Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2909/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2(004)-13/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2(004)- 13/2025 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 208.550,42 (iki yüz səkkiz min beş yüz əlli manat qırx iki qəpik) manat əsas borc, 22.070,42 (iyirmi iki min yetmiş manat qırx iki qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu olmaqla, cəmi 232.620,84 (iki yüz otuz iki min altı yüz iyirmi manat səksən dörd qəpik) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 522,62 manat (beş yüz iyirmi iki manat altmış iki qəpik) məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2909/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2025-ci il tarixli, 3-16-16/2-9/3136/2025 saylı məktubu ilə ekspert rəyi daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə Məhkəmə Kollegiyasına müraciət edərək, iddiadan imtina edildiyini bildirərək, iddiadan imtinanın qəbul edilməsini eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Bununla yanaşı cavabdeh də ərizə ilə Məhkəmə Kollegiyasına müraciət edilərək, apellyasiya şikayətindən imtina etdiyini bildirməklə, apellyasiya şikayətinin geri qaytarılmasını eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyası iş materiallarını və ərizələri araşdırıb hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli, həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər-hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, tərəflər arasında olan mübahisələrə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflərə izah olunmalıdır ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edildiyindən, cavabdehin də apellyasiya şikayətindən imtinası qəbul edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e- 2(004)-13/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə Kollegiyası eyni zamanda hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları da onların özlərinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1, 114.1.4 və 1141.6-cı maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə qaytarılmalı, həmçinin hazırki apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası hesab QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2(004)- 13/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2(004)- 13/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 313 manat dövlət rüsumu geri qaytarılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2(004)- 13/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 304 manat dövlət rüsumu geri qaytarılsın. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2909/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2909/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver