Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2912/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X11 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-176/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,2 m2 qeyri-yaşayış sahəsi X9 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli, 296 nömrəli sərəncamına əsasən İslam Səfərli 3 ünvanında X10 məxsus üç mərtəbəli və zirzəmi qeyri-yaşayış sahələri birləşdirilmiş hesab edilmiş, vətəndaş X9 mülkiyyətində olan İslam Səfərli küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 1508,8 m2 olduğu təsdiq edilmiş, mövcud sərəncam əsasında vətəndaş X9 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni çıxarış və texniki pasport verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 936,9 m2 qeyri-yaşayış sahəsi X9 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizli Xidmətinin İstintaq Baş İdarəsinin idarə rəisi müavini Elgün Süleymanov tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli ittiham aktına əsasən Cavabdeh 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaq, tamah məqsədi və sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmək, ona etibar edilmiş xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmaqda ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-3799/2024 nömrəli məktubundan müəyyən olunur ki, dövlət reyestrində X1 “MetasR” (VÖEN: **********), “Rhmfinance” Bank Olmayan Kredit Təşkilatı (VÖEN: **********), “HH Steel” (VÖEN: **********) və “NV Construction” (VÖEN: **********) adlı məhdud məsuliyyətli cəmiyyətlərin təsisçisi olması barədə məlumat mövcuddur. Reyestrdə X1 hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. X1 təsisçisi olduğu “Metas-R”, “Rhmfinance” Bank Olmayan Kredit Təşkilatı, “HH Steel” və “NV Construction” adlı məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən təqdim olunan bəyannamələrdə dövriyyənin əks etdirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı adına "xxxx" ASC-də xx.xx.2024-cü il tarixinə heç bir kredit və depozit hesabı mövcud deyildir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" ASCnin əməliyyat sistemində X2 adına açılmış kredit və depozit hesablarına dair məlumatlar aşkar edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X2 adına Bank "xxxx" ASC-də xx.xx.2022-ci il tarixindən bank hesabı bağlanmışdır və heç bir qalıq mövcud deyildir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" ASCnin əməliyyat sistemində X2 və Cavabdeh adına açılmış kredit və depozit hesablarına dair məlumatlar aşkar edilməmişdir. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan olunmuş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-də sözügedən qərardadda qeyd edilmiş Cavabdeh məxsus bank hesabında 1112,48 ABŞ dolları və X4 məxsus bank hesabına 16,83 manat məbləğində vəsait mövcuddur. "xxxx" MMC-nin 04 noyabr 2024-cü il tarixli, 11/01 nömrəli arayışından müəyyən olunur ki, X6 "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmış və 2019-cu il ərzində əmək haqqı məbləği 2019-cu ilin yanvar, fevral, mart, aprel, may aylarında 11.800 manat, iyun ayında 25.000 manat, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında isə 64.800 manat olmuşdur. Əmanətlərin Sığortalanması Fondunun 04 noyabr 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(81)-4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan QSC “Bank Standard” KBda sözügedən qərardadda qeyd edilmiş Cavabdeh məxsus bank hesabnda 29,31 manat məbləğində vəsait mövcuddur. X4 məxsus hər hansı bank hesabı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X7 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 42.673.310 manatın (qırx üç milyon iki yüz altmış üç min üç yüz on AZN) və 8.500.000 ABŞ dolları (səkkiz milyon beş yüz min USD) ekvivalentinə bərəbər pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi kursla tutularaq iddaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddət dost münasibətində olmuşlar. Bu dövrdə cavabdeh yeni şirkətlər alır, işlər quraraq öz biznesini inkişaf etdirirdi. Bu zaman lazım gəldiyində, iddiaçı dəfələrlə cavabdehə qısa müddətli borc pul vermişdir. Cavabdehin eyni zamanda iddiaçıdan aldığı borc pullarla üçüncü şəxslərdən satın aldığı şirkətlərin iştirak paylarının, daşınmaz əmlakların müəyyən hissəsinin iddiaçının adına keçirəcəyi, habelə iddiaçıdan aldığı borc pullarla əldə edəcəyi qazancları iddiaçı ilə bölüşəcəyi barədə verdiyi vədlər, iddiaçının ona sonsuz inanmasına səbəb olmuşdur. Zamanla iddiaçının cavabdehə olan etibarı o qədər inkişaf etmişdir ki, bir çox hallarda külli miqdarda borc vəsaitlərinin verilməsi yazılı müqavilələr bağlanmadan, rəsmi sənədlər tərtib edilmədən həyata keçirilmişdir. Beləliklə, 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən cavabdehə borc qismində verilmiş 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pul vəsaiti bu günə qədər qaytarılmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh etibarını qazanaraq küllü miqdarda pullarını alıb qaytarmadığı şəxs təkcə iddiaçı deyilmiş. Cavabdeh bu yolla əsassız varlanmış, yığdığı sərvətləri qohuməqrabasının adına rəsmiləşdirərək onların əsas hissəsini xarici ölkələrə çıxarmışdır. Cavabdeh belə əməllərinə görə 2021-ci ilin əvvəlində cinayət hüquqi məsuliyyətə cəlb olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 №-li hökmlə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məruz qaldığı ziyanın ödənilməsi üçün iddiaçı ibtidai istintaq orqanına müraciət etmiş, cinayət işi üzrə icraatın yekunlaşmasını gözləmişdir. Lakin hazırkı iddiada göstərilən hallar hökmdə dolayısı ilə öz təsdiqini tapsa da, onlara hüquqi qiymət verilməmiş və cavabdehin ittihamına salınmamışdır. Ona görə də iddiaçı yalnız cinayət işi üzrə icraat qurtardıqdan sonra mülki icraat qaydasında hazırkı iddianı qaldımışdır. İddiaçı tərəfindən pul vəsaitləri cavabdehə aşağıdakı qaydada verilmişdir: 1. 2010-cu ildə “X53” QSC-nin (armatur istehsalı zavodu) səhmlərinin (iştirak payının) xarici səhmdarlardan alınması cavabdehə keçmiş “AtaBank”ın qarşısında 7.500.000 (yeddi milyon beş yüz min) ABŞ dolları məbləğində valyuta vəsaitini iddiaçı şəxsən cavabdehə nağd şəkildə vermişdir. Həmin məbləğ “X53” QSC-nin 25% səhminin satın alınması üçün ödənilirdi. Həmin 7.500.000 ABŞ dolları vəsaiti iddiaçı özünün rəhbərlik etdiyi şirkətlər vasitəsilə Bankdan götürdüyü kredit hesabına cavabdehə vermiş, sonradan krediti şəxsi vəsaiti ilə bağlamışdır. 2. 2011-ci ildə cavabdeh keçmiş “Araz” kinoteatrının binasını satın almağı və iddiaçı ilə ortaq biznes qurmağı təklif etmiş, satın alınan binanı öz atası Hikmət Məmmədovun adına rəsmiləşdirməyə iddiaçını razı salmışdır. Binanın alınmasına, yenidən qurulmasına, avadanlıqlarla təchiz edilməsinə və sair xərclərə görə iddiaçı müxtəlif tarixlərdə nağd şəkilində ümümilikdə 26.500.000 (iyirmi altı milyon beş yüz min) manat cavabdehə pul vermişdir. Lakin cavabdeh həmin binanı iddiaçının xəbəri olmadan sonradan başqa şəxslərə sataraq pulunu da özününküləşdirmişdir. 3. Cavabdeh rəhbəri olduğu “X57 and Foundry Company” MMC üçün Sumqayıt şəhərində X8 tikdirməyə başlayanda pulunun çatmadığını bildirərək yenə də iddiaçıdan 2017-2018-ci illərdə ayrıayrı vaxtlarda ümumilkdə 4.600.000 (dörd milyon altı yüz min) manat məbləğində borc pul almışdır. Cavabdeh bu halda da iddiaçını inandırmışdır ki, zavodun gəlirindən ilk olaraq borcu qaytaracaq və qazancdan ona pay verəcəkdir. Lakin bu günə qədər nə borc qismində verilmiş məbləğ qaytarılmış, nə də vəd edilən qazancdan pay verilmişdir. 4. 2010-2020-ci illər ərzində fərqli tarixlərdə cavabdehin xahişi ilə onun şəxsi biznesində nağd vəsaitə yaranan ehtiyaclarını ödəmək üçün iddiaçı ümumilikdə 1.000.000 ABŞ dolları və 11.572.310 manat cavabdehə borc vermişdir. Nəticədə, cavabdeh yalan vədlər verərək iddiaçıdan aldatma yolu ilə aldığı və əsassız varlanmasının predmeti olan pulun məbləği 8.500.000 ABŞ dolları və 43.263.310 manat (hazırkı məzənnə ilə ümumilikdə 57.122.310 manat) məbləğindən ibarət olmuşdur. Yuxarıda göstərilən hallar siyahısı məhkəməyə təqdim olunacaq şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər kifayət qədər böyük məbləğlərdir və onlar bu məbləğləri yalnızca şahid ifadələri ilə sübut etməyə çalışdılar. Burada konkret olaraq Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən konkret sübutlar təqdim olunmadı. İddiaçı tərəf qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borclar qaytarılmamasına baxmayaraq, Yusif Hənifəzadə yenə də dəfələrlə cavabdehə borclar vermişdir. Yəni, bu ağlabatan deyildir. Eyni zamanda Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Bu imperativ normadır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanun göstərir ki, “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”. Yəni məhkəmə obyektivliyin təmin edilməsi məqsədi ilə şahidləri dindirdi, lakin bu hallar qanunvericiliyə əsasən şahid ifadələri ilə təsdiq oluna bilməz. Onlar elə düşünürlər ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən pul məbləğlərinin mənbəyini sübut edə bilməmişdir. İkincisi, iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilə bilməmişdir. Üçüncüsü, onlar hər bir halda hesab edirlər ki, iddia müddəti ötmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X36 ifadəsində bildirmişdir ki, o, Cavabdeh məxsus “X57” zavodunda çalışmışdır. Həmin zavodda direktor müavini vəzifəsində işləyirdi. İddiaçı və cavabdehlə olan söhbətlərində o, dəfələrdə eşitmişdir ki, keçmiş ”Araz” kinoteatrının binası Yusif tərəfindən alınıb və təmir edilib. O təzəlikcə öyrənmişdir ki, həmin bina cavabdehin atasının adına rəsmiləşdirilib. Amma o həmişə elə bilmişdir ki, ”Araz” kinoteatrı Yusifə məxsusdur. O həmin zavodda 2019-cu ildən 2020-ci ilin ortalarına qədər işləmişdir. Yusif həmin zavodda işləməyib, onun fəaliyyəti “X54” QSC ilə əlaqədar olub. “X54” QSC də “X57” zavodundan mal alırdı, həm də “X57” zavodu cavabdeh tərəfindən inşa edilib deyə onlar mütəmadi olaraq görüşüb müzakirələr aparmışlar. O, ”Araz” kinoteatrının alqı-satqısında, sənədləşdirilməsində iştirak etməmişdir, lakin eşitmişdir. Rasim müəllim elə olurdu ki, onunla zavodla əlaqədar olmayan, yəni kənar məsələləri müzakirə edirdi. Məsələn, bir dəfə Rasim müəllim onunla danışanda demişdi ki, Yusif “Araz” kinoteatrını alıb və təmir edəcək. Rasimin maddi durumuyla bağlı elə bir məlumatı yoxdur, lakin gördüyü qədəri ilə deyə bilər ki, maddi vəziyyəti yaxşı idi. 2012-ci il tarixində o, təcrübəçi kimi “X54” QSC-də işləmişdir, həm Yusif müəllimlə, həm də Rasim müəllimlə münasibətləri olub. Elə o vaxtlarda da Rasim müəllim deyirdi ki, Yusif müəllim ”Araz” kinoteatrını alıb. O ilk olaraq Rasim müəllimi tanımışdır. Yusif müəllimin konkret fəaliyyəti ilə bağlı məlumatı olmayıb. Yusiflə Rasim arasında dost, şərik münasibətləri olmuşdur. Onu “X57” zavodunda direktor müavini kimi həmin zavodun direktoru olan Hənifəzadə Hənifə, yəni Yusif müəllimin oğlu təyin etmişdir. Yusif müəllimin oğlu Hənifə ilə onun əvvəldən, məktəb, universitet vaxtından tanışlığı olmuşdur. O, onu özü iş üçün dəvət etmişdir. Onun Yusif müəllimin gəlirləri, maddi durumu ilə bağlı məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X37 ifadəsində bildirmişdir ki, Cavabdeh onun əmisi oğludur. Yusifi isə zavodda işləyəndə tanımışdır. 2009-cu ildə o, “X54” QSC-də işləmişdir. Yusifi ona Rasim tanıtmışdır. Onlar üçü olanda Rasim deyib ki, “Araz” kinoteatrını Yusif almışdır, yəni onun puluna alınıb. Bu söhbət təxmini 2013-cü ildə olmuşdur. “Araz” kinoteatrının dəqiq kimin adına olması ilə bağlı sənədi o görməmişdir. Rasim 2009-cu ildə onu yanına çağırmış və demişdir ki, “X54” QSC-ni onlar işlədəcəklər, sən də gəl orada işlə. 2009-cu ildən etibarən o orada müxtəlif vəzifələrdə işləmiş, 2015-ci ildə onu direktorun İ müavin təyin etmiş, 2016-cı ilin mart ayında da onu şərləyərək işdən çıxartdırmışdır. O, həmin vaxtdan etibarən Rasimlə əlaqə saxlamamışdır. 2016-cı ildə o, işdən kənarlaşdırılandan sonra onun nə Yusiflə, nə də Rasimlə əlaqəsi olmuşdur. O, “Araz” kinoteatrını kiminsə almasını, kiminsə adına alınmasını görməmişdir. Yəni, ona bununla bağlı sənəd və s. göstərilməyib. Onun orada işlədiyi dövrdə Yusif zavoda gedibgəlirdi, lakin onun dəqiq hansı işlə məşğul olduğunu bilmirdi. Yusifin adına hər hansısa bir şirkət var idi, yoxsa yox onu bilmir. Amma bilirdi ki, onun maddi durumu yaxşıdır. O, orada işləyən vaxtlarda müxtəlif iclaslar keçirilirdi. Həmin iclaslarda Yusif də iştirak edirdi. O, Yusifin kimlərinsə adına kredit götürüb Rasimə verməsi ilə bağlı məlumatları eşitmişdir. Yusif iclaslarda Rasimin şəriki kimi iştirak edirdi. Rasim Yusifə şirkətin işləri üçün pul tapılması ilə bağlı müraciətlər edirdi. Yəni, maliyyə sıxıntıları olanda Rasim Yusifə deyirdi. Gəlirlərinin necə bölüşdürülməsi ilə bağlı isə məlumatı olmamışdır. O, Yusif tərəfindən Rasimə pul verildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, 2000-ci ildə Rasimlə, 2008-ci ildə isə Yusiflə tanış olmuşlar. Onun həm Yusiflə, həm də Rasimlə yaxın dostluq münasibətləri olmuşdur. “Araz” kinoteatrı ilə bağlı onu deyə bilər ki, Yusif və Rasim həmin kinoteatrı birlikdə almışdılar, yəni ikisi də pul qoymuşdular, lakin onun bildiyi qədəri ilə xərclərin çoxunu Yusif çəkmişdir. Onun həmin kinoteatrın kimin adına alınması ilə bağlı məlumatı yox idi, lakin sonra 2019-cu ildə ona məlum olmuşdur ki, Rasim oranı öz atasının adına keçirib. O, kinoteatrın alınmasında, ona pul qoyulmasında iştirak etməmişdir, sadəcə onların danışdıqlarından eşitmişdir. Rasimlə yaxın münasibətləri olub, onlar bir yerdə işləmişlər. Rasimin də, Yusifin də maddi vəziyyəti yaxşı olmuşdur. Rasimin şirkətlərindən birinin rəhbəri o olmuşdur. Yusifin də öz şirkətləri olmuşdur. Yusiflə Rasim arasında hər hansısa bir borc münasibətlərinin olması ilə bağlı məlumatı yoxdur. Onun direktoru olduğu şirkətin hər hansısa bir maddi sıxıntısı yox idi. Kinoteatra nə qədər xərc çəkilməsi ilə bağlı məlumat yoxdur, amma böyük məbləğ olmuşdur. “Araz” kinoteatrı alınanda tamamilə köhnə vəziyyətdə idi. Sonra isə sıfırdan təmir edilmiş, təmir işləri 1 ildən çox çəkmişdi. Təmir işləri bitdikdən sonra fəaliyyətə başlamış, lakin sonra qısa müddətdə öz fəaliyyətini dayandırmışdır. Fəaliyyətdə olduğu dövrdə gəlirlərin necə bölüşdürülməsi ilə bağlı onda məlumat yoxdur. Kinoteatr 2012-ci ildə alınmışdır. Təmir edildikdən sonra 1 il ərzində fəaliyyətini dayandırmışdır. Rasimin atası Hikmət Məmmədovu 1-2 dəfə görmüşdür. Atası şirkətin fəaliyyətində heç bir formada iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, o, Yusiflə şərik olmuşdur. Rasimi isə “X54” QSC-dən tanımışdır. Orada işləmişdir. Onların Yusiflə rəsmi şərikliyi olmayıb, lakin uzun müddət birlikdə işləmişlər. Yusiflə aralarında borc münasibətləri olub. Yusifə dəfələrlə nağd qaydada borc vermişdir. Sonra isə həmin borclar Rasim tərəfindən ona geri ödənilib. “Araz” kinoteatrının tikilməsi ilə bağlı yox, amma alınması ilə bağlı məlumatı olmuşdur. X31 birlikdə almışlar. Yusif hətta ondan həmin kinoteatrın alınması üçün iki milyon manata yaxın pul götürmüşdü. Ondan kinoteatrın alınması üçün götürdüyü iki milyon manata yaxın pulu daha sonra ona hissə-hissə qaytarmışdı. O, şirkət adından yox, şəxsən öz adından Yusifə pul vermiş, Yusifin adına şirkət olması ilə bağlı məlumatı xatırlamır. O, fərdi sahibkar kimi fəaliyyət göstərirdi. 2000ci ildən 2008-ci ilədək Yusiflə şərik olmuşlar. 2008-ci ildən isə o, “X54” QSC-yə işləmək üçün getmişdir. İl yarıma yaxın həmin “X54” QSC-də işləmişdir. O, tez-tez Yusifə borc verirdi. Hətta elə olub ki, Rasimə də borc vermişdir. O, kinoteatrın alınması prosesini görməmişdir, həmin prosesdə iştirak etməmişdir. Verdiyi borcların qeydiyyatını aparmamışdır. Yusifin maddi vəziyyəti çox yaxşı idi. Yusifin maddi vəziyyəti çox yaxşı olsa da, biznes məsələləri ilə bağlı ondan borc alırdı. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, Yusifi 2007-ci ildən tanımışdır. Rasimin işçisi olmuşdur. O, Rasimi Yusifin vasitəsilə tanımışdır. 2008-ci ildə Yusifin iş kimi təklif etdiyi “X54” QSC-nin nəzdindəki şirkətə maliyyəçi kimi rəhbərlik etməyə başladı. Həmin vaxt da o şirkətdə direktor yox idi. O, həmin vaxtı hələ də Rasimi tanımırdı. Amma Rasim ora gəlib-gedirdi. O da Yusifdən onun kim olduğunu soruşduqda Yusif demişdir ki, Rasim həm onun şəriki, həm də dostudur. O, bir az orada işlədikdən sonra ona demişlər ki, “X54” QSC-ni xaricilər satırlar, onlar alacaqlar. O, həmin arada işdən çıxmaq istəmiş, lakin Rasimin qardaşı Süleyman ona demişdir ki, “sən işdən çıxma, o, Rasimlə danışıb. O da yaxşı maaş verdikləri üçün işdə qalmışdır. Artıq bütün gəlirlər, xərclər onun nəzarətində idi. “X54” QSC şirkəti çox ağır, xərc tələb edən şirkət olmuşdur. Ona görə də onlar şirkətin adından kredit alırdılar, onu “X54” QSC-yə verirdi ki, ora öz fəaliyyətini davam etdirə bilsin. Yusifdən dəfələrlə borc almışlar. Biznesdə istifadə etmək üçün Yusifdən iyirmi milyon manata yaxın pul almışlar. Pulu nağd formada alırdılar. Yusif üç milyon yeddi yüz minə yaxın pul vermişdi. “X57” zavodunun tikildiyi vaxtlarda Yusif tərəfindən dörd milyon altı yüz min manat pul verilmişdi. Sonuncu dəfə Yusif tərəfindən 2019-cu ilin dekabrında verilmiş üç milyon altı yüz min manat pul Yusifə geri qaytarılmamışdır. Yusif həmin o qaytarılmayan pulu məcburi tələb etmirdi, çünki bilirdi ki, iş getdiyi üçün pul olduğu təqdirdə həmin borc ona geri qaytarılacaqdır. Daha sonra Yusif tərəfindən Qazaxıstandakı biznesə pul qoymaq məqsədilə yeddi milyon yeddi yüz səksən üç min manat nağd pul məbləğində borc verilmişdir. Yusifin bu pulları kimdənsə alıb verməsi və yaxud öz şəxsi hesabına verməsi ilə bağlı məlumatı yoxdur. “Araz” kinoteatrı ilə bağlı onu deyə bilər ki, Yusif demişdir ki, həmin kinoteatrı o alıb. Amma sonra üzə çıxdı ki, kinoteatr Yusifin adına deyilmiş. Yusif tərəfindən borc zavoda verilirdi. Yusifin şirkətə o qədər pulu verməsi bununla izah olunur ki, yəni Yusiflə Rasim arasında biznes münasibətləri olmuş, onlar şərik olmuşlar. Şirkətlərin xərcləri ilə müqayisədə gəlirləri daha çox olmuşdur. Şirkətin gəlirlərinin hamısı Rasimə çatırdı. Yusifə isə o gəlirlərdən heç nə çatmırdı. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində bildirmişdir ki, 2008-ci ildən o, Cavabdeh məxsus “Vortləks” şirkətində həm satıcı, həm də kassir kimi işləmişdir. Həmin zavodun işləməsində hər ikisinin əməyi olmuşdur. Həmin vaxtlar ərzində Yusif müəllim zavoda köməklik məqsədilə müəyyən vəsaitlər gətirirdi. Zavodun fəaliyyətində müəyyən sıxıntılar olanda, işçilərin məvaciblərinin ödənilməsində sıxıntılar olanda Yusif tərəfindən maddi yardım edilirdi. Müəyyən məbləğlər olurdu ki, geri qaytarılırdı, elə məbləğlər də olurdu ki, qaytarılmadan borc kimi qalırdı. O, işlədiyi dövrdə Yusifə üç milyon yeddi yüz min manatadək borc qalmışdır. Həmin zavodun alınmasında da Yusifin vəsaiti böyük rol oynamışdır. Yusif tərəfindən yeddi milyon beş yüz min ABŞ dolları “Vortləks” şirkətinin ofisinə verilmişdir. Eyni zamanda Sumqayıtdakı zavodun tikintisində də Yusifin maddi köməklikləri olmuşdur. Pullar Yusif tərəfindən nağd formada verilmişdir. O, kassir olduğu üçün daxil olan və çıxan pulları görmüşdür. Müəyyən vaxtlarda vaxtaşırı pullar daxil olmuşdur. Zavodun tikintisində yeddi milyon beş yüz min ABŞ dolları daxil olmuşdu. Üç milyon altı yüz min manata qədər digər borcları yaranmışdır. Yusif müəllim bu borcları tələb edirdi. Verilən borclar demək olar ki, qaytarılmırdı, üst-üstə yığılırdı. Ən böyük borc Yusif müəllim tərəfindən zavodun alışı zamanı verilmiş və məbləği yeddi milyon beş yüz min ABŞ dolları olmuşdur. Onlar həmin məbləği saymışlar və zavoda təhvil vermişlər. Rasim tərəfindən də bir neçə dəfə pul qoyulmuşdur, lakin pulun məbləğini xatırlamır. Çünki elə külli miqdarda bir məbləğ Rasim tərəfindən qoyulmayıb. Rasimin qoyduğu pullar kassadan keçməyib. O, şirkətin hesabında nə qədər pul olduğunu görmürdü, onun uçotunu Mübariz müəllim aparırdı. Yeddi milyon beş yüz min ABŞ dolları Yusif tərəfindən nağd formada təqdim edilib. O, ilk olaraq Yusifi tanımışdır. Təxmini olaraq 2004-cü ildən tanımışdır. Daha sonra 2008-ci ildən “X53” şirkətində işləmişdir. Yusif pulu gətirəndə kassaya vermişdir. O, Yusif tərəfindən Rasimə əlbəəl nağd formada pul verildiyini görməmişdir. Yusif tərəfindən yeddi milyon beş yüz min ABŞ dolları onların kassasına təqdim edilmişdi, onlar o məbləği kassada saymış, daha sonra isə zavodun ofisinə təhvil vermişdilər. Yusif borcun qaytarılması ilə bağlı ona heç nə demirdi, o orada adi işçiydi. Yəqin ki, borcun qaytarılması ilə bağlı Rasimə, Mübarizə deyirdi. Həmin yeddi milyon beş yüz min ABŞ dolları Yusif tərəfindən şirkətə verilən pul idi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində bildirmişdir ki, o, həm Yusifi, həm də Rasimi tanıyır. O, 2005-ci ildən 2021-ci ilə qədər Yusifin yanında işləmişdir və onun sürücüsü olmuşdur. 2021-ci ildən sonra isə Yusiflə heç bir əlaqəsi olmayıb. Yusiflə Rasim 2008-2009-cu illərdə tanış olublar. Yusiflə Rasim dost olmuş, yaxın münasibətləri olmuşdur. 2017-ci ildə tikinti gedən vaxtlarda o, Rasimin işçiləri olan Mübariz və Samirin işçilərinə dörd milyondan yuxarı pul aparıb vermişdir. Bu pul birdəfəlik şəkildə yox, hissəhissə verilmişdir. Bu pul tikinti məqsədilə verilirdi, o, Rasimin işçilərinə verirdi, onlar da Rasimə çatdırırdılar. Rasimin maddi durumu çox yaxşı idi. O, Yusifin tapşırığı ilə pulu aparıb çatdırmışdır. Onun 2021-ci ildən etibarən öz şəxsi işi olduğu üçün artıq Yusiflə işləmir. Amma Yusiflə arasında hər hansısa bir problem yoxdur, münasibətləri indi də yaxşıdır. X33 münasibətləri yaxşı idi, lakin son vaxtları artıq münasibətləri pozulmağa başlamışdı. Rasimin Yusifə borcu olmasına baxmayaraq, Rasim borc istəyəndə Yusif ona pul verirdi. O, pulu heç vaxt Rasimin özünə verməmişdir. Onun işçilərinə vermişdir, işçilər də pulu Rasimə çatdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, o həm Yusifi, həm də Rasimi tanıyır. Rasimi 1990-cı illərdən, Yusifi isə 1995-ci ildən tanıyır. Rasimlə Yusif isə bir-birlərini 2007-ci ildən tanıyıblar. O, “X53” QSC şirkətində maliyyə direktoru kimi işləmişdir. Bütün maliyyə nəzarəti onun əlində olmuşdur. O, Yusif tərəfindən külli miqdarda Rasimə pul verildiyini görmüşdür. Rasim tərəfindən Yusifə həmin borcların qaytarılıb-qaytarılmadığını bilmir. Çünki o, şirkət daxilində olan maliyyə məsələlərini bilirdi, onların öz aralarında olan pul məsələləri ilə bağlı məlumatı yox idi. “Araz” kinoteatrını onlar birlikdə almışdılar. Rasimin atasının adına alınmışdır. Amma Yusif deyirdi ki, pulunu o vermişdir. Rasimin “X53” QSC-də payı olmamışdır. O, orada Müşahidə Şurasının sədri olmuşdur. Onların heç birinin payları olmamışdır. 2010-ci ildən 2021-ci ilə qədər Yusif tərəfindən pul verilirdi. Rasim həm öz şəxsi məsrəfləri, həm də şirkətin məsrəfləri üçün Yusifdən pul alırdı. O, Yusifə dəfələrlə demişdi ki, Rasimə borc verməsin, Rasim o borcları ona geri qaytara bilməyəcək. Yusif də deyirdi ki, zavodun işləməsi üçün o bu borcları verməlidir. Rasimin maliyyə imkanları yaxşı deyildi. Onun da barəsində cinayət işi gedib, lakin sonra həmin cinayət işinə xitam verilmişdir. Rasimin çoxlu borcları var idi, həmin borcların otuz beş milyon manat ola hissəsi Yusifə aid idi, yəni Yusif tərəfindən verilmişdi. Zavodun əlli üç milyon manat krediti var idi. Əsas borclar 2015-ci ildən sonra yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır. Rasimlə isə elə bir münasibəti olmayıb. 2011-ci ildə Yusif onu yanında işləmək üçün çağırmış və ona demişdir ki, “Araz” kinoteatrının binasını satın almışdır, oranı təmir edib biznes qurmaq istəyir. Yəni ona təmir işləri gedən zaman bu işlərə nəzarət etməyi tapşırmışdı. Təmir işləri bitəndən sonra Yusif Rasimi ona şəriki kimi təqdim etmiş və Rasim etdi ki, orada ətriyyat, aksessuar satışı ilə bağlı mağaza açılmasını təklif etmişdir. Orada böyük bir mağaza açılmış, Yusif onu həmin mağazaya direktor təyin etmişdir. Sonra o, “Araz” kinoteatrının çıxarışında gördü ki, orada Hikmət Məmmədovun adı yazılmışdır. O, Yusifdən maraqlandı ki, kinoteatrı alan odur, bəs niyə çıxarışda Hikmət Məmmədovun adı yazılıb, o kimdir. Yusif də ona dedi ki, Hikmət Rasimin atasıdır və çıxarışda formal olaraq atasının adı yazılıb. Kinoteatrın sənədləri onda idi deyə, o, həmin çıxarışı görmüşdü. Yusif kinoteatra tez-tez baş çəkirdi, lakin Rasim çox gec-gec oraya gəlirdi. Yusifi hamı, bütün işçilər çox yaxşı, xeyirxah bir insan kimi tanıyırdılar. X56 aldatdı, Yusifin qoyduğu bütün vəsait batdı. Rasim cinayət işi ilə əlaqədar tutulandan sonra həmin kinoteatr onun atasının adına olduğu üçün onu Rasimin əlindən aldılar. Çıxarışın niyə Rasimin atasının adına olması ilə bağlı məlumatı yoxdur, yəqin ki, həmin vaxtda onların arasında hər hansısa bir danışıq, razılaşma olmuşdur. Tikinti işləri ilə bağlı vəsait əvvəldən-axıra qədər Yusif tərəfindən qoyulmuşdur. Ətriyyat mağazası Yusifin vəsaiti hesabına açılmışdır, sadəcə onu açılması təklifini Rasim irəli sürmüşdü. Yusif kinoteatra iyirmi iki milyon vəsait qoyub. Kinoteatr alınanda çox pis vəziyyətdə olmuşdur, o əminlikdə deyə bilər ki, qoyulan vəsait Yusifin özünün olmuşdur. 2019-cu ildə obyekt bağlananda kinoteatr ilə bağlı sənədləri o Yusifə vermişdi. Obyektin tikintisi 2011-ci ildə başlanmış, 2017-2018-ci illərə qədər davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır, Rasimi isə sadəcə üzdən görmüşdür. Onun işlədiyi şirkət “Araz” kinoteatrında tikinti konstruksiya işləri ilə məşğul olmuşdur. O, baş usta olmuşdur. Orada işləyəndə o, Yusifi rəhbər kimi tanıyırdı. O, Cavabdeh tanımamışdır. Onlar orda 3-4 ay işlər görmüşlər, həmin vaxtlarda hər ay Yusif gəlib kinoteatra baş çəkmişdir. Yusif tərəfindən onlara pul verilməyib, yəni o, birbaşa olaraq Yusifdən pul almamışdır. Orada Mahmud müəllim var idi, pulu ona verirdilər. O elə təxmin edir ki, pul Yusif tərəfindən qoyulurdu. “Araz” kinoteatrı ilə bağlı hər hansısa bir sənəd görməmişdir. Onlar usta kimi işləyəndə Mahmud müəllimə tabe idilər. Aralarında rəsmi şəkildə müqavilə bağlanmamışdı. Onun Mahmud müəllimdən eşitdiyinə görə kinoteatr Yusifin idi. Çünki Yusif tez-tez kinoteatra gəlib baş çəkirdi. Ayda 3 dəfə o, Yusifi kinoteatrda görürdü. O, 1 ildən az müddətə orada işləmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində bildirmişdir ki, o Yusifi tanıyır. Rasimlə isə tanışlığı olmayıb. Yusifin onun əmisioğlu ilə dostluq münasibətləri var idi. Əmimoğlu ona dedi ki, onun dostu Yusif “Araz” kinoteatrını alıb və orada təmir işləri görülməlidir. O da usta kimi kinoteatra gedib işləmişdi. Usta kimi pulu Hacıyev Rasimdən alırdı, bəzən Yusif də vermişdir. O, Cavabdeh tanımır, onunla ünsiyyəti olmayıb, sadəcə adını eşitmişdir. O, Cavabdeh heç kinoteatra gələn görməmişdir. Oraya ancaq Yusif gəlmişdir. Kinoteatrın rəhbəri kimi onlar Yusifi bilmişlər. Onun kinoteatra nə qədər vəsait qoyulması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X38 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır. Rasimlə isə tanışlığı olmayıb. O, “Araz” kinoteatrında usta kimi işləmişdir. Usta kimi işləyən vaxtlarda onlara pul Yusif tərəfindən verilirdi. Yusif Knyaza verirdi, onlar da Knyazdan götürürdü. Onların rəhbəri Knyaz olmuşdur. O orada rəhbər kimi Yusif müəllimi tanıyırdı. Cavabdeh o, kinoteatrda heç görməmişdir. 1 ildən çox müddətə o orada usta kimi işləmişdir. Hər gün səhərdənaxşama kimi orada işləyirdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır. Rasimlə isə tanışlığı olmayıb. “Araz” kinoteatrında proyekti onun şirkəti edib. Oranın mebel hissəsini onlar etmişlər. X52 Qafarov tanış edib. Kinoteatrın arxitektoru Zaur Qafarov olmuşdur. Layihələndirməni onlar etməmişlər. Rəhbər kimi Yusifi tanımışlar. Ödənişləri onlara həm Yusif, həm də Rasim Hacıyev etmişdir. İşlədiyi müddətdə o, kinoteatrda Cavabdeh görməmişdir. Onlar ancaq orada mebel işləri ilə məşğul olmuşlar. Onlara verilən çertyojda obyektin adı və arxitektorun adı qeyd edilmişdir. Orada nə Yusifin, nə də ki Rasimin adı qeyd edilmişdir. Orada görülən işlərin məbləği hissə-hissə, qrafikə uyğun olaraq ödənilib. Müqavilə şirkətlər arasında olmayıb, fiziki şəxs Rasim Hacıyevlə onlar şirkət arasında daxili müqavilə olmuşdur. Onlar oranın mülkiyyətçisi ilə maraqlanmamışlar. 2014-cü ildə onların orada işləri başlayıb, 2015-ci ildə isə müəyyən səbəblərə görə orada iş dayanmışdır. Bir də 2018-ci ildə iş qaldığı yerdən davam etmişdir. Elə 2018-ci ildə də orada açılış olmuşdur. Onlar ümumilikdə bir milyon manata yaxın ödəniş edilib. Kinoteatrın açılış günündə o da iştirak etmişdir. Açılış günündə orada Rasim Hacıyev var idi, sonra isə sonlara yaxın Yusif gəlmişdi. O, Cavabdeh ancaq mətbuatdan tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, o həm iddiaçını, həm də cavabdehi tanıyır. O 2000-ci ildə Hənifəzadə Yusifin “Bakcell” distribüteri açdığı şirkətdə mühasib kimi işləmişdir və əmək haqqısı onu qane etmədiyi üçün əlavə iş axtarırdı. 2006-cı ildə Rasimin olduğu şirkətdə onu iş təklif olunmuşdur. O, əmək haqqının daha yüksək olduğunu görərək iş yerini dəyişmişdir. Amma Yusiflə olan münasibətlərini olduğu kimi qalmışdı. Yusif ona demişdi ki, “sən əgər iş yerindən narazı qalsan, geri əvvəlki iş yerinə qayıda bilərsən”. 2007-ci ildə o, Rasimin açdığı “X55” məktəbində baş mühasib kimi işləməyə başlamış və əlavə olaraq Yusifin açdığı diller şirkətdə işləmişdir. Həmin vaxtda o elə düşündü ki, Yusiflə Rasimi birləşdirsə, bu yolla da onun əmək haqqısı bəlkə qalxar. Yusifə Rasim adında bir biznesmen olduğunu, onunla tanış etməyi təklif etmişdir. Yəni o onları tanış edənə qədər Yusiflə Rasim bir-birlərini tanımamışlar. Onları ilk dəfə o tanış etmişdir. Yusif məktəbə gələrək orada Rasimlə tanış olmuşdur. Rasim Yusifin 2 oğlunu təmannasız şəkildə həmin məktəbdə oxutdurmuşdu. Rasim müəllimin maddi imkanı Yusifdən daha yaxşı olmuşdur. Rasimin çoxlu şirkətləri, maşınları var idi. Rasimin geniş biznesləri olmuşdur. Onun məktəbdə baş mühasib işlədiyi dövrlərdə Rasim onun 1 qızını da orada təmannasız oxutmuşdur. O, Yusiflə Rasimi tanış etdikdən sonra onlar özləri birbirləriylə əlaqə saxlamışları. Sonra o bilmişdir ki, Rasim “X53” QSC-yə rəhbərlik edir, Yusif də orada satış mərkəzinə nəzarət edirdi. O, Yusifin Rasimə borc verdiyini görməmişdir, düzdür onlar birnesmen idilər, aralarında biznes münasibətləri var idi, lakin Rasim Yusifdən borc alacağını düşünmür. Çünki əksinə Rasimin imkanı Yusifdən daha yaxşı idi və Rasim özü insanlara müxtəlif maddi yardımlar göstərirdi. Yusif Rasimlə işləyəndən sonra onun vəziyyəti düzəlmişdir. Yusiflə Rasimi tanış etmək onun təşəbbüsü olmuşdur. Onun fikrincə, Yusiflə Rasimi tanış etmək Yusifin daha çox xeyrinə olmuşdur. Çünki Rasimin maddi vəziyyəti yaxşı olmuşdur. Yusif ona onu Rasimlə tanış etdiyi üçün minnətdarlıq edirdi. Üstündən bir müddət keçəndən sonra onu məktəbdən çıxarmışlar.Onu məktəbdən çıxarandan sonra o, Yusifin ofisinə qayıtmış, 2 ildən sonra isə Rasimin sözü ilə Yusif onu limana işləmək üçün göndərmiş, o, limanda bir müddət işləmişdir. Sonra isə ümumiyyətlə işdən çıxarılmışdır. Onu işdən çıxarma səbəbini isə bilmir. “Araz” kinoteatrı ilə bağlı 2021-ci ildə onun Rasimin ailə üzvlərinə məxsus olması ilə bağlı sənədi görmüşdür. Həmin vaxtı bir şirkətin borcu var idi və həmin obyekt orada girov olmuşdur. Problemlər başlayandan sonra bank krediti qaytarmağı tələb etmişdir, girov da bu bina olduğu üçün sənədləşməni hazırlamışdır, həmin vaxt o “Araz” kinoteatrının Rasimin ailə üzvünə məxsus olduğu görmüşdür. Sonra “Araz” kinoteatrı satılmış və borc bağlanılmışdır. “Araz” kinoteatrının alınması ilə bağlı isə məlumatı yoxdur. “X53” şirkətinin fəaliyyəti ilə bağlı onun məlumatı yoxdur. O eşitmişdir ki, Yusiflə Rasim arasında şəriklik münasibətləri vardır, lakin onların aralarında borc münasibətlərinin olub-olmaması ilə bağlı onun məlumatı yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-176/2025 nömrəli qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçı X4 aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı və cavabdeh 2009-cu ildən dostluq və şəriklik münasibətlərində olmuşlar. İddiaçı 2010-2019-cu illər ərzində cavabdehə borc qismində ümumilikdə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pul vəsaiti verildiyini, cavabdehin isə həmin pul vəsaitlərini qaytarmadığını iddia edir. İddiaçı cavabdehə verilən pul məbləğlərin borc kimi verildiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı yazılı müqavilə təqdim edə bilməmişdir. Prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən 2010-2019-cu illər ərzində cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini şahidlərin ifadəsi ilə əsaslandırmağa çalışmışdır. Lakin iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər iddiaçı ilə cavabdehin dostluq və şərik münasibətində olduğunu bildirmişlər və heç bir şahid iddiaçı tərəfindən cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini gördüklərini təsdiq edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 2010-cu ildən başlayaraq cavabdehə müxtəlif məbləğlərdə vəsait verdiyini iddia etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 illik iddia müddətini ötürmüşdür. İddiaçı pul məbləğlərinin konkret hansı tarixdə verilməsi ilə bağlı sübut təqdim edə bilməmiş, iddia ərizəsində də sonuncu dəfə 2019-cu il tarixdə verildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2019-cu il tarixdən etibarən əsassız varlanma ilə bağlı 2 illik iddia müddəti ötdüyündən iddia təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 375.1, 375.2, 377.1, 377.3, 386.1, 739.2, 1091.1, 1091.2, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 81, 119.1, 217.1, 218.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X22 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına, Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 176/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X7 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 42.673.310 manatın (qırx üç milyon iki yüz altmış üç min üç yüz on AZN) və 8.500.000 ABŞ dollarının (səkkiz milyon beşyüz min USD) ekvivalentinə bərəbər pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi kursla tutularaq iddaçı HənifəzadəYusif Məmmədhənifə oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddət dost münasibətində olmuşlar. Bu dövrdə cavabdeh yeni şirkətlər alır, işlər quraraq öz biznesini inkişaf etdirirdi. Bu zaman lazım gəldiyində, iddiaçı dəfələrlə cavabdehə qısa müddətli borc pul vermişdir. Cavabdehin eyni zamanda iddiaçıdan aldığı borc pullarla üçüncü şəxslərdən satın aldığı şirkətlərin iştirak paylarının, daşınmaz əmlakların müəyyən hissəsinin iddiaçının adına keçirəcəyi, habelə iddiaçıdan aldığı borc pullarla əldə edəcəyi qazancları iddiaçı ilə bölüşəcəyi barədə verdiyi vədlər, iddiaçının ona sonsuz inanmasına səbəb olmuşdur. Zamanla iddiaçının cavabdehə olan etibarı o qədər inkişaf etmişdir ki, bir çox hallarda külli miqdarda borc vəsaitlərinin verilməsi yazılı müqavilələr bağlanmadan, rəsmi sənədlər tərtib edilmədən həyata keçirilmişdir. Beləliklə, 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən cavabdehə borc qismində verilmiş 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pul vəsaiti bu günə qədər qaytarılmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh etibarını qazanaraq küllü miqdarda pullarını alıb qaytarmadığı şəxs təkcə iddiaçı deyilmiş. Cavabdeh bu yolla əsassız varlanmış, yığdığı sərvətləri qohum aqrabasının adına rəsmiləşdirərək onların əsas hissəsini xarici ölkələrə çıxarmışdır. Cavabdeh belə əməllərinə görə 2021-ci ilin əvvəlində cinayət hüquqi məsuliyyətə cəlb olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 №-li hökmlə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məruz qaldığı ziyanın ödənilməsi üçün iddiaçı ibtidai istintaq orqanına müraciət etmiş, cinayət işi üzrə icraatın yekunlaşmasını gözləmişdir. Lakin hazırkı iddiada göstərilən hallar hökmdə dolayısı ilə öz təsdiqini tapsa da, onlara hüquqi qiymət verilməmiş və cavabdehin ittihamına salınmamışdır. Ona görə də iddiaçı yalnız cinayət işi üzrə icraat qurtardıqdan sonra mülki icraat qaydasında hazırkı iddianı qaldımışdır. İddiaçı tərəfindən pul vəsaitləri cavabdehə aşağıdakı qaydada verilmişdir: 1. 2010-cu ildə “X53” QSC-nin (armatur istehsalı zavodu) səhmlərinin (iştirak payının) xarici səhmdarlardan alınması cavabdehə keçmiş “AtaBank”ın qarşısında 7.500.000 (yeddi milyon beş yüz min) ABŞ dolları məbləğində valyuta vəsaitini iddiaçı şəxsən cavabdehə nağd şəkildə vermişdir. Həmin məbləğ “X53” QSC-nin 25% səhmini satın alınması üçün ödənilirdi. Həmin 7.500.000 ABŞ dolları vəsaiti iddiaçı özünün rəhbərlik etdiyi şirkətlər vasitəsi ilə bankdan götürdüyü kredit hesabına cavabdehə vermiş, sonradan krediti şəxsi vəsaiti ilə bağlamışdır. 2. 2011-ci ildə cavabdeh keçmiş “Araz” kinoteatrının binasını satın almağı və iddiaçı ilə ortaq biznes qurmağı təklif etmiş, satın alınan binanı öz atası Hikmət Məmmədovun adına rəsmiləşdirməyə iddiaçını razı salmışdır. Binanın alınmasına, yenidən qurulmasına, avadanlıqlarla təchiz edilməsinə və sair xərclərə görə iddiaçı müxtəlif tarixlərdə nağd şəklində ümümilikdə 26.500.000 (iyirmi altı milyon beş yüz min) manat cavabdehə pul vermişdir. Lakin cavabdeh həmin binanı iddiaçının xəbəri olmadan sonradan başqa şəxslərə sataraq pulunu da özünüküləşdirmişdir. 3. Cavabdeh rəhbəri olduğu “X57 and Foundry Company” MMC üçün Sumqayıt şəhərində X8 tikdirməyə başlayanda pulunun çatmadığını bildirərək yenə də iddiaçıdan 2017-2018-ci illərdə ayrıayrı vaxtlarda ümumilkdə 4.600.000 (dörd milyon altı yüz min) manat məbləğində borc pul almışdır. Cavabdeh bu halda da iddiaçını inandırmışdır ki, zavodun gəlirindən ilk olaraq borcu qaytaracaq və qazancdan ona pay verəcəkdir. Lakin bu günə qədər nə borc qismində verilmiş məbləğ qaytarılmış, nə də vəd edilən qazancdan pay verilmişdir. 4. 2010-2020-ci illər ərzində fərqli tarixlərdə cavabdehin xahişi ilə onun şəxsi biznesində nağd vəsaitə yaranan ehtiyaclarını ödəmək üçün iddiaçı ümumilikdə 1.000.000 ABŞ dolları və 11.572.310 manat cavabdehə borc vermişdir. Nəticədə, cavabdeh yalan vədlər verərək iddiaçıdan aldatma yolu ilə aldığı və əsassız varlanmasının predmeti olan pulun məbləği 8.500.000 ABŞ dolları və 43.263.310 manat (hazırkı məzənnə ilə ümumilikdə 57.122.310 manat) məbləğindən ibarət olmuşdur. Yuxarıda göstərilən hallar siyahısı məhkəməyə təqdim olunacaq şahidlərin ifadələri ilə də öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 176/2025 saylı 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir... Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı və cavabdeh 2009-cu ildən dostluq və şəriklik münasibətlərində olmuşlar. İddiaçı 2010-2019-cu illər ərzində cavabdehə borc qismində ümumilikdə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pul vəsaiti verildiyini, cavabdehin isə həmin pul vəsaitlərini qaytarmadığını iddia edir... İddiaçı cavabdehə verilən pul məbləğlərin borc kimi verildiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı yazılı müqavilə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2010-2019-cu illər ərzində cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini şahidlərin ifadəsi ilə əsaslandırmağa çalışmışdır. Lakin iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər iddiaçı ilə cavabdehin dostluq və şərik münasibətində olduğunu bildirmişlər və heç bir şahid iddiaçı tərəfindən cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini gördüklərini təsdiq edə bilməmişdir. İddiaçı iddia ərizəsində 2010-cu ildən başlayaraq cavabdehə müxtəlif məbləğlərdə vəsait verdiyini iddia etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 illik iddia müddətini ötürmüşdür. İddiaçı pul məbləğlərinin konkret hansı tarixdə verilməsi ilə bağlı sübut təqdim edə bilməmiş, iddia ərizəsində də sonuncu dəfə 2019-cu il tarixdə verildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2019-cuil tarixdən etibarən əsassız varlanma ilə bağlı 2 illik iddia müddəti ötdüyündən iddia təmin oluna bilməz. Məhkəmə tərəflər arasında münasibətlərdən yalnış nəticəyə gələrək tətbiq etməməli olduğu Mülki Məcəllənin 1091.2ci maddəsini tətbiq etmişdir. İddiaçı tərəf olaraq hesab edirlər ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Hesab edirlər ki, iddiaçının pul vəsaitlərini cavabdehə verərkən yazılı olmasa da, şifahi razılaşma mövcud olmuşdur. Bu pul vəsaitləri hər hansı təsadüfü səhv nəticəsində deyil, iddiaçının özü üçün hüquqi və iqtisadi nəticə yaratmağa yönəlmiş iradəvi davranışı nəticəsində cavabdehə verilmişdir. Belə olan təqdirdə yazılı müqavilənin olmaması avtomatik bu pul vəsaitlərini əsassız varlanmanın predmeti etmir. İddiaçı iddia ərizəsində tərəflər arasında borc müqaviləsinin mövcudluğunu bəyan etsə də elə həmin iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə verdiyi bu pullar sadəcə borc məqsədi ilə qazanc əldə etmə məqsədi ilə verilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırırıq həm iddiaçı, həm cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyata alınmasalar da, hər ikisi ölkədə tanınmış sahibkardılar. İddiaçı uzun illərdir şirkətləri vasitəsi sahikarlıq fəaliyyəti ilə məşğul olur, hazırda da zavod müdiridir. Cavabdeh də öz növbəsində uzun illər “X53” QSC və “X57 and Foundry Company” MMC kimi şirkətlərin təsisçisi və rəhbəri olub. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhzsahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Hesab edirlər ki, mübahisə üzrə tərəflər (iddiaçı və cavabdeh) sahibkarlıq statusuna malik olduğundan və tələbdə məhz sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsinə aid olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı idi. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi vəya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 28-ci maddəsində vurğulanır ki, həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İddiaçı tərəf olaraq hesab edirlər ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda başvermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hesab edirlər ki, iddiaçının pul vəsaitlərini cavabdehə verərkən yazılı olmasa da, şifahi razılaşma mövcud olmuşdur. Bu pul vəsaitləri hər hansı təsadüfi səhv nəticəsində deyil, iddiaçının özü üçün hüquqi və iqtisadi nəticə yaratmağa yönəlmiş iradəvi davranışı nəticəsində cavabdehə verilmişdir. Belə olan təqdirdə yazılı müqavilənin olmaması avtomatik bu pul vəsaitlərini əsassız varlanmanın predmeti etmir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-176/2025 saylı 14 fevral 2025-ci il tarixli qətnaməsini ləğv edərək işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında iddiaçı X3 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı X5 rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı X3 nümayəndəsi (vəkili) Vəkil3 elektron məhkəmə-informasiya sistemində yaradılmış ekabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı X3 və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfin təşəbbüsü ilə iddiaçının maliyyə durumu araşdırılmış, iş materiallarından da görünür ki, iddiaçının hansısa bank hesabı aşkar edilməmiş, yəni iddiaçının pulu verilməsini təsdiq edəcək mənbəsi tapılmamışdır. Həmçinin iddiaçının fərdi sahibkar kimi qeydiyyata alınmasını da aşkar edəcək fakt tapılmadı. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları birinci instansiya məhkəməsində sübut edə bilməmişdir. Məhkəmə həm də cavabdehin ərizəsi üzrə iddia müddətini də tətbiq etmişdir. İddiaçının apellyasiya şikayətinin əsası işin kommersiya məhkəməsinə göndərilməsidir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İşə kommersiya məhkəməsində baxılması ilə bağlı iddiaçı tərəfin birinci instansiya məhkəməsində vəsatət vermək imkanı mövcud idi. Bunu da etməmişdir. Mülki Məcəlləyə əsasən, 3.000 manatdan artıq borc münasibətləri yazılı qaydada tərtib edilməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanunla və normativ hüquqi aktlarla sübut edilməli olan halların digər hallarla sübut edilməsi yol verilməzdir. Yazılı sübut olmadığına görə bu hallar şahid ifadəsi ilə belə sübut edilə bilməz. İddiaçı pulun mənbəyini də, sübut edə bilmədi. Şahidlər belə bu hallarla bağlı sübut əhəmiyyətli məlumatlar verə bilmədilər. Ona görə də birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. (xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Maddə 740.1. (xx.xx.2023-cü il tarixədək qüvvədə qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Bənd 15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Bənd 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Bənd 26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Bənd 27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı, birinci instansiya məhkəməsi tərəfindən, maddi və prosessual hüquq normalarına riayət edilməsi də daxil olmaqla, tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmasına dair dəlili üzrə qeyd edir ki, tədqiq olunan olunan sübutlardan müəyyən olunur ki, tərəflərdən heç biri fərdi sahibkar statusuna malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu halda belə, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq həmin iddiaya ümumi məhkəmələr baxır. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən məhkəmə aidiyyəti qaydalarını pozmamış, ona görə də iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin tərəflər arasında əsassız varlanmadan deyil, borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olması dəlili ilə bağlı qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabdehə verdiyi pulun bir halda borc, digər halda investisiya olaraq verildiyini, apellyasiya şikayətində isə cavabdehə verdiyi pulların sadəcə qazanc əldə etmək məqsədi ilə borc verilməsini, lakin bu günə qədər nə borc qismində verilmiş məbləğin qaytarılmasını, nə də vəd edilən qazancdan pay verilməsini iddia etsə də, tələb etdiyi pulun borc və ya investisiya qismində cavabdehə verilməsini araşdırma zamanı iddiaçı sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında hər hansı bir formada pulun verilməsini təsdiq edən müqavilə, eləcə də, yazılı borc müqaviləsi bağlanmamışdır. Cavabdeh isə iddiaçının ona pul vermədiyindən iddia tələbinin əsassız olmasını bildirməklə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. Kollegiya qeyd edir ki, iddiaçının yeganə sübut növü kimi tədqim etdiyi şahid ifadələri borc müqaviləsinin şifahi qaydada bağlanmasına imkan verən qanun normasının qüvvədə olduğu müddətdə verilməsi iddia edilən borc məbləğinin həqiqətən verilməsini təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübut növü olaraq qəbul edilə bilməz. Borc müqaviləsinin forması ilə bağlı imperativ xarakterli normanın qüvvəyə minməsindən sonrakı dövrlə bağlı isə iddiaçı bu sübut növünə istinad edə bilməz. Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki qanunvericilin yuxarıda istinad olunan imperativ xarakterli normasının tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü verilməsi iddia edilən bütün dövr üzrə tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olmasını iddiaçı sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq bu münasibətlərə əsassız varlanmadan irəli gələn hüquq münasibəti kimi hüquqi qiymət vermişdir. Belə ki, mülki qanunvericilik öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, “əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin təbiqi barəsində ərizəsinə istinad edib, mübahisəyə iddia müddətini təbiq etməklə iddia tələbini təmin etməyərkən də düzgün nəticəyə gəlmişdir. Belə ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM 375.1, 375.2-ci mad.) Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-176/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2912/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2912/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver