Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2903/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; "xxxx" KB ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə aralarında xx.xx.2022-ci il tarixdə 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə "xxxx" KB ASC tərəfindən ona 35 ay müddətinə, xx.xx.2025-ci il tarixədək illik 29 % ödəmək şərtilə 3.000 manat məbləğində kredit xətti ayrılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə həmin xəttin bağlanması ilə bağlı iddiaçı tərəfindən "xxxx" KB ASCyə müraciət olunmuşdur. Bank əməkdaşı ona xx.xx.2022-ci il tarixli UB-SUM-RB/1156 nömrəli arayış təqdim edərək bildirmişdir ki, kredit xətti bağlanmışdır və bank qarşısında borc öhdəliyi yoxdur, kartı isə debet kart kimi istifadə edə bilər. Lakin daha sonra həmin kart hesabından 3-cü şəxslər tərəfindən 2.900 manat ilk dəfə, 85 manat isə daha sonra əsassız olaraq silinmişdir. Əldə etdiyi məlumata əsasən həmin məbləğ «X11 Pos&Service Gates» saytından istifadə olunmuşdur və bununla bağlı hal-hazırda hüquq mühafizə orqanlarında da araşdırma aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək aralarında bağlanmış müqavilə üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi, borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və pulun tələb edilməsinin dayandırılması xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Hüquq normalarına əsasən, hesab edir ki, "xxxx" KB ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi, borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və pulun tələb edilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «borcun silinməsi, öhdəlik münasibətlərinə xitam verilməsi və kredit xətti müqaviləsi üzrə pulun tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2(006)-93/2024 saylı qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-149/2023 nömrəli mülki işlə hazırkı işin birləşdirilməsinə etiraz etdiyini bildirir. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Tağızadə X5 MR Ali Məhkəməsinin 2(108)-149/2023 nömrəli mülki işlə hazırkı işin birləşdirilməsini xahiş etdiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki 2(103)-2903/2024 saylı mülki iş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olan iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair 2(108)- 149/2023 saylı mülki işlə (sədrlik edən hakim Əli Allahverdiyev) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, Naxçıvan şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(078)-1052/2023 nömrəli qətnaməsi ilə İddiaçı 2995 manat əsas borc və 447,50 manat cərimə borcu olmaqla, cəmi 3442,50 manat məbləğində borc və ödənilmiş 54,43 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Hazırki mülki işdə isə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə əsassız olaraq hesablanmış borc məbləğinin silinməsi; "xxxx" KB ASC ilə aralarında olan borc üzrə öhdəlik münasibətlərinə xitam verilməsi; xx.xx.2022-ci il tarixli 6010sSUMb/22 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən pulun tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi qeyd olunan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: 2(103)-2903/2024 və 2(108)-149/2023 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(108)-149/2023 №-si altında birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2903/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2903/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver