Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2914/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehin özbaşına tikilidən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3165/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X8 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1709 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları X5 yanında saxlanılması qət edilmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı cavabdeh X8 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 3, 37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı mənzildən çıxarılması barədə iddiası rədd edilmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 984/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir
5. Paylayıcı "xxxx" İstehsalat Biriliyinin Bakı X21 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, AKX-05009xx/xx-2022 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Xaşaxuna bağ massivi ərazisində həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.
6. Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 862 saylı arayışından görünür ki, İddiaçı Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində 143 kv.metr əmlaka və 360 kv.metr torpaq sahəsinə görə Qala bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4 (dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1 (bir) mərtəbəli, onun tərəfindən tikilmiş Cavabdeh hazırda qanunsuz sahibliyində olan 2/37 saylı fərdi yaşayış evindən ailə üzvlərilə birgə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 2009-cu ildə cavabdehin qızı onunla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, rəsmi nikahdan 2 övladları anadan olmuşdur. Ailə münasibətləri korlandığından nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etdikdən sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(003)- 3165/2021 saylı qətnaməsilə nikah münasibətləri pozulmuşdur. X9 azyaşlı övladları ilə birlikdə öz valideyinlərinin yanına köçmüşdür. 2016-cı ildə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bag massivində 3,6 sot torpaq sahəsi almışdır. Həmin sahədə özbaşına tikili olaraq 1(bir) mərtəbəli, 9 daş kürsüdən, ümumi sahəsi tikinti altı sahə ilə birlikdə 143,0 kv.m olan 4 (dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət 2/7 saylı fərdi yaşayış evi tikmişdir. Evin tikintisinə və təmirinə 60000 (altmış min) manat məbləğində pul xərcləmişdir. Bu məbləğ onda olmadıgı üçün 2018-ci ilə kimi müxtəlif banklardan müxtəlif məbləğlər, o cümlədən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən keçmiş qayınatası, hazırki iş üzrə Cavabdeh adına "xxxx" ASC-dən 3(üç) il müddətinə 6400 (altı min dörd yüz) manat, 21 aprel 2018-ci ildə “Kapital Bank “ASC-dən 4(dörd) il müddətinə öz adına 12000 (on iki min) manat məbləğində kredit götürərək evin son-tamamlanma işlərinə xərcləyərək 2018-ci ilin iyun ayında evə köcmüşdürlər. Həmin bank ödəmə sənədlərini və onun tərəfindən şəxsən ödənilmiş ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Həmin dövrdə **-MV-*** dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil isə kredit müqaviləsi bağlanmamışdan bankdan 12000 (on iki min) manat götürülməmişdən öncə 16 aprel 2018-ci tarixdə atası tərəfindən əldə edilmiş, etibarnamə əsasında onun idarəetməsində olmuş və həmin avtomobilin ona heç bir aidiyyəti yoxdur. Sadəcə tikinti aparılan zaman atası evin tikintisinə kömək məqsədilə onun istifadəsinə müvəqqəti vermişdir. Sonradan atası tərəfindən adıçəkilən avtomobil özgəninkiləşdirilmişdir. Həmin adıçəkilən evdə 2021-ci ilin mart ayına kimi Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə birgə yaşamışdır. 2021-ci ilin mart ayında Elnurənin ona etdiyi xəyanətdən sonra yaşadığı evi tərk etmişdir. Evi tərk etməyinin əsas səbəbi hazırki iddia üzrə cavabdehin qızı, keçmiş həyat yoldaşı Aslanova (Vəliyeva) Elnurə Aslan qızının hər dəfə onun barəsində əsassız olaraq hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər olmuşdur. Barəsində şikayətlər olunmasına baxmayaraq şikayətlər araşdırılmış və əsassız olduğundan rədd edilmişdir. Özü cavabdehin və onun qızının əsassız, lakin bilərəkdən düşünülmüş şər və böhtan xarakterli hərəkətlərindən qorumaq və daimi olaraq söz-söhbət içində olmamaq üçün öz valideynləri ilə yaşamışdır. Həmin vaxtdan başlayaraq iddialarla məhkəməyə müraciətlər etmişdir. Bu barədə müvafiq məhkəmə qətnamələrini təqdim edir. Məhkəmə qaydasında nikahı pozulandan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində özbaşına tikilmiş evdə heç kim yaşamamışdır. Cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Evə kommunal xidmətlərin göstərilməsi haqqında müqavilələr onunla bağlanmışdır. X6 atası, hazırki iş üzrə Cavabdeh yaranmış vəziyyətdən istifadə edərək evə daxil olmuş, evin kilid və açarlarını dəyişdirmişdir, orada yaşaması görüntüsü yaradaraq onun evə daxil olmağına süni maneçiliklər yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 qarşı birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2/37 saylı özbaşına tikilmış evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2/37 saylı evdən çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Məhkəmədə ifadə verən şahidlərdən X14, X15, X10 bildirimişlər ki, onun qonşuluğunda yaşayırlar və evin tikinti-təmir işlərinin aparılması onların iştirakı ilə gözləri qarşısında baş vermişdir. Adları çəkilən şahidlər evin tikintisində birbaşa iştirak etmişlər. Görülən işlər onun tərəfindən sifariş edilmiş və haqqı onun tərəfindən ödənilmişdir. Cavabdehla hər hansı tikinti ilə bağlı danışıqlar aparılmamış və sifarişlər qəbul edilməmişdir. Məhkəmədə ifadə verən digər şahidlər Cavabdeh qohumlarıdır. Onlar isə Cavabdeh sifariş qəbul edildiyini bildirmişlər. Həmin evin tikintisi onun tərəfindən aparılmış və ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Keçmiş qayınatası hazırki iş üzrə Cavabdeh isə onun vəsaiti ilə bəzi hallarda evin tikintisi aparılan zaman ustaların üzərində dayanması və nəzarət etməsi tapşırıqlarını yerinə yetirirdi. Tikintinin tez başa çatması və ailəsi ilə (onun qızı ilə) həmin evə köçməyinə maraqlı olduğundan tikintiyə teztez gedib gələr və işin tez başa çatmasına çalışardı. Hətta “Dərnəgül bazarı”ndan cavabdehin özünün “Mercedes Ateqo” yük avtomobilində gətirilən mallara görə avtomobillə daşıma xərcləri də cavabdehə-Cavabdeh ödəyirdi. Həmin dövrdə cavabdeh “Dərnəgül bazarı”nda digər müstərilərin mallarının daşınmasıyla məşğul idi. Adıçəkilən evin bəzi təmir işlərinə, kafel-metlax materialının alınmasına və kafel - metlax işlərinin aparılmasına həqiqətən də Cavabdeh tərəfindən 2000 (iki min) manat pul ödənmişdir, lakin o, 2000 manat xərclədiyi pulu ona qaytaranda “bu mənim qızım ilə sizə hədiyyəm olsun” demişdir. Ona qaytarmaq istədiyi 2000 manatı qəbul etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3963 saylı ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-Xuna bağları ərazisində yerləşən evə baxış zamanı təqdim olunmuş fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 29077 (iyirmi doqquz min yetmiş yeddi) manat məbləğində müəyyən edilir. (səh. 3 ,abzas 11) Ədliyyə Nazilriyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həmin dövrdə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclərin bazar qiymətlərindən həddən çox aşağı müəyyən edildiyindən və bununla razılaşmadığından müstəqil qiymətləndirici “EXPERTLTD” müəssisəsinə müraciət etmişdir. “EXPERT” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, E/47saylı “Qiymətləndirmə Akt”ında (Mütəxəssis Rəyində) isə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclər bazar qiymətlərinə uyğun olaraq 60000 (altımış min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə Rəyi”ndən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi XaşaXuna bağ massivində yerləşən ümumi sahəsi 360 m2 , tikinti sahəsi 143 m2 olan tikilinin dəyəri 68500 (altmış səkkiz min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Müstəqil qiymətləndiricilər tərəfindən verilmiş hər 2(iki) rəylər məhkəmə tərəfindən qəbul edilməmiş və bunu əsaslandırmamışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 7-ci abzasında məhkəmə şahid ifadələrinin nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, onun tərəfindən tikilmiş özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf (o və həm də hazırki cavabdeh) çəkmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o bənnadır. Hazırkı mübahisə üzrə tərəflərlə qonşuluqda yaşayır. Onunla qonşuluqda yaşayan Vasif ona evin tikilməsi ilə bağlı müraciət etmişdir və o evin hörgü işini görmüşdür. Evin hörgü işi ilə bağlı pulunun bir qismi ona Vasif, bir qismi isə Vasifin atası Ramiz tərəfindən ödənilmişdir. Aslanı o evin tikintisi zamanı tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o daş bazarında işləyir. Qonşuluğunda yaşayan Vasif ona evin tikintisi məqsədi ilə daş lazım olduğunu bildirmiş və daşın dəyəri ödənildikdən sonra, o da daşı gətirib həyətə boşaltmışdır. Evin tikilməsi üçün gətirilmiş daşın pulu Vasif tərəfindən ona ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o hazırkı mübahisə üzrə tərəfləri qonşuları kimi tanıyır. O qaynaq işi ilə məşğul olur. Mübahisəli tikilinin hasarının metal darvazası onun tərəfindən 2020-ci ildə yığılmış, darvazanın yığılması və quraşdırılması üçün xidmət haqqı və çəkilmiş xərclər ona Vasif tərəfindən ödənilmişdir. Digər dindirilmiş şahidlər isə Cavabdeh yaxın qohumları olmuşlar. Onlar da məhkəmədə yalan izahatlar vermişlər. 2022-ci ildə onun tərəfindən tikilmiş öz evinə köçürülməyi məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsiylə müraciət edilərək Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində yerləşən 3.6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq ümumi sahəsi 143,0 kv.mdən ibarət, kürsülü, 4(dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət 1(bir) mərtəbəli fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1621/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırılması zamanı 3-cü şəxs olaraq işə cəlb edilmiş Cavabdeh həmin fərdi yaşayış evində yaşamağına etiraz etmişdir. Məhkəmə iclasında cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı izahatında bildirmişdir ki, onunla o, 2018-ci ildə köçüb, 2 il 6 ay həmin evdə yaşamışlar. Qeyd edir ki, onun tərəfindən özbaşına tikilmiş adı çəkilən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Evin yerləşdiyi 3,6 sot torpaq sahəsini də o almış, onun da hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin torpaq sahəsinə və evə dair vergi və bələdiyyə ödənişləri cavabdeh tərəfindən əvvəlki məhkəmə gedişatında ödənilməklə evə və torpağa guya sahiblik etdiyini göstərmək üçün etmişdir. Lakin həmin vergi sənədləri onun tərəfindən də ödənildiyini təsdiq edən qəbzlər mövcuddur. Ailə münasibətləri cavabdehin qızıyla pozulduqdan sonra, cavabdeh həmin evə özbaşına daxil olaraq guya orada yaşadığını göstərmişdir. Evin giriş kilidi cavabdeh tərəfindən ailə münasibətləri korlandıqdan sonra dəyişdirilmişdir. Həmin ev cavabdehin sahibliyində və istifadəsində heç vaxt olmamışdir. 2021-ci ilin mart ayından müvəqqəti olaraq evi tərk etdiyindən Cavabdeh evə qanunsuz olaraq sahiblənmiş, yiyələnmiş və əsassız varlanmışdır. Əvvəlki məhkəmə gedişatında məhkəmə tərəfindən Aslanova (Vəliyeva) Elnurə Aslan qızının əsl Cavabdeh ilə əvəz edilməsini təklif edilmiş, cavabdeh razı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxılması davam etdirilmişdir. (səhifə 2, abzas 6) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-984/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin 21-ci bəndində qeyd edilmişdir ki, mübahisə predmeti olan evdə iş üzrə cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı yaşamır. Əksinə müəyyən olunur ki, mübahisə predmeti olan evdə iş üzrə üçüncü şəxs Cavabdeh yaşayır və onun köçüb həmin evdə yaşamasına etiraz edir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızı hazırki iddiaya cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Məhkəmənin nəzərinə catdırır ki, evin qaz, işiq, "təmiz şəhər" müqavilələri onunla baglanmışdır. xx.xx.2022-ci il tarixli Qala Bələdiyyəsinin **********3795 saylı tədiyyə bildirişinə əsasən 12031xxxxxxx kodu ilə verilmiş şəhadətnaməyə əsasən 2022-ci il üçün əmlak vergisi və torpaqvergisi (31,64 manat və 2,16 manat) ödənilməsi xəbərdarlığı olunmuşdur. Tərəfindən müvafiq ödənişlər edilmişdir. Həmin qəbzləri iddia ərizəsinə əlavə edir. Digər tərəfdən "xxxx" ASC-nin onun adına göndərilən bildirişdə kod və onun adı qeyd edilmişdir. Əvvəlki məhkəmə gedişatında Cavabdeh istehlakçı hesabını sənədlər əsasında öz adına keçirmişdir. Bu barədə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarla "xxxx" ASC-nə rəsmi müraciətlər edilmişdir. ”Azərişıq” ASC-nin abunə haqqında məlumatlardan görünür ki, xx.xx.2016-cı ildən abonent olaraq onun adı qeyd edilmişdir. Hazırda da, onun adına qeydiyyatdadır. 342969 nömrəıi, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sayğac quraşdırma və uçota alınması nəzarət idarəsi yeni smart tipli sayğac quraşdırılmış və ona təhvil verilmişdir. Məlumat üçün bildirir ki, evində quraşdırılmış mətbəx mebeli tərəfindən 1785 manat kreditlə əldə edilmişdir, bununla bağlı alqı-satqı müqaviləsi və odəniş cədvəli, ödəniş çeklərini ərizəsinə əlavə edir. 2018-ci ilin iyun ayından bu günə qədər qanuni sahibliyində və istifadəsində olmuş, adıçəkilən fərdi yaşayış evi cavabdeh tərəfindən qanunsuz tutulduğundan, ona məxsus adıçəkilən fərdi yaşayış evinə daxil olmaqdan və ondan istifadə etməkdən məhrum olunmuşdur. Dəfələrlə cavabdehə şifahi olaraq bildirmişdir ki, ona məxsus fərdi yaşayış evini boşaldaraq ona təhvil versin. Cavabdeh isə ona məxsus yaşayış evinin boşaldılması və ona təhvil verilməsi təklifinə rədd cavabı vermiş, bununla da həmin evə girməyini qadağan etmişdir. xx.xx.2023-cü il tarixdə adıçəkilən evin boşaldılması və ona təhvil verilməsi barədə Cavabdeh rəsmi olaraq “Bildiriş Xəbərdalıq” təklifi ilə müraciət etmişdir. Lakin bu barədə müraciəti cavabsız qalmışdır.
9. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, onun qızı Elnurə Vəliyevanın İddiaçı ilə 2009-cu ildə ailə həyatı qurmalarını, ailə həyatı qurduqdan sonra qızı kürəkəni ilə birlikdə qaynanasıgilə məxsus evdə yaşadıqlarını, sonradan qayınanası onları evdən qovanda, qızının ailəsi kirayə çıxmaq istəmiş, o da bu fikirlə razılaşmamış, qızı və kürəkəninin rahat yaşamaları üçün torpaq sahəsi alaraq ev tikərək onların istifadəsinə vermişdir. Torpaq sahəsini 2015-ci ildə zəbt etmiş və həmin torpaq sahəsində evin tikilməsinə təxmini olaraq 30000 manat xərc çəkmişdir. Evin tikintisinə 2016-cı ildə başlamış 2018-ci ildə evin tikintisin başa çatdırmışdır. Vasif evin tikintisində bir başa iştirak etməmiş, Vasif qızı ilə aralarında mübahisə yaranana kimi həmin evin tikintisi zamanı yalnız nəzarət etmək məqsədi ilə tikinti olan yerə gedib-gəlmişdir. Mübahisəli evin işıq və qaz sayğacı əvvəllər iddiaçının adına olmuşdur. Belə ki, o həmin evi qızı ilə kürəkəninə vermişdir. Hal-hazıra həmin evin işıq və qaz sayğacları onun adınadır. Hazırda evi X2 və mübahisəli yaşayış evi ilə bağlı heç bir bağlılığı qalmamışdır.
10. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əmlakın yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12, 0,036 ha torpaq sahəsində yerləşən yaşayış evinin üzrə yerli baxış keçirilərkən mübahisəli torpaq sahəsində 1 (bir) mərtəbəli kürsülü evin olması və həmin evin ayrı giriş-çıxışının olması müəyyən edilmişdir. Həmçinin mübahisəli ev yaşayışa yararlı, 4 (dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət orta təmirli bir evdir.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 nömrəli, 15 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaya ilkin olaraq Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı fərdi yaşayış evinin əmlak xarakterini (mülkiyyət və ya özbaşına tikili) və həmin əmlakın ümumiyyətlə İddiaçı məxsus olub-olmaması araşdırılmalıdır. Belə ki, mübahisə predmeti olan əmlak mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni mübahisə predmeti olan ev özbaşına tikili olmaqla həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilməmiş, mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı təsdiq edici sənədlər təqdim edilməmişdir.
13. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mövcud iddianı tələb etmək hüququna malik deyildir, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir.
14. Eyni zamanda məhkəmə iddiaçının "xxxx" ASC-nə və "xxxx" İstehsalat Birliyinə məxsus sayğacların onun adına olması barədə sübutlarına münasibətdə bildirmişdir ki, həmin sənədlər mübahisəli evin onun mülkiyyətində olmasını təsdiq etmir. Belə ki, iddiaçının cavabdehin qızı ili həmin evdə yaşaması işin mübahisəsiz halıdır. Hal-hazırda məhkəmə iclasında sayğacların hazırda cavabehin adına olması müəyyən edilmişdir. Bundan başqa iddiaçının kreditlərin götürülərək mübahisəli evə sərf etməsi barədə sübutlarına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin kreditlərin iddiaçı bilavasitə mübahisəli mənzilə xərclənməsi barədə sübutlarını təqdim etməmiş, yalnız formal mülahizələrinə əsaslanaraq kreditlərin mübahisəli mənzilin tikintisi üçün xərclədiyi bildirmişdir. Məhkəmə iddiaçının həmin kreditlərin bilavasitə mübahisəli evə xərclənməsi barədə mülahizələrini inandırıcı hesab etməyərək, sübut növu kimi qəbul etməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 178.1, 178.2 və 180.1-ci maddələrinə; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki sahiblik etdiyini bildirir və boşanmadan sonra ailə münaqişəsində mübahisə olduğundan dava-dalaşdan, söz-söhbətdən, şər-böhtandan uzaq durmaq üçün (cavabdehin qızı tərəfindən polisə müraciətlər edilmişdir) ata evində bir müddət yaşasa da sonradan evə gələndə artıq giriş qapısının açarının dəyişdirildiyini görmüş və məhkəməyə müraciət etmişdir. Bugünədək məhkəmə müstəvisində ədalətin bərpa olunacağına inanaraq sivil qaydada buna nail olmaq istəyir. Cavabdeh isə heç bir sahiblik səlahiyyəti olmadığı halda onu fərdi ev üzərində istifadə və sahiblikdən özbaşına məhrum etmişdir. Özü də bu hal özbaşınalıqla müşaiyət olunur. Şəraiti nəzərə alan cavabdeh dolayısı ilə qızı-keçmış həyat yoldaşı ilə bərabər (edilən xəyanətdən geri çəkilmək əvəzinə) əsassız güc nümayiş etdirərək həmin evdən uzaqlaşmağına nail olmuşlar. Cavabdeh, haqsız olduğunu başa düşdüyündən onun işə cəlb edilməsindən qaçmış və əksinə hər seyin sahibinin özünün olduğunu iddia etmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (eskiz layihə, qiymətləndirmə rəyi və fotoşəkillər, akt, kredit müqavilələri, müvafiq abonentistehlakçı ödəniş və kodlar, torpağa dair ödənişlər) mübahisəli evin məhz tərəfindən inşa edildiyi təsdiq olunur. Bu fakt, evə dair adına həmin vaxtda tərtib edilmiş eskiz layihə ilə də təsdiq edir. Cavabdehin isə bu tikili ilə bağlı hər hansı əlaqəsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bu baxımdan hesab etmək olar ki, mübahisəli ev məhz onun tərəfindən inşa edilmişdir. Bununla belə, iş materiallarından görünür ki, cavabdeh mübahisə getdiyi vaxtda yekun qətnamə çıxarılmadan evi başqasına etibarnamə əsasında verərək (faktiki alqı-satqı həyata keçirmişdir) yenidən süni əngəllər yaratmaqla, məsuliyytdən yayınır. Bu isə, yuxarıda qeyd olunan normaların tələbinə ziddir və qanunla qadağandır. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hazırki mərhələdə cavabdehin bu cür hərəkətlər etməsinə ona məxsus olmayan, onun tərəfindən tikilməyən evi başqa şəxsə satması və bundan qoyduğu vəsaitin mənimsənilməsi barədə hərəkətləri heç bir hüququ əsası yoxdur, bu cür hüquqa yalnız mübahisəli torpaq sahəsinin mülkiyyətçisi malikdir. Cavabdehin etibarnamə əsasında evin satılması isə yolverilməzdir, çünki bu etibarnamənin mübahisəli ərazi ilə bağlı heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının mübahisəli daşınmaz əmlak üzərindəki sahibliyinin cavabdeh tərəfindən pozulması nəticəsinə gəlmək əvəzinə və sahibliyin müdafiəsinə dair normalar çərçivəsində iddianı haqlı saymaq əvəzinə birinci instansiya məhkəməsi MM-nin 162, 164, 165-ci maddələrini ümumiyyətlə nəzərə almamışdır. Sahibliyin müdafiəsi baxımından çıxarılan birinci instansiya məhkəməsinin qətnaməsi özbaşınalığın sürətli şəkildə aradan qaldırılmasını təmin etməməklə, mübahisəli daşınmaz əşyalar üzərində hüquq haqqında mübahisəni həll etməmişdir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Xəzər Rayon Məhkəməsi öz qətnaməsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, mübahisə predmeti olan əmlak mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni mübahisə predmeti olan ev özbaşına tikili olmaqla həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilməmiş, mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı təsdiq edici sənədlər təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, o, mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mövcud iddianı tələb etmək hüququna malik deyildir. Mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Tərəflərin heç birinin həmin evə və altnda yerləşən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Hər iki tərəf torpaq sahəsini kimdənsə aldığını bildirsə də, bununla bağlı da heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Hər bir halda subyektiv hüquq hər iki tərəfdə olmadığı halda bir mənalı olaraq belə hallarda qanunun analoqiyası üzrə müddəalar tətbiq edilməli və bununla bağlı araşdırma aparılmalıydı. Məhkəmə bunları etməmiş, mübahisəni həll etməyərək açıq saxlamışdır. Bəs hansı mövcud hüquqlar çərçivəsində nəzərə alaraq vəsaiti hesabına xərc çəkib tikdiyi fərdi evi cavabdeh icazəsiz daxil olmuş, mənimsəmiş, özününki hesab etmiş və hətta məhkəmə gedişatında məhkəməyə hörmətsizlik göstərərək ona məxsus olmayan evi başqa şəxsə satmışdır. Buna hər hansı hüquqi qiymət verməyən məhkəmə tikilinin özbaşına tikili olduğunu, qeydiyyatdan keçmədiyini, torpaq üzərində hüquqların mövcud olmadığını bu əsasla da faktiki halları bir tərəfli qiymətləndirərək düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin müvafiq maddələrini səhv olaraq tətbiq etmişdir. Tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ərazisində 3.6 sot torpaq sahəsində özbaşına fərdi yaşayış evi inşa edilmişdir. 2015-ci ildə qayınatasıhazırki cavabdehin iştirakı ilə sonuncunun tanışı Elnur adlı şəxsdən 3.6 sot torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi aldıqdan sonra tikəcəyi fərdi evin eskiz layihəsini sifariş etmiş və ona uyğun olaraq tikinti işlərinə 2016-cı ildə başlamış və 2018-ci ildə iyun ayınadək fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda həyətyanı torpaq sahəsinin evin giriş açarları onda olsa da, evə daxil olmaq imkanı əsassız olaraq cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. O, evin tikilməsi üçün külli miqdarda vəsait sərf etsə də, hazırda həmin evə daxil olaraq istədiyi kimi sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Buna görə də, onun hüquqları bərpa olunmalıdır. Sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf mübahisəli torpaq sahəsinin ona məxsus olması və üzərindəki tikilinin onun tərəfindən tikilməsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilsə də məhkəmə bunlara əhəmiyyətə verməmişdir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi onun mülkiyyətində deyildir. Belə ki, ev özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə mülkiyyətində olmayan cavabdehə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, fərdi yaşayış evi özbaşına tikili olsa belə mübahisəli ev tərəfindən inşa edilmişdir. Bu həm yerli baxışda cavabdehin tikili barədə verilən sullara cavab verə bilməməsi, həm də məhkəmə araşdırımasında təkrar bu məsələlərdə tikinti ölçüləri və sahələr barədə məlumatsızlığı və bilməməsi öz təsdiqini tapsa da məhkəmə qətnaməsində tikilinin kim tərəfindən aparılması müəyyən olunsa da bunlar nəzərə alınmamışdır. Tikinti altı torpaq sahəsinin alınması, tikintidə istifadə olunmuş bütün inşaat materiallarının əldə edilməsi və daşınması, gətirilməsi, ustaların cəlb edilməsi, avadanlıqların-qapı, pəncərə, darvaza, su qızdırcı (kombi və əlavə avadanlıq), nasos sistemi, hovuz, ayaqyolu, giriş və daxili qapılar, tavanın əlavə izolyasiyası, mətbəx mebelinin sifariş olunması, quraşdırılması, işçilərə gördükləri işə müvafiq ödənişlərin edilməsi ona məxsusdur. Hüququ tanınmadığı halda tikintidə istifadə etdiyi qurğu və inşaat materillarını söküb aparmaq onun hüququdur. Ona görə də, mübahisənin obyektiv və ədalətli həlli üçün oxşar münasibətləri tənzimləyən Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazım olduğu halda məhkəmə bunu etməmiş, əksinə MM-nin 139, 178, 180 və Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrini əsas tutaraq iddia tələbimi rədd etmişdir. Lakin həmin maddələrin cavabdehə münasibətdə tətbiqi məsələsinə cavabdehin istifadə və sahiblik hüququna ümumiyyətlə münasibət bildirilməmişdir. Birtərəfli münasibətə gəldikdə isə məhkəmə belə yanaşma ilə hüquqlarını pozulmasıyla nəticələnən əsassız qətnamə qəbul etmişdir. Bununla da cavabdehin belə hüquqlarının olmadığı halda onun dolayısı ilə sahiblik və istifadə hüquqlarını heç bir əsas olmadan tanımışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, torpaq və tikilinin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Onlar iddia tələbində hüququ mübahisələndirməyiblər, tələb süni maneələrin aradan qaldırılması və həmin özbaşına tikililərə maneəsiz daxil olmaqdan ibarətdir. İş materiallarında mövcud olan protokollar formal olaraq tərtib olunmuşdur, heç bir izahat düzgün olaraq yazılmamışdır. Cavabdeh olan şəxs demək olar ki, verilmiş suallara düzgün cavab verə bilmir. Eləcə də yerli baxış protokolunda demək olar ki, heç nə qeyd edilməmişdir. Qeyd edilənlər kobud pozuntulardır. Cavabdeh yerli baxış zamanı tikintidən sonra tikinti materiallarının harada olduğunu bilmədi, yerini o göstərdi. Qeyd edilənlər hamısı protokolların audio-video diskində göstərilmişdir. Mübahisəli tikili məhkəmə davam edə-edə üçüncü şəxsə satılmışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin kifayət qədər maaşı vardır, maaşın dəqiq nə qədər olduğunu bilmir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi İlqar Qaralov tərəfindən qəbul edilmiş qətnamədən qızı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Sabit Bəhrəmzadə tərəfindən qəbul edilən qətnamədən qızı tərəfindən apellyasiya şikayət verilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılan işlərdə şəxsn özü iştirak etmiş, məlumatlıdır. Mübahisəli ev ona məxsus olmuş, qızının deyildir. Onun bir qızı vardır, qızını həmin evə o, yerləşdirmişdir, 2 il 6 ay həmin evdə yaşamışdır. İddiaçı həmin evə dair heç bir xərc çəkməmişdir, sadəcə gəlib-gedə bilərdi. Evi o satmışdır, hazırda həmin evdə Fuad adlı şəxs yaşayır. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş materiallarında iddiaçının pul hissəsindən imtina edilməsi ilə bağlı ərizəsi vardır. Cavabdeh həmin ünvanda yaşayırdı, lakin hazırda həmin ev satıldığından orada yaşamır. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq 27.Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
28.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 29.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 30.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 32.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 33.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyinqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 34.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
35. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 36.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
37.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 40.217.1 və 217.3-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmadığından, müəyyən edilmiş faktlardan isə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
42. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli əmlakın hüquqi statusunu və həmin əmlakın İddiaçı aidliyini araşdıraraq, əmlakın özbaşına tikili olmaqla iş üzrə tərəflərə hər hansı bir hüquq ilə məxsus olmadığını, o cümlədən iddiaçının mövcud iddia ilə məhkəməyə müraciət etmək üzrə hər hansı hüquqa malik olmadığını müəyyən etmiş, iddianın bu əsasla rədd edilməsi barədə nəticəyə gəlmişdir.
43. İşin mübahisələndirilməyən halları da bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir və bu tikiliyə və tikilinin altındakı torpaq sahəsinə dair tərəflərin hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) mövcud deyildir.
44. Beləliklə iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə dair məsələləri birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
45. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Belə ki, ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək - ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar tikintiyə xərc çəkmiş şəxsə, əşya sahibinə məxsusdur.
46. Tərəflər arasında yaranan mübahisə də, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır.
47. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir.
48. Hazırki halda da iddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları 2/37 saylı evdən cavabdehin çıxarılmasını tələb edir. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
49. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə dair hər hansı iddia tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
50. Beləliklə mülki iş üzrə ilk öncə təsbit olunmalı hal mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsidir. Birinci instansiya məhkəməsi də mübahisəli fərdi yaşayış evinin iddiaçının vəsaiti hesabına tikilib-tikilməməsi, hazırki tələbin irəli sürülməsinin birgə nikah müddətində birgə vəsait əsasında tikilmiş mübahisəli evdən onun məhrum edilməsi ilə bağlı olub-olmamasını, onun ailəsi ilə birlikdə həmin ünvanda yaşayıb-yaşamadığını müəyyən etməli idi. Çünki hazırki halda yalnız bu halların aydınlaşdırılmasının nəticəsində yuxarda göstərildiyi kimi iddiaçının subyektiv hüquqa malik olması barədə əsaslı qənaətə gəlinə bilər.
51. Belə ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququnun məhz kimə məxsus olmasından asılı olaraq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olubolmaması halı müəyyən edilməlidir.
52. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı sonuncu ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları 2/37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları 2/37 saylı evdən çıxarılması barədə iddiası rədd edilmişdir.
53. Buna baxmayaraq qanuni qüvvəsini almış bu qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf (bu işdə iddiaçı ilə cavabdehin qızı) çəkmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmununun mahiyyəti baxımından qeyd edir ki, hazırki işdə tərəflərin (cavabdeh qismində cəlb olunmuş şəxslərin) eyni olmaması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halın bu məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını istisna edir, bu səbəbdən istinad olunan həmin hala yenidən hüquqi qiymət verilməsi zəruridir.
54. Belə ki, iş materiallarından göründüyü kimi işdə iddiaçının mübahisəli tikiliyə dair müvafiq iddia tələbi ilə müraciət etməsini istisna edən, onun subyektiv hüquqa malik olmadığını müəyyən edən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halı təkzib edən hər hansı sübut mövcud deyil. Yəni mübahisəli fərdi yaşayış evinin iddiaçının cavabdehin qızı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına tikildiyi, həmin evə dair, ev özbaşına tikili olsa belə, “gözlənti” hüququnun həm də ona məxsus olduğu halı işdə olan sənədlərə əsasən təkzib edilmir.
55. Belə olan halda iddiaçının mübahisəli tikiliyə sahiblik etmək hüququ yaranmışdır və o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olmaqla, həmin fərdi yaşayış evinin onun sahibliyinə verilməsindən ibarətdir.
56. Bununla belə iş materiallarından müəyyən edilir ki, iddiaçı öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olduğu mübahisəli əmlak cavabdehin sahibliyində deyil, yəni cavabdeh mövcud vəziyyətdə mübahisəli əşyanı sahibliyində saxlamaqla iddiaçının sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradan şəxs deyildir. Belə ki, hər iki tərəfin birinci instansiya məhkəməsində, həmçinin apellyasiya baxışı iclasında verdiyi izahatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4 (dörd) otaqlı fərdi yaşayış evi 45.000 manata X1.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 saylı 15 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir.
60. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 nömrəli, 15 fevral 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı (X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova