Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2909/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2475/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 5042.38 (beş min qırx iki manat 38 qəpik) AZN faiz borcu üzrə 3449.75 (üç min dörd yüz qırx doqquz manat 75 qəpik) AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 (altı yüz əlli manat 61 qəpik) AZN, cərimə borcu üzrə 4822.39 (dörd min səkkiz yüz iyirmi iki manat 39 qəpik) AZN, cəmi 13965.13 (on üç min doqquz yüz altmış beş manat 13 qəpik) AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2475/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 5042.38 (beş min qırx iki manat otuz səkkiz qəpik) AZN əsas borc, 3449.75 (üç min dörd yüz qırx doqquz manat yetmiş beş qəpik) AZN faiz borcu, cərimə borcu üzrə 300 (üç yüz) AZN olmaqla cəmi 8792,13 (səkkiz min yeddi yüz doxsan iki manat on üç qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı “xxxx” ASC apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə cavabdehdən müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 650.61 manat, cərimə borcu üzrə 4822.39 manat pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə təmin edilməyən hissəsində qanuni və əsaslı deyil, buna görə də həmin hissədə ləğv edilməlli və tam təmin edilməlidir. Məhkəmə iddianın müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin məbləğin hesablanmasını maliyyə arayışında göstərsə də, tələbinin bu hissəsini əsaslandıran sübutu, yəni müqavilə müddəti bitdikdən sonra cavabdehlər tərəfindən kredit borcunun ödənilməməsi nəticəsində gəlirdən, artımdan, bəhərdən və ya sair maddi xeyirdən məhrum olması barədə sübutu məhkəməyə təqdim etməmişdir, ona görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə bu qənaətini əsaslandırarkən AR Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli Plenum qərarına istinad etmişdir. Müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz məbləği banka dəymiş zərərin məbləğidir. Belə ki, hazırkı iş üzrə kredit müqaviləsinə əsasən müqavilənin icra müddəti başa çatana qədər tərəflərin razılaşdığı tarixlərdə və məbləğdə müvafiq ödəmələr edilməli və öhdəlik tam olaraq yerinə yetirilməli idi. Lakin kredit müqaviləsinin bitdiyi tarixə qədər öhdəlik tam şəkildə icra edilməmişdir və nəticədə cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi halı baş vermişdir. Göründüyü kimi öhdəliyin icra edilməməsi kredit müqaviləsinin bitdiyi tarixdən sonra da davam etmiş və müqavilə öhdəliyi uzun müddət ərzində icra edilməmişdir və aydındır ki, qeyd olunan hərəkət banka faktiki olaraq ziyan vurmuşdur, çünki bank verdiyi krediti və ona hesablanmış faizləri razılaşdırılmış vaxt ərzində geri ala bilməmişdir. Beləliklə də, müqavilə müddəti bitdikdən sonra zərərin 5 faiz məbləğində hesablana bilməsi üçün xüsusi sübut tələb edilmir. Əsas borc və faiz borcu anlayışları tərəflər arasında mövcud olan kredit müqaviləsindən irəli gələn kredit münasibətlərində mövcud olan məfhumlardır və bu anlayışlar məhkəmə qətnaməsi qəbul edilənə qədər qüvvədə ola bilər. Məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən tutulan məbləğ artıq əsas borc, faiz borcu statusundan çıxaraq tələbkara çatacaq borc məbləğidir və bunun gecikdirilməsi hər bir halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin təsiri altına düşür. Məhkəmə qətnaməsi ilə tərəflər arasındakı müqavilə öhdəliklərinə xitam verildiyindən kreditor kredit müqaviləsindəki şərtlərdən çıxış edərək, borcludan daha yüksək faiz tələb edə bilmədiyi üçün illik 5% dərəcəsi ilə gecikdirməyə görə sanksiya kimi haqq tələb edir. Məhkəmə dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bu tənasübü necə müəyyən etdiyini, bu zaman işin hansı hallarını nəzərə alaraq belə qənaətə gəldiyini hər hansı şəkildə əsaslandırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız iddiaçı qeyd edilən hissədə mübahisələndirir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2475/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin “müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manatın” təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, 280-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə üzrə Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manat məbləğində borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 280-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC – “Bank”, Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh1 illik 25 faizlə 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 10-cu bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 20% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 20% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixlizaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında bağlanmış 280-xx.xx.2014- SM33 nömrəli xx.xx.2014-cü il tarixlikredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdlikləri götürmüşdür. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imzası ilə təsdiq etmişdir. Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişin son müddəti xx.xx.2017ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli MXK-0161 saylı arayışından görünür ki, Cavabdeh1 “xxxx” ASC-nə əsas borc üzrə 5042.38 (beş min qırx iki manat 38 qəpik) AZN faiz borcu üzrə 3449.75 (üç min dörd yüz qırx doqquz manat 75 qəpik) AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 (altı yüz əlli manat 61 qəpik) AZN, cərimə borcu üzrə 4822.39 (dörd min səkkiz yüz iyirmi iki manat 39 qəpik) AZN, cəmi 13965.13 (on üç min doqquz yüz altmış beş manat 13 qəpik) AZN məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin 5042.38 (beş min qırx iki manat 38 qəpik) manat əsas borcu olduğu halda həmin məbləğə 4822.39 (dörd min səkkiz yüz iyirmi iki manat 39 qəpik) manat cərimə pulu tələb edir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimənin 300 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Ona görə də, apelyasiya şikayətinin dəbbə pulu hissəsi ilə bağlı dəlili əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulması hissəsində düzgün nəticə gəlmiş olsa da, iddia tələbinin “müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manatın” təmin edilməməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı “xxxx” ASC Cavabdeh2 müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 (altı yüz əlli manat 61 qəpik) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya qətnamə qəbul edərkən maliyyə arayışında göstərilən illik 5 faiz dərəcəsi ilə hesablanmış 650.61 (altı yüz əlli manat 61 qəpik) manat faiz borcu nəzərə almadan əsassız olaraq iddianı qeyd edilən hissədə rədd edilməsini qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir: ’’Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsiyə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququn malikdir”. Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; Həmin qərarda həmçinin bildirilir ki banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı yə onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 (altı yüz əlli manat 61 qəpik) manat tutulması hissəsində iddia tələbin rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2475/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin “müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manatın” təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, 280-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə üzrə Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manat məbləğində borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2475/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin “müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manatın” təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 280-xx.xx.2014-SM33 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə üzrə Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 650.61 manat məbləğində borc tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2909/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2909/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver