Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2917/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə, maddi ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 14 ünvanında yerləşən ev Cavabdeh istifadə və sahibliyindədir.
2. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 14 ünvanında yerləşən ev 2010-cu ilin iyun ayından təbii qazla təchiz olunmuşdur.
3. Cavabdeh ilə İddiaçı İB arasında təbii qazdan istifadə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, ünvana sonuncu dəfə xx.xx.2020-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır.
4. Həmin müqavilədə istehlakçı tərəfindən dəmir sobadan istifadə edilməsi nəzərdə tutulmuşdur.
5. Cavabdeh aid abonent saldosundan görünür ki, onun evində qızdırıcı radiator peçi, 4 gözlü qaz plitəsi (PQ-4), Samovar, kərpic plitə və dəmir soba istifadə olunur.
6. İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə 58/0400 saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə 58/0400 saylı aktlar tərtib olunmuş, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 157,50 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 972,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 659,80 manat, xx.xx.2018-ci il tarixli 58/0400 saylı akt əsasında 255,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 303,20 manat, xx.xx.2018-ci il tarixli 58/0400 saylı akt əsasında 255,80 manat olmaqla ümumilikdə 4396,7 manat dəyimiş zərər hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 5548,97 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manatın və 79,49 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6028,46 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2019-cu il tarixində X-1635 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana "Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “Zenner G-4T smart” markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X2”nın tələblərinə əməl etmək) və "X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 157,50 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 972,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 659,80 manat, xx.xx.2018-ci il tarixli 58/0400 saylı akt əsasında 255,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772,80 manat, xx.xx.2018 -ci il tarixli ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 303,20 manat, xx.xx.2018-ci il tarixli 58/0400 saylı akt əsasında 255,80 manat olmaqla ümumilikdə 4396,7 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq İddiaçı İB-yə 1152,27 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 5548,97 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
10. Birinci instansiya məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1063,35 manat məbləğində debitor borcun və ödənilmiş dövlət rüsumuna görə 30,63 manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehdən qeyriqanuni xəttlər vasitəsilə qazdan istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında dəymiş zərər tələb olunmasına baxmayaraq, həmin aktların tərtib edilməsinə əsas olmuş hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda aktların qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməsi də sübuta yetirilməmişdir. İddianın əsaslığı təşkil edən qeyd olunan hallar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən aktların tərtib edilməsinə əsas olmuş halların mövcud olmasına dəlalət edən sübutlar olmadığından məhkəmə hesab edir ki, qeyri-qanuni xəttin aşkar olunması barədə akt əsasında hesablanmış ziyanın cavabdehdən tələb edilməsi əsassızdır. Bu zaman nəzərə alınmalıdır ki, iddianın əsaslığının sübut etmə yükü iddiaçının üzərinə düşür. Məhkəməyə isə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş aktlardan başqa, hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən aktlar əsasında hesablanmış borcun tələb olunması əsassızdır.
12. Məhkəmə həmçinin vurğulamışdır ki, işin araşdırılmış hallarından cavabdehin istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 1063,35 manat borcunun mövcudluğu müəyyən olunur, buna görə həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. İddia tələbinin “hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin tələb təmin edilməməlidir, çünkü bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
14. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1-ci, 427.3-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 5.2-ci, 5.5-ci, 6.5-ci bəndlərinə istinad etmişdir.
15. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, müvafiq fotoçəkilişlər aparılmış, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır.
Apellyasiya şikayətinə etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı, izahatlar
17. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı İB nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh də məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”
22. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
23. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
25. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Hazırkı apellyasiya baxışının predmeti olan tələblə bağlı iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehin barəsində sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə 58/0400 saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə 58/0400 saylı aktlar tərtib olunmuş, həmin aktlar əsasında müvafiq hesabat aparılaraq qeyri-qanuni istifadə etdiyi qazın dəyəri qismində ümumilikdə 4396,7 manat borc (ziyan) ondan tələb olunmuşdur.
34. Birinci instansiya məhkəməsi müvafiq iddia tələbini təmin etmədiyi zaman ona əsasıanmışdır ki, həmin aktların tərtib edilməsinə əsas olmuş hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmış, iddiaçının təqdim etdiyi fotoşəkilləri, cavabdeh tərəfindən sözügedən aktların mübahisələndirilmədiyini, sayğac göstəricilərinə görə onun qaz sərfiyyatının olmaması, təbii qaza görə ödəniş etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır.
36. Kollegiyanın qənaətinə görə, İddiaçı İB cavabdehin qazdan sayğacdankənar qanunsuz istifadə etdiyini sübuta yetirmişdir; lakin həmin istifadə üçün onun cavabdehə hesabladığı borc məbləği reallığa uyğun deyildir.
37. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “X2”na əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa və ya qazdan sayğacsız istifadə olunursa, onu işlək sayğacla əvəz etməli, habelə qanunsuz istifadənin qarşısını almalıdır.
38. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, cavabdehin barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir.
39. Başqa sözlə, cavabdehin qazdan sayğacsız (sayğacdankənar) istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.
40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehdən 2016-cı ilin noyabr ayından 2018-ci ilin aprel ayına qədər olan dövr üçün (16 ay) üçün qızdırıcı radiator peçinin, 4 gözlü qaz plitəsinin (PQ-4), Samovarın, kərpic plitənin və dəmir sobanın (həmin cihazların üçünün yalnız qış mövsümündə istifadə edildiyi ehtimalı nəzərə alınaraq) gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; müvafiq dövrdə cavabdeh daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən İddiaçı İB-nin əməkdaşlarına aid olunmalıdır.
41. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
42. Sadalanan qaz işlədicilərinin (cihazların) orta hesabla (yay və qış mövsümündə) 4 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab edir ki, müvafiq dövr üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 1094,40 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 4 saat x 480 gün) = 2304 m3; qızdırıcı radiator peçinin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 4 saat x 300 gün = 1680 m3; Samovarın maksimal saatlıq qaz sərfi olan 3 m3 x 4 saat x 300 gün = 3600 m3; dəmir peçin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 4 saat x 300 gün = 1680 m3; kərpic plitənin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 4 saat x 300 gün = 1680 m3; Cəmi 10 944 m3 sərfiyyat, yəni 1094,4 manat) qəbul oluna bilər.
43. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, apellyasiya şikayəti vermək üçün İddiaçı İB tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği də cavabdehdən alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-186/2024 saylı iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi “Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0400 saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0400 saylı aktlar əsasında hesablanmış cəmi 4396,7 manat borcun tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Həmin iddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0400 saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0400 saylı aktlar əsasında cəmi 1094,4 (min doxsan dörd manat 40 qəpik) manat İddiaçı xeyrinə tutulsun. “Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0400 saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 58/0400 saylı aktlar əsasında hesablanmış cəmi 4396,7 manat borcun tutulması” tələbi qalan hissədə təmin edilməsn. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat Cavabdeh alınıb İddiaçınə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov