Məhkəmə qərarları › İş №2(103)-2909/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2909/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2909/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)-2477/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə tərtib olunmuş akt üzrə 2469.4 manat, 49.1 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 2918.5 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərtib olunmuş aktlar üzrə 1713,40 manat, 49.10 manat dövlət rüsumunun əvəzi və 100 manat vəkil xərci olmaqla, cəmi 1862,50 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Kollegiyanın 31 yanvar 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apelyasiya baxışından çıxarılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Hazırda isə qətnamədən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Elektron Məhkəmə sistemindən müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət və buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili mülki işin apelyasiya baxışından çıxaralaraq birinci instansiya məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Cavabdeh tərəfindən mülki iş üzrə verilmiş şikayət və buraxılmış müddətin bərpası barədə ərizə birinci instansiya məhkəməsinə daxil olarkən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin tələblərinə əməl edə bilməmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(006)- 2477/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2909/2023 saylı qərardadı ləğv olunsun, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar