 noyabr 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN məbləğində borc yaranmışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 19 dekabr 2024-cü il tarixli qərardadı ilə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması və həmin evin boşaldılması” hissəsi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY saylı krеdit müqaviləsinin ləğv edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115- EY saylı krеdit müqaviləsinə əsasən 22808 (iyirmi iki min səkkiz yüz səkkiz) manat əsas borc, 6158,70 (altı min bir yüz əlli səkkiz manat yetmiş qəpik) manat faiz borcu, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 29366,7 (iyirmi doqquz min üç yüz altmış altı manat yetmiş qəpik) manat borc, dövlət rüsumunun 178.10 (bir yüz yetmiş səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə - ipoteka predmetinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsinin Eyvazov Həsən Səfərəli oğlunun vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılması, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan cəmi 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manat hissəsinin Cavabdeh, 50 (əlli) manat hissəsinin İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36 faiz hesablanmaqla 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Eyvazov Həsən Səfərəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə Cavabdeh əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 2020/00115-EY saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək olan borcu əsas borc üzrə 22.808,00 manat; faiz borcu üzrə 6.591,51 manat. Məhkəmə ekspert rəyini əsas borca aid hissədə sübüt növü kimi qiymətləndirmiş və qeyd etmişdir ki, ekspert rəyində müəyyən edilən əsas borc məbləği iddia ilə eynilik təşkil edir, faiz borcu isə bir qədər fərqlə iddiadan artıq müəyyən edilir. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdehə borcun ödənilməsinə, əks halda müqavilənin ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyinə dair göndərdiyi bildirişdə 22808 əsas borcun, 6158,70 manat faiz borcunun, 4032 manat dəbbə borcunun olması qeyd edilmişdir. Məhkəmə iddia ərizəsinin “4896 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə işin hallarını, və müqavilələr üzrə ödənilməli ola əsas və faiz borcunun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4896 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunun azaldılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir. Məhkəmə iddia tələbinin tutmanın Eyvazov Həsən Səfərəli oğluna xüsusi mülkiyyət hüququ əsasında (vəfat etməsinə baxmayaraq) məxsus, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd etmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilməsindən asılı olmayaraq hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu, yəni məhz ipoteka predmeti üzrə aparılmış tədqiqatın nəticəsində təqdim edilmiş 14 oktyabr 2024- cü il tarixli 9/63xx-xx/6153 saylı ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 152012.00 manat, likvid dəyəri 136810.00 manat məbləğində müəyyən olunmuşdur. Lakin, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir və iddiaçı da hazırda iddia tələbində əmlakın likvid dəyərinin məhz həmin məbləğdə müəyyən edilməsini tələb edir. Göstərilənlərə əsasən və MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti iddia tələbi həcmində 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə hesab edir ki, Eyvazov Həsən Səfərəli oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş yuxarıda sadalanan prosedurların həyata keçirilməsinə hüquqi cəhətdən maneə deyildir. Həmçinin, barəsində vərəsəlik işi açılmadığından onun vərəsələrini işə cəlb etmək mümkün olmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 739.1, 739.2, 741, 467, 317.1, 319.1, 319.6-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.3, 103.1, 218.3, 119.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə ipoteka predmetinin mövcud vəziyyətinə dair etibarlı sübutu əldə etməli idi. Lakin, məhkəmə bunu etməyərək, birtərəfli mövqedən işə yanaşaraq qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə Cavabdeh kredit borcunun olmasına dair yekdil qənaətə gəlsə də, lakin ipoteka predmetinə münasibətdə qanunun tələblərinə tam riayət etməmişdir. Aşağıdakılara əsasən qətnaməni əsassız və qanunsuz hesab edir. Məhkəmə öz qətnaməsində göstərir ki, İddiaçı BOKT ASC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan şəxsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada bildiriş göndərməklə xəbərdar etmişdir. Bu həqiqəti əks etdirmir. Çünki ipoteka qoyan şəxs ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilinin mülkiyyətçisi Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra hər hansı bildirişin onun məlum olmayan ünvanına göndərilməsi gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Məhkəmə qətnaməsində qeyd edilir ki, ipoteka qoyan Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etsə də vərəsəlik işi açılmamışdır. Bu hal da həqiqətə uyğun deyildir. Çünki ata olan Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra vərəsələri qanunla müəyyən olunmuş qaydada notariat orqanına xx.xx.2021-ci il tarixdə müraciət edərək vərəsəlik işi açmışlar. Mərhum Eyvazov Həsən Səfərəli oğlunun qanun üzrə vərəsəsi olan qızı X2 miras payından imtina etdiyinə görə qanun üzrə diğər vərəsə olan oğlu Cavabdeh mirası tam payla qəbul etmişdir. Buna görə də notariat orqanının verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilinin tam payla mülkiyyətçisi olmuşdur. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. Qeyd olunanlardan görünür ki, məhkəmə ipoteka predmetinə dair məsələni həll edərkən, məsələyə səthi yanaşmış, həmin əmlakın mövcud olub-olmaması, kimin mülkiyyətində olması və hansı hüquqi rejimə malik olması hallarına əhəmiyyət verməmişdir. Bu isə onlara həmin məhkəmə qətnaməsinin işin faktiki hallarına uyğun olmaması nəticəsinə gəlməyə tam əsas verir. Məhkəmə öz qətnaməsində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsaslanaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri görməli olduğu halda, bunu təmin etməmişdir. Doğrudur, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində mirasqoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Göründüyü kimi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili artıq Eyvazov Həsən Səfərəli oğlunun mülkiyyətində deyildir və həmin daşınmaz əmlaka hər hansı tutmanın yönəldilməsi yalnız ümumi qaydada mümkündür. Həmin daşınmaz əmlakın mülkiyyətçisinin də mülkiyyət hüququnun qorunması təmin edilməlidir. Bu halda isə borcun ödənilməsi ilk növbədə əsas borcludan tələb olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Cavabdeh kredit borcumun ödənilməsi üzrə vəzifəsi həm də mərhum atası ipoteka qoyan Eyvazov Həsən Səfərəli oğlunun vərəsəsi olması halından da irəli gəlir.Lakin bu halda kredit borcumun ödənilməsi əsas borclunun başqa əmlakına da yönələ bilər. Bu səbəbdən də ipoteka predmetinin statusunun dəyişilməsi (miras əmlak kimi qanun üzrə vərəsə tərəfindən qəbul edilməsi) həmin kredit borcunun ödənilməsini heç bir təhlükə altına qoymur. Məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız ipoteka müddəasını əsasgötürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Mülki Məcəllənin 269.1-ci maddəsində qeyd edilir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
15. Həmin Məcəllənin 269.5-ci maddəsində qeyd edilir ki, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
16. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Mülki Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 462.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini apellyasiya şikayətində xahiş etsə də, apellyasiya şikayəti üzrə qətnamə yalnız ipoteka predmeti ilə bağlı hissədə mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnaməni yalnız tələbin ipeteka predmetinə yönəldilməsi ilə bağlı iddianın təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36 faiz hesablanmaqla 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Eyvazov Həsən Səfərəli oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir.
28. Cavabdeh bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini əsaslı hesab etmişdir. 29.Hazırda tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin dəlilləri ondan ibarətdir ki, İddiaçı BOKT ASC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan şəxsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada bildiriş göndərməklə xəbərdar etməmiş, məhkəmə ipoteka predmetinə dair məsələni həll edərkən, məsələyə səthi yanaşmış, həmin əmlakın mövcud olub-olmaması, kimin mülkiyyətində olması və hansı hüquqi rejimə malik olması hallarına əhəmiyyət verməmişdir. 30.Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmiş, pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. 31.Belə ki, İddiaçı BOKT ASC ilə Eyvazov Həsən Səfərəli oğlu arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EYİP nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 2019/00308-EY nömrəli və 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Eyvazov Həsən Səfərəli oğlu xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 160000 AZN məbləğində müəyyən edilmişdir.
32. Qeyd edilməlidir ki, ipoteka qoyan iş üzrə cavabdehin atasıdır. Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 33.Hazırda cavabdeh öz apellyasiya şikaytində də qeyd etmişdir ki, Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra vərəsələri qanunla müəyyən olunmuş qaydada notariat orqanına xx.xx.2021-ci il tarixdə müraciət edərək vərəsəlik işi açmışlar. Mərhum Eyvazov Həsən Səfərəli oğlunun qanun üzrə vərəsəsi olan qızı X2 miras payından imtina etdiyinə görə qanun üzrə digər vərəsə olan oğlu Cavabdeh mirası tam payla qəbul etmişdir. Buna görə də notariat orqanının verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilinin tam payla mülkiyyətçisi olmuşdur. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. 34.Kollegiya hesab edir ki, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə düzgün qənaətə gəlmişdir. 35.Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.
36. Hətta nəzərə alsaq ki, ipoteka predmeti olan əmlak ipoteka qoyanın ölümündən sonra vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmişdir, cavabdehin etirazının ümümiyyətlə hüquqi əsası yoxdur. 37.Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbi üzrə Cavabdeh olmuşdur. İşə baxan məhkəmənin elektron məhkəmə sistemindən əldə etdiyi məlumatda qeyd edilmişdir ki, Eyvazov Həsən Səfərəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və vərəsəlik işi açılmamışdır (ikinci cild, i.v.46) .
38. Beləliklə məhkəmə kolegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, ipoteka ilə təmin edilmiş pul öhdəliyini yerinə yetirmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur.
39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev