Məhkəmə qərarları › İş №2(103)-2911/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2911/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2911/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qızma qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri NərimanovRayon Məhkəməsinin 07fevral 2013-cü il tarixli, 2(005)-624/2013 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2011-ci il tarixli 878 saylı kredit müqaviləsinə əsasən cavabdehə mənzil təmiri üçün 12 iyul 2013-cü il tarixinədək, 26 % ödəmək şərti ilə 3150 manat məbləğində kredit verilmişdir. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ASC Cavabdeh qızma qarşı 2450 manat əsas, 422 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 3872 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2011-ci il tarixli 878 saylı kredit müqaviləsinə əsasən borcalana mənzil təmiri üçün 12 iyul 2013-cü il tarixinədək, 26 % ödəmək şərti ilə 3150 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2.2-ci bəndinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış penya və cərimələri ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ödəniş qrafiki üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Bununla bağlı Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Hazırda Cavabdeh banka 2450 manat əsas borc, 422 manat faiz borcu, 1000 manat cərimə olmaqla ümumilikdə 3872 manat məbləğində borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən müqavilə şərtlərinə uyğun hesablanmış faiz və cərimə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ona görə də, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2450 manat əsas borc, 422 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 3872 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. 5.Bakı şəhəri NərimanovRayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 fevral 2013-cü il tarixli, 2(005)-624/2013 saylı qətnaməsi ilə (sədrlik edən-Sevinc Quliyeva)iddia qismən təmin edilərək, 2450 manat əsas borc, 422 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 2972 manat borc və dövlət rüsumuna görə ödənilmiş 20 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarında olan İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 878 saylı 12 iyul 2011-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, bank Cavabdeh qızma 3150 manat məbləğində 24 ay müddətinə qaytarmaq şərti ilə mənzil təmiri üçün kredit verməyi öhdəsinə götürmüşdür. 7.İş materiallarında olan İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 878 saylı 12 iyul 2011-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə - ödəmə qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh 3150 manat məbləğində krediti aylıq 169,71 manat annuitet olmaqla 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 8.İş materiallarında olan xx.xx.2011-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 3150 manat məbləğində kredit Cavabdeh qızma ödənilmişdir. 9.İş materiallarında olan İddiaçı ASC-nin “Xırdalan” filialı tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli 1505 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 23 noyabr 2012-ci il tarixinə 2450 manat əsas, 422 manat faiz, 1000 manat cərimə borcu vardır. 10.İş materiallarında olan İddiaçı ASC-nin “Xırdalan” filialı tərəfindən Cavabdeh qızma ünvanlanmış 25.098.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, cavabdehə kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. 11.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab etmişdir ki, Cavabdeh 878 saylı 12 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərini icra etməməsi səbəbindən kreditora 2450 manat əsas borcunun və 422 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır və buna görə də, təmin edilməlidir. 12.Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd etmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM- nin 458.1-ci mad.) 13.Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək hesab etmişdir ki, cavabdehdən 878 saylı 12 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçının xeyrinə 100 manat məbləğində cərimə tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. 14.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 425.1, 467; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən bütün halların birinci instansiya məhkəməsi tərəfindən sütub olunmamsı, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması səbəb və əsaslara görə ləğv edilməlidir. Məhkəmə onun iştirakını təmin etmədən öz subyektiv mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndəapellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, qətnamənin tarixindən 10 il vaxt keçib. 2013-cü ildə icra məmuru “İcraata başlamaq haqqında qərar” qəbul edib. Cavabdeh sadəcə hüquqdan sui-istifadə edir. 20.Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 22.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 26.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 27.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 28.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 29.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmindəiddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya 878 saylı, 12 iyul 2011ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2450 manat, faiz borcuna görə 422 manat borcu yaranmışdır. 37.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 38.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 39.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Həmçinin məhkəmə tənasübsüz surətdə yüksək məbləğdə olan 1000 manat cərimə borcunu azaldaraq, 100 manat cərimə borcu tutmaqla düzgün nəticəyə gəlmişdir. 41.Kollegiya apellyatorun məhkəmənin onun iştirakını təmin etmədən qətnamə qəbul etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan AR DİN MAPS Şöbəsinin arayışında, cavabdehin AZE seriyalı, 06456760 saylı şəxsiyyət vəsiqəsinin surətində və cavabdeh tərəfindən imzalanmış müqavilədə cavabdehin ünvanı ünvan 1rədə Banka və məhkəməyə məlumat verməmişdir. Cavabdehə bildirişlər məhkəmə tərəfindən qeyd olunan ünvana göndərilmiş, bildirişlər cavabdehin həmin ünvanda yaşamadığına görə geri qaytarılmışdır. Kollegiya hesab edir ki, məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə əsasən öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. 42.Hətta MPM-nin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 43.Məhkəmə kollegiyası apellyatorun digər, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən bütün halların birinci instansiya məhkəməsi tərəfindən sütub olunmamsı, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması ilə bağlı dəllillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 44.Buna görə də kollegiya hesab edirki cavabdehin dəlilləri əsassız hesab edilməklə məhkəmənin gəldiyi nəticəni şübhə altına ala və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 47.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 48.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2013-cü il tarixli, 2(005)-624/2013 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar